İslam əxlaqında qadın dəyərlidir”

 

Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin təşkilatçılığı (sədr Ramiq Vəliyev) ilə PARK İNN otelininDan ulduzu” zalında “İslam əxlaqında qadın dəyərlidir” mövzusunda konfrans keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçilərinin, ayrı–ayrı ictimai birliklərin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyi sədrinin müavini Aysel Vəlizadə açmış və GMİİB–nin fəaliyyəti barədə məlumat vermişdir.

Natiq bu vaxta qədər gəncləri elmi, mənəvi dəyərlərə sahib olmağa dəvət edən bir çox tədbirlərin həyata keçirildiyini vurğulamışdır. Belə ki, bu tədbirlər arasında “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Kainatın yaradılışı”, “Təkamül nəzəriyyəsinin süqutu”, “İslam terroru lənətləyir”, “Sosial problemlərin həlli yolları” mövzusunda keçirilmiş konfransların böyük əhəmiyyətindən danışmışdır. “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyi sədrinin birinci müavini Rövşən Əkbərov “İslam əxlaqında qadın dəyərlidir” mövzusunda geniş və ətraflı məruzə etmişdir.

Rövşən müəllim dində və ölkəmizin Konstitusiyasında heç bir cinsi ayrı–seçkiliyin olmadığını qeyd etmiş və insanların bir çox bəlalardan uzaq olmağının yeganə yolunun xurafatdan uzaq Quranda bildirildiyini vurğulamışdır.

GMİİB–nin sədr müavini Sevinc Haqverdizadə “Allahın varlığının dəlilləri və Quran möcüzələri” mövzusundakı çıxışında kainata hakim olan mükəmməl nizamdan, əxlaqi dəyərlərdən söhbət açmışdır.

Əsrin Ziyalıları Xeyriyyə İctimai Birliyinin rəhbəri, psixoloq Gülnarə Əhmədova milli mənəvi dəyərlərimizin qorunmasında dövlət başçısı cənab İlham Əliyevin gördüyü əvəzsiz xidmətlərdən, dini qurumlara, ayrı–ayrı ictimai birliklərə göstərilən dövlət qayğısından danışmış və Novruz Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir.

 

 

Rauf İlyasoğlu

 

Respublika.- 2013.- 20 mart.- S. 9.