Azərbaycan bütün
sahələrdə inkişaf etmiş ölkələr səviyyəsinə
çatmaq əzmindədir
FotoAzərbaycanın
iqtisadi siyasətinin nəticələri çox uğurludur. Dünyanın ən inkişaf etmiş ölkələri belə 2009–cu ildən bəri davam edən
tənəzzüldən qaça bilməyib,
bir sıra ölkələrdə hələ
də böhranın ağır nəticələri aradan qalxmayıb və onların milyardlarla dollar xarici borcları vardır. Lakin ulu öndər Heydər
Əliyevin müyyənləşdirdiyi strateji
kurs onun layiqli davamçısı dövlət
başçımız tərəfindən böyük
uğur və bacarıqla həyata keçirilir. Aparılan iqtisadi
siyasətin müvəffəqiyyətini dünyanın
aparıcı ölkələri, nüfuzlu
beynəlxalq qurumları və ekspertləri də təsdiq
edirlər.
Nazirlər
Kabinetinin 2012–ci ilin sosial–iqtisadi
inkişafının yekunlarına və 2013–cü
ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı nitqində
Azərbaycan Prezidenti İlham
Əliyev qazanılan nailiyyətlərin dövlətin yürütdüyü doğru
siyasətin bəhrəsi olduğunu bildirib: “Bütövlükdə ötən il
ölkə iqtisadiyyatı üçün
çox uğurlu olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin
uğurları bundan əvvəlki
dövrdə müəyyən edilmişdir.
Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz
gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf
çox sevindiricidir…
İqtisadiyyatımız, ümumiyyətlə, digər
mötəbər beynəlxalq qurumlar tərəfindən
yüksək qiymətləndirilir. Dünya
Bankının hesabatlarında biznesin
aparılması üçün Azərbaycan
yüksək yerdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesabatlarına görə, Azərbaycan
iqtisadiyyatı 46–cı yerdədir, MDB məkanında 1–ci yerdədir. Bax budur görülmüş
işlərin nəticəsi və əlbəttə, biz bu müsbət
dinamikanı gündəlik həyatda da görürük”. Bu
davamlı, yüksək templi
inkişafın sirri siyasət, iqtisadiyyat və sosial sahələrdə
islahatların paralel və əlaqəli
aparılması, müasir layihələrin
icrası və ən mühümü isə
insan amilinin diqqət
mərkəzində olmasıdır.
Prezident Adminstrasiyasının rəhbəri Ramiz
Mehdiyev dövlət rəhbərinin səmərəli,
düşünülmüş praqmatik siyasi kursunun xarakterik xüsusiyyətlərini
və onun nəticəsi olaraq
ölkəmizin dayanıqlı iqtisadiyyata,
hərtərəfli davamlı inkişafa
və yüksələn sosial rifaha nail olması barədə
müsahibəsində
ətraflı açıqlama verərək demişdir:
“Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin
həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi,
güclü hakimiyyət və sabitlik amilləri dayanır. Azərbaycan
Prezidentinin praqmatik siyasi kursu, hakim
komandanın səmərəli fəaliyyəti və ən əsası,
xalqımızın güclü dəstəyi
olmasaydı, bütün bu
uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna
görə də dünyanın nüfuzlu
ekspertləri, politoloqları hesab edirlər
ki, hazırda planetimizin
müxtəlif bölgələrində münaqişələrin,
siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələrin iqtisadi və maliyyə böhranından əziyyət
çəkdiyi bir dövrdə Azərbaycanın
dinamik inkişafı əsl möcüzədir.
Davamlı iqtisadi inkişaf,
ictimai–siyasi sabitlik sosial rifah xalqla hakimiyyət
arasında vəhdət—budur bugünkü
Azərbaycanın reallıqları”.
İnsan amili elə bir mənbədir ki,
dövlət onun sosial
tələblərinə müsbət cavab
vermədən, onu zənginləşdirmədən
kapitala çevirə bilməz və hərtərəfli
tərəqqi üçün ondan müvafiq təklifi ala bilməz. Ona görə də Azərbaycan rəhbərliyi
yürütdüyü siyasətdə neft strategiyasının həyata keçirilməsi
nəticəsində əldə olunan gəlirin
insan kapitalına çevrilməsini prioritet elan etdi. Bu istiqamətdəki
fəaliyyət son dərəcə uğurludur. Dövlət–vətəndaş
birliyi nə qədər sıx və
mütərəqqi prinsiplərlə qurulsa,
dövlət idarəçiliyi də o qədər
səmərəli və təkmil olur,
qarşıya qoyulan hədəflərə
də o qədər müvəffəqiyyətlə
çatılır. Bu gün ölkəmizdə insan
kapitalının yaradılmasında qazanılan uğurlar beynəlxalq qurumların,
aparıcı dövlətlərin və digər müvafiq təşkilatların da diqqətindədir. Akademik
Ramiz Mehdiyev dövlət
siyasətinin mərkəzində Azərbaycan vətəndaşının
mənafeyinin dayandığını qeyd
etmişdir: “Cənab Prezident hesab edir ki, Azərbaycanın dinamik inkişafı və yüksək beynəlxalq
statusu ilə səciyyələnən yeni strareji hədəflərə
nail omaq üçün vətəndaş cəmiyyəti
quruculuğunun daha da dərinləşməsi, bunun
tərkib hissəsi kimi, dövlət–vətəndaş
münasibətlərinin ən mütərəqqi
prinsiplərə uyğun təkmilləşdirilməsi,
səmərəli dövlət idarəçiliyinin təmin
olunması qarşıda duran vacib məsələlərdəndir. Konfransda Prezident İlham Əliyev həyata keçirdiyi
siyasətin başlıca prinsipini
açıqlamışdır – dövlət siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı dayanır, hər şey Azərbaycan vətəndaşı üçün edilir. Cəmiyyətimizin demokratikləşməsi,
Konstitusiyamızda təsbit olunmuş fundamental insan hüquq və azadlıqlarının təmin
edilməsi, liberal bazar
iqtisadiyyatı prinsiplərinin mənimsənilməsi, yəni
görülən bütün işlərin
əsas hədəfi insan amilinin
inkişaf etdirilməsi, onun
sosial təminatının
yaxşılaşdırılmasıdır”. Bu
tərəqqidə bir davamlı proses diqqəti cəlb edir,
bu da icra
olunan bütün layihələrin
bir–birini
tamamlamasıdır. Azərbaycan rəhbərliyinin
həyata keçirdiyi strateji
kursun ən pozitiv
keyfiyyəti odur ki, fəaliyyətdə
milli mənafelər nəzərə
alınır, düzgün, beynəlxalq siyasi–iqtisadi təhlilə
əsasən milli maraqlara
xidmət edən səmərəli əlaqə və əməkdaşlığın
genişlənməsinə önəm verilir,
ölkənin geosiyasi mövqeyindən
istifadə edilərək Azərbaycanı hərtərəfli
inkişaf etdirən, möhkəmləndirən
layihələr elmi–təcrübi əsaslandırmalarla həyata
keçirilir. Təsadüfi deyil ki, Azərbaycanda gedən
inkişafa diqqətlə nəzər
yetirdikdə dediklərimiz dərhal nəzərə
çarpır. Ölkə rəhbərliyi iqtisadiyyatın
çoxşaxəli inkişafına çalışır.
Azərbaycanda həyata keçirilən neft
strategiyası qeyri–neft
sektorunun da hərtərəfli
inkişafına, ərzaq, enerji və nəqliyyat
təhlükəsizliyinin yaradılmasına zəmin
yaratmışdır.
Bu gün, demək olar
ki, bütün qitələrin
ölkələri arasında yaranmış geniş,
qarşılıqlı səmərəli əməkdaşlıq
əlaqələri qazanılan uğurları davamlı surətdə
artırmaqdadır və bu proses çoxtərəfli siyasi,
iqtisadi əlaqələrin davamlı
inkişafına və
möhkəmləndirilməsinə şərait yaradir. Artıq Azərbaycan Avratlantik
məkanda mühüm beynəlxalq tranzit ölkə və Avropanın enerji təhlükəsizliyində etibarlı
tərəfdaşdır. Azərbaycanda səfərdə
olan Avstriya
Respublikasının Milli
Şurasının ikinci prezidenti
Fitz Neugebauer Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində
oynadığı rola yüksək qiymət
verərək demişdir ki,
Azərbaycan regionun lider
dövləti olmaqla yanaşı, enerji təhlükəsizliyi sahəsində
Avropanın ən etibarlı tərəfdaşıdır.
Biz Avstriya nümayəndə
heyəti olaraq bunu
yüksək qiymətləndiririk və Azərbaycan ilə əlaqələrin
hərtərəfli inkişafında maraqlıyıq. Azərbaycan
regionun lider dövlətidir
və dünyada nüfuzu
getdikcə artır.
Ölkəmiz
beynəlxalq iqtisadi və siyasi
arenada öz mövqeyini davamlı surətdə möhkəmləndirir.
Bu
mütərəqqi prinsipial proses, təbii ki, dövlət
liderinin yürütdüyü
siyasi kursu çox böyük məsuliyyət
və həm də müasir dövrün tələbinə uyğun, gələcəyi nəzərə
alması nəticəsində baş verir. Akademik Ramiz Mehdiyev dövlət
siyasətində mühüm rol oynayan bu
amili də diqqətə
çatdırır: “Cənab İlham Əliyevin
xarakterində təbiətən çox böyük məsuliyyət hissi
vardır. Bu cəhət ən çətin
və mürəkkəb sahələrdə onun
yeganə düzgün qərar qəbul
etmək bacarığını üzə
çıxarır. Bu məsuliyyət hissi daxili və xarici siyasət
məsələlərinin, bir çox problemlərin həllində, məsələn,
müasir dövrün
reallıqlarını düzgün qiymətləndirməklə
iqtisadiyyatın yeni əsaslarının
yaradılmasında, onun şaxələndirilməsində
və neftdən asılılığının aradan qaldırılmasında dövlət
başçısına yardım etmişdir”.
2012–ci ildə iqtisadiyyatın inkişafına 22,1 milyard ABŞ dolları həcmində vəsait
yönəldilmişdir. Bunun 13,3
milyardı daxili, 8,8 milyardı isə xarici sərmayələrdir. Göründüyü
kimi, daxili investisiyalar xarici sərmayəni
üstələyir, digər tərəfdən, əvvəlki
yatırımlar da artıq öz bəhrəsini vermşdir.
Geri qayıdan vəsaitlər təkrarən
iqtisadiyyatın inkişafına yönəldilir. Beləliklə,
hər il bu məqsədlə
ayrılan vəsaitlər makroiqtsadiyyatın sabitliyinə və
dinamik inkişafına xidmət edir. Azərbaycanın strateji
valyuta ehtiyatlarının aybaay
artması da bu düşünülmüş siyasi fəaliyyətin nəticəsindədir.
Ötən il icmal
büdcənin gəlirləri 22,1 milyard manat olmuşdur, proqnoz 101 faiz ödənmişdir.
Xərclər isə 93,9 faiz icra edilməklə 2,4 milyard
manat profisit
yaranmışdır.
Dövlət
büdcəsinin gəlirləri 17,3 milyard
manat və ya 101,4 faiz icra olunmuşdur.
Bu göstərici əvvəlki illə
müqayisədə 10,1 faiz
artıqdır. Bütün bu proseslər davamlı tərəqqinin bariz dəlilləridir. Təsadüfi deyil ki, keçən il ölkəmizin strateji valyuta ehtiyatları 46 milyard
dollar təşkil etmişdir.
Azərbaycan rəhbərliyi
müasir şəraitdə qarşıda
duran əsas sosial–iqtisadi məsələlərin həllinə nail olub. Dövlət beynəlxalq
səviyyəli sosial–iqtisadi
layihələrin elmi–təcrübi əsaslandırmalarla həyata
keçirilməsi nəticəsində iqtisadiyyatın
davamlı, dinamik və sabit
inkişafını təmin edib. Lakin bu səviyyə heç də son hədd deyildir, qarşıda daha mühüm vəzifələr durur. Azərbaycanın çox
böyük iqtisadi
potensialı mövcuddur və onu aşkarlayaraq yeni bazarlara
çıxaraq yaxın gələcəkdə inkişaf etmiş ölkələr
səviyyəsinə çatmaq hədəfdədir.
Azərbaycan Prezidenti İlham
Əliyev Xorvatiyaya rəsmi səfəri
zamanı mətbuata bəyanatında ölkələrlə əməkdaşlıqda
mövcud potensialın aşkara
çıxarılaraq ikitərəfli münasibətlərdə
istifadə olunmasının vacibliyini
vurğulayıb: “Biz bu
gün əməkdaşlığımızın
bütün istiqamətlərini geniş müzakirə etdik.
Bir daha görürük ki, Xorvatiya ilə Azərbaycan arasındakı əlaqələr
çox uğurla və
sürətlə inkişaf edir. Sizin Azərbaycana
keçən il etdiyiniz
səfər və səfərin nəticələri, bu gün keçirdiyimiz
danışıqlar və indicə imzalanmış bu mühüm sənəd
bir daha bu əlaqələrin strateji
xaraktetini vurğulayır. Bizim
aramızda çox intensiv
siyasi dialoq
aparılır. Bizim syasi
əlaqələrimiz mükəmməldir”.
Ölkənin
beynəlxalq məkanda əməkdaşlığı
genişləndikcə, iqtisadi
partnyorları artdıqca, yeni–yeni layihələrin hazırlanması,
reallaşması, rəqabətədavamlı məhsulların
istehsalı və yeni bazarların əldə
edilməsi də həll olunası məsələlər kimi meydana
çıxır.
Qarşı tərəf də bu əməkdaşlıqdan
yararlanmağa, öz sosial–iqtisadi
inkişafında bu əlaqələrdən
maksimum istifadə etməyə
çalışır. Siyasi–iqtisadi münasibətlərdə hər bir tərəfin maraqlarının ödənməsi
təbii ki, əlaqələrin yüksək
səviyyəyə qalxmasına və strateji
tərəfdaşlıq səviyyəsinə
çatmasına zəmin yaradır. Xorvatiya
dövlət başçısı İvo
Yosipoviç isə bəyanatında Azərbaycanla
əməkdaşlığın əhəmiyyəti barədə
dediyi sözlər ölkəmizin xarici siyasətindəki bu
pozitiv keyfiyyətin əyani sübutudur: “Bu gün biz prezidentlərin
bəyannaməsinə imza atdıq ki, bu da
dövlətlərimiz arasında gözəl münasibətlərin
olmasından xəbər verir. Biz xüsusən iqtisadi
münasibətlərimizin daha da gücləndirilməsinə dair istəyimizi ifadə etdik.
Bunun üçün
böyük potensial mövcuddur. Hər iki tərəf
bu məsələdə maraqlıdır
və iqtisadi münasibətlərimizin gələcək
inkişafı üçün
yaxşı perspektivlər vardır. Bu
baxımdan enerji, infrastruktur
layihələri, turizm və kənd təsərrüfatı
sahəsində imkanlar mövcuddur.
Bununla bərabər elm,
təhsil kimi digər sahələr də
vardı”. Göründüyü kimi, dövlətlərarası
münasibətlərdə mümkün
potensialın aşkara
çıxarılaraq inkişaf etdirilməsi
hər iki tərəfin marağına
xidmət edir. Ölkə rəhbəri bütün sahələrdə meydana çıxan məsələləri ciddi nəzarətdə saxlayır və
həlli üçün operativ
tədbirlərin həyata keçirilməsini təmin edir. Bu nizam
və intizam dövlət səviyyəsində
ciddi nəzarətə, bu
da öz növbəsində
inkişafın dinamikliyinə və müasirliyinə səbəb
olur. Prezident öz çıxışında korrupsiya və rüşvətxorluğa və
məmur özbaşınılığına son qoyulması üçün
ciddi xəbərdarlıq etmiş
və müvafiq dövlət idarələırinin
qarşısına bu istiqamətdə mühüm vəzifələr qoymuşdur. Akademik Ramiz Mehdiyev dövlət rəhbərinin
bütün neqativ hallara qarşı siyasi
lradə və qətiyyət nümayiş
etdirdiyini qeyd edərək
bu sahədə görülən tədbirlərdən
bəhs etmişdir.
Ölkə
başçısı iqtisadiyyyatı daha
da inkişaf etdirmək,
onu müasir beynəlxalq
səviyyəyə çatdırmaq üçün
mövcud potensialdan
istifadə etməyi və insanlara daha yüksək səviyyədə xidməti
qarşıya mühüm vəzifə kimi qoymuşdur: “Azərbaycan
inkişafda olan
dövlətdir və bizdə bu sahələrdə
hələ ki vəziyyət inkişaf etmiş ölkələrdəki
kimi deyildir. Amma biz buna
çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq
ki, bütün sahələrdə
inkişaf etmiş
ölkələrin səviyyəsində olmalıyıq və
onların müsbət təcrübələrini Azərbaycanda
tətbiq etməliyik”.
İqtisadyyatda davamlı inkişaf,
rəqabətədavamlı məhsulların
çoxalması, beynəlxalq bazarlarda Azərbaycan
mallarına tələbatın artması da
dünya iqtisadiyyatına sürətlə
inteqrasiyaya səbəb olur.
Bu da öz növbəsində
xalqımızın rifah halının da yüksəlməsinə zəmin
yaradır. Ötən il 117 min iş yeri
açılıb. Ümumiyyətlə isə regionların sosial–iqtisadi
inkişafı Dövlət proqramlarının icra edildiyi vaxtdan
bu ilin yanvarınadək
1 milyon 200 min yeni iş yeri açılıb. Bunların da əksəriyyəti daimi
iş yeridir.
Regionların inkişafı proqramının icrası uğurla davam edir. Bu gün
Azərbaycanın yeni müsbət
reallığı ondan ibarətdir ki, hər bir bölgədə
inkişaf var, sosial–qtisadi proqramlar uğurla icra olunur.
Azərbaycan hərtərəfli
tərəqqi yolundadır. Balanslaşdırılmış
beynəlxalq əməkdaşlıq əlaqələrinin
günü–gündən genişləndirilməsi öz müsbət nəticəsini göstərməkdədir.
Fəal, dinamik, operativ,
milli mənafeyə müvafiq
iqtisadi və siyasi
addımlar Azərbaycanı artıq nəinki yerləşdiyi
regionda, həm də Avrasiya
məkanında qüdrətli istehsalçı və tranzit ölkəsinə çevirib.
Azərbaycanın sürətli inkişafı digər
maraqlı dövlətlərin də mənafeyinə uyğundur. Bu bir faktdır ki, gənc,
müstəqil bir dövlət kimi Azərbaycanın nəhəng iqtisadi sıçrayışı
reallıqdır.
Ataş CƏBRAYILOV
Respublika.-
2013.- 31 mart.- S. 1; 4.