SOYQIRIM QURBANLARININ XATİRƏSİ EHTİRAMLA YAD OLUNMUŞDUR

 

Astara

 

Astara şəhərində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. Əvvəl soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tədbiri giriş sözü ilə açaraq ermənilərin əsrlər boyu xalqımızın başına gətirdiyi faciələrdən danışmış, soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini, tarixi yurd yerlərindən deportasiya edildiyini, təkcə keçən əsrin sonunda 1 milyon nəfərə yaxın azərbaycanlının atababa yurdlarından didərgin salındığını, yaşadıqları kəndlərin, şəhərlərin viran edildiyini, nadir tarixi abidələrin dağıdıldığını bildirmişdir. Təkcə Xocalı faciəsi kifayətdir ki, ermənilərin kimliyi bütün dünyaya bəlli olsun. Tarixin qanlı dərslərini heç vaxt unutmamalı, onu olduğu kimi gələcək nəsillərə çatdırmalıyıq.

1918–ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının 95–ci ildönümünün xalqımız tərəfindən ürək ağrısı ilə qeyd olunduğunu vurğulayan icra başçısı ümummilli lider Heydər Əliyevin 26 mart 1998–ci il tarixdə imzaladığı fərmanla 31 martın hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır.

Bu gün Azərbaycan daha müstəmləkə deyil, onun xalqının müstəqil dövləti, nizami ordusumüdrik rəhbəri vardır. Ölkəmizin milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində ulu öndərin siyasi xəttini Azərbaycan Prezidenti cənab İlham Əliyev qətiyyətlə davam etdirir. İnanırıq ki, xalqımızın milli birliyi, vətənpərvərliyi və dövlətimizin başçısının siyasi iradəsi sayəsində torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız tarixi yurd yerlərinə qayıdacaqlar.

Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov da azərbaycanlıların soyqırımı haqqında məruzə etmiş, erməni millətçilərinin təkcə ötən əsrdə deyil, tarix boyu xarici havadarlarının dəstəyilə xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etmişdir. O, bu soyqırımların, qanlı olayların dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasının hər birimizin vətəndaşlıq borcu olduğunu söyləmişdir.

Tədbirdə rayon ağsaqqallar şurasının sədri Hamlet Əliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova çıxış etmişlər.

 

Yardımlı

 

Yardımlı şəhərinin mərkəzində Azərbaycanlıların soyqırımı abidəsi ucaldılmışdır. 31 Mart–Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasimə rayon icra hakimiyyətinin, hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin, qeyri–hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri toplaşmışdılar. Tədbir iştirakçıları abidə kompleksinin önünə gül dəstələri qoymuş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.

Mərasim rayon icra hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov mərasimi açmış, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin açıldığını bildirmişdir. Ermənilərin əsrlərlə xalqımıza qarşı törətdikləri terror, etnik təmizləmə və soyqırımı aktlarına ilk dəfə olaraq görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyilə siyasi–hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Prezidentinin “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997–ci il 18 dekabr tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998–ci il 26 mart tarixli fərmanları bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Bu tarixi sənədlərdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların—soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir.

Xalqımızın başına gətirilən müsibətlər unudulmamalı, olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalı və bütün bunlara beynəlxalq miqyasda siyasi–hüquqi qiymət verilməlidir.

Sonra Yardımlı Rayon İcra Hakimiyyəti başçısının müavini—ictimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azər Əkbərovun “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda məruzəsi dinlənilmişdir.

Mərasimdə “Zirvə” qəzetinin baş redaktoru Ələsgər Cəfərov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ayaz Əliyev, gənclər və idman idarəsinin rəisi Anar Alışov çıxış etmiş, xalqımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirənlərin, xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin tezliklə ifşa olunacağını, ədalət məhkəməsi qarşısında cavab verəcəklərini bildirmişlər.

 

 

Əlisəfa Həsənov,

 

“Respublika”.

Şabran

 

31 mart–Azərbaycanlıların Soyqırımı Günü bu qeyri–insani aparteid aksiyası qurbanlarının xatirəsi respublikamızın hər bir bölgəsində, o cümlədən Şabran rayonunda da böyük hüznlə yad olunur.

Bu ənənə cari ildə də ehtiramla davam etmişdir. İlk öncə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri Şabran şəhərinin uca nöqtəsində, dağlar qoynunda uyuyan şəhidlərin qəbirlərini ziyarət etmış, üzərlərinə tər çiçəklər düzmüşlər.

Soyqırımı qurbanlarının anım mərasimi Heydər Əliyev Mərkəzində davam etmişdir. Elmi–praktik konfransı açan rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov qeyd etmişdir kı, 95 il öncə mənfur düşmənlərimiz olan erməni faşistləri azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirmişlər. Cinayətkar əməllər nəticəsində mınlərlə günahsız, dinc azərbaycanlı yalnız bu millətin övladı olduğu üçün amansızcasına qətlə yetirilmışlər.

Tarixi faktlar təsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı soyqırımı siyasəti məqsədyönlü şəkildə həyata keçirilmışdir. 31 mart soyqırımı da bu mənfur siyasətin bir parçası olmuşdur.

Natiq ərazilərimizə köçürülmüş həmin bədnam qonşularımız ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirılən soyqırımlara siyasi–hüquqi qiymət verilməsində ümummilli liderimız Heydər Əliyevin imzaladığı fərmanların tarixi əhəmiyyətini xüsusi vurğulamışdır.

Tədbirdə məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov bildirmişdir kı, birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917–ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını həm daşnak, həm də bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918–ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunasının sədri S.Şaumyanın birbaşa rəhbərliyi ilə soyqırım planı həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdiklərı cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçırilmişdir.

Azərbaycanın XIX–XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı sıyasətinə yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra hüquqi–siyasi qiymət verilmişdir.

Qarabağlı İƏD üzrə nümayəndə Ə.Mirzəyev, Zeyvə kənd ağsaqqalı A.Bayramov və şəhər 1 saylı tam orta məktəbin müəllimi R.Kərəmova çıxışlarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən, xalqımıza qarşı həyata keçirilən deportasiya və soyqırımı sıyasətindən ətraflı danışmışlar.

Çıxışlarda ulu öndər Heydər Əhyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əhyevin gərgin əməyi sayəsində ermənilərin beynəlxalq aləmdə artıq təcavüzkar dövlət kimi tanındığı xüsusı vurğulanmışdır.

Tədbirə yekun vuran Novruz Novruzov qeyd etmişdir ki, tarix lazımı nəticə çıxarmaq üçün öyrənilməlidir. Bu gün də Azərbaycanın sosıal–iqtisadi ınkişafı, regionda və dünyada söz sahibinə çevrilməsi düşmənlərimizi daim narahat edir. Buna görə də xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.

 

Aydın Tağıyev,

“Respublika”.

Qazax

 

29 mart 2013–cü il tarixdə Qazax Rayon İcra Hakimiyyətində 31 mart— Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açmış və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra erməni cəlladlarının xalqımıza qarşı törətdikləri soyqırım siyasəti, onların bu siyasətinin həm də bütün bəşəriyyətə qarşı cinayət olduğu, qətliamlar, insanlığa yad olan vəhşiliklər barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, bu soyqırıma uzun müddət siyasi qiymət verilməmiş və soyqırım kimi tanınmamışdır. Lakin ulu öndər Heydər Əliyev ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra həmin hadisələrə hüquqi–siyasi qiymət verilmiş və soyqırım kimi tanınmışdır.

Tədbirdə RİH başçısının müavini Gülayə Həsənova, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rayon təhsil şöbəsinin metodisti Əli Süleymanov, məcburi köçkün Allahverən Poladov çıxış etmiş, altı dövlətin və ABŞ–ın 11 ştatının Xocalı soyqırımını tanıdıqlarını bildirmiş, həmin hadisələrin dünyanın digər dövlətləri və xalqları tərəfindən də soyqırım kimi tanınacağına inandıqlarını bildirmişlər.

 

Ə.Yusifbəyli,

 

“Respublika”.

 

Quba

 

1918–ci ildə erməni millətçi daşnakları tərəfindən Quba qəzasında törədilmiş qırğınlar Azərbaycan tarixinin qanlı səhifələrindəndir. Vəhşi ermənilər Qubada minlərlə günahsız insanı xüsusi amansızlıqla öldürmüş, evləri talan etmiş, kəndləri viran qoymuş, məscidləri yandırmışlar. Şəhərin yuxarı hissəsində, Qudyalçayın sahilində adamlar diri–diri quyulara doldurulmuş, qəddarlıqla öldürülmüş, yüzlərlə insan cəsədləri üst–üstə qalanmışdır. Etnik düşmənçilik, əsl soyqırım faktı olan Quba qırğınları, erməni cəlladlarının əvvəlcədən düşünülmüş xüsusi planı əsasında həyata keçirilmişdir. 5 mindən çox əsgər, 300–dən çox yerli erməni yaraqlılardan ibarət hərbi dəstələr S. Şaumyanın şəxsi göstərişi ilə Amazaspın rəhbərliyi altında Quba şəhərində və onun kəndlərində dinc əhaliyə amansız divan tutmuşdur. 122 kənd və 26 məscid yandırılaraq məhv edilmişdir. Şəhərdə 105 ev viran qoyulmuşdur. Təpədən–dırnağa qədər silahlanmış erməni quldur dəstələri təkcə Quba şəhərində 3 min nəfərdən çox adamı xüsusi qəddarlıqla öldürmüşlər. Bunlardan 117 nəfəri hamilə qadın, 121 nəfəri körpə uşaq və bir çox yaşlı insalar olmuşdur. Qudyalçayın sahilində 700 nəfərədən çox əli silah tutan cavan güllələnərək cəsədləri üst–üstə qalanmışdır. 1918–ci ilin aprel–may aylarında Qubada ümumilikdə 16 min 271 nəfər, qəzanın əhatə etdiyi yaşayış məntəqələrində isə 36 min 782 nəfər dinc əhali qətlə yetirilmişdir. Hadisələr zamanı Qubada erməni daşnakları tərəfindən oğurlanmış və qarət edilmiş əmlak həmin dövrün vəsaiti ilə 4 milyon manat nağd pul, 4,5 milyon manat dəyərində qiymətli daş–qaş, 25 milyon manatlıq müxtəlif xalça, ev əşyaları və sairə olmuşdur. Bütün bunlar Quba qətliamının miqyasından və dəhşətlərindən xəbər verir.

2007–ci ildə Quba şəhər stadionu yaxınlığında qazıntı işləri aparılan zaman təxminən 5–6 metrlik torpaq qatının altında insan kəllələri, sümükəri aşkarlanmışdır. AMEA–nın Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşlarının apardığı araşdırmalar zamanı məlum olmuşdur ki burada 700 nəfərdən çox kişi, qadın, uşaq cəsədləri üst–üstə basdırılmışdır.

Soyqırım hadisələrinin 95–ci ildönümü rayonda geniş surətdə qeyd olunur. Rayonun təhsil, mədəni–maarif ocaqlarında, idarə və müəssisələrdə anım tədbirləri həyata keçirilir. Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqına qarşı 1918–1920–ci illər soyqırımı” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda bir sıra xarici ölkələrin tarixçi alimləri, arxeoloqları iştirak etmişlər. Alimlər Quba soyqırım məzarlığına gələrək erməni cəlladlarının törətdiyi vəhşilikləri öz gözləri ilə görmüşlər. Martın 31–də rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək, soyqırım məzarlığı ziyarət olunacaqdır.

 

Ziyafəddin Bayramov,

 

“Respublika”.

 

Zaqatala

 

30 mart 2013–cü il tarixdə Zaqatala rayonunda “31 mart–Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq–mühafizə orqanalrının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

İlk öncə tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı” xatirə kompleksini ziyarət etmiş, tər çiçəklər düzmüş, soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Xatirə kompleksinin önündə keçirilən tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Elman Ramazanov geniş məruzə ilə çıxış etmişdir. Məruzədə azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinin xronologiyasını ətraflı təhlil edərək, etnogenezi və ilkin məskunlaşma arealı dəqiq bilinməyən, hər yerə səpələnən, yalnız bəd əməllər hesabına bir yerə cəmləşən ermənilərin “böyük Ermənistan” yaratmaq iddiasını xüsusi qeyd etmişdir. Daha sonra natiq ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində ilk dəfə olaraq 26 mart 1998–ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamaqla xalqımıza qarşı törədilən bu cinayətin obyektiv mənzərəsini təsvir etmək, ona siyasi və hüquqi qiymət vermək imkanı yaratdığını bildirmiş, ümummilli liderimiz Heydər Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirildiyini vurğulamışdır.

Tədbir şagirdlərin ifasında ədəbi–bədii kompozisiya ilə yekunlaşmışdır.

 

Rasim AMANOV,

 

“Respublika”.

 

Yevlax

 

31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Yevlax rayonunda geniş anım mərasimi keçirilmişdir. Mərasim iştirakçıları öncə Şəhidlər xiyabanını ziyarət etmiş, Şəhidlərin abidə kompleksinə və 31 mart Azərbaycanlıların Soyqırımı abidə kompleksinə, ermənilər tərəfindən qətlə yetirilmiş şəhidlərin məzarı üstünə qərənfillər düzmüşlər. Soyqırım qurbanlarının ruhuna dualar oxunmuşdur.

Mərasimdə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov geniş məruzə ilə çıxış etmiş, erməni ekstremizminin törətdiyi faciələrdən, azərbaycanlıların zaman–zaman məruz qaldıqları soyqırımından, sovet imperiyası tərəfindən müxtəlif illərdə soydaşlarımızın öz ata–baba yurdlarından departasiya ediməsindən ətraflı söhbət açdı. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri, faciələri yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həmin cinayətkar əməllərə, iki əsr ərzində xalqımıza qarşı törədilmiş vəhşiliklərə obyektiv hüquqi–siyasi qiymət verdiyini, ulu öndərin tarixi ədaləti bərpa edərək, 1998–ci ilin martın 26–da imzaladığı fərmanla 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan etdiyini vurğulayaraq, bildirdi ki məhz bu tarixi sənəddən sonra hər il ölkəmizdə, müxtəlif anım mərasimləri, xaltirə tədbirləri keçirilir.

Çıxış edənlər faktlara, arxiv mənbələrinə əsaslanaraq, böyük imperialist güclərin, dairələrin himayədarlığı ilə erməni millətçiləri və silahlı birləşmələri tərəfindən nəinki Bakıda, Gəncədə, Qubada, eləcə də ölkəmizin müxtəlif bölgələrində günahsız soydaşlarımızın, qocaların, qadınların və uşaqların milli və dini mənsubiyyətə görə sistemli və kütləvi şəkildə, xüsusi amansızlıq və vəhşi metodlarla məhv edilməsi barədə geniş söhbət açdılar.

Ümummilli liderimizin layiqli davamçısı Prezident İham Əliyevin ölkəmizin milli maraqlarının təmin olunması, vətəndaşlarımızın ümumi məqsəd və mənafe naminə birləşməsi, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Xalqımızın başına gətirilən tarixi faciələri Azərbaycan xalqı heç zaman unutmayacaq.

 

Ucar

 

Ucar rayonunda 31 mart—Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə geniş tərkibdə anım mərasimi keçirilmişdir. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov tarixi faktlara və bu günümüzün reallıqlarına istinad edərək son iki yüz ildə azərbaycanlılara qarşı aparılan genosid siyasətinin tarixi kökləri, ictimai–siyasi və hüquqi tərəfləri barədə geniş məlumat verərək erməni millətçilərinin azərbaycanlılara, türklərə qarşı apardığı soyqırımı siyasətinin XXI əsrdə də davam etdiyini, bu irticaçı siyasət nəticəsində yüz minlərlə insanın həyatına son qoyulduğunu, lakin soyqırımı barədə real faktların uzun müddət təhrif olunduğunu və gizlədildiyini təəssüf hissi ilə qeyd etdi. Yalnız ulu öndərimiz Heydər Əliyevin səyi nəticəsində soydaşlarımıza qarşı törədilmış misli görünməz etnik təmizləmələrə hüquqi–siyasi qiymət verildi. Xalqımızın böyük oğlu tarixi ədaləti bərpa edərək, 1998–ci il martın 26–da “31 mart—Azərbaycanlıların Soyqırımı Günü” tarixi fərmanını imzaladı. Ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev bu tarixi hadisənin hər il dövlət səviyyəsində anılmasına xüsusi önəm verilməsinin böyük siyasi və tərbiyəvi əhəmiyyəti olduğunu xüsusi vurğulayır.

Çıxış edənlər—şəhər 5–saylı məktəbin direktoru Hakim Nəcəfov, tarix müəllimi İman Rüstəmov və digər çıxışçılar bu soyqırımı, xalqımıza qarşı törədilən vəhşiliklərdən ətraflı danışaraq 1918–ci ildə ermənilər tərəfindən törədilmiş soyqırımı qurbanlarının ölümlərinə səbəb olmuş zorakılıq əlamətlərinin yetirilmə üsul və vasitələri, həmin insanların qətlə yetirildiklərindən sonra onların cəsədlərinin təhqirə məruz qoyulması kimi mənəviyyatsızlıqları, qətlə yetirilmiş insanların cəsədlərinə qarşı yönəldilmiş qeyri–insani hərəkətləri, erməni faşistləri tərəfindən əvvəlcədən planlaşdırılmış və düşünülmüş formada həyata keçirilən soyqırımı cinayətinin bir mərhələsi hesab etmişlər.

 

 

Zabit Xəlilov

 

Respublika.- 2013.- 31 mart.- S. 2.