Müdrikliyə gedən ömür yolu

 

Qarlı zirvələri buludlara ucalan qocaman Şah dağının ətəyində dörd tərəfdən yaşıl meşələrlə əhatə olunmuş, səhərləri əzəmətli dağ çayının şırıltısı ilə açılan, gecələri laylası ilə uyuyan bir kənd var—Qəmərvan kəndi. Bu kənddə Əlimirzəyevlər nəslində üç oğlan uşağı böyüyürdü: Əşrəf, Xəlil, Xalid. O vaxtlar heç kəsin ağlına gəlmirdi ki, zaman keçəcək, bu üç oğlan uşağı öz doğulduğu yurdu—Qəmərvanı bütün Azərbaycanda, hətta onun hüdudlarından kənarda tanıdacaq, elinə–obasına başucalığı gətirəcək. Əşrəf Əlimirzəyev Sosialist Əməyi Qəhrəmanı, bacarıqlı təsərrüfat rəhbəri, Xəlil Əlimirzəyev tarix elmləri doktoru, professor, Xalid Əlimirzəyev isə ədəbiyyatşünas, tənqidçi, Azərbaycan elminin, mədəniyyətinin yorulmaz təbliğatçısı kimi tanınacaq…

Qardaşların yaşca kiçiyi Xalid Əlimirzəyev 1947–ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ) Mirzəbəyli kəndində natamam orta məktəbi bitirib təhsilini davam etdirmək üçün Bakıya gəlir. O illəri Xalid müəllim belə xatırlayır: “Artıq avqust ayının axırı idi, bütün təhsil müəssisələrində qəbul imtahanları başa çatmışdı. Orabura müraciət edəndən sonra məlum oldu ki, Bakı Dəmiryolu Texnikumunda tələbə çatışmadığına görə qəbul hələ də davam edir. Bura qəbul olunanlar həm o vaxtkı pulla 40 manat təqaüd alacaq və həm də onlar tədris korpusu ilə bitişik binada yataqxana ilə təmin olunacaqlar. Başqa çıxış yolu olmadığına görə bir növ məcburi sənədlərimi texnikuma verdim və qəbul olundum”.

Dəmiryolu texnikumunda oxuduğu illərdə bədii mütaliəsini gücləndirən gənc tələbə teztez teatr tamaşalarına gedir, ədəbi prosesi diqqətlə izləyirdi. Hələ uşaqlıqdan ədəbiyyata olan böyük həvəsi onu belə bir qərar verməyə məcbur edir: “mütləq ixtisasımı dəyişib ədəbiyyatçı olmalıyam”. Artıq on səkkiz yaşında müstəqil, özünə güvənən bir gənc kimi o, 1951–ci ildə texnikumu bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə vermiş, beşillik tələbəlik illərindən sonra uzun ömür yolu bu ali məktəblə bağlı olmuşdur.

Xalid Əlimirzəyev universitet illərində filologiya fakültəsində millətini, onun tarixini və mədəniyyətini ürəkdən sevən, xalqın mədəni və ədəbi irsini yorulmadan təbliğ edən, özünəməxsus fərdi xarakterlərinə görə bir–birindən seçilən kamil şəxsiyyət, yüksək intellekt, saf mənəviyyat sahibi olan Mikayıl Rəfili, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Feyzulla Qasımzadə, Cəfər Xəndan Hacıyev, Məmməd Cəfər Cəfərov, Məmməd Arif, Cəfər Cəfərov, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev, Səlim Cəfərov, Hadi Mirzəzadə kimi müəllimlərdən dərs almışdır. Azərbaycan ədəbiyyatının, ədəbi tənqidinin, ictimai fikir tarixinin korifeyləri olan müəllimləri onun yaddaşında belə əbədiləşmişdir: “Əli Sultanlı səliqəli geyimi, şux duruşu, tədris etdiyi obrazların psixologiyasına, daxili aləminə uyğun aktyorluq səviyyəsinə qalxan, ləngərli, çoxçalarlı nitqi ilə, Cəfər Xəndan klassikmüasir şairlərimizin, xüsusilə Səməd Vurğunun şeirlərini əzbərdən deməsi, gözəl, böyük emosional təsirə malik diksiyası, yüksək natiqlik bacarığı ilə, Məmməd Arif ağır, təmkinli yerişi, sakit danışığı, ağsaqqal davranışı, problemləri yüksək səviyyədə ümumiləşdirmə, dərin fəlsəfi mühakimə bacarığı ilə, Həmid Araslı ağayana ədaları, alicənab, humanist təbiəti, vüqarlı yerişi, yüksək mədəniyyəti, klassik irsimizə dərin məhəbbəti və bu irsi bütün incəliklərinə qədər dinləyicilərə çatdırmaq məharəti ilə, sakit, təmkinli, üzündən xəfif, nurlu təbəssüm əskik olmayan, sözün əsl mənasında, müəllimlər müəllimi olan, həm mötəbər alim, həm də istedadlı yazıçı, böyük sənətkar kimi tanınan Mir Cəlal alicənablığın, xeyirxahlığın, müdrikliyin, təmiz mənəviyyatın təzahürü olan sadəliyi ilə…”.

Xalid Əlimirzəyevin azad, demokratik fikirli ziyalı kimi yetişməsində, bütövlükdə dünyagörüşünün, milli mənəviyyatının formalaşmasında bu unudulmaz müəllimlərinin əvəzsiz xidmətləri olmuşdur. Mir Cəlal müəllim isə 1951–ci ildən—gənc tələbənin universitetə qədəm qoyduğu ilk gündən ömrünün sonuna qədər, sözün əsl mənasında, Xalid Əlimirzəyevin xeyirxah məsləhətçisi, mənəvi dayağı olmuş, həmişə, hər yerdə təmənnasız olaraq onu himayə etmişdir. Mir Cəlal beş il onun müəllimi, sonralar diplomelmi işlərinin (namizədlik və doktorluq) rəhbəri olmuşbu yaxınlıq zaman keçdikcə müəllim–tələbə münasibətləri çərçivəsindən çıxaraq mənəvi yaxınlıq, qarşılıqlı etimad, dostluq, ağsaqqalövlad münasibətlərinə çevrilmişdir. Mir Cəlalın 1972–ci ildə çap olunmuş “Şəfəqdən qalxanlar” kitabına öz dəst–xətti ilə yazdığı avtoqraf bu cəhətdən diqqəti cəlb edir: “İstedadlı alim dostum, ədəbiyyat cəbhəsinin fəal və qeyrətli mücahidi Xalid müəllim üçün kiçik xatirə”.

Tələbəlik illərində Xalid Əlimirzəyev universitetin ictimai həyatında fəal iştirak edir, tədbir və yığıncaqlarda maraqlı çıxışları ilə seçilirdi. 1956–cı ildə universiteti bitirdikdən sonra o, bir neçə il Qəbələ rayonunun Hacallı, Qəmərvan kənd orta məktəblərində müəllimlik etmişdir. Pedoqoji fəaliyyəti dövründə doğma universitetlə əlaqəni kəsməmiş, müəllimlərinin, xüsusilə diplom rəhbəri Mir Cəlalın tövsiyəsi ilə yenidən Bakıya qayıtmış, filologiya fakültəsinin aspiranturasına daxil olmuşdur. Elə Mir Cəlalın təklifi ilə “Mirzə Cəlilin ədəbi–tənqidi görüşləri” adlı elmi üzərində işləmiş, bu mövzü üzrə namizədlik dissertasiyasını vaxtından bir il əvvəl müdafiə etmişdir.

1960–1970–ci illərdə Mir Cəlal müəllim istedad və bacarığına yaxından bələd olduğu gəncləri rəhbərlik etdiyi Azərbaycan ədəbiyyatı tarixi kafedrasına cəlb edirdi. Bu gənclər tezliklə nəinki universitetdə, hətta respublika miqyasında belə öz ixtisaslarını yaxşı bilən peşəkar müəllim, istedadlı, müasir düşüncəli alim kimi tanınan, tədricən həmkarları arasında aparıcı nüfuz və hörmət sahibinə çevrilən Firidun Hüseynov, İnayət Bəktaşi, Təhsin Mütəllimov, Cəlal Abdullayev, Qara Namazov, Abdulla Abbasov, Xalid Əlimirzəyev və başqalarından ibarət idi…”. Həyat Mir Cəlal müəllimin yanılmadığını sübut etdi. Bu gənc alimlər ədəbiyyatşünaslıqda ciddi nailiyyətlər qazanmış, Azərbaycan ədəbiyyatının ədəbi–bədii və tarixi–nəzəri proseslərini araşdırma sahəsində böyük, əvəzsiz uğurları olan Mir Cəlal elmi–nəzəri məktəbinin görkəmli nümayəndələri, öz müəllimlərinin layiqli davamçıları oldular.

1963– ildən universitetdə pedoqoji fəaliyyətə başlayan Xalid müəllim 50 ildir ki, Azərbaycan ədəbiyyatı tarixindən, ədəbiyyatşünaslığın əsaslarından, ədəbiyyat nəzəriyyəsindən mühazirələr oxuyur. Elmi cəhətdən yüksək səviyyədə keçən bu mühazirələr, məşğələlər tələbələr tərəfindən həmişə maraq və rəğbətlə qarşılanmışdır. Müəllim həmkarı, uzun illər bir kafedrada çiyin–çiyinə çalışdığı filologiya üzrə fəlsəfə doktoru Zahirə Salmanovanın yazdığı kimi: “Xalid müəllim, ilk növbədə əsl müəllimdir. O, bu sənəti təkcə elmi savadı ilə deyil, yüksək mənəvi keyfiyyətləri ilə qazanır. Günəş öz şüası ilə Yer kürəsini, həyatı canlandırdığı kimi, Xalid müəllim də öz ziyası, biliyi, dünyagörüşü ilə tələblərini qidalandırır. O, tələbələrlə birlikdə olarkən hər şeyi, dünyanın bütün dərd–sərini unudur. Tələbə onun üçün bir dünyadır. Məhz buna görə də tələbələr onun mühazirələrini heyranlıqla dinləyirlər…” (“Ədalət” qəzeti, 18 dekabr 2002–ci il).

BDU–nun filologiya fakültəsini bitirmiş minlərlə tələbəyə—cəmiyyətimizin böyük ədəbiyyatçılar, dilçilər, jurnalistlər ordusuna Xalid müəllim təkcə elmin sirlərini öyrətməklə kifayətlənməmiş, eyni zamanda gənc nəslin dünyagörüşünün formalaşmasına, mənəvi cəhətdən zəngin, dövlətin, xalqın, millətin təəssübünü çəkən qeyrətli vətəndaş kimi böyüməsinə çalışmışdır. Keçmiş tələbələri—filoloq İlqar Məmmədlinin, jurnalist Şamil Məmmədlinin və bir çoxlarının öz sevimli müəllimləri haqqında mətbuat səhifələrində yazdıqları buna bir daha sübutdur: “Xalid müəllim bizə “Ədəbiyyatşünaslığın əsasları” fənnindən mühazirələr oxuyurdu. Onun nəhəng əzəməti, özünəməxsus nitqi, tələbələr qarşısındakı davranışı, insanı özünə cəlb edən maraqlı, müdrik söhbətləri yaddaşımıza həmişəlik həkk olunub. Yaxşı deyiblər, “Nəhəng kəslər nəhəng ünvan qazanar”. Xalid müəllim minlərlə tələbəsinin şüurunda, qəlbində nəhəng ünvan qazanan mərhəmət çırağı, nəhəng pedaqoqdur” (“Şirvanın səsi” qəzeti, yanvar 2013).

Xalid Əlimirzəyevin filologiya elmi sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında da mühüm xidmətləri olmuşdur. Təsadüfi deyildir ki, o, elmin çətin yollarında onlarca gənc tədqiqatçının elmi rəhbəri, rəsmi opponenti, məsləhətçisi olmuş, elmin çətin yollarında onların əlindən tutaraq arxa, dayaq olmuşdur. Filologiya elmləri doktoru, professor, görkəmli alim, AMEA–nın müxbir üzvü Azad Nəbiyev məqalələrinin birində onun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək yazırdı: “Xalid Əlimirzəyevin Mir Cəlal müəllimin rəhbərlik etdiyi Azərbaycan ədəbiyyatı kafedrasının yüksək elmi–nəzəri səviyyəsinin qorunub saxlanılmasında əvəzolunmaz xidmətləri vardır. Professor Xalid Əlimirzəyev həm Mir Cəlal müəllimin sağlığında, həm də onun cismani yoxluğundan sonrakı dövrdə Azərbaycan Dövlət Universitetinin, çalışdığı kafedranın ənənələrinin qorunub saxlanılması sahəsində az görməmişdir. Bu kafedranın aspirantya doktorantı olan onlarca ədəbiyyatşünasın yetişməsində—mövzuların seçilməsində, işlənməsində, nəşrə hazırlanmasında və başa çatdırılmasında onun xeyirxahlığı, köməyi, ən mürəkkəb məqamlarda, mübahisəli məsələlərdə insanlara arxa durması Xalidi həmkarları içərisində ucaltmış, ona sonsuz məhəbbət qazandırmışdır” (“Mənəvi borc”, “Kredo” qəzeti, 3–10 oktyabr 2009–cu il).

Görkəmli pedaqoq, əvəzolunmaz müəllim kimi tanınan Xalid Əlimirzəyev həm də filologiya elmində, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində geniş tədqiqat dairəsi, müstəqil mövqeyi, özünəməxsus üslubu ilə seçilən alimlərimizdəndir. O, klassikmüasir ədəbiyyatımızın ədəbi–nəzəri problemlərinə, bütünlükdə ədəbiyyatşünaslığın və incəsənətin müxtəlif məsələlərinə dair 300–dən artıq elmi məqalənin, 350–dən cox publisistik yazının, 20–dən çox genişhəcmli monoqrafiya, kitab, dərslik və dərs vəsaitlərinin müəllifidir.

1972–ci ildən başlayaraq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən ədəbiyyat tarixinin, müasir ədəbi prosesin tədqiq və təhlilinə həsr olunmuş “Ədəbi qeydlər”, “Problemlər və xarakterlər dramaturgiyası”, “Bədii həqiqət uğrunda”, “Dramaturgiyamızda ideal və qəhrəman”, “C.Məmmədquluzadənin ədəbi–tənqidi görüşləri”, “Dədə Qorqud dastanında şəxsiyyət və cəmiyyət problemi”, “Nizami Gəncəvinin insan konsepsiyası”, “Dramaturgiya, teatr və səhnə sənəti”, “Siyasət və əxlaq”, “Ədəbiyyatşünaslığın elmi–nəzəri əsasları”, “Mənəvi borc”, “M.F.Axundovun ideal və sənət dünyası”, “Klassiklərimizin idealpoetik sənət dünyası” (iki cilddə), “Dahi sənətkar, böyük vətəndaş”, “Ədəbi–tənqidi məqalələr” və s. kimi kitabları Xalid Əlimirzəyev qələminin məhsulu, gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir.

Güclü elmi təfəkkür, yetkin qələm sahibinin, Azərbaycan xalqının bədii irsini, milli–mənəvi sərvətlərini təbliğ edən böyük bir vətəndaşın ərsəyə gətirdiyi bu kitablar onun ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, tənqidçi kimi gördüyü işlərin nə qədər zəngin və çoxcəhətli olduğunu göstərir. Azərbaycan ədəbiyyatının, ədəbi–nəzəri fikir tarixinin elə bir dövrü, elə bir sahəsi yoxdur ki, Xalid müəllim ona öz münasibətini bildirməsin. Qədim dövrlərdən—Xaqani, Nizami Gəncəvi yaradıcılığından, eləcə də “Kitabi–Dədə Qorqud” dastanından başlayaraq, müasir şair və yazıçılarımıza, dramaturgiya, teatr və səhnə sənəti ilə bağlı məsələlərə dair fikir və mülahizələri, elmi qənaətləri müxtəlif dövrlərdə M.İbrahimov, İ.Əfəndiyev, Mir Cəlal, Ə.Cəmil, M.Məmmədov, C.Cəfərov, A.Zamanov, T.Mütəllimov, İ.Bəktaşi, C.Əhmədov, A.Nəbiyev, N.Şəmsizadə, V.Yusiflibaşqa tanınmış yazıçı və alimlərimiz tərəfindən təqdir olunmuş, onun elmi və bədii irsi yüksək qiymətləndirilmişdir. Milli mənəvi dəyərlər”, o cümlədən ədəbiyyat, fəlsəfi irs, “Quran” və istiqlal üçün vətəndaş narahatlığı, alim və şəxsiyyət məsuliyyəti, özünə, mənsub olduğu xalqa və vətənə dərin inam X.Əlimirzəyevin kitablarını səciyyələndirən xüsusiyyətlərdir. Onun kitabları kağıza ilhamın və zəkanın enerjisi ilə yazılmış həqiqətlər toplusudur. Ən azı, fakt həqiqəti, təsəvvür həqiqəti, inam həqiqəti, Mirzə Cəlil və M.Ə.Sabir həqiqəti…” (Nizaməddin Şəmsizadə “Ədəbiyyat” qəzeti, 27 dekabr 2002–ci il).

X.Əlimirzəyevin elmi yaradıcılığının əsas mərhələsini, demək olar ki, Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi, tədqiq və təhlili təşkil edir. O, ömrünün böyük bir hissəsini bu nəhəng sənətkara həsr etdiyi üçün həmişə özünü xoşbəxt hiss etmiş və Mirzə Cəlil dünyasına olan sevgisini belə əsaslandırmışdır: “Oxuduğum, öyrəndiyim böyük ədiblər, sənət xadimləri içərisində mənim əqli–mənəvi təkamülümə ən çox təsir göstərən Mirzə Cəlil olmuşdur. Məhz onun sayəsində mən bu gün insanlıq, vətən, xalq təəssübü, milli ləyaqət, vətəndaşlıq borcu, haqqa, ədalətə hörmət, əqidə bütövlüyü kimi anlayışları daha yaxşı dərk etmişəm. Məni bu aləmə, böyük idrak və tərbiyə məktəbi olan Mirzə Cəlil dünyasına aparan ilk bələdçim əziz və sevimli ustadım Mir Cəlal müəllim olmuşdur. Bu xeyirxah, nəcib işə görə ilk olaraq ona borcluyam”. Onu da qeyd edək ki, Mir Cəlal müəllim qarşısında həmişə mənəvi cəhətdən özünü borclu hiss edən X.Əlimirzəyev bu mənəvi borcu azçox ödəmək üçün onun haqqında olan xatirələrini qələmə almışdır. 2006–cı ildə çapdan çıxmış “Mənəvi borc” adlı kitabda Mir Cəlalın parlaq şəxsiyyəti, xarakteri, dünyagörüşü, vətəndaşlıq mövqeyi, yüksək insani keyfiyyətlərindən söz açmış, ədəbi, elmipedoqoji fəaliyyəti haqqında geniş təsəvvür yaratmışdır.

X.Əlimirzəyev 1964– ildə “Cəlil Məmmədquluzadənin ədəbi–tənqidi görüşləri” mövzusunda namizədlik, 1972–ci ildə “Cəlil Məmmədquluzadənin dramaturgiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan ədəbi–tənqid tarixində Mirzə Cəlil haqqında bir–birindən qiymətli fikirlər söylənmiş, dəyərli elmi əsərlər və monoqrafiyalar yazılmışdır. Lakin Cəlil Məmmədquluzadə yaradıcılığında tədqiq olunmamış problemlərin, bəzi mübahisəli, köhnəlmiş mülahizələrin hələ də qalması Xalid müəllimi düşündürmüş, bütün bunları yenidən safçürük etmək, Mirzə Cəlilin dünyagörüşünü, bədii yaradıcılığını, nəsri, dramaturgiyası, publisistikası və ədəbi–tənqidi görüşlərini müasir oxucuya yeni aspektdə—müstəqillik dövrümüzün tələbləri baxımından çatdırmaq məqsədi ilə o, tarixi həqiqətə, elmi faktlara söykənərək bu dahi sənətkar haqqındakı tədqiqatlarıson dövrlərdə çap olunmuşDahi sənətkar, böyük demokrat” (“Elm və təhsil” nəşriyyatı, 2010–cu il) adlı monoqrafiyada toplamışdır. 682 səhifədən ibarət olan bu dəyərli fundamental monoqrafiya Cəlil Məmmədquluzadənin həyatı, dövrü, ədəbi–mədəni mühiti, dramaturgiyası, bədii nəsri və “Molla Nəsrəddin” jurnalı, ədibin publisistik fəaliyyəti, ədəbi–tənqidi görüşləri, yaradıcılığının sənətkarlıq məziyyətləri haqqında geniş təsəvvür yaradır, ictimai–bədii fikrimizin böyük bir dövrü milli və bəşəri konteksdə tədqiq və təhlil olunur.

Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaratmış böyük sənətkarlardan Nizami Gəncəvi, M.F.Axundov, Cəlil Məmmədquluzadə yaradıcılığını tədqiq etmək, onlar haqqında monoqrafiya yazmaq elmi fəaliyyətə başladığı ilk gündən Xalid müəllimin ən böyük arzusu və idealı olmuşdur. O, özünü xoşbəxt sayır ki, “Nizami Gəncəvinin insan konsepsiyası”, “M.F.Axundovun ideal və sənət dünyası” və “Dahi sənətkar, böyük demokratkimi monoqrafiyalarını yazaraq elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim edə bilmişdir.

Xalid müəllim hələ gənc yaşlarından bədii yaradıcılıqla da məşğul olmuşdur. Bu sahədəki qələm təcrübələri 2008–ci ildə nəşr edilmiş “Bələdçi” adlı kitabda toplanmışdır. Kitaba onun müxtəlif illərdə qələmə aldığı dərin həyati müşahidələr əsasında yazılmış lirikpsixoloji, həmçinin satirik üslubdakı hekayələri, “Bələdçi” povesti, eləcə də “Böhtan”, “Zümrüd”, “Yalan ayaq tutar, yeriməz”, “Səadət sorağında”, “Daşa dönmüş ürəklər” kimi dram əsərləri, “Nakam məhəbbət” kinossenarisi daxildir. Müəllifin dram əsərlərindən “Səadət sorağında” Azərbaycan Dövlət Akademik Dram Teatrında, “Daşa dönmüş ürəklər” isə Bakı Bələdiyyə Teatrının repertuarında tamaşaya qoyulmuşböyük maraqla qarşılanmışdır. Məzmun və ideyaca bütün dövrlər üçün müasiraktual olan bu əsərlər X.Əlimirzəyevin cəmiyyətin problemlərinə yanaşmada vətəndaş mövqeyinin, xalqı yüksəlişə və intibaha çağırış istəyinin, insanın daxili aləminə nüfuz etmək bacarığının bədii ifadəsidir.

Bu yaxınlarda Xalid Əlimirzəyevin 80 yaşı tamam olmuşdur. Ləyaqətlə yaşanan, müdrikliyin zirvəsində olan 80 illik şərəfli ömür yolu Xalid müəllimə çox şeylər bəxş edib. Bu gün o, böyük bir nəslin, ailənin ağsaqqalı, “Kitabi–Dədə Qorqud” dastanının tədqiqatçılarından biri olan filologiya elmləri doktoru, professor Flora Davud qızının ömürgün yoldaşı, həmsöhbəti, övladlarının qayğıkeş atası, nəvələrinin və üç nəticəsinin sevimli babası, xüsusi iftixarqürur hissi ilə “Mən Xalid müəllimin tələbəsi olmuşam” deyə biləcək minlərlə tələbəsinin, yetişdirdiyi ziyalıların müəllimi, vətənini, xalqını ürəkdən sevən, onun azadlığı və müstəqilliyi uğrunda haqq səsini ucaldan böyük vətəndaş, eyni zamanda Azərbaycan maarif və mədəniyyətinin, ədəbi–tənqidinin, filologiya elminin inkişafında əvəzsiz xidmətləri olan görkəmli ədəbiyyatşünas alim, tənqidçidir.

Xalid Əlimirzəyevin yarım əsrlik elmi, pedaqoji fəaliyyəti haqqındakı bu yazını müasir tənqidimizin tanınmış nümayəndələrindən biri olan Vaqif Yusiflinin sözləri ilə (“Ədəbiyyat” qəzeti, 1 mart 2013– il) tamamlamaq istərdim: “Hörmətli Xalid müəllim!

Mənim bu qeydlərim tənqidçi–ədəbiyyatşünas, ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisi timsalında obrazınızı yaratdı. Çox sağ olun ki, sizin zəngin yaradıcılığınız buna imkan verdi. Siz ədəbiyyat pərvanəsi, ədəbiyyat fəhləsisiniz. Biz sonrakı tədqiqatçılar, Səməd Vurğun demişkən, “Sizdən öyrəndik bu qəhrəmanlığı”.

 

 

Rəfayət Xalidqızı,

filologiya üzrə fəlsəfə doktoru

 

Respublika.- 2013.- 31 mart.- S. 5.