TƏRƏQQİ DAHİSİ

 

Azərbaycan xalqının sevimlisi, müstəqil dövlətinin yaradıcısı Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində haqlı olaraq bu dahi şəxs barədə çox sözlər deyilir, yazılar çap olunur, bir çox tədbirlər keçirilirs. Bu el razılığına, milli şənliyə qoşulan milyonlardan biri kimi, mən də unudulmaz Heydər Əliyevin fəaliyyəti barədə özüm şahid olduğum, dərk etdiyim, çoxsaylı hadisə–faktlara əsasən bir neçə yaddan çıxmayan hadisələrə toxunmaq istəyirəm.

Öncə demək lazımdır ki, hər bir hadisəyə, şəxsə, işə fərdi yanaşmaq – qiymət verməkdə müqayisənin əhəmiyyəti böyükdür və nəticəni daha da düzgün əsaslandırmağa imkan verir. Bu baxımdan Heydər Əliyev şəxsiyyəti bizlərə onun Azərbaycan KP MK birinci katibi olandan sonra daha aydın məlum oldu. 1969–cu ilə kimi həmin vəzifədə neçə adam işləmişdir? Onların fəaliyyətindən xalq, vətən üçün hansı müsbət iş–əməl qalmışdır? Ölkə–xalqa, mənəvi–dayaq, sənaye sahələri, kənd təsərrüfatı, quruculuq, yaradıcılıq, elm, incəsənət və başqa tərəqqi sahələrinə rəhbərlik, iş icraçılığını göstərən, yeniliklərin yaranmasını təmin edən, ilk yorulmaz rəhbər məhz ulu öndər Heydər Əliyev olmuşdur. Onun üslubu, uzaqgörənliyi, insana xas olan bütün əməllərin, fəaliyyətlərin ən vacibini, dəyərlisini, məkan–zamanın tələblərinə müvafiq olanları düzgün seçən, istiqamətləndirən və onların həllolunma yollarını göstərməkdə möhtəşəm Heydər Əliyev dühası yeganədir, təkrarsızdır! Milli şüurun, millilik hissinin formalaşması, inkişafı, onun bütün geniş sahəli işlərində, fəaliyyətlərində əsas istiqamətlərdən biri kimi davam etmişdir. Azərbaycanda əhalinin əksər hissəsinin aqrar sahədə, iqtisadi, ictimai inkişaf baxımından gərgin həyat şəraitini Heydər Əliyev çox gözəl bildiyi üçün, rəhbərliyinin ilk dövrlərindən əsaslı surətdə kənd yaşayış mühitində əsl mənada inqilab yaratdı. Elmin, təhsilin, incəsənətin bütün sahələrinin əsl mənada intibah dövrünün başlanması da onun misilsiz xidmətlərindəndir. Kəndlərdə, respublikamızın ucqar yerlərində xalqın 50 ildən çox dövr ərzində tavansız, döşəməsiz, saman–qamış, palçıq möhrələrlə yaradılan daxmalarının daş evlərə, işıqlı binalara çevrilməsi məhz 70–ci illərdən vüsət almağa başladı. Kəndli, pambıqçı, üzümçü, bağban, maldar, fəhlə öz halal zəhmətinə düşən halal əmək haqqı ilə çoxdan arzusunda olduğu istəklərini həyata keçirmək imkanı qazandı. Mən bu cür ümumxalq fərdi–şəxsi gün–güzəran yüksəlişini uzaq Lerik, Yardımlı, Laçın və başqa dağ rayonlarında, Muğanda, Mildə, Şirvanda, Naxçıvanda görmüşəm. Heydər Əliyevin rəhbərliyinə kimi zaman kəsiyində yüzlərlə tərəqqi imkanı tapmayan istedadlı, gələcəyin milli sərvətinə çevrilə bilən soydaşlarımızın inkişafı qayğısını, təəsübünü çəkən rəhbər olmamışdır! Heydər Əliyevin xalqın, millətin, vətənin maddi, mənəvi rifahına, müdafiəsi–qorunmasına təminat–təməlin müasir elmi biliklərə yiyələnən, yaradıcı qabaqcıl kadrlar–mütəxəssislərin hazırlanması qayğısının öz çoxsahəli işlərində həmişə diqqətdə saxlarmış və əməl etmişdir. Bu gün dünyanın bir çox ölkələrində, doğma vətənimizdə fəaliyyət göstərən, xalqımızı tanıdan, ona müsbət hüsn–rəğbət qazandıran yüzlərlə soydaşlarımız Heydər Əliyevin uzaqgörənliyində olan bariz nümunələrdən biridir.

Hafizəmdə, yaddaşında, rəsmi sənəd–sübutlarda olan yüzlərlə yazılı fakt–təsdiqləyici məlumatlardan aydın olur ki, Heydər Əliyevin bütün işləri–fəaliyyətində tərəqqiyə meyilli xidmət, işgüzarlıq başlıca məqsəd–amal olmuşdur. Son 40 ildən çox olan müddətdə, Azərbaycanda əmələ gələn və davam edən hərtərəfli tərəqqi, xalqımızın, ölkəmizin yüz illərə bərabər tarixində görünməmişdir.

Heydər Əliyevin Siyasi Büroya üzv seçilməsi, xüsusilə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən sonra həmişə ezamiyyətdə, konfranssimpoziumlarda olduğumuz zaman yerli vəzifə sahiblərinin, şəxsən mənə münasibətlərində xoşrəftarlıq istiliyini hiss etmişdim. Mənim elmi yaradıcılığım, bizim ixtisasa görə mərkəz sayılan, SSRİ EA–nın “Su hövzələrinin biologiyası institutuYaroslavl vilayətinin Rıbinsk şəhərinə yaxın, Volqa çayı məcrasında yaradılan eyni adlı su anbarının sahilində, keçmiş “xalqçı”, 29 il çar həbsxanasında dustaq olan mülkədar Nikolay Morozovun malikanəsində yerləşir. Bu əraziyə yaxın sahədə pravoslav dininə aid mərkəzi kilsələrdən biriNikolski məbədi fəaliyyət göstərir. Rus ziyayılarından – akad. Arçimoviç, Flyorov, Keldış, Pavlovskibir çox məşhur yazıçı–yaradıcı adamların həmin məbədə gəlmələrinin şahidi olmuşam. Məşhur rus ədibi, xalq yazarı Nikolay Barquzin, rus tarixi roman yazarı, məşhur Yefim Permitinin davamçısı (oğlu) Yuri, İqor Permitinlər, nəhayət, arximandrit Pavel ata ilə görüşlərimiz zamanı, Azərbaycana, azərilərə aid söhbətlərimizdə Heydər Əliyev şəxsiyyəti həmişə müsbət cəhətdən yad olunmuşdur.

Yaroslavl vilayətinin sıx meşəlikli, göl–bataqlıqlı, şəhər–kommunikasiya xətlərindən aralı ərazidə yerləşən institutla kilsə qonşuluq təşkil edir. Ona görə, bura gələn hər bir adamın “qəribliyi” asan məlum olur. Çünki hamı eyni küçə, dükan, yeməkxana, mehmanxanaklubda, gündə bir neçə dəfə rastlaşır. Ərazi bir çoxsivilizasiyadan uzaq olduğu üçün və “qafqazlı” görkəmli adamlar isə bu “xəlvəti yerdə” nadir görüldüyündən maraq doğurur. Bu səbəbdən də mənim həmin şəxslərlə söz–söhbətlərimdən başqa, ABŞ, Fransa, Kuba, Polşa, Çexoslovakiyab. ölkələrdən olan həmkarlarla da elmi əlaqələrimiz vardır. Yazıçı Nikolay Barquzin, BAM–ın inşasında yüksək vəzifədə çalışan Nikolay Limanovun Heydər Əliyev barədə söhbətləri, tam bütünlüklə yadımdadır. Barquzinin yaradıcılığına bələd olanlar bilir ki, onundili iti–tikanlıdır”. Baykal gölünə yaxın sahədə sellüloz–kağız kombinatı yaranan ərəfədə onun Siyasi Büro, xüsusilə Leonid Brejnevə ünvanladığı açıq, cəsarətli tənqid–etirazını xaricdə də çap etmişdilər. Barquzinin təbiətə, xüsusilə sututarlara mühafizəkar mövqeyini bilirdim, çox istəyirdim onun Xəzər dənizinə aid fikrini öyrənim. Dostum, prof. A.V.Monakov bizi tanış etdi. Mən istəyimi bildirməmiş, Barquzin bir növ zarafata oxşar görkəm alıb dedi: “Yaxşı oldu, bu, əsl rus diyarında ikinci dəfə azərbaycanlı ilə görüşürəm. Mənim birinci görüşümsaf, hələlik çox korlanmayan rus cəngəlliklərindən birində – Baykal gölü hövzəsində olmuşdur. Cavan oğlan, mənim birinci görüşümtarixi hadisədir. Həmin yadımdan çıxmayan xoş görüş, sizin xalqın çox zəkalı, uzaqgörən, hərtərəfli siyasi, ictimai, iqtisadi, strateji elmlər baxımından dərin bilikli, xoş görkəmli və sizin Qafqazda deyilən “kişi” dəyanətli, üstəlik, ləyaqətli və müdrik dövlət xadimi sayılan Heydər Əlirza oğlu ilə əlaqədardır”.

Barquzin Heydər Əliyevin rus ədəbiyyatının tarixi, inkişafı barədə SSRİ miqyasında təntənəli keçirilən yığıncağı xatırladı: Biz, mərkəzdən uzaq yerlərdə yaradıcılıqla məşğul olan yazarlar, şair–jurnalistlər rəsmi daxil olaninformasiya vasitəsilə bu barədə yayılan məlumatlardan bildik ki, əsas məruzəçi, çox–çoxlarına yaxşı məlum olmayan, cənubi respublikalardan birinin keçmiş birinci katibi, hazırda isə Baş Nazirin birinci müavini Heydər Əliyevdir. Sözün düzü, açıq danışıram, bir növ, balaca da olsa, şübhə yarandı ki, rus ədəbiyyatı probleminin keçmişi, müasir dövrü əhatə edən cəhətləri, inkişaf yolları, qayğıları, qüsurlu cərəyanları və s. barədə mövcud olan məsələlərin mahiyyətini bu mötəbər yığıncağa toplanan rus ədəbiyyatının “qaymaqlarına”, partiya işçisi necə çatdıracaq? Adətən rəhbər şəxslərin məruzəsini “böyük bir komanda” hazırlayır və məruzəçi mexaniki olaraq həmin yazını oxuyur, özü də necə, vəssalam. Mən onun səlis rusca çıxışlarını eşitmişdim. Lakin bu dəfəki çıxışında onun nitq mədəniyyəti, klassik rus dilində sözlərin düzgün düzülüşü, yerində işlədilməsi, ifadə intonasiyası, çox qəliz olan rus qrammatikasının vurğu işarələrinin tələffuzü və başqa cəhətləri böyük auditoriyanı özünə cəlb etdi, minlərlə adamda onu dinləməyə maraq yaratdı. Heydər Əliyevin çıxışı heç kimə oxşamır, o, sanki söhbət edir, təəccüblü cəhət o idi ki, rus ədəbiyyatına aid elə dəlil–sübutlar, qoca Şərqin poeziyasının Avropa, Asiya xalqlarının ədəbiyyatı, poeziyası ilə əlaqəsi, qarşılıqlı təsiri, ədəbi tərcümələrin müsbət cəhətləri, dilçiliyin dünya ədəbi xəzinəsindən bəhrələnməsində rolubaşqa məsələlər barədə o böyük natiq, əsl mənada sanki bizə dərs deyirdi. Biz, yaradıcı zümrəyə aid olanlar, uzun müddət Heydər Əliyevin məruzəsi barədə çoxlu müzakirələr aparmışıq və onun yüksək elmi biliklərə, danışıq, nitq mədəniyyətinə dərin hörmət bəsləyirik”.

Nikolay Limanov qeyd etmişdir ki, “BaykalAmur magistralının tikintisi zamanı, xəttin keçdiyi istiqamətdə bataqlıqlardan birininram edilməsi” əsl problem kimi uzun müddət idi qalırdı, işin davamının ləngiməsi, ölkə miqyaslı qayğıya çevrilmişdir. Ona görə buraya vilayət, mərkəz aparatlarından yüksək rütbəli məmurlar gələrdi, bolluca yeyər–içər, ov edib qayıdardılar. Çünki MK tərəfindən təsdiqlənən baş layihənin düzəlişinə və dəyişdirilməsinə heç kim cürət etmirdi. Bir gün bizə əvvəlcədən xəbər verilmədən, ratsiya ilə bildirdilər ki, baş nazirin birinci müavini, BAM–a birbaşa rəhbərlik edən Heydər Əliyev gəlir. Bizim üçün bu görüş maraq doğurmuşdu. Biz onu vertolyotdan düşən anda qarşıladıq, çox gümrah, sağlam, atlet görkəmli və təbəssüm simalı salamlaşdı və vaxt itirmədən layihə–sənədlərlə tanış oldu, problemin mahiyyəti barədə rəhbər mütəxəssisləri dinlədi, əraziyə şəxsi baxış keçirdi və yenə toplandıq. Əbəs yerə itirilən qiymətli vaxta görə iradını bildirib sübut etdi ki, məsul, mütəxəssis işçilər hər ərazinin, ayrıca, özünəməxsus geomorfoloji, hidrolojibaşqa xüsusiyyətini layiqincə bilmir. Heyrətamiz cəhət o idi ki, Heydər Əliyev bu daimi buzlaqlar, min illik bataqlıqlar, keçilməz meşəliklər diyarının xüsusiyyətlərini geoloq, geodezist, hidroloq, dəmiryol, körpü mühəndislərindən də aydın, bu müşkül işin öhdəsindən necə gəlmək lazımdırsa, izah edərək yoluna qoydu”.

Yuxarıda qeyd etdiyim, SSRİ EA (indiki REA) Daxili Su Hövzələrinin Biologiya İnstitutu, N.Morozovun Borok adlı malikanəsindəki Bioloji stansiya bazasında, məşhur qütbçü, coğrafiya elmləri doktoru, kontr admiral, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, 8 dəfə Lenin ordenli İvan Dmitriyeviç Papanin tərəfindən 1956–cı ildə yaradılmışdır (hazırda onun adını daşıyır). Mənim elmi həyatımda İ.D.Papaninin zəhməti böyükdür. 30 ilə yaxın müddətdə bütün elmi işlərimizdə (laboratoriya) onun köməyinə istinad edərək reaktivlər, priborcihazlar, çətin tapılan optik vasitələrlə təmin olunmuşuq. Nəhayət, 1982–ci ildə Azərbaycan elminə qismət olanElm” gəmisi də o böyük şəxsiyyətin bilavasitə köməkliyi, tapşırığı ilə ərsə gəlmişdir.

Mən 1956–1959–cu illərdə Moskvada aspirantlar yataqxanasında, məndən 9 yaş böyük olan, Kulbayev Muxacir Axmatoviçlə (KabardinBalkar MR) bir otaqda yaşamışam. Həmin illər onun yanına məşhur şair Kaysın Kuliyev gələrdi. İllər keçdi, Muxacir KabardinBalkar Muxtar Respublikasında uzun müddət birinci katib vəzifəsində işləmişdir. Mən onunla bir neçə dəfə Nalçikdə olanda görüşmüşdük. Ulu öndər Heydər Əliyev Siyasi Büroya üzv seçiləndən sonra, Muxacirsevinirdideyirdi ki, “Siz azərbaycanlılar biz balkarların böyük qardaşısınız, Heydər Əliyev isə, ağsaqqal, millət atası və rəhbərimizdir”. Sonrakı görüşlərimizin birində (ümummilli lider Heydər Əliyev Moskvaya köçmüşdü), Muxacir çox narahatlıqla mənə dedi ki, “Mən Heydər Əliyev cənabları üçün narahatam. Çünki mən M.Qorbaçovla 18 il qonşu olan vilayətlərdə bərabər katib işləmişəm. Biz ailəliklə də yaxın olmuşuq. Narahatlığım ona görədir ki, Qorbaçov hələ MTS səviyyəli məmur olanda, onun bütün tələblərini Stavropol, Krasnodar, ümumiyyətlə, Soçi, Novorossiysk erməni mafıyasının (ticarət, gizli yüngül sənaye sexləri) başçısı Petrosyan tərəfindən ödənilmişdir. Qorbaçov, demək olar ki, ermənilərin “çiynində” yüksəlmişdir. Mən onun həyat yoluna yaxşı bələdəm. Heydər Əliyevin Moskvada vəzifəyə təyin olunmasının ermənilər tərəfindən faciə kimi qarşılanmasının da şahidi olmuşam. Bax, bubaşqa səbəbdən mən hiss edirdim ki, I Pyotrdan üzü bəri, rus qəsbkar şovinistlərin itaətkar quluna çevrilən ermənilər, islam, türk dünyası üçün ən böyük rütbə sahibi, müdrik rəhbər olmaqla hörmət–avtoritet qazanan Heydər Əliyev kimi Azəri–Türkü Milli liderinin ayaq altını qazacaqlarbu mənfur işi Qorbaçovun əli ilə həyata keçirəcəklər. Təəssüflər olsun ki, mənim şübhələrim düz çıxdı. Muxacir 1991–ci ildə, görüş zamanı mənə bildirdi ki, Qarabağ problemi Azərbaycan üçün ağrılı, uzun vaxt davam edəcək. Çünki Əliyevin Kremldən uzaqlaşdırılması, ermənilər üçün Qarabağa gedən yoldan şlaqbaumun götürülməsi planlı şəkildə həyata keçirilmişdir.

Mən təsəvvür edirəm ki, dahiliklə, uzaqgörənliklə cənab Heydər Əliyev heç olmasa 30–40–50 il sovetlər ölkəsində (dünyanı demirəm) qısa vaxtda olduğu kimi Azərbaycanın tərəqqisinə, təhsil–tədrisinə, elmin, incəsənətin inkişafına dayaq olsaydı, indi vətənimizin inkişafına, beynəlxalq miqyasda nüfuzunun artmasına, ölkəmizdən kənarda tərəfdaşlıq edərək ədalətli tələblərimizin həyata keçirilməsinə nə qədər imkanımız olardı. Böyük məmnunluq hissi keçirirəm ki, Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyinin bariz nəticələrindən birimilli diasporumuz dünya ölkələrində inkişaf edir, mətinləşir, cəsarətli təşəbbüslər göstərirlər. Mən əminəm ki, Azərbaycanın gələcək firavan həyatını müdrikliklə müəyyən edən milli lider, bənzərsiz rəhbər olan Heydər Əliyevin Vətən, xalq üçün müəyyən etdiyi planlar həyata keçiriləcək, doğma torpaqlarımız geri qaytarılacaq və torpaqlarımızın bütövlüyü bərpa olunacaq.

Möhtərəm Heydər Əliyevin ölkəmizdə rəhbərlik etdiyi dövrlərdə təhsilə və milli kadrların intellektual səviyyəsinin yüksəldilməsinə, elmin bütün sahələri üzrə yüksək dərəcədə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı göstərmişdir. Onun təhsilin elmlə sıx əlaqəli şəkildə inkişafı sayəsində mütərəqqi bilikləri yetərincə mənimsəyən, yeni tipli, milli dəyərlərimizə varis ruhunda kadrlar yetişdirmək ideyası vətənimizin çağdaş dövr və gələcək tərəqqisinin əsas istiqamətlərindən biri kimi dəyərlidir. Ulu öndər Heydər Əliyev demişdir ki, ” Əgər Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi”.

Məlumdur ki, Heydər Əliyev öz xidmətinə görə dövlətin–xalqın təhlükəsizliyinin təmin edilməsi probleminə daha yaxşı bələd olmuşdur. Onun dahiliyi, uzaqgörənliyi və heç bir Azərbaycan rəhbərinin ağlına gəlməyən bir məsələdə: “SSRİ ordu sıralarında ali rütbəli azərbaycanlı zabitlərin az olmasını göstərməsindən də aydın olur”.

Heydər Əliyev dühası, ordu sıralarında peşəkar döyüşçü–rəhbər kadrların, millətin dar günündə gərəkli olmasını qabaqcadan müəyyən etmişdir. Heydər Əliyev ermənilərin Sovet ordusunda tutduqları mövqeni aydın görüb, heç kimə müyəssər olmayan – Azərbaycanda ordu məktəbini yarada bilmişdir. Həqiqətən də, sayca bizdən 2–3 dəfə az olan, müharibədə yenə də azərbaycanlılardan az iştirak edən ermənilərin neçə marşalı, generalı, donanma admiralı olduğu halda, bizim Həzi Aslanov vuruşaraq həlak oldu. Lakin erməni generalları çoxçox olsalar da, onlar sağsalamat qalmış və hər biri öz növbəsində erməni döyüşçüsü tərbiyə etmiş, gələcək türk–Azərbaycan münaqişəsində onlardan istifadə edilməsi imkanını qabaqcadan müəyyən etmişdir. 20 Yanvar faciəsində, Qarabağ döyüşündə rus ordusu tərkibində çoxluq təşkil edən erməni hərbi mütəxəssislər məhz Sovetlərin hərbi məktəblərində onlar tərəfindən hazırlanmışdır.

Belə bir xalq kəlamı var: “Dağın əzəməti kənardan baxanda daha aydın dərk olunur”. Bu yazımda dahi Heydər Əliyevə özgələrin, yadların obyektiv fikirlərindən bəzi məqamları qeyd etdim. Hamılıqla razılaşarıq ki, milli qürurumuz, dövlətin yaradıcısı, inkişaf yollarını, çətinliklərin həll edilməsini göstərən Heydər Əliyev 40 ildən artıq dövrdə, insan fəaliyyətinə aid olan bütün sahələrdə yenilikçi olmuş, çoxlarının bacara bilmədikləri problemləri ölkə, region miqyasında yüksək dərəcədə, yalnız onun özünəməxsus səviyyədə həll etməyi bacarmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin yaradıcısı kimi öz xalqını vətəndaş müharibəsi dəhşətlərindən xilas etmək bacarığı, onun dövlətçilik fəaliyyətinin bariz sübutudur.



Məmməd SALMANOV,

akademik.

 

Respublika.-2013.-15 may.-S.7.