Dövlət Miqrasiya Xidmətində işə qəbul olunmuş əməkdaşlarla görüş keçirilmişdir

 

Bu günlərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev xidmətə qəbul olunmuş kiçik xüsusi rütbəli əməkdaşlarla görüş keçirmişdir.

Öncə əməkdaşlar xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar.

Xidmətin akt zalında davam etdirilən tədbirdə çıxış edən F.Nəbiyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir. Qısa zamanda əldə edilən uğurlardan bəhs edən xidmət rəisi bu nailiyyətlərin ildən–ilə atrdığını bildirmişdir.

Firudin Nəbiyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti öz fəaliyyətində ölkə başçısının fərman və sərəncamlarını, tapşırıq və tövsiyələrini daim rəhbər tutmuş, işini ən müasir tələblərə uyğun səviyyədə qurmağa çalışmışdır. 6 il ərzində miqrasiya orqanlarının fəaliyyətinə diqqət və qayğı ilə yanaşan ölkəmizin başçısı xidmət əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tapşırıqlar vermişdir. Xidmət rəisi bildirmişdir ki, Dövlət Miqrasiya Xidməti hüquq–mühafizə orqanı statusunu daşıyır və buna görə də xidmətdə çalışan hər bir əməkdaş üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk etməli, öz fəaliyyəti dövründə ona göstərilən etimadı doğrultmaq üçün səy göstərməlidir. Xidmət rəisi onu da vurğulamışdır ki, xidmətə yeni qəbul olunan kiçik xüsusi rütbəli əməkdaşlar da öz işlərinə məsuliyyətlə yanaşacaq, qarşıya qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə çalışacaqlar.

Sonda F.Nəbiyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunmuş kiçik xüsusi rütbəli əməkdaşları təbrik etmişonlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

 

Nurəngiz ADİLQIZI

 

Respublika.-2013.-15 may.-S.9.