GÖRKƏMLİ
OFTALMOLOQ ALİM AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN
90 İLLİK YUBİLEYİ BÖYÜK EHTİRAMLA QEYD
OLUNMUŞDUR
Lənkəran
Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəl görkəmli alimin şərəfli ömür yolunu əks etdirən film nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə mərkəzi rayon xəstəxanasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev açaraq Zərifə xanım Əliyevanın həyatı, həkimlik və elmi fəaliyyəti barədə məlumat vermişdir.
Sonra xəstəxananın baş həkiminin müavini Əbülfət Məmmədovun məruzəsi dinlənilmişdir. O, Zərifə xanım Əliyevanın mənalı ömür yolu, oftalmologiya sahəsində ixtiraları, misilsiz xidmətləri və tibb elminə gətirdiyi yeniliklər barədə danışmışdır.
Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini, tanınmış oftalmoloq Taleh Məmmədov, Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov və başqaları tədbirdə çıxış edərək Zərifə xanım Əliyevanın görkəmli oftalmoloq, ictimai xadim, xeyirxah insan kimi xalqımız tərəfindən sevildiyini, xatirəsinin daim əziz tutulduğunu bildirmişlər.
Lənkəran Şəhər İcra Hakimiyyəti
başçısının müavini–ictimai–siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Vüsal Nəsirli
tədbiri yekunlaşdıraraq akademik Zərifə
Əliyevanın 90 illik yubileyilə əlaqədar
rayonda silsilə tədbirlərin keçirildiyini, əlamətdar yubileyin elm, təhsil, səhiyyə,
mədəniyyət ocaqlarında, rayonun
bütün idarə, müəssisə və
təşkilatlarında təntənəli şəkildə qeyd olunduğunu söyləmişdir.
***
Lənkəran
Dövlət Universitetinin iclas zalında görkəmli alim,
akademik Zərifə xanım Əliyevanın anadan
olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans
keçirilmişdir. Konfransı giriş sözü ilə
açan universitetin rektoru, əməkdar elm xadimi, professor Asəf
İsgəndərov görkəmli oftalmoloq alimin Azərbaycan
tibb elminə verdiyi misilsiz töhfələrdən, səhiyyə
sahəsində misilsiz xidmətlərindən
danışmışdır.
Sonra
Zərifə xanım Əliyevanın həyatı və elmi
fəaliyyəti barədə film nümayiş
etdirilmişdir.
Universitetin
kimya–biologiya kafedrasının dosenti Məlahət Ağayeva
“Görkəmli oftalmoloq–alim, gözəl insan” mövzusunda məruzə
etmiş, akademik Zərifə xanım Əliyevanın mənalı
ömür yolu və zəngin elmi fəaliyyəti barədə
ətraflı danışmışdır.
Universitet
valideynlər şurasının sədri Sərhad Məmmədov,
kimya–biologiya kafedrasının müdiri, dosent Məmmədhüseyn
Hüseynov, kafedranın baş müəllimi Əhmədağa
Tahirov, dil və ədəbiyyat kafedrasının müdiri,
dosent Yədulla Ağazadə, tələbələrdən
Aygün Əlizadə, Sevinc Şirzadova tədbirdə
çıxış etmiş, görkəmli alimin oftalmologiya
sahəsində qazandığı nailiyyətlərin Azərbaycan
elminə dünya şöhrəti gətirdiyini bildirmişlər.
Tədbirdə
Sevil Əliyevanın şair Fikrət Qocanın sözlərinə
bəstələdiyi “Ana” mahnısı səslənmiş, tələbələrin
hazırladığı bədii kompozisiya nümayiş etdirilmişdir.
***
Lənkəran
Tibb Kollecində akademik Zərifə Əliyevanın 90 illik
yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Kollecin
iclas zalına təhsil ocağının kollektivi, Lənkəran,
Astara, Lerik, Masallı və Yardımlı rayonlarının səhiyyə
işçilərinin nümayəndələri
toplaşmışdılar.
Tədbiri
giriş sözü ilə kollecin direktoru, tibb üzrə fəlsəfə
doktoru, dosent İqbal Əmənullayev
açmışdır.
Sonra
görkəmli alimin həyat yolu haqqında videoçarx
nümayiş olunmuşdur. Kollecin müəllimi Günay Səfərovanın
akademik Zərifə Əliyevanın həyatı və tibb
sahəsində fəaliyyəti barədə məruzəsi
dinlənilmişdir.
Lənkəran
Şəhər İcra Hakimiyyəti
başçısının müavini–ictimai–siyasi və
humanitar məsələlər şöbəsinin müdiri
Vüsal Nəsirli Azərbaycanda oftalmologiya elminin
inkişafında akademik Zərifə Əliyevanın müstəsna
xidmətləri barədə söhbət açmış,
onun işıqlı xatirəsinin ürəklərdə əbədi
yaşayacağını qeyd etmişdir.
Tədbirin
sonunda akademik Zərifə Əliyevanın 90 illik yubileyinə
həsr olunmuş fənn olimpiadasının qaliblərinə
fəxri fərman və qiymətli hədiyyələr təqdim
olunmuşdur.
***
Lənkəran
şəhər mərkəzi kitabxanasında akademik Zərifə
xanım Əliyevanın anadan olmasının 90 illiyi
münasibətilə “Zərif əllərin
payladığı nur” mövzusunda kitab sərgisi təşkil
olunmuşdur.
Kitabxananın
oxu zalında keçirilən tədbirdə kinorejjisor Vaqif
Mustafayevin ekranlaşdırdığı “Əsl məhəbbət
haqqında” sənədli film nümayiş olunmuşdur.
Mərkəzləşdirilmiş
kitabxana sisteminin direktoru Validə Məmmədova tədbiri
açaraq akademik Zərifə xanım Əliyevanın həyat
yolu haqqında məlumat vermişdir. Lənkəran şəhər
uşaq–sağlamlıq mərkəzinin həkimi Yeganə
Quliyeva görkəmli oftalmoloq alimin tibb sahəsində
qazandığı nailiyyətlər barədə ətraflı
danışmışdır.
Tədbirdə
kitabxananın işçilərindən Siddiqə Rzayeva,
Elnurə Dadaşlı çıxış edərək
akademik Zərifə xanım Əliyevanın gözəl ana,
vəfalı ömür–gün yoldaşı, yüksək
insani keyfiyyətləri özündə birləşdirən
ziyalı olmasını bildirmişlər.
Tədbir
iştirakçıları “Zərif əllərin
payladığı nur” mövzusunda təşkil olunmuş
kitab sərgi ilə tanış olmuşlar.
Astara
Görkəmli
oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın
90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində
“Dəyirmi masa” keçirilmişdir.
Astara
Rayon İcra Hakimiyyəti başçısının
müavini ictimai–siyasi və humanitar məsələlər
şöbəsinin müdiri İlqar Malıyev tədbiri
giriş sözü ilə açaraq akademik Zərifə Əliyevanın
şərəfli ömür yaşadığını, Azərbaycanın
tibb elminə, xüsusən tibbin oftalmologiya sahəsinə
misilsiz töhfələr verdiyini bildirmiş, onun əziz xatirəsinin
xalqımız tərəfindən daim əziz tutulduğunu
qeyd etmişdir.
Heydər
Əliyev Mərkəzinin direktoru Gülnarə Məcidova “O, əsl
gözəllik mücəssəməsi idi” mövzusunda məruzə
etmişdir. YAP rayon təşkilatı qadınlar
şurasının sədri Aygül Məmmədova, Heydər
Əliyev Mərkəzinin əməkdaşı Elza
Kazımova, şəhər 1 və 3 saylı orta məktəblərinin
müəllimləri Günel Nəcəfova və İlhamə
Məmmədova Zərifə xanım Əliyevanın şərəfli
ömür yolundan, elmi nailiyyətlərindən
danışmışlar.
YAP
rayon təşkilatının sədri Firudin Əhmədov
tanınmış oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın
nəsillərə örnək olan ömür yolundan söhbət
açmış, onun təkcə elmi fəaliyyəti ilə
deyil, nəcib, humanist, xeyirxah əməllərinə görə
xalqımızın qəlbində daim
yaşayacağını bildirmişdir.
Əlisəfa HƏSƏNOV
Respublika.- 2013.- 1 may.- S. 8.