Ulu öndər bir daha anıldı…
Hər
bir xalq məhz özünün milli–mənəvi dəyərlərini
qoruyub onu inkişaf etdirməklə həmişə hörmət
qazana bilir. Xalqımızın milli–mənəvi dəyərlərinin
qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib
hissəsinə və dövlət siyasətinin aparıcı
qoluna çevrilməsində ulu öndərimiz Heydər Əliyevin
müstəsna xidmətləri olmuşdur. Onun fəaliyyətinin,
əməllərinin əsasında əsas bir ideya–Azərbaycançılıq
fəlsəfəsi dayanırdı. “Mən fəxr edirəm
ki, azərbaycanlıyam”–deyən Heydər Əliyev milli–mənəvi
sərvətimizin qorunması və inkişafı yolunda,
verdiyi fərman və sərəncamlarla yanaşı,
özünün şəxsi nümunəsi ilə də əvəzsiz
rol oynamışdır. Bu dahi şəxsiyyət respublikaya rəhbərliyinin
bütün dövrlərində yazıçıların,
yaradıcı insanların, alimlərin rolunu xüsusi
vurğulayır, onların yaradıcılığına
hörmətlə yanaşır, ziyalıların normal fəaliyyəti
üçün əlindən gələni edirdi. Keçirilən
yubileylər, sərgilər, görüşlər, verilən
fəxri adlar, ayrılan prezident təqaüdləri bu istiqamətdə
atılan addımların bir qismidir…
Xətai
rayonunun Ukrayna dairəsindəki Heydər Əliyev parkında
yenə qələbəlik var idi. Dahi şəxsiyyət Heydər
Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən
silsilə tədbirlərdən biri Xətai Rayon İcra
Hakimyyəti və Bakı şəhər Mədəniyyət
və Turizm İdarəsi ilə birgə təşkil
olunmuşdu.
İlk
öncə tədbir iştirakçıları ulu öndərin
abidəsi önünə gül dəstələri qoyub xatirəsini
bir dəqiqəlik sükutla yad etdilər. Sonra rayonun mədəniyyət
müəssisələrinin, musiqi məktəbləri,
yaradıcılıq mərkəzinin təşkil etdiyi əl
işləri, kitab sərgisi ilə tanışlıq
başladı.
Xətai
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov,
Bakı şəhər mədəniyyət və turizm idarəsinin
rəisi Əlikram Əliyev, rayon ictimaiyyətinin nümayəndələri
Xətai rayonundakı 13 saylı musiqi məktəbinin
şagirdi Nicat Allahverdiyevin ifasında “Qarabağ”
mahnısını maraqla dinlədilər. Kiçik
Nicatın məlahətli səsi, ifa tərzi hər kəsdə
kövrək hisslər oyatdı.
Xətai
rayonundakı Səməd Vurğun adına Mərkəzi
Kitabxana Sisteminin təşkil etdiyi ümummilli lider Heydər Əliyevə
həsr olunmuş kitablardan ibarət sərgi də
böyük marağa səbəb oldu. “Zamana sığmayan
ömür”, “Dahi şəxsiyyət, əbədiyaşar
lider” və s. adlı stendlərdə nümayiş etdirilən
ulu öndərin həyat və fəaliyyətini əks etdirən
kitablar xalqımızın bu böyük oğluna sevginin
açıq təcəssümü idi. Kitabxananın baş
kitabxanaçısı Yeganə Quliyeva tədbirdə kitab sərgisinin
təşkil edilməsinin təsadüfi
olmadığını diqqətə çatdıraraq dedi
ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixindəki
rolu böyükdür. Ötən əsrin 50–ci illərindən
başlayaraq bu gün Azərbaycan dövlətinin əsaslandığı
milli dövlətçilik fəlsəfəsini, müstəqil
yaşamaq haqqına sahib Azərbaycan xalqının
inkişafı, tərəqqisi üçün zəruri olan
istiqamətləri formalaşdırmış, müstəqil
dövlətimizi qurub yaratmışdır. Ulu öndər mədəniyyətimizin
hamisi idi, o, kitaba, mütaliəyə həmişə
üstünlük verir, özünü həyatda
qazandıqlarına görə kitablara borclu bilirdi.
Azərbaycan
Rəssamlar İttifaqının üzvü, tikməçi–rəssam
Mehriban Əliyeva–Xəlilzadənin parça üzərində
ipək saplarla işlədiyi, təkalduz, Xovlu məxmərtel
və c. tikmə növlərindən ibarət əl işləri
onunla tanış olan hər kəsdə maraq oyatmaqla
yanaşı, həmçinin bu qədim el sənətini
yaşadanlara minnətdarlıq hissi aşılayırdı.
Rayonun
İdman və Gənclər İdarəsinin rəhbərliyi
ilə təşkil olunmuş ayrı–ayrı idman növləri
üzrə nümunəvi çıxışlar, rəqs
qruplarının milli rəqsləri, musiqi məktəbləri
şagirdlərinin xor qrupunun bir–birindən maraqlı ifası
yubiley tədbirinin iştirakçılarında xoş ovqat,
yüksək əhvali–ruhiyyə yaradırdı.
Bütün
bunlar isə milli–mənəvi dəyərlərimizin bu
gün də qoruna–qoruna yaşandığının təsdiqi,
ulu öndərimizin dönə–dönə təkrarladığı
tövsiyələrinin əməldə öz təsdiqini
tapmasının nümayişi idi. Bu bir daha onu göstərirdi
ki, ulu öndər nəsillərin qəlbində öz əməlləri,
ölməz ideyaları ilə daim yaşayacaqdır…
Zümrüd
Qurbanqızı
Respublika.- 2013.- 1 may.- S. 9.