UNUDULMAZ ULU ÖNDƏR

 

1 saylı Bakı peşə liseyində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasmın 90 illik yubileyi münasibətilə “Unudulmaz ulu öndər” adlı ədəbi–bədii tədbir keçirildi. Tədbiri liseyin direktoru Azər Ağazadə açaraq xalqımızın dahi oğlu Heydər Əliyevin Azərbaycana hələ birinci rəhbərliyi dövründə həyata keçirdiyi möhtəşəm quruculuq işlərindən, yüzlərlə zavod və fabriklərin inşasından, azərbaycanlıların təhsil almaq üçün İttifaqın və xarici ölkələrin ən nüfuzlu ali məktəblərinə göndərilməsindən, mədəniyyətimizin inkişafı naminə gördüyü işlərdən ətraflı danışdı. Ulu öndərimizin 1993–2003–cü illərdə müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünyada nüfuzunun yüksəlməsi, milli neft strategiyasının uğurlarını diqqətə çatdırdı. Bildirdi ki, məhz bu müdrik siyasi kurs Azərbaycanın hərtərəfli inkişafının təməlini qoyub.

Tarix müəllimi Simnarə Bəkirova çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən ətraflı danışdı. 1993–cü ildəki gərgin hadisələri, bu zaman məhz Heydər Əliyevin xalqı bütün bəlalardan qoruduğunu, bu yolda qətiyyət və polad iradə nümayiş etdirdiyini xatırlatdı. Bildirdi ki, taleyin zəmanəmizin bu dahi şəxsiyyətinə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əilyev uzaqgörən dövlət başçısı kimi Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı.

Liseyin tərbiyə işləri üzrə direktor müavini Zemfira Cabbarova çıxışında ulu öndərin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı. Milli təhsilimizin yüksək səviyyəyə yüksəlməsinin Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi vurğuladı.

Sonra şagirdlərdən Təhminə və Elgünün aparıcılığı ilə tədbir davam etdi. Şagirdlər Zəlimxan Yaqubun “Sən qalib gələcəksən”, Ramiz Duyğunun “Karvan gedir öz yoluyla”, Qabilin “Ümid sənədir ancaq…” Məmməd Arazın “Dur ayağa, Azərbaycan” şeirlərini söylədilər.

 

 

X.CABBAROV

 

Respublika.- 2013.- 1 may.- S. 10.