AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN YARADICISI VƏ XİLASKARI

 

Anadan olmasının 90 illiyini böyük qürur hissilə və fəxrlə qeyd etdiyimiz Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqının ürəyində özünə əbədi heykəl ucaltmış dahi bir insan, Allahın xalqımıza göndərdiyi böyük bir möcüzə, dünyanın siyasi rəhbərlərinin, prezidentlərin və dövlət başçılarının yüksək qiymətləndirdiyi qüdrətli dövlət xadimi, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının qarantı, müstəqil Azərbaycan Respublikasının möhkəmləndirilməsinin banisi və memarıdır.

Azərbaycan xalqının tarixi əsrin üçdə biri qədər bu xalqa rəhbərlik edən dahi şəxsiyyət Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycanın möhtərəm Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək strategiyasını müəyyən etmişonun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969–cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur”. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev özünün hərtərəfli fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz diqqətini əsirgəməmişdir. Əgər biz tarixə nəzər salsaq, onun hər hansı bir ömür kitabını diqqətlə vərəqləsək, onda görərik ki, Heydər Əliyev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanan müdrik el ağsaqqalı, görkəmli dövlət xadimi, böyük diplomatik məharətə malik təcrübəli siyasətçi, Azərbaycan xalqının xilaskarı və müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin banisi olmuşdur.

Son illərdə Azərbaycanda dövlət müstəqilliyinin möhkəmləndirilməsində, hüquqimilli dövlət quruculuğunun yaradılmasında, beynəlxalq aləmdə və xarici siyasət diplomatiyasında, böyükuğurlu nailiyyətlərin qazanılmasında qətiyyətli addımlar atılır və prinsipial əhəmiyyətə malik olan strateji qərarlar qəbul edilir. Respublikamızda həyata keçirilən dərin iqtisadi, siyasisosial islahatlar və tədbirlər bir daha onu göstərir ki, dövlət müstəqilliyimizi qoruyub saxlamaq, onu daha da möhkəmlətmək və sivilizasiyalı dövlətlər səviyyəsinə yüksəltmək istiqamətində fundamental müvəffəqiyyətlərə nail olunmuşdurbütün bu nailiyyətlərin qazanılmasında müdrik rəhbərimiz, dünyada tanınmış böyük və hörmətli şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Çünki Heydər Əliyev müdrikliyi Azərbaycan xalqını düçar olduğu bəlalardan xilas etmiş, qısa zaman kəsiyində ölkəmizi inkişaf etmiş sivilizasiyalı dövlətlər səviyyəsinə çatdırmış, müstəqil Azərbaycanı sosialiqtisadi, siyasi, elmi və mədəni cəhətdən inkişaf etdirərək dünyaya tanıtdıra bilmişdir.

Qeyd etməliyik ki, hələ 1969–1982–ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə sənaye və kənd təsərrüfatındakı nailiyyətlər o zamankı İttifaq göstəricisini qabaqlamışdır. Respublikada sənaye istehsalı 2,7 dəfə artmışdı. Əvvəlki 50 il ərzində sənaye istehsalı nə qədər olmuşdusa, 1970–82–ci illərdə də bu qədər nailiyyət əldə edilmişdi. Bu o demək idi ki, cəmi 13 il müddətində respublikada 101,5 milyard manatlıq məhsul istehsal edilmişdi. Xalq istehlak malları istehsalı 3 dəfə, sənayedə əmək məhsuldarlığı 2,5 dəfə, fondverimi 25 faiz çoxalmışdı. Azərbaycanda 12 milyard kubmetr qaz, 14 milyon ton neft istehsal olunurdu.

Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisimisilsiz işgüzarlığı 1982–ci ildən SSRİ–nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdi.

Yaranmış yeni tarixi şəraitdə Azərbaycan xalqının müstəqilliyinin bərpası labüd idibu, tarixi zərurətə çevrildi. Bu tarixi zərurətin bünövrəsi və təməli zamanın ayrı–ayrı mərhələlərində zərrə–zərrə qazanılmışdı. Çətinliklər bahasına əldə edilmişdi. Azərbaycan cəmiyyəti bu tarixi qələbəni əldə etmək üçün çox itkilər vermişdir. Ancaq bu tarixi zərurət labüd idiyeni tarixi şəraitdə baş verdi. Azərbaycan cəmiyyətinin zamanzaman əldə etdiyi tarixi təcrübə ümummilli və əbədi liderimiz Heydər Əliyev tərəfindən daha da zənginləşdirildi.

Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyin banisi olmaqla ümummilli lider kimi tarixin onun üzərinə qoyduğu taleyüklü vəzifəni çox böyük uğurla həyata keçirdi. Azərbaycan xalqı 1991–ci il oktyabrın 18–də müstəqilliyini yenidən elan etdi. Azərbaycanda müstəqilliyin elan edilməsi, əslində onun tarixi kökləri üzərində bərqərar olunması demək idi. Müstəqillik elan olunduqdan sonra başlıca və ən vacib vəzifə onu qoruyub saxlamaqdan ibarət idi. Ancaq o zaman respublikaya rəhbərlik edən naşı şəxslər müstəqilliyin qorunub saxlanılması kimi dövrün ən mühüm problemi qarşısında öz tarixi vəzifələrini yerinə yetirməkdə acizlik göstərirdilər. Konkret ifadə ilə desək, müstəqillik xalqın qazandığı tarixi qələbə idi. Həm də müstəqillik ideyası, bir tərəfdən qədim və tarixi köklərə malik idi, ikinci tərəfdən 1918–1920–ci illərin təcrübəsi toplanmışdı, üçüncüsüdaha vacibi isə müstəqillik ideyası Heydər Əliyev tərəfindən mərhələ–mərhələ Azərbaycan cəmiyyətinə hopdurulmuşdu.

Qeyd etməliyik ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesi heçasan olmamışdır. 1993– ilin mayiyun aylarında Azərbaycanda yaranmış kəskin ictimaisiyasi vəziyyət və mürəkkəb kriminal problemlər ölkəni iflic hala saldı. Ciddi və dərin sosialiqtisadi və hərbi–siyasi böhran yarandı. Hakimiyyətdə olan AXC–Müsavat cütlüyü ölkəni idarə etməkdə acizlik və zəiflik göstərirdi. Bundan istifadə edən bəzi siyasi qüvvələr hakimiyyəti ələ keçirmək üçün fəallaşdılar. Nəticədə Gəncədə silahlı qiyam başladı. Artıq başlanmış vətəndaş müharibəsi cəhdi ölkənin ayrı–ayrı bölgələrində silahlı çıxışlar üçün siqnal oldu. Cənub bölgəsində —Lənkəran–Masallı–Astara bölgələrində talış muğan respublikasının yaranması haqqında həyəcanlı xəbərlər bütün Azərbaycan xalqını ciddi narahat etməyə başladı. Beləliklə, əslində ölkədə vətəndaş müharibəsi başlanmış, qan tökülmüş, günahsız insanlar öldürülmüşdü. Vətən parçalanma təhlükəsi qarşısında idi. Vəziyyət son dərəcə təhlükəli xarakter almışdı. Yaranmış gərgin ictimaisiyasi böhrandan istifadə edən erməni silahlı qüvvələri cəbhələrdə hücumlarını genişləndirir, torpaqlarımızı və şəhərlərimizi işğal edirdilər. Azərbaycan xalqının və Azərbaycan dövlətinin taleyi təhlükə qarşısında qalmışdı. Belə qəti və məsuliyyətli bir zamanda Azərbaycan xalqının və Azərbaycan ziyalılarının diqqəti müdrik el ağsaqqalı, görkəmli dövlət xadimi, böyük ictimaisiyasi xadim, xalqımızın milli liderio zaman Naxçıvan Ali Sovetinin sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqımızı və gənc dövlətimizi belə bir təhlükəli bəladan, yaranmış ciddi fəlakətdən qurtara bilən ancaqancaq Heydər Əliyev ola bilərdi. Belə çətin və mürəkkəb bir zamanda Azərbaycan xalqının, Azərbaycan ziyalılarının təkidli xahişləri və dəvəti ilə Heydər Əliyev iyunun 9–da Bakıya gəldi və baş verən hadisələrlə dərindən tanış olmaq üçün Gəncəyə gəldi. Heydər Əliyevin Gəncəyə gəlməsi bütün Gəncəbasar bölgəsinin əhalisini çox sevindirdi. Ona görə ki, belə mürəkkəb bir zamanda böyük cəsarət nümayiş etdirən Heydər Əliyev zəhmətkeşlərlə görüşdü, hərbi hissələrə getdi, zabitlərlə və əsgərlərlə söhbət apardı, əhalinin arzu və təkliflərini dinlədi və gəncəlilərin gözlədiyi böyük ümidlərlə Bakıya qayıtdı. Həmin hadisələrin bir şahidi və gəncəli bir vətəndaş kimi şəxsən mən də Heydər Əliyevin Gəncəyə gəlişi ilə həm sevinirdim və həm də inanırdım ki, bu dahi şəxsiyyət Azərbaycanı uçurumun kənarından qurtara biləcəkdir. Mən inanırdım ki, dövləti idarə etməkdə zəngin təcrübəsi olan Heydər Əliyev düşünülmüş siyasi və uzaqgörən diplomatiya ilə çıxış yolları müəyyənləşdirəcək, Azərbaycan xalqını, o cümlədən gəncəliləri bu ağır və mürəkkəb vəziyyətdən xilas edəcəkdir. Bəli, xalqımız və gəncəlilər yanılmamışdı. Biz gəncəlilər həqiqətən Heydər Əliyevi bir xilaskar kimi, dövlətçiliyimizi qoruyan bir dövlət xadimi kimi qarşıladıq.

İyunun 15–də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri vəzifəsinə seçildi.

Heydər Əliyevin Azərbaycana qayıdışı və yenidən hakimiyyətə gəlməsi xalqımızın şərəfli tarixində Milli Qurtuluş Günü kimi mühüm rol oynadı. Xatirimdədir, Heydər Əliyevin qayıdışını bizbütün Azərbaycan xalqı necə səbirsizliklə gözləyirdik. Heydər Əliyevin iyunun 15–də Ali Sovetin sədri vəzifəsinə seçilməsi münasibətilə sadə adamlardan tutmuş dövlət məmurlarına qədər hamı birbirini təbrik edir, öpür, qucaqlayır, şadlanır və sevincdən göz yaşları da axıdan olurdu. Elə bil ki, üzərimizə şəfa və dirilik suyu səpələnirdi. Nəzərlərimiz və diqqətimiz televiziya xəbərlərində və mətbuat səhifələrində idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalq həm sevinirdi, həm də bir növ rahat oldu. Ona görə ki, bütün Azərbaycan xalqı çox gözəl anlayırdı ki, Azərbaycanı bu ağır bəlalardan və fəlakətlərdən ancaq Heydər Əliyev xilas edə bilərdi. Bəli, xalq yanılmamışdı, xalq nicatını yalnız Heydər Əliyev müdrikliyində, Heydər Əliyev uzaqgörənliyində, Heydər Əliyev təcrübəsində və Heydər Əliyev diplomatiyasında görürdü. Ona görə ki, Heydər Əliyev hakimiyyətə gələn kimi özünün bütün potensial imkanlarından maksimum istifadə edərək Azərbaycan başı üstünü almış bütün fəlakətlərdən, vətəndaş müharibəsi və qardaş qırğını təhlükələrindən qısa zamanda xilas edə bildi.

Ümumxalq səsverməsi yolu ilə 1993– ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev bütün gücünü və səyini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, itirilmiş torpaqlarımızın və işğal edilmiş ərazilərimizin qaytarılmasına, Azərbaycanda hüquqi, sivilizasiyalı və demokratik dövlətin formalaşmasına, habelə Azərbaycan xalqının sosialiqtisadi, siyasi, maddi və mənəvi durumunun yaxşılaşmasına istiqamətləndirdi. Və təbii ki, bu sahədə dərin islahatlar keçirildi. Respublikamızın daxili və beynəlxalq durumu xeyli yaxşılaşdı. Ancaq təəssüflər olsun ki, daxilixarici düşmənlərimiz qazanılan müvəffəqiyyətlərə mane olur, təxribatlar törədir, dövlət müstəqilliyimizə qarşı silahlı müqavimət göstərirdilər. 1994– ilin oktyabrında, 1995–ci ilin martında və başqa vaxtlarda dövlət müstəqilliyimizə qarşı törədilən qəsdlərin qarşısı məhz Heydər Əliyevin prinsipiallığı, qətiyyəti və dövlətə sədaqəti sayəsində alındı. Heydər Əliyevin bir çağırışı ilə yüz minlərlə insan Prezident Aparatı qarşısına toplandı və bütün Azərbaycan xalq ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdi. “Heydər–xalq, xalq–Heydər” şüarları ilə düşmənlərimizə tutarlı cavabını verdi. Şüarlardan mahnılara və şərqilərə çevrilən həmin şüarlar xalqımızın dil əzbərinə çevrildi.

Azərbaycan torpağının hər bir guşəsinə müqəddəs bir yer kimi baxan, onun bütövlüyü və müstəqilliyinin qorunması uğrunda yorulmaz mübariz olan Heydər Əliyev çıxışlarında dəfələrlə demişdir ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır və hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin fəal qurucusu olmalıdır. Bəli, candan əziz olan istiqlalımızı qorumaq, milli dövlətçiliyimizi möhkəmləndirmək, Azərbaycanda demokratik hüquqi və dünyəvi dövlət formalaşdırmaq, Azərbaycanın sülhsevər siyasətini dünyaya çatdırmaq Heydər Əliyevin polad iradəli xarakterində, qətiyyətində, əzmkarlığında, prinsipiallığındafundamental ictimaisiyasi fəaliyyətində idi. Heydər Əliyev demişdir: “Xalqımın qarşısında olan borcumu mən sona qədər həyata keçirmək üçün çalışacağam”.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan ən böyük addım ümumxalq səsverməsi yolu ilə 1995–ci il noyabrın 12–də qəbul edilən ilk müstəqil və demokratik Konstitusiyamız (Əsas Qanun) oldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi xalqımızın həyatında və tarixi müqəddəratında böyük hadisə oldumühüm tarixi əhəmiyyətə malikdir. Konstitusiyada qanunvericilik yolu ilə təsbit olunmuş tarixi təcrübə Azərbaycan xalqının qazandığı müvəffəqiyyətlərin əhəmiyyətini bütün əzəməti ilə aşkara çıxarır və qarşıda duran strateji vəzifələri müəyyənləşdirir.

Heydər Əliyev demişdir ki, Azərbaycan xalqı bəyan etdiyi demokratik, hüquqi, dünyəvi dövlət qurub, onun təsisatlarını yaradıb, çoxsaylı qanunlar qəbul edib, parlament quruculuğu formalaşıbdır. Bazar iqtisadiyyatı yolu ilə gedərək bütün sahələrdə dərin islahatlar həyata keçirilibdir. Son illərdə Azərbaycan dünya miqyasında özünə layiq yerini tutubdur, bütün beynəlxalq təşkilatlarda təmsil olunur, dünyanın 170–dən çox ölkəsi ilə diplomatik əlaqələr yaradılıbdır. Bu yaxınlarda, 2013– il yanvarın 15–də Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyev demişdir ki, xarici siyasətdə 2012–ci il Azərbaycan üçün uğurlu olmuşdur. Beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışdıq. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdi. Bu, tarixi nailiyyətdir.

Azərbaycanın dövlət müstəqilliyi uğrunda yorulmadan mübarizə aparanbu işə dünya birliyi ölkələrinin potensial gücünün təsir qüvvəsini cəlb etməyə çalışan Heydər Əliyev dəfələrlə demişdir ki, bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdən, Cənubi Qafqaz regionunda möhkəm və ədalətli sülhə nail olmaqdan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmlətməkdən və onu inkişaf etmiş qüdrətli dövlətə çevirməkdən ibarətdir. “Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm”—deyən Heydər Əliyev bu gün bütün Azərbaycan xalqının qəlbində yaşayır.

 

 

Mübariz Əliyev,

Gəncə Dövlət Universitetinin

baş müəllimi, əməkdar müəllim

 

Respublika.- 2013.- 2 may.- S. 11.