GƏNCƏ BÖYÜK YUBİLEYƏ MÜTƏŞƏKKİLLİKLƏ HAZIRLAŞIR

 

Qarşıdan xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi gəlir. Ölkəmizin hər yerində bu əlamətdar bayrama geniş hazırlıq işləri görülür. Gəncə də bu ümumxalq axınına böyük coşqu ilə qoşulub. Qədim şəhərin yeni, daha zəngin, daha şan–şöhrətli tarixi yazılır.

Qələmə aldığımız bu yazıda ulu öndərin daim diqqət və qayğısı ilə əhatə olunan Gəncədə həyata keçirilən işlərdən söhbət açılır.

Müstəqillik yolunda çox qətiyyətli addımlar atan vətənimiz Azərbaycanın indi hər yerində genişmiqyaslı abadlıq–quruculuq işləri aparılır, sənayenin, aqrar sahənin, elmin, səhiyyənin, mədəniyyətin, bütövlükdə tariximizin inkişafına və tədqiqinə xüsusi qayğı göstərilir. Qürur hissi ilə demək lazımdır ki, Azərbaycanın heç bir dövlətdən asılılığı yoxdur, yeraltı və yerüstü sərvətləti ilə nəinki özünü təmin edir, hətta dünyanın aparıcı dövlətlərinə neft, qaz, kənd təsərrüfatı və digər məhsullar ixrac edir. Bütün bu uğurların mərkəzində isə anadan olmasının 90 illiyini böyük təntənə ilə qeyd etməyə hazırlaşdığımız ulu öndər və əbədiyaşar Heydər Əliyevin hazırladığı və tətbiqinə start verdiyi konsepsiyalar dayanır. Uzaqgörən siyasətin bəhrəsini indi bütün Azərbaycan xalqı görür. Ən başlıcası, xalqın sosial həyat şəraiti yaxşılaşır, yeni yerləri açılır, milli və mənəvi dəyərlərimizə həssaslıqla yanaşılır.

Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı iqtisadi siyasət öz nəticələrini vermişdir.

Tarixinə qayıdış, müasirləşmək Gəncəyə çox yaraşır və gəncəlilər bunu çox böyük minnətdarlıqla qarşılayırlar. Son 2 ildə Gəncədə gedən dinamik və hərtərəfli inkişaf bir daha təsdiq edir ki, zəngin tarixi, sənaye potensialı olan qədim şəhər ulu öndərin layiqli sələfi, respublika Prezidenti İlham Əliyevin gündəlik diqqət və qayğısı ilə müqayisəolunmaz dərəcədə dəyişir, gözəlləşir. Abadlıq və quruculuq işlərinin müasir memarlıq elementləri əsasında aparılması və şəhərin tarixi imicinə zərrə qədər xələl gəlməməsi işlərin həm də elmi və yaradıcı şəkidə icrasını təsdiqləyir. Bir ziyalı kimi deyə bilərəm ki, müasir şəhərsalma prinsipləri tam qorunur, memarlıq incilərindən həssaslıqla istifadə edilir. Layihələrə və işlərə nəzər salanda, görürük ki, şəhərin Bakı istiqamətindən girişi tanınmaz dərəcədə dəyişib. Yaxın vaxtlarda isə Nizami Gəncəvinin məqbərəsinədək 2,5 kilometr yolun hər iki ətrafı yaşıl örpəyə bürünəcək, burada “Xəmsə”yə daxil olan beş nəhəng kitab lövhə, həmçinin şairin qəhrəmanlarının heykəlləri qoyulacaq və həqiqi bir memarlıq ansamblı yaradılacaqdır. Bundan başqa, cənab Prezidentin tapşırığı ilə Gəncədə böyük bir Nizami mərkəzi yaradılır. Beləcə, dahi söz sərrafı Nizami Gəncəvi vətənində adına layiq təbliğ və təmsil olunur. Böyük söz ustadının geniş məzmunlu yubiley tədbirləri görülən işlərin miqyasını bir daha təsdiq etdi.

Nəzərə alsaq ki, bu gün Gəncənin 30 küçəsində, 26 tədris müəssisəsində yenidənqurma və təmir–bərpa işləri aparılır, onda işin həcmi barədə tam təsəvvür yaranar. Bütün küçə və prospektlər boyunca yollar genişləndirilir, səkilər təmir edilir. Ən önəmlisi odur ki, şəhərin görünüşünü korlayan kommunikasiya qovşaqları qaz, su, elektrik, telefon xətləri yeraltı borularla çəkilir.

Cavad xan küçəsində şəhərin özünəməxsus memarlıq üslubunun tətbiqi, 501 tarixi memarlıq abidəsindən 101–nin restavrasiya olunması, “Gülüstan” qəsəbəsində qurulanBeş bulaqkompleksi, “Cökək hamamda aparılan bərpa işləri isə heç nəyin diqqətdən kənarda qalmadığından xəbər verir. Bu isə o deməkdir ki, Gəncə tarixiliyini saxlamaqla müasirliyinə doğru qətiyyətlə addımlayır.

Prezident İlham Əliyevin “İmamzadə” tarixidini kompleksinin bərpası ilə əlaqədar imzaladığı sərəncamla burada yenidənqurma işləri xüsusi layihə əsasında həyata keçirilir ki, bu da dinimizə dövlət səviyyəsində qayğını və hörməti bir daha təsdiqləyir. Ziyarətə gələnlərin ibadəti və istirahəti üçün nəzərdə tutulan və 700 kvadratmetri əhatə edən ikimərtəbəli binada işlərin böyük hissəsi artıq başa çatıb.

Göründüyü kimi, Gəncə cənab Prezidentin xüsusi qayğısı ilə inkişaf edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev cənab Prezidentin tapşırıq və göstərişlərinə olduqca yaradıcı, çevik münasibət göstərir. Bununla yanaşı, görülən işlərə kollegial yanaşma da öz müsbət təsirini göstərir. Elə bu səbəblərdən də işlərin sürəti bir an belə səngimir. Şəhər rəhbərinin vaxtaşırı kollektivlərdə olması, insanlarla görüşməsi, qayğı və çətinliklərlə maraqlanması, necə deyərlər, hər sahədə işin keyfiyyətinə və sürətinə böyük stimul verir.

Bütün bunlar əsas verir ki, şəhərdə yaşayan hər bir şəxs və kollektiv öz işinə məsuliyyətli yanaşsın, doğma şəhərinin inkişafına, tarixi dəyərlərinin bərpasına kömək əlini uzatsın. Axı tarixin ən qədim səhifələrindən boylanan Gəncə müasirliyinə doğru qətiyyətlə addımlayır. Zaman gələcək, müasir üslubla milli memarlığını qoruyub saxlamaqla inkişaf edən Gəncə dünyanın aparıcı şəhərləri ilə müqayisə ediləcək dərəcədə gözəlləşəcəkdir.

Ölkə Prezidenti tərəfindən yüksək qayğı və işgüzar münasibət görən ADAU–nun alimləri çalışır ki, ölkənin aqrar bölməsini müasir düşüncə tərzinə malik bacarıqlı kadrlarla təmin etsin, məzunlarımız istehsalatda özünü doğrultsun, vətənimiz Azərbaycan üçün dəyərli kadr kimi formalaşsınlar. Deyim ki, müasir Azərbaycanın təhsil sistemində öz layiqli yeri olan ADAU dövlətin aqrar təhsilin və elmin inkişafına göstərdiyi yüksək qayğı nəticəsində ilbəil daha yaxşı göstəricilərə nail olur. Təhsilə belə yaradıcı münasibət əla nəticələrin əldə edilməsinə güclü stimul verir.

Şəhərə qərbdən–Qazax istiqamətindən girişdə də möhtəşəm işlər görülür. Heydər Əliyev Mərkəzinin bu ərazidə tikilməsi isə qədim tarixlə yeni yazılan tarixin vəhdətini yaradır. Burada ucaldılan Zəfər tağı, müxtəlif ölçülüböyük zövqlə hazırlanan, dünya standartlarına tam cavab verən xiyabanlar və gənclər sarayı, sözün həqiqi mənasında, Gəncənin özünəməxsus memarlığı ilə Avropa sivilizasiyasının sintezini yaradır. Yeni yaradılan mərkəz gəncəlilərin ulu öndərin əziz və unudulmaz xatirəsinə ən böyük töhfəsi olacaqdır.

Son iki ilin təhlili göstərir ki, qədim şəhər tamamilə öz ruhuna qovuşub. İlk olaraq deyim ki, Gəncədə əsaslı tikinti işləri bir istiqamətdə aparılmır. Bütün zamanlarda ən ağrılı məsələ–Gəncə əhalisinin içməli su problemi də qısa zamanda həllini tapacaq, şəhər 3 istiqamətdən–Göygöl, Qızıl qaya və başlanğıcını ən uca dağlardan götürən Şəmkirçaydan içməli su ilə təmin ediləcək. Artıq işin birinci mərhələsinə start verilib və irihəcmli su anbarlarının tikintisinə başlanılıb. Bu isə o deməkdir ki, 3 mənbədən şəhərə daxil olan suyun hesabına əhalini günün 24 saatında fasiləsiz içməli su ilə təmin etmək mümkün olacaq. Paralel olaraq çirkab su xətlərinin çəkilməsi reallaşdırılır, bərk tullantıların kompleks şəkildə istifadəsi üçün layihələrin müzakirəsi aparılır.

Gəncəlilər həm də milli müstəqilliyimizin rəmzləri ilə fəxr edirlər. Gəncə çayının sağ sahilində, geniş sahədə inşa olunan Bayraq meydanı əsl ziyarətgaha çevrilib. Çox xoşdur ki, bu müqəddəs bayraq məhz Prezident İlham Əliyevin əli ilə ucaldılıb. Bayrağın hündürlüyü 110, uzunluğu 50, eni 25 metrdir. Əzəmətlə dalğalanan üçrəngli bayrağı şəhərin hər tərəfindən görmək mümkündür. Bayraq meydanı, sözün tam mənasında, istiqlal tarixi muzeyinə bənzəyir. Burada milli dövlətimizin rəmzləri, müstəqil Azərbaycanın xəritəsi, Gerbi, Dövlət Himninin mətni və müstəqilliyimizin tarixini əks etdirən bir sıra lövhələr diqqəti cəlb edir.

Gəncənin yeni baş planının hazırlanması, mövcud 8.800 hektar ərazinin xeyli artırılması ondan xəbər verir ki, daha şəhərin inkişafında əvvəlki illərdə olduğu kimi pərakəndəlik olmayacaq, hər bir addım baş plana uyğun atılacaq. Şəhərin sənaye və səhiyyə mərkəzləri yaradılacaq, turizmin inkişafına xüsusi önəm veriləcək, tələbə şəhərcikləri salınacaq, Gəncə çayının sahil boyunca bulvar tikiləcək, əhalinin fərdi ev tikməsi üçün torpaq fondu ayrılacaq. Bir sözlə, müasir şəhərsalma prinsiplərinə tam əməl ediləcəkdir. Əsas yollarda küçələrin genişləndirilməsinə indidən başlanıb ki, bu da son zamanlar yaranan nəqliyyat tıxaclarını aradan qaldıracaq. Şübhəsiz, şəxsi nəqliyyat vasitələrinin artması da sosial həyat şəraitinin bir göstəricisidir. Nəqliyyatın intensiv hərəkətini tənzimləmək isə, ilk növbədə, yolların genişləndirilməsindən başlamalıdır. Odur ki, bu istiqamətdə görülən işləri də əhali, o cümlədən nəqliyyat sahibləri və ictimai nəqliyyatı idarə edən sürücülər böyük razılıq və minnətdarlıqla qarşılayır. Şəhərin girişində yeni dairəvi yolun çəkilməsi də mövcud tıxac problemini tamamilə aradan qaldıracaq. Beləcə, Gəncə əsl tarixi qoruq şəhəri kimi nəqliyyat sıxlığından da qurtulmuş olacaq.

Prezident İlham Əliyevin təməlini qoyduğu Filarmoniya binası isə Gəncə mədəniyyətinə yeni nəfəs verəcək. Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam bir daha tarixi şəxsiyyətlərin zamanzaman yad edildiyini, onların unudulmadığını sübut edir.

Gəncənin müasir tələblərə uyğun yenidənqurma təcrübəsi göz önündədir. İndi onun mənəvi aspektlərindən, müasir şəhərsalma sistemindəki yerindən, rolundan istənilən qədər danışmaq, yazmaq mümkündür. İlk nəzərə çarpan cəhət budur ki, Gəncənin ilkin görkəmi qayğı ilə mühafizə olunur, eyni zamanda onun memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürləri əlavə edilir. Şəhərin müasir simasında işıq–rəng problemi çox dəqiq həll olunur. Qırmızı kərpicli, aqlaylı və mavi, yaxud qəhvəyi aynalı binalar göz oxşayır. Burada cazibədar Şərq memarlığı şəhərsalmanın ən müasir Avropa üslubuna qovuşur.

Ümumilikdə 200–ə yaxın binanın dam örtüyü mansard formasında yenidən qurulur, 80–ə yaxın binanın fasadı aqlayla üzlənir. Təkcə Azərbaycan Dövlət Aqrar Universitetinin 150 ildən çox yaşı olan binalarının tarixi görkəmi saxlanılmaqla bərpası şəhərin abidələr kompleksinə əvəzsiz bir yaraşıq verib.

Uğurlar göz qabağındadır. Son iki ildə əldə edilən bu nailiyyətlər və sürətli inkişaf, ilk növbədə, Prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə diqqətinin, qayğısının və çox doğma münasibətinin nəticəsidir.

Bir faktı da qeyd etmək yerinə düşər. Gəncədə ötən illərdən fərqli olaraq əksər məsələlər, yeni layihələr elm adamları, alimlər və ziyalılarla birlikdə müzakirə olunurkollegial şəkildə həyata vəsiqə alır. Bu da nəticə etibarı ilə görülən işin səmərəsini və keyfiyyətini qatqat artırır.

 

 

Əli QULİYEV,

Azərbaycan Dövlət Aqrar

Universitetinun Həmkarlar

İttifaqı Komitəsinin sədri,

Əməkdar Mədəniyyət İşçisi

 

Respublika.- 2013.- 2 may.- S. 13.