Neft
Daşları ənənələrə sadiqdir
Artıq neçə illərdir ki, ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu strategiya xalqımızın güzəranının yaxşılaşmasına, ölkəmizin iqtisadi qüdrətinin artmasına xidmət edir. Ölkə Prezidenti möhtərəm İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində ölkə başçısı demişdir: “Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu çox yaxşı göstəricidir”.
Ölkəmizdə makroiqtisadi göstəricilər də nikbin proqnozlara əsas verir. Heç şübhəsiz ki, qazanılan bu iqtisadi uğurlarda biz neftçilərin də xüsusi payı var. Həyata keçirilən yeni neft strategiyası öz bəhrəsini verir.
Azərbaycanımızın uğurları artır. Bu mənada bu gün “Nefr Daşları” NQÇİ–də qazanılan yüksək nailiyyətlərin də əsasında bu strategiya dayanır.
Məhz qazanılan uğurlar “Azneft” İB–də həyata keçirilən düzgün, məqsədyönlü işlərin bəhrəsidir. Ötən il qazanılan uğurlar da bunu sübut edir.
Neft sənayesinin aparıcı cəbhəsi olan Neft Daşları öz inkişafının yeni mərhələsini yaşayır. Son illər yeniləşən, ikinci gənclik dövrünü yaşayan “Möcüzələr adası”nın neftçiləri dövlət qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetirməyə çalışır. “Neft Daşları” NQÇİ–nin 2012–ci il və 2013–cü ilin 3 ayı ərzindəki görülmüş işlərinə nəzər salanda əldə olunmuş uğurlar, habelə həll olunası problemlər də aydın görünür.
“Neft Daşları” NQÇİ–nin kollektivi neft, qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqları həmişə yerinə yetirmişdir. Belə ki, neftçilərimiz ötən il neft hasilatı üzrə 924200 ton plana qarşı 926831 ton neft hasil edilərək tapşırığı 100,3 faiz yerinə yetirmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı xeyli artmışdır. İdarə üzrə fəaliyyətsiz fonddan 10000 ton plana qarşı 14654 ton neft çıxarılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3139 ton və ya 27,3 faiz çoxdur. 2012–ci il ərzində ümumi hasil olan neftin 95.9 faizi keçici quyuların, 2,8 faizi yeni quyuların və 1,6 faizi isə fəaliyyətsiz fonddan daxil olan quyuların hesabına olmuşdur. Neft təhvili tapşırığına 100,5 faiz əməl olunaraq 4215 ton artıq neft dövlətə təhvil verilmişdir. Keçən ilin 12 ayı ilə müqayisədə neft təhvili 1500 ton çox olmuşdur. Neft satışı tapşırığına 100,5 faiz əməl olunaraq 4215 ton artıq neft dövlətə təhvil verilmişdir. Əvvəlki illə müqayisədə neft satışı 1531 ton çox olmuşdur.
Qaz
hasilatı üzrə plan da yerinə yetirilmişdir. 66500 min
kubmetr qaz hasil olunmuşdur. Keçən ilin müvafıq
dövrü ilə müqayisədə qaz hasilatı eyni
olmuşdur. Qaz satışı da 100 faiz yerinə
yetirilmişdir.
İdarə
üzrə 485 istismar quyu fondu olmuş, ondan da 457–si fəaliyyətdə
olan quyu fondunu təşkil etmişdir. Bu quyu fondunun 393–ü
qazlift üsulu ilə, 61–i fontan, 3–ü isə dərinlik
nasosu ilə istismar olunur. NQÇİ üzrə qazmadan nəzərdə
tutulmuş 11 quyu əvəzinə 9 quyu istismara daxil
edilmişdir.
Qazmadan
alınan quyulardan 25732 ton neft hasil edilmişdir. Fəaliyyətsiz
fonddan 12 quyu bərpa edilib istismara daxil olmuşdur.
İstismar
quyularında hasilatı sabit saxlamaq üçün əsaslı
və cari təmirlər aparılmışdır. Bu
baxımdan ötən il NQÇİ–də 218 təmir əvəzinə
225 əsaslı və 626 əvəzinə 634 yeraltı təmir
işləri aparılmışdır.
İşçilərimizin
yay mövsümündə istirahətlərinin təşkili
üçün də mühüm işlər
görürük. Onlar ailə üzvləri ilə birlikdə
“Relax”, “Orman”, “Nabran”, “Qoşa çinar”, “Qaya bulaq”,
“Şahbulaq”, “Viləş”, “Ober Lüx”, “Qızıl Qaya” və
s. kimi istirahət mərkəzlərində dincəlirlər.
“Neftçi” İdman Sağlamlıq Kompleksində 14 növ
üzrə sayca 20–ci “Yubiley Spartakiadası” keçirilmiş
və NQÇİ–nin 41 nəfərdən ibarət yiğma
komandası həmin spartakiadada iştirak edərək “Azneft”
İB üzrə 1–ci, ARDNŞ üzrə isə 5–ci yeri
tutmuşdur. İl ərzində 440 işçiyə maddi
yardım göstərilmişdir. Yeni il bayramı ilə əlaqədar
2500 ədəd hədiyyə və 1960 ədəd bilet
alınaraq işçilərə paylanmışdır.
Neft və
qaz hasilatı və təhvili üzrə qarşıya
qoyulmuş 3 aylıq tapşırıqlar da yerinə
yetirilmişdir. Belə ki, neft hasilatı üzrə 228900 ton
neft hasil edilərək tapşırıq 100,7 faiz yerinə
yetirilmişdir. Neft satışı
tapşırığına 100,7 faiz əməl olunaraq 1600
ton artıq neft dövlətə təhvil verilmişdir. Qaz
hasilatı üzrə plan 100 faiz yerinə yetirilmişdir.
Neftçilərin sosial problemləri də uğurla həll
edilir. Özüllər bütün məişət
avadanlıqları ilə təchiz edilmiş “qara
qızıl” ustaları üçün lazımi şərait
yaradılmışdır. Neft Daşlarında yeməkxanalarda
gün ərzində 600 nəfər işçinin isti yeməklə
qidalanmaları təşkil edilmişdir.
Əks
Osmos qurğularında gündəlik tələbata uyğun təmizlənmiş
dəniz suyu İES–də qızdırılmış və
bütün sutka ərzində yataqxana korpuslarına
verilmişdir. NQÇİ–də əmək şəraitinin
yaxşılaşması və istehsal zədələmələrinin
qarşısının alınması sahəsində də
işlər görülmüşdür. Belə ki,
NQÇİ–nin obyektlərində yoxlama aparılmış,
bu yoxlamalarda əməyin mühafizəsi məsələsinə
önəm verilmişdir.
“Neft
Daşları” NQÇİ–nin kollektivi dövlət
tapşırıqlarının yerinə yetirilməsi
üçün bütün kollektivin səylərini birləşdirərək
yüksək göstəricilərə nail olmaq əzmilə
çalışır, şanlı ənənələri ləyaqətlə
davam etdirirlər.
Qoçalı MAHMUDOV,
“Neft Daşları”
NQÇİ–nin rəisi
Respublika.- 2013.- 2 may.- S. 13.