ERMƏNİLƏR
VƏ HƏQİQƏTLƏR
(əvvəli 24,
27 və 30 aprel tarixli
saylarımızda)
Yuxarıda
göstərilən bu faktlar Parisdə erməni nümayəndə
heyətinin üzvü Poqos Nubarın 1918–ci il dekabr
ayının 11–də Fransanın xarici işlər nazirinə
təqdim etdiyi faktlarla üst–üstə düşür:
“Şərqi Anadoluda türk ordusunun həmləsindən
qorxub qaçmış erməni millətçi dəstələri
qanlı cinayətlərini və vəhşiliklərini Azərbaycanda
tətbiq etməyə başladılar. Təkcə Azərbaycanın
İrəvan Quberniyası ilə qonşu olan Zəngəzur
mahalında 115 kənd dağıdılmış, viran
edilmiş, 3257 kişi, 3276 qadın, 2196 uşaq qətlə
yetirilmişdir…”.
Təsadüfi
deyil ki, ümummilli liderimiz Heydər Əliyevin
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli fərmanı
ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü
elan edilmişdir. Məhz bu fərmandan sonra hər il martın
31–i Azərbaycanlıların Soyqırım Günü kimi nəinki
ölkəmizdə, soydaşlarımızın
yaşadıqları dünyanın hər nöqtəsində
qeyd edilir. İnanırıq ki, günahkarlar gec–tez öz cəzalarını
alacaqlar.
Bu
gün Qarabağ bölgəsi də daxil olmaqla 46.200
kvadratkilometr Azərbaycan türkünün ata–baba yurdunda
yaradılan Ermənistanda bir türkün belə
yaşadılmamasına dünya ictimaiyyəti nə anlam
verir? Doğrudur, bu gün 4227 nəfər Azərbaycan
türkü öz ata–baba yurdunu müdafiə etdiklərinə
görə ermənilərə əsir düşmüş,
qeyri–insani şəraitdə “yaşayırlar”. Necə olur ki,
22 ildir öz ata–baba yurdundan didərgin düşmüş 1
milyona yaxın Azərbaycan türkünün bu faciəsinə
demokratiyadan dəm vuran dövlətlər, millətlər,
ictimaiyyətlər seyrçi qalırlar? Necə olur ki,
dünyanın ən önəmli təşkilatı olan BMT
aldığı qərarları yerinə yetirə bilmir?
Heç şübhəsiz, bu dövlətlərin və millətlərin
erməni zülmü altında həyatlarını
itirmiş yüz minlərlə məsum türk
insanının talesiz xatirəsinə nəzər salmalı,
süngülənən uşaqların, atəşdə
yandırılan qocaların, gözləri oyularaq,
qulaqları, burunları kəsilərək, insana
insanlığını unutduran işgəncələrlə
öldürülənlərin acı
çığırışlarına qulaq vermələri
lazımdır. Və heç şübhəsiz, bu dövlətlər
və millətlər ermənilərin törətdikləri vəhşiliklərə
və qeyri–insani hadisələrə qarşı
çıxmalıdırlar…
Bilindiyi
kimi, Türkiyə 1990–cı illərin əvvəlində Ermənistanla
diplomatik əlaqə qurulması üçün iki ölkənin
bir–birinin torpaq bütövlüyünü
tanımalarını bildirən bir sənədin
imzalanmasını təklif etmiş, ancaq Ermənistan, Qars
müqaviləsinin qüvvədə olmasına baxmayaraq, bu təklifi
qəbul etməmişdir. 13 oktyabr 1921–ci il tarixli Türkiyə,
Azərbaycan, Ermənistan, Gürcüstan və Sovet
İttifaqı arasında imzalanan Qars müqaviləsi
Türkiyənin Şərq sərhədlərini müəyyən
etmişdir. Bu müqavilənin hələ də qüvvədə
olması Ermənistanın Türkiyədən və Azərbaycandan
torpaq tələb etməsini hüquqən doğru
olmadığını göstərir.
Bu gün Azərbaycanın tarixi torpaqlarında yaradılan “Türksüz Ermənistan”da rəsmən 3,6 milyona yaxın erməni qeydiyyatdadır, lakin oralarda yaşayanların sayı təxminən 1,6–1,7 milyondur. Ermənilər haqqında həqiqətləri ortaya qoymaq bizim hər birimizin borcudur. Bu gün Ermənistanda türk adını daşıyan nə bir kənd, nə də bir Azərbaycan türkü vardır. Halbuki yuxarıda qeyd etdiyimiz erməni Zaven Korkodyanın 1932–ci ildə nəşr etdirdiyi “Sovet Ermənistanının əhalisi son yüz ildə, 1831–1931″ adlı kitabında adları çəkilən 2.310 kənddən 2.000–dən çoxunun adı Azərbaycan leksikonundadır. O torpağın hər qarışında Azərbaycan tarixinin izləri vardır. Heç şübhəsiz, bugünkü “Ermənistan Respublikası”nın ərazisində qalan və qalmayan mədəniyyət abidələri ciddi bir şəkildə araşdırılmalıdır. Və bu araşdırmalar BMT–nin üzvü olan, lakin nə xristian, nə də islam dininə mənsub olmayan ölkələr tərəfindən aparılmalıdır. Hesab edirik ki, bu cür araşdırmalar həqiqətləri ortaya qoyar.
Dünyada irq, dil və din fərqi güdmədən bütün erməni kütləsinə hər cür imkanı istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cümhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq verən başqa bir dövlət və ya millət göstərmək mümkün deyildir. Ancaq ermənilər Azərbaycan türklərinin ata–baba yurdu olan İrəvan xanlığında qurduqları Ermənistanda bu haqqı türklərə tanımırlar. Tarixi rəsmi sənədlər bu yazdıqlarımızı isbat edir. Lakin ermənilər istismar planlarını yerinə yetirə bilmək üçün uydurmalarına davam edir, I Dünya müharibəsi və sonrasında Anadolunu və Azərbaycanı yaxıb–yandırdıqları kimi bu gün də Azərbaycanın Qarabağ bölgəsini və ətrafını yaxıb–yandırırlar. Onlar Azərbaycanla atəşkəs müqaviləsi imzalamalarına baxmayaraq, bu dövlət ilə müharibə şəraitini davam etdirir, işğal altında tutduqları torpaqlardan Azərbaycan sərhədçilərinə, sərhəddə yaşayan insanlarımıza atəş açır, sərhədçiləri və sərhəddə yaşayan Azərbaycan vətəndaşlarını təzyiq altında tutmaqdan qalmır, hər gün olmasa da, tez–tez Azərbaycan əsgərini və ya vətəndaşını şəhid edirlər. Türk dünyası başda olmaqla, bütün dünya ictimaiyyəti də bu hadisələrə seyrci qalırlar, Xocalı soyqırımına seyrci qaldıqları kimi.
Görün tanınmış erməni yazıçıları “erməni məsələsi”nə dair düşüncələrini necə açıqlamışlar. T.Hacıqokyan yazır:”…Şərəfsiz Daşnak Respublikasının qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan müharibələrdə daşnakların qanlı əllərilə minlərlə türkü yox etdikləri və kəndlərini yandırıb külə döndərdikləri Zəngəzur, Şərur, Daralagöz, Meğri, Ərbaba, Zəngibasar və Vedidəki türk kəndlərində törətdikləri vəhşiliklər, qətliamlar, qarətlər hələ də yaddaşlardadır. O zaman erməni əsgərlərində yaltaqlıq, keyfi xüsusiyyət, qarət, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı…”.
Erməni millətinə mənsub elm adamı B.İşxanyan isə ermənilərin Qafqazda məskunlaşmaları barədə həqiqəti ortaya qoymuşdur. Onun 1916–cı ildə nəşr olunmuş kitabında bunları oxuyuruq: “…Ermənilərin həqiqi vətəni kiçik Asiyadır, yəni Rusiya hüdudlarından kənardadır və Qafqazda bir neçə erməni əyalətindən başqa, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüz ildə səpələnmişlər…”.
Erməni yazıçı H.Osepyan 1930–cu ildə Ermənistan dövləti tərəfindən azərbaycanca nəşr edilən “Müharibə və quruluşun 10 ili” adlı kitabında bunları qeyd etmişdir: “…Daşnakların iqtidarı zamanında etnik döyüşlər ağlasığmaz həcmə çatmışdı. Onlar menşevik Gürcüstanı ilə bir dəfə, Türkiyə ilə iki dəfə, Azərbaycanla isə bir neçə dəfə müharibə etdilər və ölkə daxilində türk cəmiyyətini ortadan qaldırmaq siyasətini irəli sürdülər. Ağbabada, Zəngibasarda, Vedibasarda, Şərurda on minlərlə türk qətl edildi. Bu vətəndaşların varlıqları talan edilib daşnak komandanlarının mülkiyyətinə keçirildi.
Milli çatışmalar üçün və türk cəmiyyətini yox etmək məqsədilə devrimci Daşnak hökuməti qırx minə yaxın adamı silahlandırdı, tərtibli orduların xaricində çox sayda könüllü dəstələr qurdu. Bunları ayaqda tuta bilmək üçün də fəhlə və kəndlinin belinə ağır vergilər yüklədi. Daşnaklara öz çirkin siyasətlərini həyata keçirmək üçün bu da azlıq edirdi. Daşnak hökuməti İngiltərə və Amerika imperialistlərinin yardımına müraciət edərək onlardan böyük miqdarda hərbi sursat aldı…”.
Beləcə, dürüst erməni yazıçıları bu yazıları ilə Ermənistanın quruluşunun qeyri–qanuni olduğunu və ermənilərin törətdikləri vəhşilikləri isbat edirlər.
Yuxarıda qeyd etdiyimiz düşüncələrin nə qədər doğru olduğunu təsbit etmək üçün digər millətlərə mənsub bir adamın deyil, bir erməninin türklərə qarşı qeyri–insani hadisələr törədən erməni terrorunu protest məqsədilə özünü yandıraraq həyatına son verən Artin Penikin məktubunu oxumaq kifayət edər: “Patriarxxana və Türkiyədəki bütün ermənilər naminə sizi protest edib özümü yandırıram. Sizə səslənirəm, ey ASALA caniləri! Məsum insanları arxadan əxlaqsızca öldürməklə bu işlər həll olunmaz. Siz imperialistlərin oyununa gəlirsiniz. O zaman da imperialistlərin oyunu ilə yüz minlərlə insan qeyb oldu. Özünüzə gəlin. Sizi aldadırlar. Burada bir neçə min erməni qaldı. Bunlarıdamı yox etmək istəyirsiniz? Lakin buna müvəffəq ola bilməyəcəksiniz. Bu gün necə qardaşca keçinilirsə, bundan sonra da eynən davam edilməlidir. Lakin siz günahsız insanları əxlaqsızca öldürməyə davam etsəniz, and içərək deyirəm: “Kökünüz qazılacaq!”. Özünüzə gəlin! Bizim tanıdığımız ermənilər mərd olar, məsum insanları əxlaqsızca arxadan vurub öldürməz. Sizi bir erməni olaraq qəbul etmirəm, lənətləyirəm. Fransanın keçmiş prezidenti Ciskar, bir erməni olaraq sizi də lənətləyirəm. Zamanında rəy ovçuluğu üçün ermənilərin etdiklərinə göz yummasaydınız, bunlar ərköyünləşib bu hala gəlməzdilər. Yazacaq çox şey var, lüzum görmürəm. Zamanı gəldikdə Türk milləti sizin cəzanızı verəcək. O zamandan bu günə qədər ölənlərin canına rəhmət diləyir, yaxınlarına başsağlığı verirəm. Bütün Türkiyədəki vətəndaşlarıma səbrli olmalarını Uca Allahdan diləyirəm.
Hörmətlə hamınıza əlvida.
Artin Penik”.
Ey Əkrəm Əylisli! Erməni vətəndaş Artin Penikin bu çox
mənalı ölümü
sizə nə deyir? Bir düşünsənizə!
Sonra
Anton Doğanalp adlı
digər bir erməni 1 mart 1975–ci ildə
bunları söyləmişdir:
“Beyrut Türk hava yolları bürosunu partladan türk düşməni ermənilər, sizlərə
səslənirəm! Siz yalnız
türklərin düşməni
deyil, ermənilərin
də düşmənisiniz.
Batsın sizin təşkilatınız
da, gizli ordunuz da. Bütün bunlar sizə maddi mənfəətlər
gətirə bilər,
ancaq tarixi zorlamaqla və qaba hərəkətlərə
yol verməklə siz bir çox
insanın hüzurunu pozmaqda, yaşamını
qaranlığa sürükləməkdəsiniz.
Türk erməniləri insan kimi yaşadıqları bu torpaqlarda, türk düşmənlərini
lənətlə xatırlayırlar.
Bunu həm dost, həm də düşmən bilməlidir.
Türkün əleyhinə hər
bir hərəkəti
nifrətlə qınayıram.
İllər boyu çəkilən acılar
yetər… Sizin kimi ağılsızlar
minlərlə türkün
və erməninin ölməsinə səbəb
oldular. Bayquşlar, susun artıq,
düşmənçilik və
ölüm gətirməyin.
İnsanlara qarşılıqlı
sevgi və hüzur gətirən fəaliyyətlərdə olun!..”.
Dürüst bir erməninin ürəyindən gələn
bu sözlərin həqiqi bir mənası olmalıdır!
Ey Əkrəm Əylisli! Tarixi həqiqətlər və
doğru olanlar bax budur, oxuyun!
İndi
isə rus generalı Mayevskinin bəzi qeydlərini nəzərinizə çatdırmaq
istərdik:
“1895–ci ilə qədər
erməni–türk əlaqələri
yaxşı bir vəziyyətdə idi. Bu iki cəmiyyət bir–birlərilə dostca dolanırdılar. 1895–ci ildə erməni komitəçilər erməniləri
türklərə qarşı
təhrik etməyə
başladılar və
erməni–türk əlaqələri
birdən–birə tərsinə
döndü. Türk vəhşiliyi
bir həqiqət olmayıb uydurulmuş siyasi bir hekayədir.
Həqiqəti olduğu kimi
söyləmək lazımdırsa,
Şərqdə vəhşi
olanlar müsəlmanlar
deyil, əksinə, müxtəlif hadisələri
törədənlər şərqli
ermənilər idi.
Onlar törətdikləri hadisələri
kimsəsiz müsəlmanlara
yükləyirdilər. Baş verən hadisələr erməni komitəçilərin uydurduqları
və icraya qoyduqları komediyadan başqa bir şey deyildir…”.
Keçmiş tarixlərdə erməni komitəçilərlə bir
amerikalının söhbəti
bu baxımdan çox mənalı görünür. Söhbəti aparan amerikalı Dr.Hamlinin (İstanbuldakı
amerikan kollecinin qurucusu) müsahibəsini ehtiva edən 23 dekabr 1893–cü il
tarixli məktubun qısa bir bölümü
belədir (“Boston” qəzetində
yayımlanmışdır): “…Rusların Anadoluya girmələrinə səbəb
olacaq bir hadisə törədəcəklərini
və buna hazırlandıqlarını söyləyən
bir erməni komitəçiyə Dr.Hamlin
“necə?”—deyə sorduqda, komitəçinin
cavabı belə olmuşdur: “Bütün imperatorluqda təşkilatlanmış
Qncak çətələri
türkləri öldürüb
kəndlərini yandıracaqlar.
Sonra dağlara qaçacaqlar.
Belə olduqda dəliyə dönən türklər
bölgədəki müdafiəsiz
ermənilərin üzərinə
hücum edib onları elə doğrayacaqlar ki, ruslar xristianlıq mədəniyyəti naminə
hücuma keçib Anadolunu işğal edəcəklər”. Bu cavaba
çaşıb qalan
amerikalı dəhşət
içərisində: “Belə
bir şeyi necə edə bilərsiniz? Nə qorxunc bir plandır
bu!..”— demişdir.
Doğrudan da, bu, qorxunc
bir plan olmuşdur. Bu da bir həqiqətdir
ki, ermənilər belə planlarla özlərini “yazıq”,
“haqsız–hüquqsuz” bir
millət olaraq göstərməyə çalışmışlar.
(davamı
növbəti saylarımızda)
Fazil QARAOĞLU,
professor
Respublika.- 2013.- 2 may.- S. 15.