Vətənə, xalqa həsr olunmuş ömür

 

Zəkası, zəngin həyat və idarəçilik təcrübəsi, hədsiz çalışqanlığı sayəsində layiqli nüfuz qazanan ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı beynəlxalq birlikdə sayılıb seçilən, qəbul edilən və dərin ehtiram bəslənilən siyasətçilərin sırasında çəkilir.

Hələ sağlığında əfsanəyə çevrilən və adı Azərbaycanın rəmzi kimi səslənən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə yer tutub. O, müasir bəşər tarixində iki müxtəlif ictimaisiyasi quruluşda hakimiyyət zirvəsinə qalxmağa nail olmuş və əsl fatehlik keyfiyyətləri göstərməyi bacarmış, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin təbirincə desək, “Heydər Əliyev Azərbaycanı israrlademokratik yollarla müstəqil olaraq məqsədinə çatdırmaq üçün canını sipər edib qeyrət göstərən oğuldur”. Biz, indiki nəsil bunun canlı şahidləri, ümummilli liderimizin rəhbərliyi altında həyata keçirilməsinə başlanmış böyük quruculuq işlərinin iştirakçısıyıq.

1969–cu ildə Heydər Əliyevin rəhbərliyə gəlişi də milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. Xalqın sabahını düşünən ulu öndərimiz zamanı qabaqlayaraq Azərbaycanın gələcək inkişafı və müstəqilliyi üçün mühüm zəmin yaratmışdır. Məhz elə həmin dövrdə xalqımızın milli mənlik şüuru yüksəlmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün bir sıra mühüm sosialiqtisadi islahatlar həyata keçirilmiş, nəticədə Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sırasına daxil olmuşdur.

Əsas məqsədi müstəqillik ideyaları olan ümummilli liderimiz totalitar rejimin sərt təzyiqlərinə baxmayaraq, çox böyük problemləri belə məharətlə həll edərək ölkəmizin gələcək və iqtisadi müstəqilliyi üçün münbit şərait yaratmağa müvəffəq olmuşdur. Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri özünəməxsus intuisiya ilə görüb hiss edən Heydər Əliyev ölkəmizin strateji maraqları naminə mühüm addımlar atmışdır.

Beləliklə, milli tariximizin Heydər Əliyev dövrü özünün mühüm mərhələsinə daxil oldu.

Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə xalqın iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993– ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimaisiyasiiqtisadi böhrandan çıxarılmasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Ulu öndərimiz Heydər Əliyev qısa müddətdə Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin–amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xaricidaxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir. Xalqımızın bu böyük oğlu müasir Azərbaycan dövlətinin qurucusubanisidir. Onun hakimiyyəti dövründə Azərbaycanda demokratik parlament yaradılmış, ədalətli seçki ənənəsi qoyulmuşdur. Həyata keçirilən siyasidemokratik islahatlar ölkəmizin Avropa Şurası və Qərbin digər siyasiiqtisadi strukturları ilə fəal əməkdaşlığa şərait yaratmışdır.

Nadir tarixi şəxsiyyət kimi hələ sağlığında millətimizin tarixində və qəlbində özünə əbədi heykəl ucaltmış Heydər Əliyevin şərəfli həyatı və xalqa xidmətə həsr olunmuş çoxşaxəli fəaliyyəti hər birimiz üçün örnək, nurluunudulmaz xatirəsi hamımız üçün əzizdir.

Mən Heydər Əliyevlə bağlı olan xatirələrimi heç vaxt unutmuram. Heydər Əliyev hakimiyyətin ali pillələrində olduğu 34 illik dövrdə respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına da qayğı və diqqət göstərilmişdir. 1994– ildə Heydər Əliyevin təşəbbüsü ilə respublikada Gənclər və İdman Nazirliyinin yaradılması mühüm hadisə idi. Həmin ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Məhz həmin vaxtdan müstəqil Azərbaycan dövləti rəsmən idmana və bədən tərbiyəsinə sahib çıxdığını bəyan etmiş, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirmişdir. Müstəqil respublikamızda gənclərin problemlərini aradan qaldırmaq məqsədilə ulu öndər hələ 1969–cu ildən, Azərbaycana rəhbərlik etdiyi dövrdən idmana, idmançılara, xüsusən də şahmatçılara çox böyük qayğı və diqqət göstərib. Müstəqillik dövründə də mən ulu öndərin Azərbaycan idmançıları üçün etdyi hər şeyin şahidiyəm. Yadımdadır, 1994– ilin aprel ayı idi. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranc ilk dəfə idi ki, Bakıya gəlmişdi. Ulu öndərin qəbulunda Azərbaycanda Olimpiya hərəkatının inkişafı ilə bağlı Heydər Əliyevlə Samaranc arasında çox səmimi fıkir mübadiləsi olmuşdu. 1995–ci ildə isə Ümumdünya Boks Federasiyasının (AİBA) prezidenti professor Ənvər Çaodri Bakıya gəlmişdi. Heydər Əliyev Çaodrini qəbul edərkən mən də həmin görüşdə iştirak edirdim. Mən ulu öndərlə ünsiyyət zamanı anladım ki, o hətta dünya boksundan da xəbərdardır. Heydər Əliyev görüşdə qeyd etdi ki Ənvər Çaodri bütün ümumdünya federasiyalarının rəhbərləri arasında yeganə müsəlman federasiya prezidentidir. Mənə bildirdi ki, Çaodrinin adına turnir keçirmək Azərbaycanın xeyrinə olardı. Belə də oldu. 1996–cı ildən 2006–cı ilədək 11 dəfə AİBA prezidenti, professor Ənvər Çaodrinin beynəlxalq turnirini hər ilin mart ayında keçirdik. Turnirlərdə 5 qitənin idmançıları iştirak edirdilər. Bu yarışlarda bizim idmançılarımız 3 komanda ilə çıxış edərək dünyaya Azərbaycan boksunu tanıtdırdılar. Belə bir mötəbər tədbirin keçirilməsi idmançılarımıza böyük təcrübə və məktəb oldu. Azərbaycan boksunun inkişafı elə həmin vaxtdan ulu öndərin bu nəsihətindən sonra başladı. Qeyd edim ki, hələ SSRİ spartakiadalarında Azərbaycan 10–cu yerdən yuxarı pilləyə qalxa bilmirdi.

Mənim ulu öndər Heydər Əliyevlə ikinci görüşüm 1999–cu ildə müstəqil Azərbaycanda yeniyetmələr arasında ilk dəfə keçirilən boks üzrə Avropa çempionatında oldu. Bu tədbirdə 43 ölkə iştirak edirdi. Azərbaycan belə bir mötəbər tədbirdə 9 medalla ikinci yeri tutdu. Birinci yerə Rusiya, üçüncü yerə isə Ukrayna layiq görüldü. Tədbir günlərində ulu öndər Avropa Boks Federasiyasının rəhbərliyini qəbul etdi. Qəbul zamanı Avropa Boks Federasiyasının prezidenti, akademik Emil Jeçev və vitse–prezidentlər də iştirak edirdilər. Ulu öndər iştirakçıları salamladıqdan sonra sözü Emil Jeçevə verdi. Avropa Boks Federasiyasının prezidenti çıxışında bildirdi ki, Azərbaycanda idmana, o cümlədən də boks növünə göstərilən diqqət və qayğıdan xəbərdardır və yaradılmış şəraiti də artıq görmüşdür. Görüş də yüksək səviyyədə keçir. Sonra qonaq yarışın Bakıda keçirilməsi ilə bağlı dedi: “Hələ tədbirin yerinin müəyyənləşdirilməsi zamanı bir neçə təklif var idi. Azərbaycanla yanaşı bir neçə ölkənin də namizədliyi olduğundan çoxlu suallar yaranmışdı. Professor Abiyev Azərbaycandakı şərait barəsində dolğun məlumat verdi. Beləliklə də o, hamını inandırdı, hamıya sübut etdi ki, Azərbaycanda və Bakıda yarışın keçirilməsinə heç bir təhlükə yoxdur və hər şey yüksək səviyyədə olacaqdır. Bundan sonra səsvermədə hamının yekdil fikri belə oldu ki, turnur Bakıda keçirilsin”. Biz həmin anda ulu öndərin çıxışında və çöhrəsində çox böyük məmnunluq hissini gördük. Nəhayət, komanda hesabında Rusiya 10 medalla I, Azərbaycan isə 9 medalla II yerə layiq görüldü.

Ulu öndərlə digər görüşümçox yaddaqalan oldu. 2001–ci ilin oktyabr ayında Bakıda yeniyetmələr arasında I Dünya çempionatı keçirilirdi. Yarışda Azərbaycan yenə Rusiyadan sonrakı II yerə layiq görüldü. Tədbirin səhəri günü Prezident Heydər Əliyev yarış iştirakçılarını qəbul etdi. Qonaqarı salamladıqdan sonra ulu öndər tədbirin təşkilatçısı və federasiyanın prezidenti kimi üzünü mənə tutub dedi: “Mənə dedilər ki, bizimkilər uduzdular və II yerə çıxdılar. Amma mən belə hesab etmirəm. Heç qanınızı qaraltmayın. Baxın, Azərbaycanın 8 milyon əhalisi var, 10 medal qazanıb. Rusiyanın 168 milyon əhalisi var, o da 10 medal qazanıb. İndi deyin görüm kim qalib gəlib. Mən elə hesab edirəm ki, siz qalib gəlmisiniz. Mən sizi təbrik edirəm!”.

Ulu öndər Heydər Əliyev idmançılara atalıq qayğısı göstərmişdir. Mən Heydər Əliyevlə olan bütün görüşlərimdə bunun şahidi olmuşam. O, yarışa gedən idmançılarımızı yola salarkən onlarla etdiyi səmimi söhbətlər, hətta zarafatlar bugünkü kimi yadımdadır. Bununla ulu öndər idmançılarımızın ruh yüksəkliyinin belə qayğısına qalırdı. Onları qələbəyə ruhlandırır, qələbəyə inandırırdı. Bizim qələbələrimizdə ulu öndərin xidmətləri danılmazdır.

2 fevral 1996–cı ildə Respublika Sarayında müstəqil Azərbaycan gənclərinin I forumu keçirilmişdir. Ulu öndərimiz ölkə başçısı kimi gənclərin problemlərinə toxunarkən idmanın və bədən tərbiyəsinin mövcud vəziyyəti haqqında öz fikir və mülahizələrini söyləmişdir.

I forumda çıxış edən Heydər Əliyev bədən tərbiyəsi və idmanın xalqın sağlamlığı ilə bağlı olan mühüm bir sosial sahə olduğunu vurğulamışdır. Bildirmişdir ki, bizim ulu babalarımız sağlam olublar, qəhrəmanlıq nümunələri göstəriblər, döyüşlərdən qalib çıxıblar, vətənimizi, xalqımızı öz gücləri, qüdrətləri, qəhrəmanlıqları ilə qoruya biliblər. Məhz ona görə ki, onlar özlərini fiziki nöqteyi–nəzərdən daim hazırlayıblar və öz fiziki inkişaflarına çox fikir veriblər.

Bu, keçmişdə milli adət–ənənələrimizdə də öz əksini tapıbdır. Ancaq indi dünyada bədən tərbiyəsi və idman müasir səviyyədə inkişaf etdiyi bir dövrdə Azərbaycanda da idmanın, bədən tərbiyəsinin kütləvi surətdə inkişaf etməsinə ciddi fikir verməliyik. Bu xalqımızın gələcəyi naminə, nəsillərimizin daha da sağlam olmasından asılıdır.

1997–ci il Milli Olimpiya Komitəsinin fəaliyyətində əsas dönüş ili kimi tarixə düşüb. MOK–un Baş Məclisində təşkilati məsələlərə baxılaraq onun yeni heyəti və rəhbəri seçildi. Millət vəkili, APDNŞ–in I vitseprezidenti İlham Əliyevin MOK–un prezidenti vəzifəsinə seçilməsi komitənin fəaliyyətində köklü islahatların aparılmasına, Olimpiya hərəkatının sürətli inkişafına səbəb oldu.

Milli Olimpiya Komitəsinin fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq verərək demişdir: “Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün nümunə olmalıdır. Azərbaycan Milli Olimpiya Komitəsindən nümunə götürməlisiniz”.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə–1993–2003–cü illərdə Azərbaycan idmançıları 978 medal, o cümlədən 344 qızıl, 263 gümüş, 371 bürünc medal qazanmışdır.

Vurğulamaq lazımdır ki, Azərbaycan idmanının inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ilk bəhrəsi özünü 2000–ci ildə Sidney Olimpiadasında göstərdi. Azərbaycan idmançıları Olimpiadadan 2 qızıl, 1 bürünc medalla qayıtdılar. Ölkəmiz 204 ölkə arasında 34– yeri tutdu.

2015–ci ildə I Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcəkdir. Bu, böyük tarixi hadisədir. Ölkəmizdə belə bir yarışın keçirilməsində idmançılarımızın uğurları böyük rol oynayır. Bu gün Azərbaycan dünyadaAvropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya oyunlarında özünü göstərir.

London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə–10 medal qazanmışdır və Avropa ölkələri arasında 15–ci yerə layiq görülmüşdür.

Avropa oyunlarının Bakıda keçirilməsi, belə bir mötəbər yarışa ilk dəfə ev sahibliyi etməyimiz bizim üçün böyük şərəfdir. İndiyədək ölkəmizdə boks, güləş, bədii gimnastika kimi idman növləri üzrə dünyaAvropa çempionatları, Dünya kuboku, beynəlxalq səviyyəli yarışlar təşkil edilib. Ötən il Bakıda futbol üzrə qızlar arasında dünya çempionatı keçirildi.

Sözsüz ki, bütün bu tədbirlərin yüksək səviyyədə təşkili ölkəmizin dünyadakı nüfuzunu yüksəldir və beynəlxalq qurumların bizə olan etimadını artırır. Bu oyunların keçirilməsi bizim üçün böyük məktəb olacaq.

Ölkəmizdə idmanın inkişafı ümummilli liderimiz, dahi şəsxiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Şübhəsiz ki, XXI əsrin qarşıdakı illərində Prezident İlham Əliyevin titanik səyi nəticəsində Azərbaycan idmanında yeniyeni uğurlara imza atılacaqdır.

 

 

Ağacan ABİYEV,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi

və İdman Akademiyasının rektoru,

professor, millət vəkili

 

Respublika.- 2013.- 3 may.- S. 5.