BƏNZƏRSİZ ŞƏXSİYYƏT

 

Azərbaycan xalqının ümummilli lideri ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə respublikamızda keçirilən möhtəşəm tədbirlərdə, ölkəmizin kütləvi–informasiya vasitələrində dərc edilən yazılarda ulu öndərin üzərinə düşən tarixi missiya haqqında geniş danışılır. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev ümumittifaq səviyyəsində bir çox göstəricilərə görə geridə qalmış respublikanı olduqca qısa müddət ərzində davamlı və dayanıqlı inkişaf yoluna çıxararaq böyük uzaqgörənliklə gələcək müstəqil Azərbaycanın sosialiqtisadi təməlini yaratmışdır. 1993– ildə xalqın təkidi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmış Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını almağa, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olmuş, ölkə iqtisadiyyatını tənəzzüldən xilas etmiş və Azərbaycanın gələcək hərtərəfli inkişafının uzunmüdddətli strategiyasının həyata keçirilməsini təmin etmişdir.

Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar özləri bütöv bir salnamə, tarix yaratmağatarixin təkərini nizamlamağa qadir olurlar. Ulu öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Öz fəaliyyəti, həyatı və xalqı naminə göstərdiyi xidmətlərinə görə tariximizdə dərin iz buraxmış dahi şəxsiyyətin —Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən ulu öndətimiz hər zaman ona bəslənilən ümidləri layiqincə doğrulda bilib.

1969–cu il iyul ayının 14–dən başlayaraq Azərbaycana yüksək səviyyəli rəhbər və dünya miqyaslı siyasi xadim kimi nadir keyfiyyətləri özündə birləşdirən 46 yaşlı Heydər Əliyev rəhbərlik etməyə başladı. Heydər Əliyev Sovet dövlət sistemində xüsusi nüfuzu ilə seçilən Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri səviyyəsinə qalxmış yeganə azərbaycanlı olmaqla yanaşı, respublikanın problemlərini dərindən bilir, o dövrün hakimiyyətdaxili çəkişmələri haqda kifayət qədər məlumata malik idi. 1969–cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə irəli çəkilməsi onu deməyə tam əsas verir ki, bu böyük dövlət xadiminin hakimiyyətə gəlişi mühüm tarixi zərurətdən doğub. Heç də təsadüfi deyil ki, bu illər tariximizin Heydər Əliyev dövrü adlandırılır.

Ulu öndərimizin Azərbaycanda hakimiyyətə gəlişi ilə çağdaş tariximizdə keyfiyyətcə yeni epoxanın, Azərbaycanı müstəqil dövlət qurmağa doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70–80–cı illər respublikamızın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, sosialiqtisadi və mədəni sahələrdə aparılan dərin islahatların xarakterinə, xalqın maddi rifah halının yaxşılaşdırılmasına və yeni mərhələyə keçirilməsinə görə həmin illər müasir tariximizdə ən mühüm yerləri tutur.

Sovet dövlətinin görkəmli rəhbərlərindən biri kimi də Heydər Əliyev ona tapşırılmış məsul sahələrin öhdəsindən bacarıqla gəlirdi. İşinin həddən ziyadə çox olmasına baxmayaraq, o, doğma Azərbaycanın problemlərilə də maraqlanmağa imkan tapırdı. Özünün yorulmaz fəaliyyəti, böyük qabiliyyəti ilə Heydər Əliyev nəinki Azərbaycan xalqının dərin məhəbbət və hörmətini qazanmış, ittifaqda yaşayan bütün xalqların da xatirəsində xoş izlər buraxmışdır .

XX əsrin üçdə birini milli lider və rəhbər kimi millətinə xidmət edən, ömrünü xalqının yolunda şam kimi əridən Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsində, demokratik, hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyəti, ölkənin davamlı inkişafındakı rolu əvəzsizdir. 1969–cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublikada ictimai–mənəvi durumu səciyyələndirən bütün bu gerçəkliklər əslində daha böyük niyyətlərin—milli ruhun inkişafına, milli özünüdərkin və milli qürurun yüksəlməsiməsinə, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən əzəmətli planın tərkib hissəsi olmuşdur. Ulu öndərimiz milli ruhun dirçəlməsinə, Azərbaycan mədəniyyətinin inkişafına və çiçəklənməsinə nail olmaqla yanaşı, həm də ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini tarixi və mədəni qaynaqlara yönəltdi. 70–80–ci illər Azərbaycan ədəbiyyatı, musiqisi, memarlığı, incəsənəti və mədəniyyətinin, sözün əsl mənasında, intibah dövrü idi. Milli özünüdərk ruhunun güclənməsi istiqamətində həmin illərdə görülmüş işlər sonrakı mərhələlərdə öz bəhrəsini vermiş, keçmiş SSRİ–nin dağılması ərəfəsində Azərbaycanda milli müstəqillik ideyalarının daşıyıcısı olan böyük bir zümrə yetişmişdi.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan müstəqil dövlət kimi özünü elan etdikdən sonra daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyrisabitlik, hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə acı məğlubiyyətlər, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə, təkidli xahişlərinə tabe olaraq 1993– ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimaisiyasiiqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında Heydər Əliyev ömrünün yeni bir qəhrəmanlıq tarixi idi. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yaradayaza bilərdi. Heydər Əliyev fəaliyyətinin 1993–2003– illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi.

Müstəqil Azərbaycan dövləti bu gün hərtərəfli və dinamik inkişaf edir, öz həllini tapan sosialiqtisadi layihə və proqramlar xalqımızın rifahını tamam dəyişir. Siyasi, sosialiqtisadi və mədəni sahələrdə əldə etdiyimiz möhtəşəm uğurlar, davamlı enerji siyasəti, daxili sabitlik və etibarlı tərəfdaş olmağımız, regional məsələlərdə, qlobal transmilli layihələrdə təşəbbüskar və əvəzolunmaz rolumuz Azərbaycanın dünyadakı mövqelərini daha da möhkəmləndirib. Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti hazırda nəinki Cənubi Qafqaz regionunda, eləcə də dünyadakı proseslərə təsir etmək qüdrətinə malikdir.

Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində isə ulu öndərimizin əbədiyaşar ideyaları, xalqımıza miras qoyduğu müdrik siyasi kurs dayanır.

 

 

Zakir BABAYEV,

Azərbaycan Respublikasının

Dövlət Sosial Müdafiə

Fondunun sədr müavini

 

Respublika.- 2013.- 3 may.- S. 6.