Elmin və təhsilin inkişafı strateg iyası ulu öndərin adı ilə bağlıdır

 

XX əsrin 70–ci illərindən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən böyük tarixi şəxsiyyət Heydər Əliyevin elm və təhsil sahəsində apardığı nəhəng islahatlar gələcək uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır. Böyük rəhbər bütün həyatı boyu istər əməli, istərsə də şəxsi nümunəsi ilə sübut etmişdir ki, elm və təhsilimizin yorulmaz fədaisi, təəssübkeşi və himayədarıdır. Azərbaycanın son 43 ildən artıq inkişafı tarixində əldə olunan nailiyyətlər, qazanılan uğurlar, xüsusilə keçən əsrin 70–80–ci illərində və müstəqillik dövründə aparılan islahatlar xalqımızın misilsiz təəssübkeşi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin nəticəsidir. 1969–cu ildə Azərbaycanın rəhbərliyinə irəli çəkilən Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədi ilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, onun iqtisadiyyatının, elm və təhsilinin yüksəldilməsi üçün çox ustalıqla və düşünülmüş siyasət yeritməyə nail olmuşdur. Heydər Əliyevin respublikada rəhbərlikdə olduğu 1969–1982–ci illərdə Azərbaycan hökumətinin diqqət mərkəzində duran ən ümdə vəzifələrindən biri elmin və təhsilin inkişafına diqqət və qayğının artırılması olmuşdur. Möhtərəm Heydər Əliyev 1998–ci il avqustun 31–də 1970–1987–ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısında bu barədə demişdir: “Mən 1969–cu il iyulun 14–də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində işləmişdim. Azərbaycanda təhsilin, xüsusilə ali təhsilinvəziyyəti məni daim maraqlandırmışdı və mən bu barədə xeyli mətumata malik idim. Ona görə də bizim təhsilin nailiyyətlərini də, qüsurlarını, nöqsanlarını da bilirdim. Şübhəsiz ki, respublikanın başçısı kimi məsuliyyətimi dərk edirdim. Ona görə də mən birinci növbədə təhsil məsələlərinə ciddi fikir verirəm” – deyə çıxış etmişdir.

Hələ o zaman möhtərəm Heydər Əliyev dahi bir şəxsiyyət kimi daim gələcəyə, irəliyə, sabaha baxır, bütün işlərini Azərbaycanın gələcək müstəqilliyinin təmin edilməsi idealının gerçəkləşdirilməsinə yönəldirdi. Bu siyasətin başlıca məramı güclü dövlət, güclü iqtisadiyyatsağlam milli kadrlar yetişdirmək idi. Ölkə rəhbəri milli təhsilin səviyyəsini və keyfiyyətini yüksəltmək üçün təhsil və fəal kadr konsepsiyasını irəli sürdü. Təhsildə islahatlar dönüş xarakteri aldı, yeni ali məktəblər və onların filialları yaradıldı. Bu işlə məşğul olmaq, həm də çox çiddi məşğul olmaq lazım idi, bu təşəbbüs yalnız və yalnız ondan irəli gəlirdi ki, ulu öndər istəyirdi ki, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının, daha yüksək səviyyəli məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gələcəyi üçün lazım olan kadrlar hazırlansın.

Faktiki olaraq qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, bir çox elmi məktəblərin əsası qoyuldu. 1969–cu il avqust plenumunda iki əsas prinsip irəli sürüldü: milliişmə konsepsiyasına uyğunluqprofessionalizm. 70–ci illərin ortalarında ağıllı kadr siyasəti nəticəsində bu mühüm vəzifələr artıq yerinə yetirildi. Mərkəzdə də aydın başa dühürdülər ki, respublika rəhbəri yerlərdə aparılan kadrların milliləşdirilməsi siyasətini və dəyişikliklərini müdafiə edir. Çünki düzgün kadr siyasəti elə xalqımızın vətənpərvər oğlu Heydər Əliyevin düşunulmuş siyasi xətti idi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bir qərinədən artıq davam edən ölkəyə rəhbərlik, millətə liderlik fəaliyyətində təhsilə və elmə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə qayğı bütün dövrlərdə üstün yer tutumuş, prioritet istiqamətlərdən biri olmuşdur. Əslində tariximizin son 43 illik milli intibahı mahiyyət etibarilə xalqın təhsillənmə səviyyəsinin yüksəlişi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə sıx bağlı olmuşdur. Bütün bunların hamısı təhsil sistemininondan səmərəli istifadə edilməsi nəticəsində mümkün olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki böyük rolundan danışarkən möhtərəm Prezidentimizin dediyi kimi, “Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar varonlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycanın elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və onillərə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq” Prezident Heydər Əliyev tərəfindən belə bir konsepsiya, strateji xətt hazırlanıb həyata keçirilməyə başlandı ki, dövlətin, dövlətçiliyin təməl prinsipləri içərisində milli təhsil və bəşəri elm müstəsna yer tutmalıdır. Prezident Heydər Əliyevin milli müstəqillik, milli dövlət quruculuğu strategiyasında isə belə bir ideya əsaslandırıldı ki, dövlət müstəqillıyinin əbədiliyinin, vətəndaş cəmiyyətinin demokratik inkişafının magistralhamar yolu mütləq və mütləq milli təhsildən keçir. Təhsil dövlətin təməl daşı, millətin gələcəyidir. Buna görə də o, prioretet sahə olan təhsilə, elmə, mədəniyyətə qayğını dövlətin əsas strateji xətti kimi ön plana çəkmişdir.

Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi daxilixarici siyasət nəticəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdəki nüfuzu getdikcə artmaqdadır.

Hər bir xalq görkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir. Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Dünyada şöhrət tapmış dövlət xadimləri, siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə, ilk növbədə, ümummilli lider Heydər Əliyevin adı çəkilir.

Bu gün mən bir gənc kimi ulu öndər Heydər Əliyevlə fəxr edirəm və hesab edirəm ki, təhsilə, elmə belə bir münasibət Heydər Əliyev siyasətinin aparıcı istiqaməti onun daxili ziyalılığının, maarifpərvərliyinin mühüm təzahürü olub xalqını, millətini sivil dünyanın inkişaf etmiş xalqlarından biri kimi görmək istəyinin parlaq ifadəsidir.

Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, o daim yaşayacaq, heç vaxt unudulmayacaq.

Fikirlərimi qüdrətli tarixi şəxsiyyət Heydər Əliyevin sözləri ilə bitirmək istəryirəm: “Ümidvaram ki, bizim bugünkü gənclərimiz keçmiş dövrlərdə olan gənclərdən daha da yüksək təhsil ala biləcəklər və gələcək üçün daha da bilikli, daha da yüksək səviyyəli olacaqlar”.

 

 

Könül NƏBİZADƏ,

Bakı Biznes Universitetinin

baş müəllimi

 

Respublika.- 2013.- 3 may.- S. 7.