Müstəqil dövlətimizin qurucusu

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev bəşər tarixində azaz rast gəlinən tarixi şəxsiyyətlərdəndir.

Bu gün sürətlə dünya birliyinə inteqrasiya olunan müstəqil Azərbaycan dövləti, onun çağdaş milli tarixinin son qərinəsi məhz ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.

Bu dövr Azərbaycan Respublikasında sosialiqtisadi və mədəni sahələrin, xüsusən də səhiyyənin inkişafında xüsusi mərhələ təşkil edir.

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969–cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bir dövrün başlanğıcı kimi daxil olmuşdur. Təcrübə göstərir ki, elmə, mədəniyyətə, təhsilə və səhiyyəyə yüksək qiymət verən xalqlar, dövlətlər və dövlət başçıları bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, eyni zamanda dünya mədəniyyətinə böyük töhfə vermiş olurlar.

Bu mənada dahi siyasətçi Heydər Əliyevin milli səhiyyəmizin, elmimizin və təhsilimizin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969–cu ildən başlanan tarixi bir mərhələ, haqlı olaraq Azərbaycan elminin, təhsilinin və səhiyyəsinin intibahı dövrü kimi dəyərləndirilməlidir.

1970–80–ci illərdə ölkəmizdə bütün ixtisaslar üzrə təhsil şəbəkəsinin, o cümlədən tibbi təhsil şəbəkəsinin inkişaf etdirilməsi ulu öndər tərəfindən diqqət mərkəzində saxlanılmış, aliorta təhsil müəssisələrinin madditexniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülmüşdür. Məhz onun təşəbbüsü və qayğısı ilə ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdir.

Xalqımızın böyük oğlu Heydər Əliyevin müstəsna və uzaqgörən xidmətlərindən biri də 1970–80–ci illərdə şəxsi təşəbbüsü ilə və böyük qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ–nin 50–dən artıq böyük şəhərinin 170–dən çox məşhur ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və səhiyyəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250–dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmasıdır.

1969–70–ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975–ci ildə bu rəqəm 14 dəfədən çox artaraq 700 nəfərə çatmışdır. 1975–ci ildən başlayaraq gənclərin respublikadan kənara təhsil almağa göndərilməsi daha intensiv xarakter almış və 1978–ci ildən etibarən respublikadan kənara hər il 800–900 tələbə göndərilməsinə nail olunmuşdur.

Bu proses sonrakı illərdə də intensiv xarakter almış, 1978–ci illə müqayisədə 1982–ci ildə respublikadan kənara göndərilən tələbələrin sayı 11 faiz artmış, onların təhsil aldığı ali məktəblərin sayı 151–dən 170–ə yüksəlmiş, ixtisasların sayı 244–dən 250–yə, ən zəruri istiqamətlərin sayı isə 80–ə çatmışdır. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların yeri 1970–ci ilədək 40 faiz təşkil edirdi. Ümummilli liderimizin apardığı uzaqgörən siyasət nəticəsində 1976–cı ildə göndərilənlər içərisində azərbaycanlıların real çəkisi 85 faizə, 1977–ci ildə 92 faizə, 1980–ci illərin əvvəllərində isə 97.6 faizə yüksəlmişdi.

Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəriciləri həm də respublikada azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik arzularının və hisslərinin güclənməsi və real siyasi amilə çevrilməsi olmuşdur. İndi təkcə respublikamızda deyil, həm də dünyanın qabaqcıl ölkələrində belə Azərbaycanın intibah dövrü kimi dəyərləndirilən 1969–82–ci illər xalqımızın qəlbində, düşüncələrində azadlıq, müstəqillik, dövlətçilik ideyalarının canlanmasına real zəmin yaratmış.

Ötən əsrin sonuncu onilliyi bəşər tarixinə nəhəng ölkənin – Sovetlər Birliyinin dağılması kimi tarixi bir hadisə yazdı. Tamamilə təbii olaraq, vaxtilə bu birliyə daxil edilmiş ölkələr birbirinin ardınca müstəqillik əldə etdilər. Azərbaycan da 1991–ci ildə öz müstəqilliyinə qovuşdu.

Ölkəmizin bu tarixi dövrdə inkişaf dinamikası izlənilərkən açıq–aşkar görünür ki, Azərbaycan üçün həmin dövr daha çətin, daha problemli, daha mürəkkəb olmuşdur. Torpaqlarımızın mənfur “qonşu” tərəfindən işğalı, çoxsaylı insan tələfatı ilə müşayiət olunan müharibə, birbirinin ardınca naşı, səriştəsiz, milli mənlik hisslərindən uzaq adamların ölkə rəhbərliyinə gəlişi, hakimiyyət davası, hərc–mərclik həmin dövrdə Azərbaycan Respublikası üçün tam səciyyəvi olan əsl reallıqlar idi. Nəticədə ölkə vətəndaş müharibəsi həddinə çatmış, millət “olumya ölüm” dilemması qarşısında qalmışdı.

Hamı vəziyyətin stabilləşdirilməsini, normal həyat tərzinin bərqərar olmasını, ictimaisosialiqtisadi münasibətlərin tez bir zamanda tənzimlənməsini arzulayırdı. Məhz belə bir şəraitdə, 1993– ildə xalqın təkidli tələbi ilə ölkəmizdə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Müstəqil Azərbaycanın inkişaf tarixi məhz elə bu dövrdən hesablanmağa başlandı.

İlk növbədə ölkədə siyasi sabitilk bərqərar edildi, beynəlxalq əlaqələr tənzimləndi, iqtisadiyyatın dirçəldilməsi üzrə əhəmiyyətli tədbirlər həyata keçirildi, dünyanın nüfuzlu şirkətəlri tərəfindən Azərbaycana investisiya qoyuluşu məsələləri reallaşdırıldı. Dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atıldı.

Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək, həm siyasi, həm iqtisadi, həm də sosial mənəvi böhrandan çıxarıb ölkədə ictimaisiyasi sabitliyimilli təhlükəsizliyi təmin etmək, ölkə iqtisadiyyatını bərpa edib inkişafına nail olmaq, hüquqidemokratik islahatları həyata keçirərək demokratik vətəndaş cəmiyyətinin bərqərar edilməsi və müstəqil hüquqi dövlət quruculuğuna nail olmaq kimi təsəvvür edilməz dərəcədə çətin, mürəkkəb və şərəfli tarixi missiyanın öhdəsindən Heydər Əliyev çox məharətlə gəldi və Azərbaycan xalqını xilas edə bildi. Xilaskarlıq missiyasını şərəflə yerinə yetirən ulu öndərimizin xatirəsi həmişə xalqının qəlbində yaşayacaqdır.

 

 

Əli HÜSEYNOV,

YAP Ağsu rayon təşkilatının sədri,

Mərkəzi Rayon Xəstəxanası baş həkiminin

müavini

 

Respublika.- 2013.- 3 may.- S. 8.