Sevinc, gözəllik bəxş edən Gül bayramı

 

…Qəlbləri oxşayan yaz səhəri. Yasamal rayonundakı N.Hikmət küçəsi ilə Ə.Haqverdiyev küçələrinin kəsişməsindəki istirahət parkında bayram təntənəsi duyulur, məktəblilər, müəllimlər, əmək və müharibə veteranları, ziyalılar dəstə–dəstə Gül bayramında iştirak etmək üçün bu füsunkar guşəyə axışırdılar.

Parkda məktəblilər tərəfindən zövqlə hazırlanmış güllər, ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş rəsm əsərləri diqqəti cəlb edir, insanlarda xoş ovqat yaradırdı.

Biz rayon icra hakimiyyəti başçısı aparatının ictimai, siyasihumanitar məsələlər şöbəsinin müdiri Rafiq Həmzəyevlə söhbət edərkən o qeyd etdi ki, rayon icra hakimiyyətində Gül bayramı ilə bağlı tədbirlər planı hazırlanmışdır. Təntənəli bayramda rayonun 25 məktəb, 29 bağçanın şagirdbalaca fidanları iştirak edirlər.

Gül bayramında rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, millət vəkilləri, ziyalılar hər bir məktəb və bağçada hazırlanan rəsm əsərlərini, güldən hazırlanan kompozisiyaları nəzərdən keçirirbayrama yüksək hazırlıq görüldüyünə görə müəllimlərə minnətdarlıqlarını bildirirdilər.

Rayondakı 20 saylı məktəb–liseyin müəllim və şagirdləri tərəfindən gül bayramına görülən hazırlıq işləri hamıda xoş ovqat yaratdı. Bayramda 50–yə yaxın əl işləri və güldən hazırlanan kompozisiyalar nümayiş etdirilirdi. Məktəbin direktoru, respublikanın əməkdar müəllimi Sabir Məmişov məlumat verdi ki, məktəbin IV sinif şagirdi Fidan Hüseynova bayramda bahar qız kimi iştirak edir. Onun əynindəki dona 2 minə yaxın güldən istifadə olunmuşdur və çəkisi 12 kiloqramdır.

Rayonun 31 nömrəli məktəbində (direktor Şükufə Məmmədsalahova) Gül bayramında “Qız qalası”, “Buxta” rəsm əsərləri, habelə zövqlə hazırlanmış 30–a yaxın əl işləri nümayiş etdirilirdi.

Gül bayramında iştirak edən insanlar 286 nömrəli (direktor Mübariz Vəliyev), 158 nömrəli (direktor Zemfira Səlimova) məktəblərin, 99 saylı bağçanın (müdir Aygün Ələsgərova) fəal iştirak etdiklərini, hazırlanan əl işləri və kompozisiyaları yüksək dəyərləndirdilər.

Millət vəkilləri, ziyalılar və qonaqlar rayondakı 1 saylı tibb kollecinin kollektivi tərəfindən Gül bayramında nümayiş etdirilən kompozisiyaya görə kollecin direktoru Nəriman Mövsümova minnətdarlıqlarını bildirdilər.

Biz gül bayramında iştirak edən əməkdar elm xadimi, professor Kərim Kərimov, Bakı Ağsaqqallar Şurasının üzvü Hidayət Rzayev, həkim Rövşən Abbasov və başqaları ulu öndərimiz Heydər Əliyevlə bağlı belə bir yüksək tədbirin keçirilməsinə görə rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevə dərin minnətdarlıqlarını bildirdilər.

Ümumiyyətlə, məktəblilərin incə əlləri, dərin təfəkkürləri, fitri istedadları ilə al–əlvan güllərdən hazırlanmış əl işləri, rəsm əsərləri uzun müddət xatirələrdən silinməyəcəkdir.

Gül bayramında rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək vurğuladı ki, bugünkü bayram dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur. Heydər Əliyev ömrü bir qəhrəmanlıq dastanı, müstəqillik himni, insanlığa xidmət nümunəsidir. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və təhsilin, elmin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.

Gül bayramında incəsənət ustaları maraqlı proqramla çıxış etdilər.

 

 

Qədir Aslan

 

Respublika.- 2013.- 4 may.- S. 14.