Dövlət Xəzər Dəniz Gəmiçiliyi
işçilərinin təntənəli
yığıncağı
Mayın 7–də Xəzər Dəniz gəmiçilərinin mədəniyyət sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirilmişdir.
Gəmiçiliyin rəisi Aydın Bəşirov əvvəlcə ulu öndərin mədəniyyət sarayındakı büstü önünə tər gül çələngi qoydu. Sonra o, yığıncaq iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi və dedi:
XX yüzillikdə xalqımız dahi bir şəxsiyyət yetirdi. O, dünyanın tarixi simaları sırasında öz layiqli yerini tutdu. Xalqına, vətəninə olan tükənməyən sonsuz sevgisi onu bütün dünyaya tanıtmışdır. Bu sevgi, məhəbbət 35 ildən artıq bir mərhələni əhatə edən, milli mənafeyi hər şeydən üstün tutan, böyük siyasi xadim, iqtisadi və siyasi müstəqilliyimizin banisi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır.
Bütün varlığı ilə xalqın gələcək taleyini düşünən ulu öndər həmişə çalışırdı ki, respublikamız həm iqtisadi, həm də siyasi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələri sırasında olsun. A.Bəşirov çıxışında xüsusi olaraq qeyd etdi ki, ulu öndər ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişaf etməsinə, onun müasir infrastrukturunun yaradılmasına və gücləndirilməsi işinə hələ sovetlər dövründə respublikaya rəhbər təyin olunandan sonra başlamışdı.
Ölkəmizin sənaye potensialının gücləndirilməsi, o cümlədən nəqliyyat şəbəkəsinin formalaşdırılması da elə həmin illərdə vüsət almışdır. Natiq yığıncaq iştirakçılarının diqqətinə çatdırdı ki, 1969–cu ildə Heydər Əliyev ölkə rəhbərliyinə təyin olunduqdan sonra onun həyata keçirdiyi tədbirlər sayəsində Xəzərdə acınacaqlı vəziyyətdə olan yük daşımalarında böyük canlanma baş verdi. Bundan sonra yeni gəmilər almaq üçün böyük imkanlar yarandı.
Hamınıza məlumdur ki, ulu öndərimiz ağır peşə sahibi olan dənizçilərimizin əməyini həmişə yüksək qiymətləndirmişdir. Məhz onun təşəbbüsü ilə ötən əsrin 70–80–ci illərində iyirmiyə yaxın dənizçi yüksək vəzifələrə irəli çəkilmişdir. Ulu öndərin dənizçilərə qayğısından danışarkən fəxrlə deyə bilərəm ki, 2003–cü ilin iyul ayında imzaladığı fərmanla dörd dənizçi “Şöhrət” ordeni ilə, 14–ü isə tərəqqi medalı ilə təltif olunmuşdur.
Gəmiçiliyin rəisi A.Bəşirov çıxışının sonunda bildirdi ki, bu gün iqtisadiyyatımızın önəmli sahəsi olan nəqliyyat donanmasına, dənizçilərimizə göstərdiyi diqqətə gəmiçiliyin son 40–45 illik tarixi fəaliyyətinə, varlığına görə xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevə minnətdarıq. Bütün bunlar deməyə əsas verir ki, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, qədirbilən dənizçilərimiz ulu öndər Heydər Əliyevin parlaq ideyalarının gerçəkləşməsində bundan sonra da daha əzmlə çalışacaqlar.
Sonra söz
“Şuşa” tankerinin
kapitanı Seymur Bayramova verildi.
S.Bayramov çıxışında bildirdi
ki, ulu öndərin
respublikamıza rəhbərlik
etdiyi dövrlər tariximizə böyük siyasi dönüşlər
və yeni mərhələlərin başlanğıcı
kimi yazılıb.
Ümummilli liderin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün
sahələrində həyata
keçirdiyi planlar artıq gerçəkliyə
çevrilmişdir.
Onun fəaliyyəti
də, şəxsiyyəti
də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. S.Bayramov onu
da vurğuladı ki, müstəqil Azərbaycanın iqtisadi yüksəlişinə, əhalinin
güzəranının yaxşılaşdırılmasına
və sosial problemlərin həllinə
güclü təkan verən amillərdən ən başlıcası məhz ulu öndərin
böyük bacarıq
və uzaqgörənliklə
həyata keçirdiyi
iqtisadi islahatlardır.
Respublikada aparılan ardıcıl
və sistemli islahatların mühüm
nəticələrindən biri də iqtisadiyyatın
inkişaf etdirilməsi
və əhalinin həyat səviyyəsinin
yüksəldilməsi olmuşdur.
Ölkəmizin sosial–iqtisadi yüksəlişinə
zəmin yaratmış
“Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulmuş bu uğur strategiyası Azərbaycanın çağdaş
tarixinin ən şərəfli, parlaq səhifələrindən birini
təşkil edir.
İndi mən böyük qürur və fərəh hissi keçirirəm. Çünki ümummilli lider
Heydər Əliyevin adı bizim donanmamızda da əbədiləşib. Bu,
böyük etimad, böyük məsuliyyətdir.
Prezident Heydər Əliyev tankeri milli donammamızın
flaqmanıdır. Təbii ki,
belə bir donanmada çalışmaq
hər bir dənizçi üçün
şərəflidir. Bizə göstərilən
etimadı öz işimizlə doğrultmağa
çalışacaq, əzmlə,
var gücümüzlə
işləyəcəyik.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin
baş dispetçeri Nəzakət Pənahova ümummilli liderimiz Heydər Əliyevin uzun illər keçsə də ürəklərdə əbədi
yaşayacağından, dövlətimizin
bugünkü mövcudluğunda
ulu öndərin qətiyyət və iradə gücündən
danışdı. N.Pənahova qeyd
etdi ki, bütün sahələr
üçün liderlərin
hazırlanmasına və
bu sırada qadınların olmasına
ulu öndərimiz böyük önəm verirdi. Azərbaycan qadınının iradəsi, alicənablığı,
ləyaqəti tarixən
xalqımızın milli–mənəvi
dəyərlər sisteminin
formalaşmasında, cəmiyyətimizin
həyatında böyük
rol oynadığını
nümunə göstərən
dövlət başçımız
qadınlarımızın cəmiyyətdəki rolunun
artmasına çalışırdı.
Yüzlərlə azərbaycanlı məhz onun yaratdığı əlverişli şərait
nəticəsində fərdi
bacarıqlarını nümayiş
etdirməyə, müxtəlif
idarəetmə orqanlarında
rəhbər vəzifələrdə
çalışmağa müvəffəq
olmuş, öz zəkaları, mənəvi
keyfiyyətləri və
işgüzarlıqları ilə cəmiyyətdə
nüfuz və hörmət qazanmışdır. Çox fərəhli
haldır ki, ulu öndərin müəyyən etdiyi siyasət möhtərəm
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Kamal İBADOV
Respublika.-2013.-8 may.-S.9.