Uğurlu məhkəmə–hüquq islahatlarının müəllifi

 

Bu il müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimaisiyasi, iqtisadi və mədəni–mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.

1969–cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimaisiyasi proseslər və iqtisadi islahatlar müsbət dəyişikliklərə təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli–mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.

Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni və mənəvi intibahı həmişə iqtisadiyyatda və sənayedəki uğurlarla əlaqələndirərək vahid məcrada həyata keçirmişdir. 1969–1982–ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin dövrdə yaradılmış potensiala əsaslanır.

1991–ci ildə xalqımız öz dövlət müstəqilliyini əldə etdikdən sonra onun qorunub saxlanılması elə də asan olmamışdır. İlk illərdə Azərbaycanda baş verən anarxiya, xaos, səriştəsiz rəhbərlərin hakimiyyətə yiyələnmək uğrunda savaşı, eyni zamanda Ermənistan tərəfindən torpaqlarımızın təcavüzə məruz qalması dövlət müstəqilliyimizi uçuruma sürükləyir, onun yenidən itirilməsinə şərait yaradırdı.

Məhz belə bir ağır vəziyyətdə Heydər Əliyev xalqının imdadına çatdı və dahi rəhbərin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı belə bir çətin durumdan yaxa qurtara bildi. Ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında ulu öndərin tarixi proseslərdə müstəsna rolu barədə deyilir: “tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olanböyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. …Azərbaycanın dünya miqyasında neftqaz hasilixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir”.

Həqiqətən də ulu öndərin həyat və fəaliyyətinə nəzər salarkən əmin oluruq ki, o, ictimaisiyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra demişdir: “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Doğrudan da 1993–2003– illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, ölkənin o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır.

Heydər Əliyev həm də ölkəmizdə həyata keçirilən demokratik hüquqi dövlət quruculuğunun, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı, məhkəmə–hüquq sahəsində aparılan uğurlu islahatların müəllifidir.

Ümummilli lider müdrik siyasi xadim kimi dövlətçiliyin möhkəm təməllər üzərində formalaşması baxımından hər bir fərdin maraq və mənafeyini özündə birləşdirən siyasət yeritmiş, insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə–hüquq və ədliyyə islahatlarını diqqət mərkəzində saxlamışdır.

Həyata keçirilən məhkəmə–hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin həlli olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995–ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk milli Konstitusiyamız demokratik quruluşunhüquqi dövlətin möhkəm təməlini qoymuş, əsas Qanunun müddəalarının həyata keçirilməsi, demokratik təsisatlarınqanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə müxtəlif komissiyalar yaradılmışdır. Hüquqi islahatlara müstəsna əhəmiyyət verən dövlət başçısı Hüquqi islahatlar komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək bu islahatların prioritetlərini müəyyən etdiSovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarı ilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq–mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir.

1997–ci ildə qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Qanun məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaratdı. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldi, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırdı.

Aparılan məhkəmə–hüquq islahatı nəticəsində 2000–ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır.

Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin hüquqi siyasət kursunu son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyev yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirərək məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi, məhkəmə–hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir, vacib qərarlar qəbul edir.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən məhkəmə hakimiyyətinin müstəqilliyinə real təminatlar verən, məhkəmə sistemində fəaliyyətin ən müasir tələblər səviyyəsinə qaldırılmasını ön plana çəkən cənab İlham Əliyev möhkəm siyasi iradə nümayiş etdirərək dahi öndər Heydər Əliyevin təməlini qoyduğu islahatları yeni inkişaf mərhələsində uğurla davam etdirdi.

İlk növbədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan–Avropa Şurası birgə işçi qrupu yaradıldı, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə müvafiq fəaliyyət planı, bir sıra normativ hüquqi sənədlər hazırlandı. “Məhkəmə–Hüquq Şurası haqqında” qanun qəbul olundu, “Məhkəmələr və hakimlər haqqında” qanuna əsaslı dəyişikliklər edildi.

Məhkəmə sisteminin müasirləşdirilməsinin başlıca məqsədi regionların sosialiqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiyaiqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui–istifadəyə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasıdır.

Hazırda yüksək tələblərə cavab verən yeni nəsil hüquqşünaslarından ibarət hakim korpusunun formalaşdırılması üçün kompleks tədbirlər görülmüş, ölkəmizdə Avropada ən şəffaf seçim qaydaları müəyyən edilmişdir. Məhkəmə sistemi xeyli təkmilləşmiş, yeni regional məhkəmələr yaradılmış, hakimlərin sayı iki dəfə artırılmışdır.

Məhkəmə–hüquq islahatlarının tərkib hissəsi kimi məhkəmə infrastrukturunun müasirləşdirilməsi, məhkəmələrin yüksək statuslarına uyğun binaların inşası üzrə tədbirlər həyata keçirilir. Təsadüfi deyil ki, Ədliyyə Nazirliyi tərəfindən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, onun madditexniki bazasının gücləndirilməsinə, hakimlərin və məhkəmə işçilərinin şəraitinin yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərilir. Məhkəmə infrastrukturunun ən müasir tələblər səviyyəsində qurulması, qabaqcıl informasiya–texnologiyalarının tətbiqi sahəsində mütərəqqi addımlar atılır.

Quba Rayon Məhkəməsi də bu islahatlardan kənarda qalmamış, ötən ayın sonlarında Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi çərçivəsində rayon məhkəməsi üçün yeni inzibati binanın təməli qoyulmuş və artıq inşa işləri yüksət templə davam etməkdədir. Bizim üçün olduqca əlamətdar olmuşdur ki, belə bir mühüm tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illiyi ərəfəsində, bu münasibətlə keçirilən silsilə tədbirlər çərçivəsində keçirilmişdir. Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə keçirilmiş təməlqoyma mərasimində cənab nazirin vurğuladığı kimi, bu gün məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminininfrastrukturunun müasirləşdirilməsi üçün ölkə rəhbərliyində güclü siyasi iradə nümayiş etdirilir və dövlətimiz tərəfindən bu sahəyə müstəsna əhəmiyyət verilir.

Artıq son iki ildə respublikamızın məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində paytaxtda və bölgələrdə bir neçə yeni məhkəmə binaları tikilərək istifadəyə verilmişdir. Həmin məhkəmələr kimi, Quba Rayon Məhkəməsinin binası da müasirliyi ilə fərqlənir. Ümumi sahəsi 3.3 min kvadratmetrdən ən çox olan üç mərtəbədən ibarət yeni məhkəmə binası müasir milli memarlıq üslubunda layihələndirilmişdir. Bina ictimaiinzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən binada proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audiovideo yazılışları aparanFemidasistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün bütün zəruri infrastruktur quraşdırılacaqdır. Tətbiq olunan İKT–lər təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən, uzaq məsafədən dindirilməsinə, habelə məhkəməyə gələn vətəndaşlara çətinlik çəkmədən lazım olan informasiyanı almağa, təhlükəsizliyin təmin olunmasına geniş imkan yaradacaqdır.

Onu da qeyd edim ki, ədliyyə naziri Fikrət Məmmədovun, Ali Məhkəmənin sədri Ramiz Rzayevin rayonumuza səfərləri zamanı bölgənin hakimləri ilə keçirilmiş müşavirədə məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunması, işlərə ədalətlə, vicdanla və qərəzsiz baxılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, süründürməçilik, vəzifədən sui–istifadə və korrupsiya hüquqpozmalarına yol verilməməsi ilə bağlı verilmiş tapşırıqlar bu gün fəaliyyətimizin əsasını təşkil edir.

Sonda onu da vurğulamaq istərdim ki, dövlətimizin məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyət və belə gözəl binaların inşa olunması cəmiyyətimiz tərəfindən də böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, məhkəmə–hüquq sisteminin davamlı müasirləşməsini təmin edəcəkdir.

 

 

Fizuli Pənahov,

Quba Rayon Məhkəməsinin sədri.

 

Respublika.-2013.-9 may.-S.8.