İnsan hüquqlarının böyük hamisi

 

Bəşəriyyətin təkamül və inkişaf mərhələləri böyük dühaların, siyasət ustadlarının xalqlarının taleyində oynadıqları müstəsna rolu bütün qabarıqlığı ilə üzə çıxarır. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunun 34 ilini xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə liderlərdən olub müasir dövlətçiliyimizin ideolojisiyasi əsaslarını yaratmış, dövlətimizi həqiqi müstəqilliyə qovuşduraraq hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaltmışdır.

Anadan olmasının 90–cı ildönümünü böyük təntənə ilə qeyd etdiyimiz ümummilli lider dərin zəkası, xarizması, milli ideallara, adət–ənənələrə sıx bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ imperiyanın ideoloji repressiya maşınının sərtliklə işlədiyi bir dövrdə – 70–80–ci illərdə “Qoy, ədalət zəfər çalsın!” şüarını dövrünün ictimai postulatına çevirməyi bacarmışdır. Böyük strateq qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın bəşəri hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur. Bu günün zirvəsindən baxdıqda, sovet rejiminin ideoloji qəliblərinin hökm sürdüyü həmin illərdə ulu öndərin xalqının hüquqlarını qoruyan, haqqı–nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri qabarıq sezilir. Azərbaycan xalqı dahi oğlunun rəhbərliyi altında yüksək iradə sərgiləməklə, milli yaddaşını, mənəvi–əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır.

Böyük şəxsiyyət bütün maneələri adlayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Bir sıra müttəfiq respublikalardan fərqli olaraq o illərdə Azərbaycanda nəinki dissident yazarlar olmamış, əksinə, tanınmış ziyalı və şairlər xalqda özünüdərk hissinə ciddi impulslar verən əsərlər yazmış, ulu öndərin milliliyi, xalqına bağlılığı onları həbs olunmaq təhlükəsindən hifz etmişdir.

Ulu öndər Azərbaycanda dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində qanunla tənzimləndiyi, insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüuarda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər göstərmişdir. Kamil şəxsiyyət kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində sosial ədalət, düzgünlükhumanizm prinsiplərinə tapınması, bu mənəvi–əxlaqi meyarların ictimai şüuarda möhkəmlənməsinə çalışması olmuşdur. Bu dəyərlərə sadiqlik, ilk növbədə Heydər Əliyevin yüksək daxili demokratizmindən, hər kəsə örnək ola biləcək vətəndaşlıq məsuliyyətindən qaynaqlanmış, ümummilli lider hər bir fərdin maraq və mənafeyinin ödənməsini, qanuni hüquqlarının qorunmasını dövlətin fundamental vəzifəsi saymışdır.

Ulu öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki fəaliyyəti təkcə ayrı–ayrı fərdlərin, kütlələrin deyil, bütöv bir xalqın hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu zəngin mənəvi keyfiyyətləri sayəsində ulu öndər həm də ictimai fikirdə xilaskarlıq mücəssəməsinə çevrilmişdir. 1993– ilin iyununda canı, qanı bahasına əldə etdiyi müstəqilliyinin itirilməsi, vətəndaş qarşıdurması, xaosanarxiya burulğanına sürüklənən müdrik xalqımız çıxış yolunu məhz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtmasında görmüşdür. Ümummilli lider xalqın təkidli çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə vətəndaş sülhünə və həmrəyliyinə, respublikamızın başı üstünü almış digər ciddi təhlükələrin aradan qaldırılmasına nail olaraq milli inkişaf konsepsiyasını hazırlamışdır. Bu model spesifikliyi və unikallığı ilə fərqlənməklə xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Nəticədə insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına xidmət edən islahatların, habelə demokratikləşmə prosesinin qaçılmazlığı fikri cəmiyyətdə getdikcə daha möhkəm əsaslarla intişar tapmağa başlamışdır. Qloballaşan dünyanın inkişafuğur səmtini duyan mütərəqqi ruhlu insanlarda bu yolun alternativsizliyinə qəti əminlik yaranmışdır.

Böyük öndər ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə etimad və inamının formalaşdırılmasını qeyrimümkün hesab etmiş, bunun üçün ilk növbədə məhkəmə–hüquq sistemində dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasına nail olmuşdur. Yüksək humanizm, şəxsiyyətə inam və hörmət, insanpərvərlik prinsiplərini önə çəkən Heydər Əliyev Avratlantik məkana inteqrasiya yolunda bəzən cəmiyyətdə birmənalı qəbul edilməyən qətiyyətli addımlar atmaqdan belə çəkinməmişdir. Qanunçuluqhüquq qaydalarının hələ tam oturuşmadığı bir dövrdə 1993– ildə ölüm hökmü cəzasının tətbiqi üzərində moratoriumun qoyulması, 1998–ci ildə Şərqdə ilk dəfə olaraq bu hökmün ləğv edilməsi, eləcə də Avropa Şurasına üzvlük istiqamətində ardıcıl tədbirlərin keçirilməsi bu günböyük öndərin yüksək humanizminin təzahürü kimi diqqətəlayiqdir.

Heydər Əliyevin ədalətli rəhbər imicini şərtləndirən ən başlıca amillərdən birionun bağışlamağı bacaran, böyük qəlbə malik, humanist və nəcib şəxsiyyət olması ilə şərtlənmişdir. Xarakterindəki sərtliyi, xarizması, qətiyyəti, xəyanət, riyakarlıq və yalana qarşı barışmaz münasibəti ilə yanaşı, ulu öndər daxilən kövrək, rəhmdil insan idi. Zahirən paradoks yaradan bu iki keyfiyyət Heydər Əliyevi Azərbaycan insanının nəzərində daha da ucaldır, onun böyüklüyünü, əzəmətini tam şəkildə isbata yetirir. Ulu öndər respublika rəhbərliyinə qayıtdıqdan çox az sonra əfvetmə institutunu bərpa etməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəncini, ümid və etimadını artırmışdır. 1993–2003– illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirmişdir. Bu məqsədlə, eyni zamanda məhkəmə–hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına çalışmışdır.

1995–ci ildə ulu öndərin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Faktiki olaraq yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi sistemin formalaşmasına başlanılmış, hüquqisiyasi islahatların aparılmasına fundamental baza yaradılmış, hakimiyyət bölgüsü prinsipləri təsbit edilmişdir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquqlarının etibarlı təminatı ilə bağlı olması da kifayət qədər diqqətçəkici məqamdır.

1995–ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Əsas Qanunda təsbit edilmiş bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi hüquqi təminat yaratmaqla yanaşı bu sahədə yeni dövrün tələblərinə uyğun islahatların həyata keçirilməsi, ədalət mühakiməsinin keyfiyyətcə yüksəldilməsi prosesinə ciddi təkan vermişdir. İctimai münasibətlər sisteminin qanunamüvafiq qaydada tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi ulu öndərimizin daim xüsusi diqqət mərkəzində olmuşdur.

Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyəti dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modellə formalaşdırılmışdır. Bu modelə əsasən, respublikada birinci instansiya, apelyasiyakassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgünobyektiv həllinə şərait yaratmış olur.

Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Həmin Qanuna əsasən hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurumun — Məhkəmə Hüquq Şurasının yaradılması məhkəmə hakimiyyətinin müstəqilliyinə və özünüidarə funksiyasını reallaşdırmasına imkan yaratmışdır. Ümumiyyətlə, sözügedən Qanun əsasında həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Həmçinin, həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaqprokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur.

2002–ci ilin 24 avqustunda Konstitusiyaya ümumxalq referendumu ilə edilmiş əlavə və dəyişikliklərin bir qismi məhz məhkəmə hakimiyyətinin fəaliyyətinin təkmilləşdirilməsinə xidmət etmişdir. Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququ təsbit olunmuşdur.

Heydər Əliyev strategiyasını uğurla reallaşdıran ulu öndərin layiqli siyasi varisi Prezident İlham Əliyev islahatları 2003– ilin oktyabrından xüsusi diqqət mərkəzində saxlayan ilk növbədə, qanunvericiliyin daha da müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması məsələlərinə diqqət yetirir. Bu məqsədlə Azərbaycan–Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanaraq həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə–Hüquq Şurası haqqında” yeni Qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir.

19 yanvar 2006–cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman isə respublikanın məhkəmə sistemində fundamental yeniliklər üçün baza rolunu oynamışdır. Regionların sosialiqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati–hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələri yaradılmışdır. Fərman əsasında, həmçinin Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Məhkəmələrin yükünün azaldılması, işlərə vaxtında, nəzərdə tutulmuş qaydada baxılması məqsədilə məhkəmələrdə hakimlərin sayının artırılması da xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət başçısı İlham Əliyevin 17 avqust 2006–cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat, ümumilikdə, son illərdə hakimlərin sayı 2 dəfə, məhkəmə işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ayrılmışdır. Respublika üzrə hakimlərin sayının 600 nəfər müəyyən olunması da ədalət mühakiməsinin keyfiyyətini daha da yüksəltmişdir. Bundan başqa, son illər hakimlərin müddətsiz — son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin şəffaf və demokratik əsasları təsbit olunmuşdur.

Son 5 ildə ölkədə 20–dək yeni regional məhkəmələrin fəaliyyətə başlaması regionlarda yaşayan vətəndaşların hüquq və mənafelərinin qorunması mexanizmlərini daha da təkmilləşdirməklə, insanlarda razılıq doğurmuşdur.

Şübhəsiz, ədalətli məhkəmə sisteminin formalaşdırılması baxımından yalnız təkmil qanunvericilik sistemi yetərli deyildir. Təsadüfi deyildir ki, dövlət başçısı İlham Əliyev Azərbaycanda məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsini — onların yüksək təmirli bina, habelə madditexniki bazası, informasiyakommunikasiya texnologiyaları ilə təchiz edilməsini də vacib sayır. Respublikamızda məhkəmələr davamlı surətdə yeni binamüvafiq inventar ilə təchiz olunur.

Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə–hüquq islahatlarının yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlmişdir. Həyata keçirilən bu islahatlar respublikamızda qanunçuluğunhüquq qaydalarının daha da möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Könül MƏMMƏDOV,

Tovuz Rayon Məhkəməsinin sədri.

 

Respublika.-2013.-9 may.-S.9.