Onu hər kəs
qəlbində yaşadır
Bu gün ölkəmizin hər yerində ulu öndər Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünü təntənə ilə qeyd edirlər. Ulu öndərin çox zəngin və şərəfli rəhbərliyi dövrünü xalqımız böyük istək və sevgi ilə qəlbində yaşadır. Bu onun uzun illər Azərbaycan dövlətinin və xalqının mənafeyi üçün göstərdiyi böyük xidmətlərin məntiqi nəticəsidir. Ölkəmizin son 40 illik tarixinin hər səhifəsi bu unudulmaz şəxsiyyətin həyat və fəaliyyəti ilə sıx–sıx bağlıdır. Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüşdür. Ulu öndərin müasiri kimi xatirələrimi oxucularla bölüşməyi mən də hər bir azərbaycanlı kimi özümə borc bilirəm.
1969–cu ilin yay mövsümü idi. Heydər Əliyevin
Azərbaycan Kommunist Partiyası MK–nın I katibi seçilərkən
Rəyasət Heyəti
tribunasına dəvət
olunmasını xatırlayıram.
46 yaşında onun Azərbaycan KP MK–nın I katibi kimi çox məsul və şərəfli bir rəhbər vəzifəyə
irəli çəkilməsi,
deyərdim ki, möcüzə idi.
Heydər Əliyev heç
bir həyəcan keçirmədən çox
təmkinlə Rəyasət
Heyətinə qalxıb
öz yerində əyləşdi. Ona söz
verilərkən göstərilən
etimad üçün
plenum üzvlərinə minnətdarlığını
bildirməklə qeyd etdi ki, mən
bu məsul və şərəfli vəzifənin məsuliyyətini
dərindən dərk
edirəm və sizi əmin edirəm ki, mənə göstərilən
etimadı layiqincə
doğruldacağam.
Heydər
Əliyev ölkəni
durğunluq vəziyyətindən
çıxarmaq üçün
fəaliyyətinin ilk başlanğıcında
“respublikada kadrların
seçilib irəli çəkilməsi və
yerləşdirilməsi barədə”
məlum qərarını
verdi. Bu qərarın həyata keçirilməsi sayəsində
ölkənin sənaye
və kənd təsərrüfatının inkişafı
İttifaq miqyasında
rekord səviyyəyə
qalxdı.
Heydər
Əliyev respublikanın
bütün sahələrinin
bacarıqlı kadrlarla
idarə olunmasını
təmin etmək üçün respublikanın
orta ümumtəhsil məktəblərini əla
qiymətlərlə bitirən
şagirdlərin SSRİ–nin
və digər ölkələrin tanınmış
məşhur ali məktəblərinə
göndərilməsinə xüsusi diqqət və qayğı göstərirdi. Həmin kadrların əksəriyyəti
bu gün də respublikanın ən aparıcı rəhbər sahələrində
müvəffəqiyyətlə fəaliyyət göstərirlər.
XX əsrin 70–80–ci illərində
Azərbaycan Respublikasının
kənd rayonları pambıqçılıq, baramaçılıq,
üzümçülük, taxılçılıq təsərrüfatları
ilə məşğul
olurdu. Heydər Əliyevin dövründə
Azərbaycanın bütün
torpaq sahələrini
pambıq tarlaları,
üzüm plantasiyaları,
taxıl zəmiləri
məxmər kimi bəzəyirdi. Bu təsərrüfat sahələri
Azərbaycanın qızıl
fondu olub xalqın sərvətlərinə
çevrilirdi. Təsərrüfat planlarının yerinə
yetirilməsi respublika
Nazirlər Soveti və Mərkəzi Komitə tərəfindən
nəzarətə götürülmüşdü.
Vaxtaşırı nəticələr təhlil olunur, müvafiq tədbirlər həyata keçirilirdi.
Heydər Əliyev özü şəxsən rayonların
təsərrüfat planlarının
artıqlaması ilə
yerinə yetirilməsi
və məhsul toplanışının mütəşəkkil
keçirilməsi üçün
zona müşavirələri
keçirirdi. Belə bir müşavirənin
Bərdə rayonunda keçirilməsi xatirimdədir.
O bu müşavirəni
ona görə Bərdədə keçirirdi
ki, Bərdə rayonu respublikada ən çox pambıq istehsal edən rayon idi və rayonun I katibi Rüstəm Səfərəliyev böyük
nüfuz sahibi kimi vəzifədə olanlara örnək sayılırdı.
Müşavirədə rayon partiya komitələrinin katibləri, rayon icraiyyə
komitə sədrləri
və rayon istehsalat idarə rəisləri iştirak edirdilər. Orada hər
bir rayon rəhbəri
pambıq planının
yerinə yetirilməsi
vəziyyəti barədə
hesabat verirdi.
Heydər Əliyevin işlədiyi dövr ərzində respublikada pambıq planı 350 min tondan 1 milyon tona çatmışdı. 11 il ərzində dövlət planlarını
artıqlaması ilə
yerinə yetirdiyinə
görə respublika Sov.İKP MK və SSRİ
Nazirlər Sovetinin keçici Qırmızı
Bayraqları ilə təltif olundu. Bu Azərbaycanın iqtisadi–siyasi və maddi həyatının yüksəlməsinə səbəb
olurdu. Bu müvəffəqiyyətlərə görə Heydər Əliyev iki dəfə “Sosialist Əməyi Qəhrəmanı”
ordeni ilə təltif olunmuşdur.
Mən bu xatirələri yada salarkən Heydər Əliyevin bu nailiyyətlərinin əldə
olunmasında əməyi
olan, xatirələrdə
yaşayan kənd təsərrüfatı qəhrəmanlarını
yada salmağı məqsədəuyğun hesab
etdim. Onlardan Şamama Həsənovanı,
Qızqayıt Həsənovanı,
Vəsilə Zahidovanı,
Sərdar İmrəliyevi,
Rüstəm Səfərəliyevi,
Sürəyya Kərimovanı,
Sevil Qazıyevanı və başqalarını
xatırlamaq olar.
O dövrün şairləri,
yazıçıları, rəssam
və heykəltaraşları
öz əsərlərində
bu əmək qəhrəmanlarını tərənnüm
edirdilər. Onların bu şərəfli
mərtəbəyə qalxması
Heydər Əliyevin müdrikliyinin və gərgin əməyinin nəticələri idi.
Onu da xatırlayıram ki,
1978–ci ildə Kür çayı daşıb Zərdab şəhərini
və onun təsərrüfat sahələrini
çox ciddi təhlükə qarşısında
qoyan zaman Heydər Əliyev Zərdaba gəlib bütün təhlükələrin
qarşısını almaq
üçün ən
təcili tədbirlərin
görülməsini təşkil
etdi. Çox maraqlı
idi ki, Heydər
Əliyev Kür çayının daşqını
ilə əlaqədar
ən qorxulu sahələri—qoruyucu bəndlərin
üstü ilə maşınla gəzib öz məsləhət və sərəncamlarını
verdi. Eyni zamanda
rayonun mədəniyyət
evində müşavirə
keçirib təsərrüfat
planlarının yerinə
yetirilməsi məqsədi
ilə qarşıda duran vəzifələri əlaqədar təşkilatların
nəzərinə çatdırdı.
Mən II Dünya
müharibəsinin gedişatında
əsaslı dönüş
yaradan Böyük Vətən müharibəsində
Azərbaycan xalqının
qəhrəmanlıq tarixinə
qızıl hərflərlə
şöhrət qazandıran
416–cı atıcı diviziyanın
1368–ci polkunda döyüşən
ordunun ön cərgəsində vuruşaraq
iki dəfə yaralandıqdan sonra arxa cəbhəyə tərxis olunmuşam.
Bu şanlı diviziya
Mazdokdan Berlinə kimi rəşadətli döyüş yolu keçərək Almaniyanın
paytaxtı Berlinin Brandenburq darvazası üzərinə qələbə
bayrağını sancmaqla
cahanşümul şöhrət
qazanmışdır.
Heydər
Əliyevin bu diviziyanın şərəfinə
Rostov vilayətinin Taqanroq
şəhərinin kənarında
Sambeq yüksəkliyində
Qırmızı bayraqlı
II dərəcəli Suvorov ordenli 416–cı Taqanroq adına milli
diviziyanın şərəfinə
ucaldılan möhtəşəm
xatirə kompleksinin inşa edilməsində və açılışında
şəxsi təşəbbüsünü
xatırlayıram.
1980–ci ilin may ayında xatirə kompleksinin açılışında Heydər
Əliyev Rostov vilayətinin
rəhbəri Bondarenko
ilə birlikdə iştirak edib, həmin mitinqdə 416–cı
diviziyanın döyüş
şöhrətindən çox
fərəhlə nitq
söylədi. Onun 32 il bundan
əvvəl həmin abidə önündəki
çıxışını taqanroqlular bu gün də xatırlayırlar. Ona görə
də Taqanroq ictimaiyyəti hər yubiley ilində bizi həmin tədbirlərə dəvət
edirlər. Biz də
təşkil olunan mitinqdə Heydər Əliyevin oradakı çıxışını xatırladıb, müharibə
xatirələrimizi yada
salmaqla bərabər,
xalqlar arasında mehriban qonşuluq münasibətlərinin davam
etməsi, eyni zamanda orada yaşayan
Azərbaycan diasporunun
formalaşması və
normal fəaliyyət göstərməsi
barədə yerli hakimiyyət orqanları ilə görüşlər
keçirirdik.
Biz müharibə veteranları
Heydər Əliyevin müasirləri kimi ona həddindən artıq minnətdarlığımızı
bildiririk. O, müharibə
veteranlarının maddi–mənzil
şəraitinin yaxşılaşdırılması
üçün hər
cür imtiyazlar yaratmışdır.
Heydər Əliyevin ideyalarının
davamçısı olan
layiqli siyasi varis, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında
bu gün ölkəmiz uğurlu sabaha, xoşbəxt gələcəyə doğru
inamla addımlayır. Beynəlxalq aləmin
indiki gərgin şəraitində respublikamızın
ərazi bütövlüyü
və dövlətçiliyimizin
inkişaf etdirilməsi
uğrunda cənab İlham Əliyevin apardığı siyasəti
biz müharibə veteranları
ürəkdən dəstəkləyirik.
Əgər biz İlham Əliyevi
dəstəkləyiriksə, bizim indiki və
gələcək nəsillərimiz
də bizim davamçılarımız olacaqlar.
Biz
416–cı Taqanroq müharibə
veteranları düşünürük
ki, Heydər Əliyevin 90 illik yubiley tədbirləri eyni zamanda Taqanroq
şəhərinin 416–cı diviziya tərəfindən
azad edilməsinin 70 illik yubileyinə təsadüf edir. İstərdik ki, cənab
İlham Əliyev Taqanroqun azad edilməsinin 70 illik yubileyində iştirak edib Heydər Əliyevin ucaltdığı
xatirə kompleksi qarşısında öz
ürək sözlərini
diqqətlərə çatdırsın.
Heydər Əliyev haqqında xatirələr yazmaqla onun ictimai–siyasi fəaliyyətini tam əhatə
etmək mümkün
deyil. Onun fəaliyyəti dünyanın
ən görkəmli korifeyləri tərəfindən
qiymətləndirilmişdir.
Hacı ƏMİRALI ƏMRƏLİYEV,
416–cı Taqanroq milli diviziyasının
müharibə veteranları şurasının
sədri,
Respublika veteranları şurası
rəyasət heyətinin üzvü.
Respublika.-2013.-9 may.-S.11.