“Vergilər” bilik müsabiqəsi

 

Dünən vergilərlə bağlı biliklərin mənimsənilməsində yüksək nailiyyətlər əldə etmiş şagirdlərin stimullaşdırılması məqsədilə Yasamal rayonu 225 saylı orta məktəbdə Bakı şəhərinin əhatə dairəsində yerləşən 11 rayonun şagirdləri arasında “Vergilər” bilik müsabiqəsi keçirilmişdir. Müsabiqədə 3 yaş qrupuna aid 3–5, 6–8 və 9–11–ci siniflərdə təhsil alan 60–a yaxın məktəbin 59 şagirdi iştirak etmişdir.

Hər il ənənəvi olaraq Bakı şəhəri Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət İdarəsi tərəfindən keçirilən bilik müsabiqəsi “Vergilərin əhəmiyyəti və ya yeddi nağıl axşamı” və “Vergilər” tədris vəsaitinin şagirdlər tərəfindən mənimsənilməsi səviyyəsini öyrənmək, həmçinin şagirdlərin bu fənn üzrə maraqlarını artırmaq məqsədi daşıyır. Hazırda respublikanın 50–dən artıq rayonunda vergilərə dair metodiki kabinet fəaliyyətə göstərir.

Test imtahanı ilə keçirilən müsabiqə yekunlaşdıqdan sonra qaliblər müəyyən edilmişmüvafiq yaş qrupları və siniflər üzrə 1, 2 və 3– yerlərin qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbirdə Bakı şəhəri Vergilər Departamentinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak etmişlər.

 

 

Ülvi QARAYEV

 

Respublika.-2013.-9 may.-S.13.