Azərbaycanın xarici siyasət konsepsiyasının müdrik yaradıcısı

 

Hər bir dövlət öz müstəqilliyini qazandıqdan və ya bərpa etdikdən sonra milli hökumət qarşısında duran ən vacib məsələlərdən biribu dövlətin beynəlxalq hüququn subyektləri olan beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən tanınmasıdır. Azərbaycan Demokratik Respublikasının (ADR) xarici siyasətinə nəzər salsaq görərik ki, ADR–in o dövrkü, rəhbərliyi də Versal Sülh Konfransında uğurla təmsil olunmaq və Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınmasını prioritet kimi qarşıya qoymuşdu.

Müstəqilliyini bərpa edən Azərbaycan tarixi hadisələrdən düzgün nəticə çıxararaq nüfuzlu beynəlxalq təşkilatlara üzv olmaq və digər dövlətlər tərəfindən tanınma prosesini xarici siyasətin ən vacib istiqaməti kimi elan etmişdir.

M üasir dövrdə Azərbaycanın diplomatik xidmətinin inkişafını və xarici siyasət təcrübəsini nəzərdən keçirəndə, uzun illər Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin hələ sovet dönəmində bu sahənin inkişafına verdiyi şəxsi töhfəsini xüsusi ilə qeyd etməliyik.

Heydər Əliyevin səyləri nəticəsində sovet dövründə Azərbaycanda diplomat kadrların potensialının formalaşması, milli kadr və mütəxəssislərin hazırlanması və müxtəlif sahələrdə irəliləməsi sistemli şəkildə həyata keçirilmişdir. O illərdə məhz Heydər Əliyevin birbaşa göstərişi ilə kütləvi şəkildə azərbaycanlı tələbələr SSRİ–nin ən nüfuzlu institutlarına təhsil almağa göndərilmişdir. Belə gənclərin təhsillərini başa vurduqdan sonra gələcək karyeralarını uğurlu şəkildə davam etdirməsi, vəzifədə irəli çəkilməsi, respublika əhəmiyyətli vəzifələrin yerli kadrlar tərəfindən tutulması kimi strateji siyasət də Heydər Əliyev tərəfindən çox ustalıqla həyata keçirilirdi.

Məhz bu illərdə formalaşmış kadr potensialı imkan verdi ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrdə və beynəlxalq təşkilatlarda peşəkar diplomatlar tərəfindən təmsil olunsun. Həmin dövrün ən vacib xüsusiyyəti isə ondan ibarətdir ki, Sovet İttifaqında ümumi durğunluğun hökm sürdüyü bir zaman Azərbaycanda iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafında böyük irəliləyiş edilmişdir, tariximiz və mədəni irsimiz üzrə yeni tədqiqatlar aparılmış, ümumiyyətlə, milli şüurun inkişafı üçün lazımi addımlar atılmışdır. Heydər Əliyevin SSRİ dönəmində müxtəlif vəzifələrdə məqsədyönlü fəaliyyəti və qazandığı genişmiqyaslı nailiyyətlər Azərbaycanın müstəqilliyə hərtərəfli hazır olması üçün zəruri potensial yaratmışdır.

1993– ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin beynəlxalq əlaqələrinin yaranmasında və dünya birliyinə inteqrasiyasında həlledici rol oynamışdır. Ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşfaktiki olaraq informasiya blokadasında olan Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev bütün siyasidiplomatik vasitələrdən istifadə edərək təxirəsalınmaz təşəbbüslər və tədbirlər həyata keçirmişdi.

Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Bütün sivil beynəlxalq normaları özündə tam əks etdirən bu sülhsevər xarici siyasət ilk növbədə milli müstəqilliyin möhkəmləndirilməsini, dövlətin suverenliyinə hörmətlə yanaşılmasını qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlığın yaradılmasını özündə ehtiva edirdi. Ümummilli liderin rəhbərliyi altında qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində dövlət institutları təkmilləşdirildi, xarici əlaqələr genişləndirildi, çoxşaxəli enerji strategiyası reallaşdırıldı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu.

Azərbaycanın tarixən müxtəlif regional güclər arasında maraqların toqquşduğu geostrateji məkanda yerləşməsi ölkəmizin ərazi bütövlüyünüsuverenliyini təmin edə biləcək beynəlxalq birliyin fəal və etibarlı üzvü olmasını tələb edirdi. 1994– ilin sentyabrında xarici şirkətlərlə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi bu baxımdan çox əhəmiyyətli addım idi. Dünyanın 8 ölkəsinin 13 nüfuzlu şirkətinin iştirak etdiyi bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə bu sazişlərində iştirak edən şirkətlərin təmsil etdiyi dövlətlər ilə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi üçün şərait yarandı.

Regional səviyyədə bölgədə əmin–amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və infrastruktur layihələrinin gerçəkləşdirilməsi və ölkə iqtisadiyyatının inkişafı kimi strateji məqsədlərə nail olmaq üçün xarici sərmayələrin cəlb edilməsi prosesinə başlanıldı.

Eyni zamanda beynəlxalq təşkilatlarla da əməkdaşlıq uğurla davam etdirildi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesi sürətləndirildi. Məhz Heydər Əliyevin dövründə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə və Avropa Şurasına üzv oldu, GUAM təşkilatının həmtəsisçilərindən biri oldu, NATO və Avropa İttifaqı kimi regional təşkilatlarla əməkdaşlığın əsası qoyuldu. Belə ki, Azərbaycan NATO–nunSülh Naminə Tərəfdaşlıq” və Fərdi Tərəfdaşlıq proqramlarına qoşuldu və Kosovadakı sülhməramlı əməliyyatlarda iştirak etdi. 1996–cı ildə Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini imzaladı və TACİS, TRACECA proqramları çərçivəsində faydalı əməkdaşlıq davam etdirildi. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi bu ağır cinayətin mənfi nəticələrini dərk edən Azərbaycan beynəlxalq antiterror koalisiyasına qoşuldu və respublikamızın sülhməramlı qüvvələri Əfqanıstan və İraqda həyata keçirilən sülhyaratma missiyada fəal iştirak etdilər.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünya ölkələrinin, aparıcı ictimai və beynəlxalq təşkilatlarının ölkəmizə, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktına münasibəti əsaslı surətdə dəyişmişdir. 1996–cı ildə ATƏT–in Lissabon sammitində təşkilatın fəaliyyətdə olan sədri münaqişənin həlli üçün əsas olan Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi və Dağlıq Qarabağonun bütün əhalisinin təhlükəsizliyinə zəmanət prinsiplərini bəyan etmişdir. Azərbaycan Respublikasının dünya ölkələri ilə qurduğu uğurlu əməkdaşlığın nəticəsi kimi bu dövlətlər respublikamızın ərazi bütövlüyünü tanıdıqlarını və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini dəfələrlə bəyan etmişlər.

Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan güclü dövlətə çevrilərək, yürütdüyü xarici siyasət və diplomatiyası vasitəsi ilə dünya birliyində öz təsirini əhəmiyyətli dərəcədə artırmışdır. Beynəlxalq arenada, o cümlədən beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırmaq istiqamətində fəaliyyətini gücləndirərək Azərbaycan diplomatiyası BMT, ATƏT, Avropa Şurası, NATO və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində Azərbaycanın xeyrinə, onun ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarların qəbul edilməsinə nail olmuşdur.

Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin səmərəli fəaliyyətinin təşkil edilməsi məqsədilə “Diplomatik xidmət haqqında” Qanun qəbul olunmuş və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalanmışdır. 1993–2003– illərdə Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda iyirmidən artıq səfirlik və diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır ki, bu da ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsi işinə öz müsbət töhfəsini vermişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə xüsusi diqqət yetirməsi, xarici ölkələrə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirməsi, eləcə də danışıqlarda ölkənin milli maraqlarını uğurla müdafiə etməsi Azərbaycanı regionda ən mühüminkişaf etmiş ölkəyə çevirdi ki, bu da Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və Azərbaycan xalqının rifahı üçün təminat rolunu oynayır.

Şəxsən mənim həyatımda Heydər Əliyevin rolundan danışarkən bir məqamı dəyərli oxucular ilə bölüşmək istərdim. Bildiyiniz kimi mən Azərbaycanın ABŞ–dakı Səfirliyində müşavir vəzifəsində çalışarkən ulu öndər tərəfindən İtaliya Respublikasına səfir təyin olundum. Səfir kimi fəaliyyətə başlamamışdan öncə isə Heydər Əliyev tövsiyələrini və tapşırıqlarını vermək üçün məni qəbul etmişdi.

Gərgin qrafikinə baxmayaraq ümummilli lider mənə—ölkəsini xarici dövlətdə təmsil edəcək bir diplomata Azərbaycanın xarici siyasətinin prioritetləri və istiqamətləri, dövlətin enerji strategiyası, Avropa institutlarına sıx inteqrasiya, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığın qurulması kimi vacib məsələlərə dair fikirlərini çatdırdı və konkret tapşırıqlarını verdi. Heydər Əliyev həmçinin, fəaliyyətimin əsasının ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin gücləndirilməsi istiqamətində işlərin görülməsi olduğunu bildirdi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində tövsiyələrini verdi.

Bütün bunlar onun Azərbaycanı həddən artıq sevən, bilik və bacarığını, təcrübəsini, bir sözlə bütün həyatını ölkəsinin inkişafına və güclənməsinə sərf edən, Azərbaycanın uğurlu gələcəyinə inanan bir şəxsiyyət olmasından xəbər verirdi. Heydər Əliyevlə görüşdən sonra bir daha seçdiyim peşənin düzgünlüyünə əmin oldum, ölkəmizi xarici dövlətdə təmsil etməyin qürurunu yaşadım. Mən ölkəsini bu qədər sevən insanın prezident olduğu dövlətin səfiri olacağıma görə fəxr edirdim. Həmin görüş mənim həyatımda xüsusi yer tutduonun verdiyi tövsiyələr həyatımın sonrakı mərhələlərində daima məni müşayiət etməkdədir.

Azərbaycanın bu gün təkcə xarici siyasət və diplomatiya sahəsində deyil, bütün sahələrdə əldə etdiyi uğurların bünövrəsi məhz Heydər Əliyevin dövründə qoyulmuşdur. Hazırda Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatında yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə inkişaf edən gənc demokratik ölkədir. Ölkəmiz öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadisiyasi imkanlarından məharətlə istifadə edir. Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanınmışdır. Ölkəmiz bütün regional məsələlərdə əsas güc mərkəzidir və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.

Heydər Əliyevin uğurlu xarici siyasətinin davamı kimi bu gün Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücüiqtisadi potensialından asılı olmayaraq dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən müəyyənləşdirmə Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionundaonun sərhədlərindən kənarda sülh şəraitində birgə yaşamamehriban qonşuluğu təşviq etməkdə çox maraqlıdır.

Təməli Heydər Əliyev tərəfindən qoyulanbu günonun layiqli davamçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan 2011–ci ilin oktyabrında BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012–2013–cü illər üzrə qeyridaimi üzvlüyünə keçirilən seçkilərdə BMT–nin 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyridaimi üzvü seçilmişdir. 2012–ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə TŞ–də Beynəlxalq Sülh və Təhlükəsizliyə Terrorizmin Açdığı Hədələr mövzusu çərçivəsində “Terrorizmlə Mübarizə Sahəsində Öhdəliklərin Yerinə Yetirilməsi ilə bağlı Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi” adlı yüksək səviyyəli görüş keçirilmişdir. Bu görüşdə BMT–nin Baş katibi, nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli şəxslər iştirak etmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderin xarici siyasət kursunu davam etdirərək dünyanın bütün regionlarında ölkəmiz üçün yeni tərəfdaşlar tapmaq, dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi istiqamətində məqsədyönlü və uğurlu nəticəyə istiqamətlənmiş mühüm addımlar atmışdır. Belə addımlardan biri olan BMT TŞ–yə üzvlük ölkəmizə yeni tərəfdaşlar qazandırmış və bu, iqtisadi, siyasi, mədəni və sosialhumanitar sahələrdə yeni əməkdaşlıqlara yol açmışdır. Azərbaycanın xarici əlaqələr dairəsinin genişləndirilməsi sayəsində, Afrika, Asiya və Latın Amerikası kimi regionlarda da yeni tərəfdaşlar qazandıq. Ulu öndər Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Respublikasının beynəlxalq arenadakı mövqeləri daha da gücləndi və ölkəmizin ədalətli mövqeyini beynəlxalq səviyyədə dəstəkləyən dövlətlərin sayı daha da artdı.

Ümummilli lider Heydər Əliyev hər zaman dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə uğurlu əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini Azərbaycanı dünyada tanıtmaq və təbliğ etmək baxımından vacib hesab edirdi. Bu uğurlu siyasətdən və onun sonrakı mərhələlərindən danışarkən Azərbaycanın YUNESKO ilə əlaqələrinə nəzər salmaq istərdim. Azərbaycanın birinci xanımı və YUNESKO–nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanla YUNESKO arasında münasibətlərin inkişafı üçün mühüm işlər həyata keçirir. Xatırlatmaq istərdim ki, ölkəmiz YUNESKO–nun Qeyrimaddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin vitseprezidentibu təşkilat çərçivəsində digər rəhbər vəzifələrə seçilərək üzv ölkələrin tam dəstəyini əldə edib. 2012–ci il 21 dekabr tarixində YUNESKO–nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin yeddinci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənədin qəbul edilməsi ilə ölkəmiz işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərinin daha da geniş müzakirə edilməsi və müəyyən mexanizmlərin qəbul edilməsi üçün bünövrə yaratmışdır.

Q eyd edilən diplomatik uğurlarımız Azərbaycan Respublikası tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini və tarazlılığını bir daha təsdiq edir. Eyni zamanda əldə edilmiş nəticələr qarşımıza növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək qarşımıza qoyulan başlıca vəzifələrdəndir.

Bu gün Xarici İşlər Nazirliyinin hər bir əməkdaşı ulu öndərimizin arzuladığı güclü Azərbaycan dövlətinə xidmət etmək kimi şərəfli bir işlə məşğul oluröz peşələri ilə fəxr edir.

 

 

Elmar MƏMMƏDYAROV,

Azərbaycan Respublikasının

xarici işlər naziri.

 

Respublika.-2013.-10 may.-S.4.