Heydər Əliyev–milli mədəniyyətin hamisi

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər saldıqda yaxın keçmişimizin qürur doğuran səhifələri vərəqlənir, ulu öndərin böyük tarixi əhəmiyyət kəsb edən qərarları ilə əbədiləşən zaman gözümüzün önündə canlanır. Heydər Əliyev təxminən yarım əsr bundan əvvəl Azərbaycan xalqına rəhbər seçildikdən sonra Azərbaycan Respublikası və Azərbaycan xalqının həyatında əsaslı dönüş mərhələsi başlanmış, bütün sahələrin inkişafında, xüsusilə elm, təhsil, mədəniyyətin tərəqqisində mühüm nailiyyətlər əldə edilmişdir. Bu dövrdə xalqımızın milli şüuru oyanmış, xalq öz tarixini, milli–mənəvi dəyərlərini, soykökünü dərindən dərk etməyə başlamış, milli ideologiyanın formalaşması mümkün olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir tarixi şəxsiyyət, tariximizin əfsanəsidir. Onun Azərbaycana rəhbərlik etdiyi 1969–1982, SSRİ rəhbərliyində təmsil olunduğu 1982–1987–ci illərə, nəhayət 1993– ilin 15 iyununda müstəqil Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonrakı tarixi mərhələyə nəzər salsaq, bir gerçəkliyi aydın şəkildə görərik: Heydər Əliyev bu illərdə hər zaman xalqla birgə olub, hər addımında xalqa arxalanıb. Xalqımız isə mərd oğlunun müdrikliyinə inanıb, onun liderliyinə, dövlətçilik və idarəetmə uzaqgörənliyinə etibar edib.

Məhz bu inamla Azərbaycan xalqı 1993– ilin böhranlı dövründə, vətəndaş müharibəsi təhlükəsi ilə qarşı–qarşıya durduğu günlərdə üzünü Heydər Əliyevə tutdu, onun müdrikliyinə güvəndi. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”—müstəqil Azərbaycanın məsul günlərində Heydər Əliyevin göstərdiyi əzm və qətiyyət bu sözlərdəki həqiqəti mükəmməl ifadə etməkdədir.

1993– ildə Azərbaycan xalqını qardaş qırğınından, dövləti parçalanmaq təhlükəsindən hifz edən Heydər Əliyev 10 il ərzində Vətənimizdə möhkəm özüllü, sabit inkişafı təmin edilmiş bir dövlət yaratdı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”—ümummilli lider hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı. Ən əsası da odur ki, bu müdrik, vətənsevər kəlmələr millətimizin bu gününübundan sonrakı inkişafının leytmotivini təşkil edir.

Heydər Əliyevin mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zamanzaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Böyük azərbaycanlı Heydər Əliyevin hələ sovet dövründə respublikamıza rəhbərlik etdiyi zaman xalqımızın milli özünüdərki və milli–mədəni intibahının yüksəlişi tarixi fakt olaraq təsdiqini tapmışdır. Həmin dövrün bəlli siyasiideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, xalqın şan–şöhrətini—tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını ən yüksək səviyyədə doğrultmaq demək idi. Bu illərdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli–mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Keçmiş SSRİ–nin böyük şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, abidələrinin qoyulması, küçə və meydanlara adlarının verilməsi, Bakının dünyanın müxtəlif şəhərləri ilə qardaşlaşmasını təşviq etmək, bu zəmində xaricdə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlərin təşkili—bütün bunlar Heydər Əliyevin tarixi xidmətlərini möhtəşəm yubiley günündə bir daha yada salır.

Ulu öndərin vətənimizin azadlıq və inkişaf yollarına çıxmasında göstərdiyi böyük xidmətləri heç bir başqa fəaliyyətlərlə müqayisə etmək mümkün deyil. Heydər Əliyev tarixin qanunauyğunluğuna əsaslanaraq siyasi həyatının bütün mərhələlərində xalq mənafeyini uca tutmuş, yüz illər boyunca natamam olan Azərbaycan həqiqətlərini, Azərbaycan amalını bütövləşdirmişdir. Belə bir parlaq tale qisməti yalnız yüksək zəka sahibi olan dahi şəxsiyyətlərə nəsib olur.

Ulu öndərin yaratdığı sağlam bünövrə imkan verdi ki, xalq müstəqillik uğrunda mübarizəyə qoşularkən taleyüklü vəzifələrin öhdəsindən layiqincə gələ bilsin, itkilər və fəsadlar maksimum az olsun. Bu mənada Heydər Əliyev Azərbaycanı böyük, işıqlı gələcəyə şərəflə aparan müstəqil yaşam yolunun memarıdır.

Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013– il tarixli sərəncamı böyük ictimaisiyasi əhəmiyyət daşımaqla yanaşı “mən azərbaycanlıyam” deyən hər bir şəxsin ürəyindən xəbər verir.

Sərəncamda deyilir: “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir…

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olanböyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimaisiyasi həyatımızda öz əksini tapmışdır…”

Sərəncamdan göründüyü kimi, Azərbaycan varlığının kamilləşməsində, mənəviyyat–mədəniyyət sahəsində inqilabi sıçrayışların gerçəkləşməsində, yeni Azərbaycan insanının formalaşmasında Heydər Əliyev bir idrak–düşüncə memarı kimi böyük rol oynamışdır. O, mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də mədəni–mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanı, hətta mümkün olmayanı da edirdi. Heydər Əliyevin dediyi kimi, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”.

XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Milli–mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun xüsusi xidmətləri vardır. O, Azərbaycanı sivil dünyanın ən dəyərli bir parçası kimi qəbul edirbunu bütün inkişaf etmiş dünyaya anlatmağı bacarırdı. Onun respublikaya rəhbərlik etdiyi 70–80–ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı misilsiz dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti və təsviri sənəti bütün dünya miqyasında tanınmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qədim yazılı abidəmiz “Kitabi–Dədə Qorqud” dastanının, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev–muzeylərinin qurulması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi kimi memarlıq abidələrinin inşası və digər əlamətdar hadisələr mədəniyyət tariximizin dəyərli səhifələridir. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürü, eyni zamanda milli–mənəvi dəyərlərin qorunması istiqamətində Heydər Əliyev faktorunun bariz nümunəsidir.

Milli lider sovet dövründə Azərbaycanın görkəmli mədəni irs nümunələrinə, mədəniyyət və incəsənət xadimlərinə və milli mədəniyyət müəssisələrinə xüsusi diqqət və qayğı göstərmiş, onların, kommunist ideologiyasının kosmopolit düşüncə təzyiqinə rəğmən xalq arasında geniş təbliği və təşviqi üçün bir çox tədbirlərin təşəbbüskarı olmuşdur. Həmin illərdə Üzeyir Hacıbəylinin evmuzeyinin (1975), Nəriman Nərimanovun abidəsi (1972) və xatirə muzeyinin (1977), Cəfər Cabbarlının abidəsi və evmuzeyinin (1982), Bülbülün xatirə muzeyinin (1982), Natəvanın abidəsinin (1982), Şuşada Vaqifin məqbərəsinin (1982) inşasına dair qərarlara məhz o imza atmış, onların tikilib qurulmasına şəxsən rəhbərlik etmişdir.

Heydər Əliyevin xalqımızın böyük sənətkarlarına qayğısı və məhəbbəti, Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Məhz hakimiyyətinin birinci dövründə onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza SSRİ–nin ən yüksək fəxri adına—Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. O, Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün əlindən gələni edirdi. Həmin dövrdə SSRİ–nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonikkamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Bu, Azərbaycan incəsənətinə, milli mədəniyyətə xidmətin ən böyük təsdiqi idi.

Bütün həyatını Azərbaycanın yüksəlişinə və çiçəklənməsinə sərf etmiş ümummilli lider xalqımızın milli–mənəvi dəyərlərinin, adət–ənənələrinin qorunub saxlanması və zənginləşdirilməsinə hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Görülən bütün bu işlər milli ruhun, milli mənlik şüurunun inkişafına əsaslı zəmin yaradırdı. Burada milli şüurruhun formalaşmasında ana dili xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti dövründə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün həqiqətən də tarixi addımlar atmışdır. 1978–ci ildə Azərbaycan SSR–in Konstitusiyası qəbul olunarkən Heydər Əliyevin təşəbbüsü ilə orada Azərbaycan dilinin dövlət dili statusu öz təsbitini tapmışdır. O dövrdə müttəfiq respublikalarda əsas dövlət dili rus dili hesab olunurdu. Azərbaycanda yüksək vəzifələr tutan bir çox şəxslərin öz doğma ana dilinə xor baxdığı, onu hətta unutduğu bir zamanda o, yüksək kürsülərdən hər zaman məhz öz ana dilində mükəmməl çıxışlar edirdi. Bu, dahi rəhbər, fenomenal şəxsiyyət örnəyi idi.

Sovet İttifaqının dağılması nəticəsində 1990–1993– illər Azərbaycan tarixinə anarxiyanın, xaosun hökm sürdüyü bir dövr kimi daxil oldu. Xarici düşmən qüvvələr Azərbaycanı parçalamaq məqsədi ilə milli etnik münaqişələri qızışdırır və o dövrkü Azərbaycan hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyində yol verilən kobud səhvlər isə buna münbit şərait yaradırdı. Nəticədə ölkə ağır siyasisosialiqtisadi burulğana düşmüş, mədəniyyət və incəsənət sahəsi də bundan öz nəsibini almışdı.

Heydər Əliyev 1993– ildə hakimiyyətə gəldikdən sonra da, ölkənin ağır vəziyyətdə olmasına baxmayaraq Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının və ümumən milli–mənəvi irsimizin inkişafını, turizm sahəsinin təşəkkül tapmasını da daim diqqətdə saxlamış, bu istiqamətdə mühüm tədbirlər görülməsinə nail olmuşdur. Onun rəhbərliyi altında dövlətin mədəniyyət və turizm siyasətinin hüquqi bazası—qanunvericilik təminatı yaradıldı. Qısa müddət ərzində mədəniyyət və turizm sahəsində 15 əsas qanun qəbul edildi. Onların sırasında “Mədəniyyət haqqında” (1996), “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (1998), “Kinematoqrafiya haqqında” (1998), “Memarlıq fəaliyyəti haqqında” (1998), “Kitabxana işi haqqında” (1998), “Turizm haqqında” (1999), “Milli Arxiv Fondu haqqında” (1999), “Muzeylər haqqında” (2000), “Nəşriyyat işi haqqında” (2000) və digər çox vacib qanunları göstərmək olar. Eyni zamanda mədəniyyət sahəsinin inkişafını gücləndirən Dövlət Proqramları qəbul edilmişdir.

Həmin dövrdə ölkə həyatının bütün sahələrində olduğu kimi mədəniyyət, təhsil və elm sahəsində də mühüm islahatlar aparılmağa, keçmiş totalitar rejimdən miras qalan neqativ hallardan yaxa qurtarılmağa başlandı.

Hər şeydən əvvəl Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu öz fərmanı ilə daha da möhkəmləndirdi, onun hərtərəfli inkişafı, həyatın bütün sahələrində istifadəsi üçün geniş imkanlar açdı. Latın qrafikalı əlifbaya keçid kimi çox çətin və mürəkkəb proses Heydər Əliyevin böyük uzaqgörənliyi ilə çox böyük müvəffəqiyyətlə başa çatdırıldı. Sonrakı mərhələdə onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən dil, əlifba, nəşr islahatları uğurla davam etdirildi.

Ulu öndər müstəqillik illərində xalqımızın milli–mənəvi dəyərlərinin, adət–ənənələrinin dirçəldilməsi, xüsusən də sovet dövründə dağıdılan İslam mədəniyyəti nümunələrinin—məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Bu istiqamətdə atılan addımlardan biri dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasıdır. Heydər Əliyev bu bayramın bəşəri–mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək deyirdi: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri–mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz millidini ənənələrinə sədaqətinin parlaq ifadəsidir”. Ulu öndər bununla da dini adət və ənənələrimizi milli–mənəvi dəyərlərimizdən ayırmır, onlara xüsusi önəm verirdi.

Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı. Dahi şəxsiyyət Heydər Əliyev həm Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi ilə əsl sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə ilk növbədə bir sənət sərrafı kimi yanaşa bilirdi. Ölkənin ictimaisiyasi, sosialiqtisadi cəhətdən çox ağır durumda olduğu zamanlarda belə Heydər Əliyev mədəniyyət və incəsənətin xalqlar və millətlər arasında heç bir tərcüməyə ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsi kimi rolunu nəzərə alaraq Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyası və onun təbliğində mühüm addımlar atırdı.

Ulu öndər xalqımızın həm mədəni–tarixi irsinin, çağdaş mədəniyyətinin bütün dünyaya tanıdılmasına, həm də mədəni sərvətin məhz Azərbaycana məxsusluğunun təsdiqinə nail olmağa çalışırdı. Bu addımlar həm də bədxah qonşularımız tərəfindən milli mədəni irsimizin oğurlanmasına, mənimsənməsinə, özününküləşdirilməsinə göstərilən cəhdlərin qarşısının alınmasına yönəldilmişdi.

Heydər Əliyev mədəniyyət və incəsənətimizin klassikləri ilə yanaşı, müasirlərimizin yubiley mərasimlərini, yaradıcılıq gecələrini keçirmək və belə tədbirlərdə bilavasitə, şəxsən iştirak etməklə, mədəniyyət xadimlərimizi Vətənin ən yüksək mükafatları ilə təltif etməklə, bir tərəfdən onların yaradıcılıqlarına, fəaliyyətlərinə yüksək qiymət verirdisə, digər tərəfdən mədəniyyətimizin təbliği üçün əvəzsiz xidmətlər göstərirdi. Zəngin mənəvi irsimizin qorunmasında, inkişafında, böyüməkdə olan nəsillərin milli–mədəni ənənələrimiz ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayan əsaslı işlər bu gün mənəviyyat, mədəniyyət faktoru kimi xalqımızı öz soykökü ilə əbədi birləşdirib.

Heydər Əliyevi şəxsiyyət, dövlət xadimilider kimi dəyərləndirən aparıcı keyfiyyətlər sırasında millilik, milli köklərə bağlılıq daim öndə olub. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından kənarda qalsın. Musiqi, heykəltəraşlıq və rəssamlıq, teatrkino, xalça sənəti və digər sahələrin bugünkü inkişafında ulu öndərin bu çox dəyərli ideyalarından bəhrələnib. Bununla dahi rəhbər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur.

Ulu öndər sözün əsl mənasında Azərbaycanın ən böyük sərvəti hesab olunan milli–mənəvi dəyərlərin və mədəniyyətimizin himayədarı idi. O, azərbaycançılığı milli ideya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın bir parçası hesab edirdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı—Azərbaycan dilini, mədəniyyətini, milli–mənəvi dəyərlərini, adət–ənənələrini yaşatmalıyıq”.

O, hər zaman vurğulayırdı ki, yalnız milli kimliyi bəlli olanözünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”, – deyən ümummilli lider bütün həyatı boyu mənəvi–əxlaqi və dini dəyərlərimizin, adət–ənənələrimizin keşiyində durdu.

Heydər Əliyevin mədəniyyətimizin inkişafı, milli–mənəvi dəyərlərimizin qorunması yolunda gördüyü işlər bizlərə müasir qloballaşma prosesində milli–mənəvi dəyərlərimizi ön plana çəkməyi, öz milli kimliyimizi, dinimizi və adət–ənənələrimizi unutmamağı tövsiyə edir. Bu baxımdan Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayındakı nitqinin müstəsna əhəmiyyətini qeyd etməliyik. O öz nitqində azərbaycançılıq ideyasının mahiyyətini, milli dövlətçilik ideyasının milli–mənəvi dəyərlərlə vəhdətini açıb göstərdi. O, böyük fəxr və iftixar hissi ilə bildirdi ki, bizim hamımızı birləşdirən məhz bu amildir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıqdır. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm bir körpüdür.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu gün “Azərbaycanın əsas prioritetlərindən biri milli adət–ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda milli eyniyyətini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqabaşqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.

Heç şübhəsiz ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan xalqının daimi yüksəlişə can atmaq istedadı, milli–mənəvi dözümlülüyü haqqında söylədiyi bu keyfiyyətin qorunması və inkişaf etməsi də ulu öndərimizin düşünülmüş böyük siyasətinin bəhrəsidir. Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları, onun xalqı bəxtiyarlığa qovuşdurmaq arzuları yaşayacaq, millətimizi yeniyeni uğurlara çatdıracaqdır.

 

 

Əbülfəs Qarayev,

Azərbaycan Respublikasının

mədəniyyət və turizm naziri.

 

Respublika.-2013.-10 may.-S.6.