Heydər Əliyev Azərbaycan bəstəkarlarının hamisi kimi

 

Ulu öndər Heydər Əliyev dəyərli həyatını azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, müstəqil dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanınmasına həsr etmişdir. Azərbaycan mədəniyyətində mövcud olan böyük simalar və onların yaratdığı ölməz əsərlər tariximizin heç bir mərhələsində Heydər Əliyev zamanında olduğu qədər yüksək qiymətləndirilməyib. Bu səbəbdən Heydər Əliyevin həyatı və bir lider kimi fəaliyyəti hər birimiz üçün böyük məktəbdir.

Millətinin xoşbəxtliyi üçün əzmlə çalışan ümumilli lider hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə incəsənət xadimlərinə, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə – bəstəkar və musiqişünaslarına çox böyük diqqət və qayğı göstərmişdir. O, həvəslə incəsənət xadimləri ilə dostluq edər, hər hansı mənada onlardan qayğısını əsirgəməzdi. Məhz onun diqqət və qayğısı nəticəsində Azərbaycan bəstəkarlarının əsərləri böyük teatrların səhnələrində tamaşaya qoyulur, simfonikkamera musiqisi əzəmətli konsert salonlarında uğurla səsləndirilirdi. Vaxtilə hər həftənin cümə günləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ənənəvi simfonik konsertlərin təşkil olunması, dövlətin bütün rəsmilərinin, ölkənin tanınmış ictimaisiyasi və mədəniyyət xadimlərinin bu tədbirlərdə iştirak etməsi onun təşəbbüsü ilə həyata keçirilirdi. Heydər Əliyevin uzaqgörənliklə atdığı bu addımlar musiqimizin təkcə SSRİ–də deyil, həmçinin bütün dünyada tanınmasında böyük rol oynamışdır.

Heydər Əliyev böyük əzmlə Azərbaycan sənətkarlarına, o cümlədən bəstəkarlar və musiqiçilərə SSRİ–nin ən sanballı fəxri ad və mükafatlarının verilməsinə nail olurdu. Onun təşəbbüsü və təqdimatı ilə Qara Qarayev, Niyazi və Fikrət Əmirov kimi dahi bəştəkarlarımızın Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi buna parlaq sübutdur.

Danılmaz həqiqətdir ki, dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev–muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində küçə, məktəb, mədəniyyət ocaqlarına, musiqi kollektivlərinə onların adının verilməsi də məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Etiraf etməliyik ki, o, həmişə biz sənətkarların yaradıcılıq işi ilə maraqlanmış, problemlərimizin operativ şəkildə həllini həyata keçirmişdir. Elə onu demək kifayətdir ki, müstəqilliyimizin ilk illərində yaranmış sosial problemləri dövlət səviyyəsində müvəffəqiyyətlə həll edən ümumilli lider Heydər Əliyev yaradıcı ziyalıların, o cümlədən Azərbaycan Bəstəkarlar İttifaqının görkəmli üzvlərinin əməyini yüksək qiymətləndirirdi. OnunPrezident mükafatı” və “Prezident təqaüdü” təsis etməsini incəsənətimizin inkişafı yolunda tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında Azərbaycan Bəstəkarlar İttifaqının qocaman üzvləri də vardı. Bu baxımdan Tofiq Quliyevin, Cövdət Hacıyevin, Süleyman Ələsgərovun, Hacı Xanməmmədovun, Şəfiqə Axundovanın və başqalarının adlarını çəkə bilərik. Bəli, məhz Heydər Əliyevin təsis etdiyi təqaüd yüzlərlə yaradıcı şəxsiyyətə, həmçinin bəstəkar və musiqişünaslara dövlət tərəfindən göstərilən çox yüksək maddi və mənəvi dəstək kimi böyük razılıq və minnətdarlıqla qarşılandı.

Ulu öndərin Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinə böyük ehtiramla münasibət göstərməsi və onlara xüsusi qayğı ilə yanaşmasına çoxsaylı misallar göstərmək olar. Xarici ölkələrlə yaradıcılıq əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən Heydər Əliyev bununla da Bəstəkarlar İttifaqının beynəlxalq əlaqələrinin daha da genişlənməsinə şərait yaradırdı. Mən Heydər Əliyevlə bağlı danışarkən, onun Mstislav Rostropoviçi yenidən Bakıya qaytarmasını xüsusi qeyd etmək istəyirəm. M.Rostropoviçin Parisdə “Grand Operada keçirilən 70 illiyində Heydər Əliyev və o dövrdə Fransanın prezidenti Jak Şirak da iştirak edirdi. Onda Heydər Əliyev Jak Şiraka dedi ki, “Siz bilirsinizmi Slava (Heydər Əliyev Mstislav Rastropoviçə Slava deyə müraciət edirdi) bakılıdır?” Jak Şirak gülümsədi və “Mən görürəm ki, bütün dahi insanlar Bakıdan çıxıb”,—dedi. Həmin görüşdə M.Rostropoviç Heydər Əliyevə söz verdi ki, hər il Bakıda təmənnasız ustad dərsləri keçirəcəkdir. Halbuki Rostropoviçə ustad dərsləri üçün başqa ölkələrdə külli miqdarda vəsait ödənilirdi. O, ulu öndərin simasında öz Vətəninə olan ehtiramını belə büruzə verirdi. Çünki ötən əsrin 60–cı illərinin sonlarında bütün SSRİ–də qadağa qoyulduğu halda Rostropoviç Bakıda konsertlər verirdi. Heydər Əliyev bütün qadağalara baxmayaraq, onun üçün Bakıda bu cür şərait yaratmışdı. O, bir minnətdarlıq, təşəkkür gözləmədən yalnız yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Lakin illər keçsə də, tarix ulu öndərin Azərbaycan xalqı, mədəniyyəti və incəsənəti üçün etdiyi xeyirxah əməlləri heç vaxt unutmur.

Ulu öndər ayrı–ayrı görkəmli bəstəkarların, həmçinin digər sənət adamlarının yubileyləri ilə əlaqədar sərəncamları imzalayarkən təşkilat komissiyasına mütləq olaraq Bəstəkarlar İttifaqının rəhbərliyi, habelə görkəmli bəstəkar və musiqişünaslar da daxil edilirdi. Digər önəmli fakt odur ki, işinin gərginliyinə baxmayaraq, o, Azərbaycan Bəstəkarlar İttifaqının müxtəlif tədbirlərində, müəllif və yubiley gecələrində, bəstəkarlarımızın yeni səhnə və konsert əsərlərinin premyeralarında iştirak edərək ya səhnədə tamaşaya qoyulan, ya da ifa olunan musiqi əsərləri haqqında dəyərli fikir və mülahizələrini söyləyərdi. Moskvanın Kreml Sarayında dahi bəstəkarımız Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişində Zərifə xanımla birlikdə iştirak edən ulu öndər Azərbaycan bəstəkarlıq məktəbinə ehtiramını bir daha göstərmişdir. Yeri gəlmişkən onu da deyim ki, başqa sənət adamları kimi Azərbaycan bəstəkarları da dərin hörmət və ehtiram əlaməti olaraq ümummilli lider Heydər Əliyevə həsr olunmuş istər irihəcmli, istərsə də kiçikhəcmli bir–birindən dəyərli əsərlər yazıblar. Bu əsərlər arasında görkəmli bəstəkarlardan Cövdət Hacıyevin simfonik poemasını, Arif Məlikovun 8 saylı “Əbədiyyət” adlı simfoniyasını, Vasif Adıgözəlovun “Azərbaycan” kantatasını, Sərdar Fərəcovun “Böyük Vətəndaş haqqında oda”sını, Vasif AllahverdiyevinÖmür yolusimfonik poemasını və bəstəkarlarımızın geniş yayılmış onlarca mahnılarını qeyd etmək istərdim. Təvazökarlıqdan uzaq olsa da, bu əsərlərin siyahısında ulu öndərə həsr etdiyim, M.Rostropoviçin dirijorluğu ilə filarmoniyada ifa olunanİthaf” əsərinin adını qeyd etmək istərdim.

Bu məqaləni yazarkən mən ulu öndər Heydər Əliyevin “Bəstəkarın yüksək vəzifəsi və amalı” kitabçasını bir daha diqqətlə vərəqlədim. Xatırladım ki, kitabça Azərbaycan bəstəkarlarının V qurultayından sonra Heydər Əliyevin respublika bəstəkar və musiqişünasları ilə keçirilmiş görüşündəki çıxışı əsasında çap olunmuşdur (1979–cu il 1 oktyabr). Önəmli haldır ki, həmin kitabçadakı müddəa və tövsiyələr hazırkı dövr üçünöz aktuallığını saxlayır. Buna görə də bu yazımda Heydər Əliyevin bir sıra müddəa və fikirlərinin, tövsiyələrinin ötən illərdə yaradıcılıq fəaliyyətimizə göstərdiyi təsir istiqamətləri üzərində dayanmaq istəyirəm. Ulu öndərimizin sözlərini burada xatırlamaq yerinə düşər: “Musiqini hər yerdə dinləyirlər, kəndli də, fəhlə də, zehni əmək adamı da, təqaüdçü də, uşaq da dinləyir, yaşından asılı olmayaraq hamı dinləyir. Buna görə də insanların şüurunun yüksəlməsinə musiqinin təsirini artırmaq, mənəvi, estetik tərbiyə problemlərinin həllinə onun təsirini gücləndirmək, musiqinin geniş kütlələrə emosional təsirini qüvvətləndirmək sizin borcunuzdur. Bu, böyükeyni zamanda çox nəcib bir vəzifədir. Biz əmin olmaq istəyirik ki, ayrılıqda hər bir bəstəkar və birlikdə hamınız bütün yaradıcılıq fəaliyyətinizlə Azərbaycan musiqisini daha da inkişaf etdirməyə çalışacaqsınız…”

Ulu öndər o zaman bizim qurultayımızı respublikanın həyatında mühüm ictimaisiyasi hadisə kimi xarakterizə etmişdi. O, belə hesab edirdi ki, Azərbaycan Bəstəkarlar İttifaqı musiqi sənətinin bütün janrlarının bərabər inkişafını təmin etməlidir. Ümumilli lider Heydər Əliyev haqqında söz açdığımız çıxışında musiqili səhnə əsərlərinə də xüsusi diqqət yetirirdi. Heydər Əliyev opera yaradılması sahəsində geriliyi qeyd edərək deyirdi ki, elə operalar yaratmaq lazımdır ki, ömrü uzun olsun, xalq onları qəbul etsin, həqiqətən, fayda versinsevinc bəxş eləsin Təəssüflə deməliyik ki, 70–90–cı illərdə “ömrü uzun olanopera əsərləri yaranmadı.

Şəxsən mənim özümünulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələrim həmişə yaddaşımda həyatımın xoş anları kimi qalacaqdır. Mən onun Qara Qarayev, Fikrət Əmirov, NiyaziMüslüm Maqomayevlə şəxsi dostluğunun şahidiyəm. SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Nikolayeviç Xrennikov Bakıya gələndə, Heydər Əliyev onunla keçirdiyi görüşlərdə bizim hamımızın iştirak etməsinə şərait yaradırdı. O bizim Moskvada tanınmağımız üçün hər fürsəti dəyərləndirirdi. O, bu görüşlərdə bizim düşüncələrimizlə tanış olmaq istəyirdi. Heydər Əliyevin məni daima heyrətləndirən xüsusiyyəti qarşılaşdığı bütün çətinlikləri və maneələri soyuqqanlılıqla dəf etmə qabiliyətinə malik olmasıdır. Bəlkə də onun yerində başqası olsaydı, yaşadığı çətinliklərə davam gətirə bilməzdi. Heydər Əliyev həmişə millətinə liderlik missiyasını böyük əzmlə və müdrikliklə daşıyırdı. O göstərirdi ki, İnsan heç vaxt ruhdan düşməməlidir, həmişə inamla yaşamalıdır. Düşünürəm ki, Heydər Əliyevin şəxsiyyəti, həyatı və fəaliyyəti özü bir məktəbdir, insanlar bu məktəbdən hələ çox şey öyrənəcəklər. Hər bir insan həyatının çətin anlarında Heydər Əliyevi xatırlamalı, ondan örnək götürməlidir. Biz Naxçıvanda olanda onunla ünsiyyətdə olan sadə xalqın nümayəndələri onun haqqında nələr danışmırdılar. Xalq öz qəhrəmanını birdən–birə seçmir, onu lider kimi qəbul etmir. İnsan öz xalqına göstərdiyi ehtiram, sevgi, onun yolunda sərf etdiyi əmək, çəkdiyi çətinliklərə sinə gərməklə xalqının qəhrəmanına, liderinə çevrilir. Bir ağsaqqal kişi bizə danışırdı ki, elə vaxtlar olub ki, Naxçıvanın sümüyə işləyən şaxtasında Heydər Əliyevin kabinetində normal isitmə sistemi belə olmayıb. O da məlumdur ki, Heydər Əliyev həmin vaxtlar heç də gənc deyildibir neçə il əvvəl keçirdiyi ağır infarktı da yaddan çıxarmaq olmazdı. Bununla belə o, gecə–gündüz yorulmadan çalışdı, Naxçıvanın ermənilərə təslim olmasına imkan vermədi. 1993– ildə Heydər Əliyevin həyatı boyu həmişə qulluğunda dayandağı xalq yenidən ona çağırış etdi, onun köməyinə ehtiyac duydu. Baxmayaraq ki, Moskvada işləyərkən bu xalqın “nümayəndələri” onun barəsində çoxlu yalanlarla dolu məktublar göndərirdilər. Həmin üzdəniraq məktubların “köməkliyi” nəticəsində ulu öndərimiz çox əziyyətlər çəkdi. Amma həmişə olduğu kimi bu dəfə də o, xalqının səsinə səs verdi, onu sahibsiz qoymadı.

Bakıya qayıdandan sonra, onun qarşısında bir vaxtlar SSRİ–nin ən inkişaf etmiş respublikası kimi qoyub getdiyi Azərbaycan yox, erməni işğalçılarının hücumuna davam gətirməyən, birbiri ilə düşmənçilik edən silahlı dəstələrin hökm etdiyi, odalovlar içərisində çapalayan zəif bir ölkə vardı. O, yenə də çətinliklərdən çəkinmədi, usanmadı, gecə–gündüz çalışdı, vuruşdubu gün dünyanın ən inkişaf etmiş dövlətlərinin hörmət etdiyi qüdrətli bir Azərbaycanı yenidən yaratdı. Bununla belə, Azərbaycanın mədəniyyətinin və incəsənətinin də inkişaf etdirilməsini unutmadı.

Qürur hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan bəstəkarlarının musiqi əsərləri dünyanın hər iki yarımkürəsinin iri şəhərlərində keçirilən musiqi festivallarında, simfonikkamera musiqisindən ibarət konsertlərdə əzəmətlə səslənir və rəğbətlə qarşılanır. Məhz bunun üçünbiz qətiyyətlə deyə bilərik ki, Üzeyir Hacıbəylinin ənənələrini davam etdirən Azərbaycan bəstəkarlıq məktəbi dünyanın professional musiqi salnaməsində qabaqcıl, ən layiqli yerlərdən birini tutur. Heç də təsadüfi deyil ki, XX əsrin dahi bəstəkarı Dmitri Şostakoviç bu məktəbi əla bəstəkarlıq məktəbi adlandırmışdır. Söz yox ki, bu nailiyyətləri bəstəkarlarımız çətin və səmərəli yaradıcılıq yolu ilə, genişmiqyaslı axtarışlar və tapıntılarla əldə etmişdir. İndi müxtəlif nəsilləri əhatə edən bəstəkarlarımız musiqinin bütün janrlarında məhsuldar çalışaraq çox qiymətli əsərlər yazırlar. Müxtəlif səciyyəli həmin əsərlər Bəstəkarlar İttifaqının xəttilə festivallarda, plenumlarda, baxışlarda, mavi ekranradio dalğalarında səsləndirilir və onların kompakt diski və albomları buraxılır, son nəticədə professional musiqi salnaməmiz yeni töhfələrlə zənginləşir. Heç şübhə etmirik ki, çağdaş Azərbaycan bəstəkar və musiqişünasları bütün dövrlərdə olduğu kimi, bundan sonra da öz sıralarını istedadlı gənc bəstəkar və musiqişünaslar hesabına genişləndirəcək, zəngin musiqi sənətimizin professional səviyyəsini daha da yüksəldəcək, müstəqil respublikamızın adını həmişə ucaldacaqlar.

Çox təəssüflə onu da demək istərdim ki, artıq on ilə yaxındır ki, biz dahi şəxsiyyət Heydər Əliyevin yoxluğu şəraitində yaşayırıq. Lakin təsəllimiz odur ki, onun gələcək üçün planlarını, başladığı işləri müdrik, coşqun enerjiyə malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yorulmadan davam etdirir, xalqımızı xoşbəxt, firavan günlərə əzmlə aparır. Bəli, bu günlər möhtərəm Heydər Əliyevin xatirəsi önündə bir daha baş əyir, onun layiqli varisi, siyasi kursunu ləyaqətlə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə dahi lider, ulu öndərin müəyyən etdiyi inkişafa doğru gedən yolla inamla, uğurla irəliləyirik. Prezdent İlham Əliyevin müvafiq tapşırığı ilə Nazirlər Kabinetinin 2008–ci il 14 aprel tarixli sərəncamına əsasən Bakı şəhəri, Xəqani küçəsi 27 ünvanında yerləşən Azərbaycan Bəstəkarlar İttifaqının tarixi binası yenidən əsaslı təmir olundu, bizə qaytarıldı. Hörmətli Prezidentimiz ailəsi ilə 2009–cu il 1 sentyabr tarixində binamızın əsaslı təmirdən sonra açılış mərasimində iştirak etdi. Bəli, məhz onun sayəsində Heydər Əliyev ideyaları, ənənələri bu gün şərəflə davam etdirilir. Hörmətli Prezidentimiz İlham Əliyevin müdrikcoşqun fəaliyyəti sayəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin musiqi həyatında da inkişafuğurlara söykənən tərəqqi özünü göstərir. Son illər Azərbaycan Bəstəkarlar İttifaqının iştirakı ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin qayəsi də buna sübutdur. Əminəm ki, xalqımız ümummilli lider, ulu öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevi millətimizin rifahı üçün gördüyü işlərin bəhrəsi kimi yenidən özünə rəhbər seçəcəkdir. Azərbaycanı bütün dünyada tanıdan dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev irsini qoruyub saxlayacaq, onun layiqli davamçısı, əvəzolunmaz liderimiz cənab Prezidentimiz İlham Əliyevi daima dəstəkləyəcəyik!

 

 

Firəngiz Əlizadə,

Azərbaycan Bəstəkarlar

İttifaqının sədri, xalq artisti,

professor.

 

Respublika.-2013.-10 may.-S.14.