Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

 

Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülhsabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır.

Corc BUŞ,

Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti.

Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.

Vladimir PUTİN,

Rusiya Federasiyasının prezidenti.

Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan sevilən lider idi. Türkiyə–Azərbaycan dostluğunu çox gözəl ifadə edənBir millət, iki dövlətifadəsi ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun, deyə, biz türk dünyasının qardaşlıq münasibətlərini birliyini qoruyub möhkəmləndirməyə çalışmalıyıq. Vəfatı hamımızı sarsıtmış möhtərəm Heydər Əliyev regionun inkişafı üçün çox böyük səy göstərdi. Bu dahi şəxsiyyət Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Ərzurum qaz kəmərləri layihələrinin həyata keçirilməsi üçün çox çalışırdı. Türkiyə–Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur ki, bunu heç bir qüvvə sarsıda bilməz. Əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyev hörmətli Heydər Əliyevin yolu ilə gedərək, münasibətlərimizin inkişafına yeni töhfələr verəcəkdir.

Rəcəb TAYYİB ƏRDOĞAN,

Türkiyənin Baş naziri.

Bu qeyri–adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, müdrikliyini qətiyyətini yüksək qiymətləndirdim.

Jak ŞİRAK,

Fransa Respublikasının sabiq prezidenti.

Heydər Əliyev mənim yaxın dostum ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.

Nursultan NAZARBAYEV,

Qazaxıstan Respublikasının prezidenti.

Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Onun prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı. Onun 1998–ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də Dauninq küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O, Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.

Toni BLEYER,

Böyük Britaniyanın sabiq Baş naziri.

Heydər Əliyev onun yaşıdlarının hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyətimüasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir.

Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Çingiz AYTMATOV,

məşhur qırğız yazıçısı.

Cənab Heydər Əliyevin böyük qüdrət sahibi olduğu hamıya bəllidir. Onun nadir şəxsiyyəti, cahanşümul əməlləri barədə saatlarla, günlərlə, aylarla yorulmaq bilmədən danışmaq olar. Ömrünün çox hissəsini xalqına, onun bugünkü rifahı və xoşbəxt gələcəyinə sərf etmiş, ölkəmizin hər yerində silinməz quruculuq işləri qoymuş cənab Heydər Əliyevin nə bənzəri, nə də alternativi var idi. Onun yoxluğubu itki zaman keçdikcə bizi daha çox yandıracaq.

Namiq Kamal Zeybək,

Türkiyə.

Prezident Heydər Əliyev Azərbaycanı müstəqillikdən sonra nümunəvi bir tərzdə irəli apardı. Azərbaycan xalqının etimadı və inamı onun alicənab liderlik keyfiyyətlərinə sayğının nümunəsi idi. Pakistan hökuməti və xalqı ölkələrimiz arasında yaxın və səmimi münasibətlərin inkişafı üçün görkəmli töhfələrinə görə Prezident Heydər Əliyevi daim yadda saxlayacaqdır.

Mir Zəfərulla Xan CAMALİ,

Pakistan İslam Respublikasının keçmiş Baş naziri.

Heydər Əliyev əsrimizin nadir yetişdirdiyi dövlət xadimlərindəndir. Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanın ən çətin anlarında vətəni xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.

O, fırtınalı həyatının hər dövründə Azərbaycanı, türklüyünü unutmayan böyük bir şəxsiyyətdir. Ölkəsini bəlalardan qurtaran dövlət başçısıdır.

 

 

İhsan DOĞRAMACI.

 

Respublika.-2013.-10 may.-S.16.