BÖYÜK SERJANT ASLANOV

 

1941–1945–ci illər müharibəsində çox bəlalar çəkmiş rus şəhəri Leninqrad (hazırda qədim adı “SanktPeterburq” özünə qaytarılmışdır) uğrunda döyüşlərdə azərbaycanlı əsgərlər bu günqürur doğuracaq rəşadətlər göstərmişlər. Onlardan biri haqqındadır söhbətimiz – Qərbi Azərbaycanda qalan Nərmanlı kəndinin sakini Əvəz Musa oğlu Aslanovu deyirik.

…İrəvan Pedaqoji Texnikomunu təzəcə bitirmişdi, ordu sıralarında qulluğa çağırdılar. Əsgərliyə yeni getmişdi ki,1939–cu ilin SovetFinlandiya müharibəsi onu ilk hərbi sınağa çəkdi. Döyüşdü, ilyarım sonra bu şərəfsiz müharibə sona çatdı, sağsalamat qaldı, döyüşdüyü hərbi hissəni Leninqrad yaxənlığındakı Vıborq şəhərinə köçürdülər. Lakin qısa sakitlik gənc əsgər–müəllimi gələcək dinc həyat barədəki arzularla başbaşa saxlaya bimədi. Beynəlxalq vəziyyət havaya yeni bir savaş qoxusu qatmışdı.

Qızıl əsgər Aslanov hərb işini öyrənməyə ciddi fikir verməyə başlaməşdı. Qara xəbər özünü çox gözlətmədi – 1941–ci ilin 22 iyun dəhşətini Vıborqda eşitdi, diviziyaları orada düşərgə salmışdı. Beləcə, bir müharibənin odalovunu unutmamış, ikincisinə qoşuldu. Və faşistlərin LeninqradVolxov istiqamətindəki ilk hücumlarına qəhrəmanlıqla sinə gərənlər arasında eloğlumuz Əvəz Aslanov da vardı.

Qanlı–qadalı günlər təzəcə başlamışdı. Gənc əsgər o dövr üşün ən titullu hesab olunan bir addım atdı – kommunist partiyası sıralarına qoşulmaq barədə ərizə verdi. Sovet dövrü tarixi üçün bu həddindən artıq məsuliyyətli, müharibə şəraitində isə cəsur bir qərar hesab olunur.

Bu gün onun taleyi barədə ancaq saralmış cəbhə qəzetləri, sovet dövlətinin təltiflərini təsdiqləyən rəsmi sənədlər danışır, qara şəkillər xiffət yaradır. Hələ uzaq 1944– ildə “Sovet Ermənistanı” qəzeti ösünün 140–cı sayında yazırdı: “Əziz Leninqrad şəhərinin müdafiyəsi uğrunda döyüşlərdə Əvəz Aslanov xüsusilə igidcəsinə döyüşmüşdür. O, həmin döyüşlərdən birində 15 faşist əsgər və zabitini, 2 tankını məhv etmişdi.”

Başqa yazıda isə onun döyüşlərin birində 30 faşist əsgərini məhv etdiyi bildirilir. Əsgərimiz haqqındakı xatirələrdə danışılır ki, Qırmızı Bayraqlı 115–ci Xolm diviziyasının “Za Rodinu” (“Vətən uğrunda”) cəbhə qəzetinin elə bir sayı olmazdı ki, orada döyüşçü Aslanovun adı fərqlənənlər sırasında çəkilməsin. “Mahir döyüşçü”, “Kommunistlər Vətən uğrunda, bax, belə vuruşurlar”, “Düşmənin atəş nöqtəsi havaya sovruldu” və s. məqalələrdə igid azərbaycanlı oğlanın göstərdiyi rəşadətdən ürəkdolusu danışılır.

Sevimli şagirdlərinin yaddaşında onun müharibə xatirələrindən biri hələ də yaşayır: Düşmənin hərbi sursat və canlı qüvvə daşımaq üçün strateji əhəmiyətli bir dəmir yol körpüsünü partlatmaq əmri böyük serjant Aslanovun kəşfiyyat qrupuna tapşırılmışdı. Əmri yerinə yetirərkən o, üç yerindən yaralansa da, əsil əsgər əyilməzliyi nümatiş etdirmiş, döyüşçü dostlarından aralanmamışdı. Qrup 9 üzvünü itirsə də, körpünü qoruyan faşıstlərlə sonadək döyüşmüşbir alman zabitini əsir götürərək “qənimətlə” geri dönmüşdü.

Əvəz müəllimin sinəsini “Qırmızı Ulduzordeni , “Leninqradın müdafiəsi uğrunda”, “Keninsberqin fəthi” medalları və sovet hərbi qüvvələrinin xeyli sayda müxtəlif yubiley medalları bəzəmişdir.

Tale onu qorxmazlığın ən böyük mükafatı ilə – sağsalamat döğma Nərmanlıya qayıtmaqla şərəfləndirmişdi. O, əsgər şinelini əynindən çıxarıb, ömrünün sonunadək ən çox sevdiyi sənətlə – müəllimliklə məşğul olmağa başlamışdı.

Qiyabi Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil almışdır. Müəllimliyinin ilk illəri ona daha ağır gəlirdi. Şagirdlərin bir çoxu atasını, qardaşını, yaxud başqa bir əzizini cəbhədə itirmişdi. Onların yaraları hələ qövr edirdi. Belə vaxtlarda veterandöyüşçü Əvəz müəllimin əsil pedaqoq bacarığı öz məharətini göstərirdi. Beləliklə, müharibədə cəbhə yoldaşlarının, dinc illərdə isə müəllim və şagird kollektivinin hörmətini qazanan Əvəz Aslanov sevimli peşəsini uğurla davam etdirmiş, 1965–ci ildə isə Ermənistan SSR–in “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdü.

Leninqrad camaatı Əvəz Aslanovun döyüşçü şöhrətini həmişə yüksək dəyərləndirmişlər. Onu qəhrəman şəhərin fəxri vətəndaşığına qəbul etmişdilər. Həm doğma ei–obasında, həm də Leninqradda müharibə ilə bağlı bütün tədbirlərdə Əvəz Musa oğlu Aslanova dəvət göndərmək heç vaxt unudulmazdı…

 

 

Elçin VƏLƏDOĞLU

 

Respublika.-2013.-10 may.-S.22.