FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 68–ci İLDÖNÜMÜ GENİŞ QEYD OLUNDU

 

İkinci dünya müharibəsindən 68 il ötsə də, bəşər tarixinin ən qanlı müharibəsi haqqında hələ də danışılır, bu savaşda milyonlarla insanın nahaqdan güdaza getməsi hamını düşündürür və gələcəkdə də düşündürəcəkdir. Bu günlərdə böyük Qələbənin 68–ci ildönümü münasibətilə bölgələrdə keçirilən bütün tədbirlər məhz bu ruhda köklənmişdir. Müxbirlərimiz xəbər verir.

 

Salyan

Rayonda Qələbə günü böyük təntənə ilə qeyd olunmuşdur. Bu mühüm hadisəyə geniş tədbirlər silsiləsi həsr olunumuşdur. Mayın 9–da rayon ictimaiyyətinin nümayəndələri, Böyük Vətən müharibəsinin veteranları, arxa cəbhədə iştirak etmiş insanlar və onların ailə üzvləri, idarə və müəssisələrin işçiləri, məktəblilər bir yerə toplaşaraq müharibə qəhrəmanlaının xatirəsini yad etdilər, onların şəhərin giriş hissəsindəki abidəsini ziyarət edərək oraya gül–çiçək dəstələri düzdülər. Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək faşizm üzərindəki Qələbənin ümumbəşəri əhəmiyyətindən danışmış, gəncləri Vətənə, doğma torpağa məhəbbətdə yaşlı nəsillərdən nümunə götürməyə səsləmişdir. Bayram şənlikləri bütün gün davam etdirilmişdir.

 

Cəlilabad

1941–1945–ci illərin Böyük Vətən müharibəsinə rayondan 3600 nəfərdən çox döyüşüçü yollanmışdır. Onlardan yarıdan çoxu doğma elobaya qayıtmamışdır. Qələbə günü həmin şəhidlərin xatirəsi dərin ehtiramla yad edildi. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon ictiaiyyətinin nümayəndələri, veteranlar və məktəblilər rayon mərkəzindəki mədəniyyət və istirahət parkında müharibə iştirakçılarının və həlak olanların abidəsi önünə əklillər qoydular, onları bir dəqiqəlik sükutla yad etdilər. Müharibənin bu gün həyatda olan iştirakçıları Prezident İlham Əliyevin onlara diqqət və qayğısından razı qaldıqlarını bildirdilər. Qələbə günü rayonun bütün kollektivlərində geniş qeyd olundu.

 

Neftçala

Rayonda üç nəfər Sovet İttifaqı Qəhrəmanının məzarı vardır. Bu, onu göstərir ki, neftçalalılar Böyük Vətən müharibəsi illərində ən fədakar oğullaını cəbhələrə yola salmış, vətən üçün mərd igidlər tərbiyə edib yetişdirmişlər. Onlar Qələbə gününü böyük fərəhlə qeyd etdilər. Neftçala şəhərinin mərkəzindəki qəhrəmanlar xiyabanı həmin gün məhz bu səbəbdən insanlarla dolu idi. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin veteranlarla görüşü oldu. Rayonun rəhbərləri, əmək və müharibə veteranları, ictimaiyyətin nümayəndələri, məktəblilər hər üç qəhrəmanın büstləri önünə tər çiçək dəstələri düzdülər, bununla bütün müharibə iştirakçılarına hörmət hisslərini nümayiş etdirdilər. Sonra qələbənin ildönümünə həsr olunmuş konsert və şənliklər proqramı davam etdirildi.

 

Beyləqan

Odlar yurdunun bu qədim bölgəsi Vətən üçün Sovet İttifaqı Qəhərəmanı Gəray Əsədov kimi mərd oğullar yetirmişdir. Beyləqanlılar öz qəhrəman övladları ilə haqlı olaraq öyünürlər. Bu övladlar qanlı–qadalı illərdə faşizmin yuvası olmuş Berlinə qədər şanlı mübarizə yolu keçmiş, odlualovlu səngərlərdə rəşadət nümunələri göstərmişlər. Rayon sakinləri müharibə şəhidlərinin xatirəsini heç zaman unutmurlar. Onlar Qələbə günündə bunu bir daha sübut etdilər. Rayon icra hakmiyyətinin başçısı Vaqif Allahverdiyevlə birlikdə Böyük Vətən müharibəsi iştirakçılarının xatirə obeliski önünə əklillər və gül dəstələri qoyaraq şəhidlərin işıqlı xatirəsini yad etdilər. Rayonun mədəniyyət müəssisələrində şanlı bayram münsibətilə müxtəlif tədbirlər keçirilmişdir.

 

Biləsuvar

Biləsuvar rayonunun sakinləri hər il olduğu kimi, bu ilfaşist Almaniyası üzərində Qələbənin ildönümünü tərəqqipərvər bəşəriyyətin həyatında mühüm hadisə kimi anmış, onu ümumxalq bayramı kimi qeyd etmişlər. Rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevin rəhbərliyi ilə ictimaiyyətin nümayəndələri Qələbə gününə həsr olunmuş geniş tədbirdə iştirak etdilər. Müharibə cəbhələrində həlak olanların xatirəsi hörmətlə yad edildi, veteranlara xüsusi ehtiram göstərilərək onlara mükafatlar təqdim olundu. Veteranlar ulu öndər Heydər Əliyev ənənələrinin davamı kimi ölkə başçısı İlham Əliyevin müharibə iştirakçılarına göstəçrdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirmişlər. Bədii özfəaliyyət kollektivləri böyük bayram proqramı ilə çıxış etmişlər.

 

İmişli

Qələbə günündə İmişli şəhərinin mərkəzində xüsusi bir izdiham var idi. Hər tərəfdə musiqi və alqış sədaları eşidilirdi. Sakinlər faşizm üzərində Qələbənin ildönümünü qeyd edirdilər. Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev toplaşanlar qarşısında çıxış edərək qeyd etdi ki, İkinci dünya müharibəsində faşizm üzərində böyük itkilər hesabına əldə olunan möhtəşəm Qələbədə on minlərlə azərbaycanlı igid əsgər və zabitlər sırasında imişlililər də olmuşlar. Onlar müharibədə qeyriadi qəhrəmanlıqlar göstərmiş, böyük Qələbənin layiqli varisləri olduqlarını sonralar da əmək cəbhəsində sübut etmişlər. Onların nəsilləri bütün tərəqqipərvər bəşəriyyət kimi, hərbin dəhşətlərini heç vaxt unutmayacaq, hər sahədə misilsiz qəhrəmanlıq və şücaət nümunələri göstərəcəklər.

 

Sabir MUSTAFAYEV,

Respublika”.

 

Ucar

Faşizm üzərində qaznılmış şanlı qələbənin 68–ci ildönümü münasibətilə ölkəmizin hər yerində olduğu kimi, Ucar rayonundada əsl bayram əhval–ruhiyyəsi ilə, geniş tədbirlər proqramları əsasında qeyd olundu. Rayon ərazisində Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçülərin əziz xatirəsinə ehtiram olaraq yaradılmış abidə kompleksində keçirilən möhtəşəm bayram tədbirində rayon rəhbərliyi, idarə və müəssisə rəhbərləri, Qarabağ döyüşlərinin iştirakçıları, gənclər, müharibə və arxa cəbhə veteranları, eləcə də rayon fəalları iştirak edirdı.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra, şəhidləri bir dəqiqəlik sükutla, böyük ehtiramla yad etdi. Abidə önünə tər çicəklər qoymaqla şəhidlər bir daha anldı, onların ruhlarına düalar oxundu. Bu meydan Böyük Vətən müharibəsində və Qarabağ uğrunda döyüşlərdə həlak olanların ruhunun qovuşduğu müqəddəs ziyarətgahdır. Burada hərbi vətənpərvərlik kompleksində 153 şəhidin barelyefi, əsgər heykəli, Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış abidə ataların və onların döyüş estafetini layiqincə davam etdirən oğulların xatirəsi əbədiləşdirilmişdir. Qələbə Günü münasibəti ilə təbrik edən rayon başçısı bildirdi ki, İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqının bütün xalqları ilə yanaşı, Azərbaycan xalqı da faşıst qəsbkarlarına qarşı ölümdirim savaşına qalxaraq döyüşlərdə əsl qəhrəmanlıq, şücaət göstərmiş başqa xalqlara örnək olmuşlar. O qanlı müharibəyə göndərimiş soydaşlarımızın çoxu qəhrəmancasına həlak olmuş, bir çoxları həmişəlik sağlamlıqlarını itirmişlər. Bu amansız müharibədə öz fədakarlığına, döyüş şücayətlərinə görə 125 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 400 minədək soydaşlarımız ordenmedallarla təltif olunmuşdur. Müharibə veteranlarımızın keçdiyi bu şanlı və şərəfli ömür yolu, qəhrəmanlığı, fədakarlığı gənc nəsil üçün sözün əsil mənasında vətənpərvərlik nümunəsidir. Ulu öndər Heydər Əliyev veteranlara, veteran hərəkatına və onların ailələrinə həməşə diqqət və qayğı ilə yanaşmış, onların sağlamlığına və sosial müdafiəsinə xüsusi diqqət yetirmişdir.

Veteralar ümummilli lider Heydər Əliyevin müharibə veteranlarına xüsusi münasbətdən, siyasi varisi, hamının sevimlisi Prezident İlham Əliyevin onlara diqqət və qayğısından geniş söhbət açdılar. Azərbaycan Prezidentinin sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik yardım verilməsi onların sosial vəziyyətinin yaxşılaşdırılmasına dövlət qayğısının bariz nümunəsidir.

Rayon icra hakimiyyəti, səbəbkarlara maddi yardım və gül hədiyyələri təqdim etdi. Tədbir müharibə veteranlarının şənlənməsi və ən səmimi arzuları ilə davam etdi.

 

Yevlax

Alman faşizm üzərində tarixi qələbə xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsidir. 1945–ci ilin 9 mayından iki qərinədən çox vaxt keçməsinə baxmayaraq həmin günün qələbə sevinci müharibə veteranlarını tərk etməmişdir. Zaman veteranların sıralarına “əl gəzdirsə” də Vətənin bir çağırışı ilə yenidən silaha sarılmaq əzmini qıra bilməmişdir.

Budur, 2013– ilin 9 may günü onlar yenə qaliblər kimi müharibədə həlak olanlarıın xatirə kompleksini ziyarət etmək üçün buraya toplaşmışlar.

Bu gün, İkinci Dünya müharibəsində qazanılmış tarixi qələbənin 68–ci ildönümü Yevlax şəhərində yenə də böyük təntənə ilə qeyd edildi. Yevlax Şəhər İcra Hakimiyyətinin başcısı Qoca Səmədov İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş döyüşçülərin nurlu xatirəsini ehtiramla yad edərək əzəmətli abidə kompleksi önünə tər çiçəklər qoydu. Sonra olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, dualar oxundu. Keçirilən mərasimdə şəhər icra hakimiyyəti başçısı aparatının işçiləri, müharibə və arxa cəbhə veteranları, rayon fəalları şəhdlərin abidəsi önünə gül–çicək dəstələri qoyaraq böyük ehtiramla yad edərək, veteranlarla birlikdə 9 Mayın Qələbə sevincini bölüşdürdülər. Şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov Böyük Vətən müharibəsində iştirak etmiş soydaşlarımızın şanlı həyat yolundan, qəhrəmanlıq səlnaməsindən, qələbənin əldə olunmasında Azərbaycanımızın həm canlı, həmdə maddi resursların müstəsna rolunu vurğuladı. Danılmaz həqiqətdir ki, İkinci Dünya müharibəsindəki, qələbədə Azərbaycan neftinin verdiyi töhfələr əvəzsiz olmuşdur. Məhz həmin dövrdə neft sənayesi naziri Nikolay Baybakov demişdir: Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir.” Ulu öndər Heydər Əliyev Azərbaycanın böyük qələbəyə bəxş etdiyi bu töhvəsini belə qiymətləndirmişdir: “Əgər Bakı nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi, bəlkə də mümkün olmayacaqdı”.

Tədbirdən sonra Qoca Məmmədov veteranları bir daha bayram münasıbətilə təbrik edərək, birbir onların səhhətləri və digər qayğıları ilə maraqlanaraq, xoş arzularını bildirərək qiymətli hədiyyələr təqdim etdi. Rəsmi hissədən sonra veteranların şərəfinə ziyafət verildi.

Veteranlar gündəlik diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlığını bildirdilər, vətənin rifahı naminə yenə də əllərindən gələni etməyə hazır olduqlarını birmənalı bəyan etdilər

 

Zabit XƏlilov,

Respublika”.

 

Lənkəran

Alman faşizmi üzərində qələbənin 68–ci ildönümü ilə əlaqədar Naməlum əsgərin abidəsi önündə tədbir keçirilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq–mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri abidənin önünə gül dəstələri düzmüşlər.

Tədbir iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları generalmayoru Həzi Aslanovun xatirə parkında davam etdirilmişdir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müharibə veteranlarını bayram münasibətilə təbrik edərək İkinci Dünya müharibəsində Azərbaycan xalqının qəhrəmanlığından söhbət açmış, onlara səmimi, xoş arzularını çatdırmışdır. Sonra qəhrəmanın abidəsi önünə gül dəstələri qoyulmuş, əfsanəvi qəhrəmanın xatirəsi ehtiramla anılmışdır.

Tədbirdə məktəblilərin ifasında ədəbi–bədii kompozisiya nümayiş etdirilmişdir.

Tədbir iştirakçıları Həzi Aslanovun böyüyüb boyabaşa çatdığı Gərmətük qəsəbəsinə gəlmiş, əsaslı şəkildə yenidən qurulmuş Böyük Vətən mühribəsi abidə kompleksini və qəhrəman sərkərdənin büstünü ziyarət etmişlər. Şagirdlərin ifasında, ana, Vətən, qəhrəmanlıq mövzusunda şeirlər səslənmişdir.

Bayram tədbirinin iştirakçıları Həzi Aslanovun Lənkəran şəhərində yerləşən ev–muzeyinə baş çəkmiş, qəhrəmanın ömürdöyüş yolunu əks etdirən eksponatlarla tanış olmuşlar.

Tədbir veteranlar klubunda bayram süfrəsi arxasında davam etdirilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov veteranlarla səmimi söhbət etmiş, ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra veteranlara göstərilən dövlət qayğısından danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirmişdir. İcra başçısı rayonun müharibə veteranlarına bayram arzularını söyləmişdir.

Rayon veteranlar şurasının sədri Musarza Əzimov, rayon ağsaqqallar şurasının sədri Kamal Kələntərli və başqaları tədbirdə çıxış edərək müharibə veteranlarına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Əlisəfa Həsənov

 

Respublika.-2013.-10 may.-S.22.