Heydər Əliyev mədəniyyətin böyük hamisi idi

 

Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin tarixi rolu ilə bağlı yeni bir mərhələ başlanır.

Heydər Əliyevin siyasi, dövlətçilik, diplomatikiqtisadiyyat sahəsində cahanşümul fəaliyyətini əks etdirən yeni tədqiqat əsərləri yazılır.

Onun tarixi fəaliyyətinin əsas istiqamətlərindən biri də mədəniyyət və incəsənətimizin tərəqqisi ilə bağlıdır. Ulu öndər Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük hamisi idi.

Hər bir xalqın mədəniyyəti onun böyüklüyünün, müdrikliyinin, birliyinin təcəssümüdür. Azərbaycan xalqı qədim tarixə və mədəniyyətə malik bir xalq kimi artıq bütün dünyada tanınmışdır. Azərbaycan mədəniyyətinin yaranması və mənəvi rolunun yüksək dəyərləndirilməsində tarix boyu bir çox şəxsiyyətlərin xidməti olmuşdur ki, yeni dövrün də belə bir nəhəng şəxsiyyəti məhz Heydər Əliyevdir.

Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mənəvi–mədəni irsinin dünya mədəni aləminə çatdırılmasında Heydər Əliyev çox böyük rol oynamışdır və bu fəaliyyət respublikanın gələcək mənəvi–siyasi həyatı üçün örnək və irsə münasibətdə siyasətin konsepsiyasının yaranması baxımından mühüm əhəmiyyətə malikdir.

Dahi şəxsiyyətin bu sahədə gördüyü işlərlə bağlı f.e.d., professor Timuçin Əfəndiyevin “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” monoqrafiyasında və bu günlərdə çapdan çıxmış “Heydər Əliyev: mədəniyyət və əbədiyyət” (Bakı, Təhsil, 2013) adlı kitabında nəzəri analitik üslubda söhbət açılır.

Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin milli mədəniyyətimizin tarixindəki misilsiz xidmətlərindən bəhs edən fotomonoqrafiya dahi liderin anadan olmasının 90 illiyinə həsr olunub. Kitabda mətnin və şəkillərin vəhdəti əsasında Heydər Əliyevin mədəniyyət və incəsənətimizin tarixindəki xidmətləri əksini tapır.

Xalqların tarixində elə rəqəmlər var ki, onlar həm həqiqi, həm də rəmzi gücü ilə mənsub olduğu xalqın adını əbədiyyətə aparıb çıxarır. 10 may 1923– il Azərbaycan tarixinin əzəmət və möhtəşəmlik zirvəsi, Heydər Əliyev adını dünyaya bəxş edən və əbədiyyətə ucaldan bir tarixdir. 2013– ildə bu tarixin 90 illik fütuhatı başlandı. Tariximizə və milli–mənəvi yaddaşımıza “Ulu öndər”, “Ümummilli liderkimi şərəfli adlarla daxil olmuş Heydər Əliyevin adı onunla eyni epoxada yaşayıb işləmiş, mənalı çıxışlarını dinləmiş, canlı ünsiyyətdə olmuş insanlar üçün olduqca əziz və doğmadır.

Fotomonoqrafiya ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin çoxcəhətli mədəniyyət nəzəriyyəsinin təbliğinə həsr olunmuşdur. Heydər Əliyev istər çoxəsrlik zəngin ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və incəsənətimizin ayrı–ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik nöqteyi–nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır.

Heydər Əliyev deyirdi: “Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biriodur ki, zamanzaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər”.

Müasir ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin bəşəri arenada öz nadir inciləri ilə dünyanı heyran qoyması, ölkəmizin şöhrətini qaldırması, xalqımızın qədim mədəniyyətə malik olması bu müdrik fikri təsdiq edir. Məlum olduğu kimi, XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərlik etdiyi 70–80–ci illərdə, xüsusən sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatra qayğı xeyli dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində bu gün Azərbaycan incəsənəti bütün dünya miqyasında tanınmışdır.

Heydər Əliyevin nəzəri, siyasi irsi, dövlətçilik və millətçilik təcrübələri bizim milli sərvətimiz, tövsiyələri yaddaşımızın əbədiyyət dərsidir. Bizim üçün doğma olan cəhət də budur ki, 2013– ildə öz fəaliyyətində Heydər Əliyev ideyalarını həyata keçirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasının 90 illiyi tamam olur. Təqdim olunan fotomonoqrafiya 1969–cu ildən sonrakı dövrdə —Heydər Əliyev epoxasında yaşayan mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığına ulu öndərin göstərdiyi diqqət və qayğı ön plana çəkilir. Heydər Əliyevin mədəniyyətimizin böyük hamisi olması fikri əsaslandırır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

 

Respublika.-2013.-11 may.-S.6.