“Heydər Əliyev məktəblilərin gözü ilə” O, bir
günəş, o bir
nur
Deyirlər həyat yaradılışla ölüm, beşiklə məzar arasında olan bir yoldur. Hər kəs bu yolu bir cür addımlayır; kimi elin, obanın, xalqın, vətənin yükünü öz çiyinlərində daşıyır, kimi də vətənə, xalqa yük olub yaşayır.
Gözəl bir deyim də var: “Min qəddi əyən mənəvi yük bir çiyinə düşəndə dahilik yaranır.”
Mən bu yazımda qədim bir xalqın başı bəlalı bir məmləkətin tale yükünün ağırlığını bütün varlığı ilə yaşayan, millətini, dövlətini dünyaya tanıdan dahi şəxsiyyət, Ulu öndər, ümummilli lider Heydər Əliyev ömründən söz açmaq istəyirəm.
Heydər Əlirza oğlu Əliyev 1923–cü il mayın 10–da–baharın gülşən çağında qədim Naxçıvan torpağında dünyaya göz açmışdır. Onda heç kəs bilmirdi ki, Əlirza kişinin ocağında dünyaya gələn bu övlad bütöv bir millətin oğlu olacaq, öz əməlləri və amalları ilə tarix yazacaq.
Böyüklərin söhbətlərindən, oxuduğum kitablardan, baxdığım televiziya proqramlarından müstəqil Azərbaycanımızın quruculuğunda misilsiz xidmətləri olan Heydər Əliyev haqqında çox şeylər öyrənirəm.
Ulu öndərimiz ilahinin ona bəxş etdiyi ömür payını xalqının taleyinə bağlamış, tarixin müxtəlif dönəmlərində Vətənimizə rəhbərlik etmişdir. Zamandan, siyasətdən, vəziyyətdən asılı olmayaraq, o, həmişə xalqını, vətənini, onun hər daşını, hər qarış torpağını sevmiş, ömrünü millət yolunda şam kimi əritmişdir.
Sovetlər dönəmində Heydər Əliyev respublikamıza rəhbərlik edəndə Azərbaycanımız müttəfiq respublikalar içərisində önəmli yer tutmuşdur. Həm siyasi idarəetmə cəhətdən, həm iqtisadi dirçəliş, həm mədəniyyətin inkişafı baxımından fərqlənən Vətənimiz onda da gülşənə dönmüşdür.
SSRİ dövləti Heydər Əliyev zəkasından, siyasi bacarıq və səriştəsindən bəhrələnmək üçün bu böyük türk oğlunu mərkəzdə yüksək vəzifəyə təyin etmişdir. Böyüklərimizin dediklərinə görə onda bədnam düşmənlərimiz çox qorxuya düşmüş, paxıllıq azarına düçar olmuşdular. Heydər Əliyevin tutduğu uca mövqe ermənilərin beyninə, qəlbinə sancılmış bir türk xəncəri olmuşdur.
Sovet imperiyasının quduzlaşdığı bir dövrdə şərəfinə abidə qoyduğumuz rus ordusu 20 Yanvar 1990–cı ildə xalqımızı gülləbaran edəndə Moskvada birinci olaraq etiraz səsini ucaldan qeyrətli Vətən oğlu xalq hərəkatına böyük təkan vermiş, xalqımızı ürəkləndirmişdir.
Ulu öndər tarixin ağır sınaqlarında həmişə xalqımızın yanında olub, öz haqq səsini ucaldıb, uzaqgörən siyasəti, dərin zəkası, güclü nüfuzu ilə şər qüvvələri susdurub.
Heydər Əliyev ikinci dəfə Azərbaycana böyük xilaskar kimi gəldi. O, Vətənimizi parçalanmaqdan, millətimizin məhv olub yer üzündən silinməkdən qorudu. Güclü dövlətçilik, nizami ordu yaratdı. Azərbaycan adını dünya siyasi xəritəsinə böyük hərflərlə həkk etdi.
Məhz Heydər Əliyevin hakimiyyətə gəlişi dövründə, onun rəhbərliyi altında dünya standartlarına cavab verən, öz demokratik prinsipləri ilə seçilən, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Azərbaycan dili rəsmi dövlət dili elan edildi.
Ümummilli liderimizin imzası ilə həyata keçirilmiş “Əsrin müqaviləsi “xalqımızı ehtiyac və səfalətdən sığortalıyıb. Bu gün Azərbaycan vətəndaşları firavan həyat sürürlər.
Hazırda ölkəmizdəki təhsil amili də dahi şəxsiyyətin uzaqgörən siyasətinin bir hissəsidir. Neçə–neçə azərbaycanlı balası dünyanın müxtəlif ölkələrində adlı–sanlı universitetlərində təhsil alıb vətənə xidmət edir.
Xalqımız onu “Ulu öndər”, “Dahi şəxsiyyət”, “Ümummilli lider ” kimi şərəfli isimlərlə adlandırır. Mən isə o böyük insanı daha doğma adla – ” Heydər baba” kimi xatırlayıram. Heydər babamız ölkəmizə rəhbərlik edəndə mən körpə idim: dövlət, siyasət, rəhbərliyin nə olduğunu başa düşmürdüm. Onda dərk etdiyim bir səmimi həqiqət var idi: televiziya ekranlarında gördüyüm vüqarlı bir insan, əzəmətli bir görkəm, bəzən həlim və mülayim danışıq, bəzən də odlu–alovlu bir nitq…
Zaman keçir, vaxt ötüşür, böyüyürəm, dilim söz, əlim qələm tutur, oxuyur, öyrənir, bilik, zəka sahibi oluram. İndi Heydər babamızın kimliyini daha dərindən dərk edirəm:
” Heydər babamız müstəqil Azərbaycanımızın qurucusu, cənnət vətənimizin hamisidir.”
Bizə xoş günlər,
firavan həyat, sarsılmaz inam, gözəl gələcək bəxş
edən xilaskardır. Bunları düşündükcə qeyri–ixtiyari qəlbimdən,
beynimdən süzülüb gələn,
ana dilimin şirinliyinə
qarışan bu misraları söyləyirəm:
Gələcəyə yol açmısan,
Səni sevir elim, obam.
Al günəşsən, nur
saçmısan
Doğma, əziz Heydər babam.
Bu gün Heydər
Əliyev– mənim yaddaşımda ensiklopedik
bilik, yüksək hafizə, sarsılmaz inam və qürur
sahibi, güclü siyasətçi, fenomen şəxsiyyət, dahilər
dahisi kimi yaşayır.
Ulu öndər
Azərbaycan üçün
zərrəcə xidməti,
xeyri olan hər bir insana
yüksək dəyər
verir, onların qayğısına qalır,
ehtiyaclarını ödəyirdi. Qayğıkeşliyi ,
qədirbilənliyi ilə
insanların vətənpərvərlik
hissini alovlandırırdı.
Heydər atamız milli, milli olduğu qədər də bəşəri düşüncə
sahibi olub. Şəxsi həyatında
qurduğu ailə, tərbiyə etdiyi övladları, sədaqət
və etibarı nəinki Azərbaycana, bütün türk dünyasına, müsəlman
aləminə örnək
olub.
O sanki vətənin daşının, torpağının,
gül–çiçəyin, bulaq zümzüməsinin,
şəlalə şırıltısının
dilini bilirdi. Milli mədəniyyətimizə, musiqimizə,
ədəbiyyatımıza, incəsənətimizə məftun
idi.
1950–ci illərin əvvəllərində
“mürtəci abidə”
elan edilərək, nəşri öyrənilməsi
qadağan olunan, əslində isə qədim türk xalqının milli , tarixi, etnoqrafik kimliyi olan ” Kitabi–Dədə Qorqud” eposunun XX əsrdə genişmiqyaslı min üç
yüz illik yubileyinin keçirilməsidə
ulu öndərimizin təşəbbüsü ilə
olmuşdur. Təkcə
Azərbaycanın yox,
ümumtürk dünyasının
mədəni–ictimai həyatında
böyük rol oynayan bu hadisə
ilə Heydər Əliyev bütün dünyaya sübut etdi ki, min üç
yüz il yaşı olan dövlətçilik, vətənpərvərlik,
milli birlik, adət–ənənəyə sadiqlik,
valideynə hörmət,
ailəyə sədaqət,
övlada nəvaziş…,
daha nələri özündə ehtiva edən bu sənət
abidəsini yaradan bir xalq nə
qədər ulu və qədim, nə qədər möhtəşəmdir.
Heydər Əliyev ana dilimizin bütün incəliklərini dərindən
bilən bir natiq idi. O, istənilən
auditoriyanı öz səlis danışığı
ilə ələ alır, hər kəsi öz dilində danışdıra
bilirdi.
Televiziya
ekranlarında ulu öndərlə bağlı
verilişlərə diqqət
edirəm: Heydər Əliyev körpələr,
məktəblilər arasındadır.
Onun uşaqlara qayğıkeş
münasibəti, nəvazişi,
mehribanlığı, səmimi
söhbəti məni
valeh edir. Heydər Əliyev sadə vətəndaşlarla görüşür,
onları dinləyir, ehtiyaclarını öyrənir,
problemlərini həll
edir. Heydər Əliyev sənət adamları ilə bir aradadır: musiqidən, incəsənətdən
danışır, şürdən,
ədəbiyyatdan söz
açır, şux zarafatlar edir. Heydər Əliyev hərbi geyimdə əsgərlər,
döyüşçülər arasında səngərdədir.
O, yenilməz bir sərkərdə kimi məğrur görünür.
Heydər
Əliyev iş başındadır: zəhmli
görünüşü, təmkinli danışığı,
hər işi diqqətlə araşdırmağı,
tapşırıqlar verməyi,
hesabatlar dinləməyi
əsl dövlət başçısının səriştəsindən
xəbər verir.
Heydər
Əliyev dünya siyasi arenasındadır: onun siyasi nitqi,
yüksək səviyyəli
danışıqları, əzəməti,
məğrur görkəmi
iftixar hissimi alovlandırır, ürəyim
köksümə sığmır.
Daha da qürurlanıram, fəxr edirəm, qəlbimin səsinə qulaq asıram: ” Nə bəxtiyaram;
xalqının, vətənimin
belə rəhbəri,
dahisi, millətimin atası var.” Var deyirəm. Çünki Heydər babam nə qədər varam, nə qədər varıq var olacaq.
Mən tam inanıram
ki, bundan çox əsrlər sonra da ümummilli
liderimiz xalqımızın
qəlbində əbədi
heykələ çevriləcək,
mərdlik, mübarizlik
simvolu kimi həmişə yaşayacaqdır.
Onun ruhu, arzu və idealları
xalqımızın həyat
yolunda möhtərəm
Prezidentimiz İlham Əliyevlə addımlayacaq. Millətimiz qələbə
sevincini yeganə pənahımız İlham
Əliyevlə yaşayacaq.
Mən ulu öndərimiz Heydər Əliyevin anadan olmasının
90–cı ildönümünə həsr etdiyim ürək sözlərimi
şair Oqtay Zəngilanlının bu şeiri ilə tamamlayıram:
İdrakınla yollar açdın
Bakı–Ceyhan kəmərinə
İlham
kimi davamçın
var uğur qatır zəfərinə
Qız qalalı Bakı dönür
əfsanələr şəhərinə
Azərbaycan yaşadıqca
ucalacaq səsin, ünün
Xalq deyəcək, Ulu Heydər
mübarəkdir doğum
günün!
Həbibova Aidə Akifqızı,
BDU–nun nəzdində
olan Gənc
İstedadlar liseyinin 9c sinif şagirdi,
ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi münasibəti ilə keçirilən respublika inşa
yazısı müsabiqəsinin qalibi.
Respublika.-2013.-11 may.-S.6.