Azərbaycan
sürətli inkişaf dövrünü
yaşayır
Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2013–cü ilin birinci
rübünün sosial–iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçısı qazanılan nailiyyətləri qeyd etmiş və
inkişafı daha da
sürətləndirmək üçün
müvafiq istiqamətləri
müəyyənləşdirmişdir. Dövlət
başçısı öz nitqində iqtisadi inkişafın davamlı xarakter aldığını bildirmişdir:
“Bu ilin birinci rübündə ümumi
daxili məhsul 3,1 faiz
artmışdır. Hesab edirəm ki, bu, çox
yaxşı göstəricidir. Biz bu artımı qeyri–neft sektorunun hesabına əldə
etmişik. Bu ilin birinci rübündə
qeyri–neft sektorunun inkişafı 11,4 faiz
olmuşdur. Yəni bu, hesab edirəm ki, bugünkü Azərbaycan
iqtisadiyyatını təhlil etmək üçün
əsas göstərici olmalıdır… Bu,
onu göstərir ki,
ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz
neft–qaz amilindən
asılılığını azaldır və beləliklə,
dayanıqlı inkişaf artıq
reallıqdır”.
Göründüyü kimi, Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin qətiyyət və bacarıqla davam etdirdiyi strateji kursun əsas məqamlarına diqqət etsək, davamlı tərəqqinin mahiyyətini aydın görə bilərik. Məlumdur ki, sosial inkişafın əsasında iqtisadi tərəqqi dayanır. İqtisadi inkişaf da dövlətlərin qarşılıqlı səmərəli əməkdaşlıqlarının nəticəsində meydana gəlir. Heç bir dövlət öz–özlüyündə inkişaf edə bilməz. Birgə əməkdaşlıq isə düşünülmüş siyasət, iqtisadi maraqların uzlaşdırılması nəticəsində səmərəli ola bilər. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasəti şəffafdır, açıqdır, səmimidir. Dünyada sülhün, sabitliyin qorunmasına və sosial–iqtisadi inkişafa xidmət edir. Aydındır ki, Azərbaycanda həyata keçən nəhəng beynəlxalq iqtisadi layihələr təkcə ölkəmizin maraqlarına xidmət etmir. O, həm də bu infrastrukturla bağlı neçə–neçə dövlətin iqtisadiyyatının dirçəldilməsinə və tərəqqisinə yardım edir. Hər bir belə layihə sosial–iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də siyasi və iqtisadi əlaqələrinin güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın genişlənməsində və güclənməsində öz səyini əsirgəmir. Azərbaycan hazırda dünyanın ən islahatçı və dinamik inkişaf edən ölkələrindən biridir. Qazanılmış bu müvəffəqiyyətin əsasında isə elmi və praktiki əsaslarla ölçülüb–biçilərək hazırlanmış, daxili və xarici siyasi–iqtisadi amillər nəzərə alınmaqla, gələcək perspektivlərə hesablanmış dövlət proqramları dayanır. Bu uğurun səbəblərindən biri də reallaşmış layihələrin digərlərinin həyata keçirilməsinə təkan verməsi, həm də ümumi inkişafa bağlı olmasıdır.
Qlobal iqtisadi böhran davam edir. Dünyanın ən inkişaf
etmiş ölkələri
də bu tənəzzüldən qaça
bilməyib. Lakin ulu
öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi
strateji kursu böyük uğur və bacarıqla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz inkişaf tempi ilə dünya ölkələrini,
nüfuzlu beynəlxalq
qurumları və ekspertləri belə heyrətləndirməkdədir. Milli mənafeləri nəzərə almaqla düzgün, beynəlxalq
siyasi–iqtisadi təhlilə,
əlaqə və əməkdaşlığın genişlənməsinə önəm
verərək ölkənin
geosiyasi mövqeyindən
istifadə edən və onu möhkəmləndirən,
siyasi, iqtisadi, sosial layihələri elmi–təcrübi əsaslandırmalarla
həyata keçirən
dövlət, təbii
ki, davamlı və sabit inkişafa
nail ola bilər. Azərbaycanda gedən inkişafa
diqqətlə nəzər
yetirdikdə dediklərimiz
dərhal nəzərə
çarpır. Məsələ ondadır ki, ölkə rəhbərliyi
iqtisadiyyatın çoxsahəli
və çoxşaxəli
inkişafına çalışır.
Qazanılan nailiyyətlərdə özəl
sektorun olduqca böyük rolu var. Müasir Azərbaycanda sahibkarlığın inkişafı
üçün çox
mühüm və lazımi addımlar atılır. Ümummilli lider Heydər
Əliyevin müəllifi
olduğu neft strategiyasının uğurla
həyata keçirilməsi
nəticəsində gələn
gəlirlərin qeyri–neft
sektoruna yönəldilməsi
ölkənin bütün
regionlarında iqtisadiyyatın
şaxələndirilməsinə və davamlı inkişafa səbəb olub. Prezident İlham Əliyev dövlətin sahibkarlığın
inkişafı üçün
qayğı və səyini əsirgəmədiyini
xüsusi qeyd edib: “İqtisadi islahatlar bundan sonra da davam
etdiriləcəkdir. Azərbaycan iqtisadiyyatı
tam şəkildə bazar
iqtisadiyyatı prinsipləri
üzərində qurulubdur.
Hazırda ümumi daxili
məhsulun 83 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Dövlət inhisarında olan şirkətlər də tədricən beynəlxalq
mühasibat və beynəlxalq idarəçilik
prinsiplərinə keçir.
Bu proses də sürətlə gedir, daha da sürətlə
getməlidir”. Düşünülmüş, operativ addımlar
öz bəhrəsini
verməkdədir. Bu məsələlər ətraflı
təhlil olunmuş və sahibkarlara əvvəlki illərdə
verilən vəsaitin artıq geri qayıtdığının və
yenidən kreditləşməyə
yönəldiyinin səmərəliliyi
önə çəkilmişdir.
Qeyd olunmuşdur ki, fermerlərə subsidiyaların,
texnikanın güzəştli
şərtlərlə, lizinq
yolu ilə verilməsi nəticədə
kənd təsərrüfatını,
sahibkarlığı stimullaşdıran
amillərdir. Göründüyü kimi, qeyri–neft sektorunda, xüsusən də sahibkarlığın
inkişafı istiqamətində
atılan hər bir addım düzgün proqnozlaşdırılmış,
gələcəyə, dayanıqlı
inkişafa, milli mənafeyə, iqtisadi və milli müstəqilliyin
möhkəmləndirilməsinə yönəlmişdir.
Ölkə rəhbəri sahibkarlıq
fəaliyyətinin inkişafını
daim nəzarətdə
saxlayır və yersiz müdaxilələrin,
yoxlamaların, hər
hansı digər maneələrin qarşısının
alınması üçün
zəruri fərman, sərəncam, tapşırıqlar
verir və bir vəzifə olaraq müvafiq icra strukturlarının da üzərinə ciddi məsuliyyət qoyur.
Qeyd edək
ki, real sektorun mühüm sahələrindən
olan informasiya–kommunikasiya
texnologiyalarının inkişafı
davamlıdır. Hazırkı dövr sürətli
inkişaf dövrüdür.
Bu sürət isə müasir elmi–texniki nailiyyətlərin
tətbiqi olmadan mümkün deyildir.
Bu sahədə İKT son dərəcə mühüm
yer tutur. Belə ki, elm və texnologiya çox sürətlə inkişaf
edir və bu sahədə informasiyaların müvafiq
institutlara çatdırılması
mühüm əhəmiyyət
kəsb edir, operativliyi və səmərəliliyi təmin
edir. Bu gün
siyasi, iqtisadi və sosial həyatın elə bir sahəsi yoxdur ki, İKT ora daxil olmasın.
Ötən il
Azərbaycan dördüncü
nəsil mobil rabitə texnologiyasını
tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37–ci
ölkəsi olmuşdur.
Belə ki, Azərbaycanda İKT sahəsində inkişaf
tempi kifayət qədər
yüksəkdir.
Dövlət rəhbərliyinin yürütdüyü
siyasətin mahiyyəti
budur ki, əldə edilən iqtisadi və siyasi uğurlar müstəqilliyimizin əbədiliyinə
təminat versin. Dövlətin enerji, ərzaq
və nəqliyyat təhlükəsizliyi etibarlı
şəkildə təmin
olunsun. Ölkəmiz hazırda bu
mövqedədir. İndi olduğu
kimi, bütün dövrlərdə də öz hesabına yaşaya bilsin, xalq həqiqi siyasi və iqtisadi müstəqilliyinə
nail olub öz müqəddəratını həmişə
olduğu kimi, özü müəyyən
etsin. Dövlət
başçısı ümummilli
lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində aparılan
müstəqil siyasətin
mahiyyəti barədə
vurğulayıb: “Azərbaycanda
iqtisadi siyasət möhkəm sosial siyasətlə tamamlanır.
Bizim xarici siyasətimiz də birmənalıdır,
açıqdır, aydındır
və müstəqildir.
Bizim müstəqilliyimizin, müstəqil
siyasətimizin təməlində
də iqtisadi müstəqillikdir. Əgər iqtisadi
müstəqillik olmasaydı,
əgər biz xarici kreditlərlərdən asılı
olsaydıq, müstəqil
siyasət apara bilməzdik. Müstəqillik ən böyük dəyərdir, ən böyük sərvətdir.
Müstəqillik o deməkdir ki,
xalqımız azaddır,
taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı,
nəhayət ki, öz taleyinin sahibidir. Azərbaycan bu yolla irəliləyir və nəticədə dövlətin
siyasi nüfuzu, iqtisadi gücü davamlı surətdə artır, dünya dövlətləri arasında
mövqeyi möhkəmlənir.
Azərbaycana gələn rəsmi
və ya qeyri–rəsmi qonaqlar ölkədəki sürətli
inkişafı gördükdə
heyranlıqlarını gizlətmir.
Dünyanın mötəbər qurumları bu pozitiv prosesə yüksək qiymət verirlər.
Azərbaycanda siyasi və iqtisadi islahatlar davam edir. Dövlətin qüdrəti daim artır. Bu gün
Azərbaycanın razılığı
olmadan bölgədə
heç bir siyasi, iqtisadi layihə icra edilə bilməz. Bu, günün reallığıdır.
Dövlət rəhbərliyinin
qarşıya qoyduğu
bütün məqsədlərə
uğurla nail olunur. Gənc dövlətin bu cür sıçrayışla
inkişafı siyasi kursun düzgünlüyünün
və iqtisadi modelin səmərəliliyinin
nəticəsindədir. Dövlət başçısı
Azərbaycanın inkişafının
davamlı olacağı
barədə qətiyyət
və inamla deyib: “Biz inamla irəliyə gedirik. Çünki son 20 il ərzində—1993–cu ildən
bu günə qədər görülən
işlər deməyə
əsas verir ki, biz bundan sonra uğurla, inamla inkişaf edəcəyik. Bizim böyük planlarımız
vardır. Bu planların bir hissəsi artıq reallaşıb. Biz artıq
kosmosa qalxmışıq…
Biz—ulu öndərin
davamçıları onun
yolu ilə gedəcəyik, Azərbaycanı
gücləndirəcəyik, müstəqqiliyimizi qoruyacağıq”.
Ataş CƏBRAYILOV
Respublika.- 2013.- 12 may.- S. 1.