Azərbaycan Dəmir
Yolunun inkişafı ümummilli liderin adı ilə
bağlıdır
Təqribən 45 il bundan əvvəl Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın yeni tarixinin çox önəmli bir dövrü başlanmışdır. Həmin dövrdən, yəni 1969–cü ildən xalqının gələcəyini düşünən ümummilli lider dövlət idarəçiliyinin ilkin şərti kimi demişdir: “Hesab edirəm ki, gələcək uğurlarımızın rəhni birgə, fəal, səmimi çalışmağımız ola bilər”. Onun bu fikri ilə hakimiyyət və böyük dövlətçilik düstürünün əsası qoyuldu. Bu baxımdan 1969–cü ildən 2003–cü ilə qədər olan bir dövr ölkəmizin tarix salnaməsinə sosial–iqtisadi inkişafın intibah dövrü kimi daxil olmuşdur.
Bugünkü reallıqların hərtərəfli və dərindən təhlili demyə əsas verir ki, ölkəmizin müstəqilliyinin ilkin təməli də elə 1969–cu ildən qoyulmuşdur. Elə o iradəlilik, idarəçilik və qətiyyətlilik, düşüncənin və zəkanın aydınlığı 1993–cü ildə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderin son on illik fəaliyyətində özünü qabarıq formada büruzə verdi.
Bu, ilk növbədə ölkədə yaranmış xaosun, özbaşınalığın qarşısını almaqdan və sabitlik yaratmaqdan başladı. Sabitlik yarandıqdan sonra siyasi və iqtisadi islahatlar aparıldı. Onun işləyib hazırladığı, iqtisadi cəhətdən dünya təcrübəsinə söykənən və ən inkişaf etmiş dövlətlərin iqtisadi konsepsiyasına uyğun olan Azərbaycan modeli dünya iqtisadi və nəqliyyat sisteminə qovuşmaq üçün möhkəm təməl yaratmağa imkan verdi.
Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Bu gün ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim, ümummilli lider Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır.
Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün zamanlarda həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, uğurlu daxili və xarici siyasət, demokratikləşmə Azərbaycanın sosial–iqtisadi inkişafının sürətlənməsini reallaşdırdı. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969–2003–cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969–cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.
Təkcə bir faktı demək lazımdır ki, Azərbaycanın dəmir yolunda mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969–1982–ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983–1987–ci illər ərzində dəmir yolu müasir xarici texniki maşın–mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasətçi Heydər Əliyevin qayğısı ilə 1970–1987–ci illərdə ölkədən xaricdə təhsil almışdır.
Bunlar sadəcə qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasmı müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.
İyirminci əsrin 90–cı illərində ümummilli liderimiz Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan polad magistralda yaranmış gərgin vəziyyəti çox düzgün qiymətləndirdi. 18–19 iyul 1996–cı ildə Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü. Ümummilli liderimiz öz səriştəli kadr seçmək bacarığından istifadə edərək peşəkar dəmiryolçu Ziya Ərzuman oğlu Məmmədovu dəmir yoluna rəis təyin etdi. Bu dəmir yolunun tarixinə dönüş ili kimi daxil oldu.
Heydər Əliyev hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. Heydər Əliyev hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi zamanlarda milli dəyərlərə böyük önəm verərək milli kadrlarm hazırlanması işini yüksək səviyyədə həll etmişdir. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş SSRİ–nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmişdilər və onların əksəriyyəti bu gün nəqliyyatın müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər. Bütün bunlar gələcəyə hesablanmış mətin addımlar idi. Azərbaycanın indi dünyanın bütün hegemon dövlətləri ilə bir sırada dayanması, beynəlxalq qurumlara tamhüquqlu üzv olması, haqq səsimizin beynəlxalq kürsülərdən eşidilməsi də dahi şəxsiyyət Heydər Əliyev dühasının nəticəsidir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.
Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri, bu yenilikləri əks etdirən faktlara heç bir şərh vermədən onları oxucuların diqqətinə çatdırırıq.
1970–ci ildən başlayaraq şəhərətrafı qatarlar müasir tələblərə cavab verən, yeni seriyalı ER–2 tipli elektrik qatarları ilə əvəz olunmağa başlandı.
1970–ci illərdə Sumqayıt–şəhər, Sabunçu, Goran, Ağstafa, Şirvan, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Poylu stansiyalarında yeni vağzal binaları məhz o böyük şəxsiyyətin şəxsi nəzarəti altında tikilmişdir.
Konteynerlərin təmiri üzrə Keşlə vaqon deposu Zaqafqaziyada bu sahədə ixtisaslaşdırılmış yeganə müəssisədir. 1975–ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yaradılmış bu depo hazırda dəmir yolunun istismar fəaliyyətində aparıcı rol oynayaraq bütün konteyner parkının əsaslı və planlı cari təmirini həyata keçirir.
1975–79–cu illərdə Bakı elektrik dairəsində yoldəyişdirici və siqnalların mərkəzləşdirilməsi sahəsində böyük işlər görülmüşdür.
Heydər Əliyevin köməyi sayəsində Gəncə şəhərində 1978–ci ildə texnikanın son nailiyyətlərinə uyğun müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi.
1979–cu ildə sutka ərzində 60 ədəd elektrovoza texniki baxış keçirməyə imkanı olan Şirvan dövriyyə deposu tikilmişdir.
1980–ci ildə Heydər Əliyevin şəxsi təklifi nəticəsində Şirvan çeşidləmə stansiyasının tikintisinə başlanılmış 1984–cü ildə başa çatdırılmışdır.
Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal–Amur Magistralı, eləcə də Azərbaycan BAM–ı adlanan Yevlax–Balakən yolu Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilmişdir.
Heydər Əliyevin adı həmin illərdə respublika dəmir yolunun inkişafına xüsusi fikir verən bir şəxs kimi yaddaşlara həkk olunub. 1980–ci ildə başlanan tikinti və ən çətin sahədən keçən, uzunluğu 160 kilometr olan Yevlax–Balakən dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd edilməlidir. Həmin xəttin çəkilişi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər tikilmiş və 1985–ci ildə istifadəyə verilmişdir.
1970–1985–ci illər ərzində yolun daxilində və qonşu dövlətlərin dəmir yolları sərhədlərində sərnişin və yük qatarlarının kütləvi buraxılışı üçün böyük işlər aparılmışdır.
1970–1987–ci illərdə ulu öndər Heydər Əliyevin qayğısı ilə yüzlərlə azərbaycanlı gənc respublikadan kənara oxumağa göndərildi. Hazırda dəmir yolunun aparıcı sahələrində məsul vəzifələrdə çalışanların böyük bir hissəsi vaxtilə ulu öndərimiz Heydər Əliyevin xeyir–duası ilə respublikadan kənarda oxumağa göndərilən gənc mütəxəssislərdir. Onu deyim ki, həmin ərəfədə respublikadan kənarda təhsil alıb gənc mütəxəssis kimi bu gün polad magistralda çalışanların sayı 180 nəfərə yaxındır.
1981–ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refirijerator vaqon deposu tikilib istifadəyə verildi.
1996–cı ildə Şirvan, 1997–ci ildə Culfa və İmişli vaqon depoları yaradılmışdır.
Dübəndi terminalı və neftdoldurma stansiyası 1998–ci il yanvarın 4–də açılmışdır.
1997–ci ildə ilk dəfə olaraq Bakı Vaqon Deposunda vaqonların əsaslı təmiri işinə başlanılıb.
1998–ci ildə Azərbaycan Dəmir Yolunda ilk dəfə olaraq Bakı lokomotiv deposunda elektrovoz və elektrik qatarlarının əsaslı təmiri təşkil olunmuşdur.
Azərbaycan Dəmir Yolunun vaqon təsərrüfatının inkişaf illəri 1969–cu ildən sonra başlamışdır. Belə ki, 1969–cu ilədək vaqon təsərrüfatı cəmi 2 vaqon deposu və bir yuyucu–buxarlayıcı stansiyadan ibarət olduğu halda, hazırda 9 vaqon deposu və 1 yuyucu–buxarlayıcı stansiya fəaliyyət göstərir. Bundan əlavə 1998–ci ilin yanvar ayında Dübəndi stansiyasında vaqonların texniki müayinə məntəqəsi fəaliyyətə başlamışdır.
Keçmiş SSRİ respublikalarının cəmi bir neçəsində konteynerlərin təmiri üzrə depo olduğu halda, 1975–ci ildə Bakıda konteynerlərin təmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo tikilib istifadəyə verilmişdir.
Böyük öndər Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997–ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Böyük öndər hələ o vaxt demişdir: “Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin böyük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir”.
4 dekabr 1997–ci ildə Bakı–Rostov istiqamətində yeni sərnişin qatan xəttə buraxıldı. Yüksək standartlara cavab verən bu qatar dəmir yolunun daxili imkanları hesabına qısa müddət ərzində təmir olunaraq istismara verilmişdir. Kupe, plaskart vaqonlardan və vaqon–restorandan ibarət olan qatarda sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır.
Ondan sonra Kiyev, Brest, Xarkov, Həştərxan, Sverdlovsk, Sankt–Peterburq, Novosibirsk, Voronej, Lvov, Brest, Simferopol, Odessa, Saratov, Ufa, Çelyabinsk şəhərlərinə hərəkət edən sərnişin qatarları və qoşma vaqonlar hərəkətə buraxıldı.
28 dekabr 1996–cı ili bütün ölkə ictimaiyyətinin sevincinə səbəb olan Azərbaycan Dəmir Yolunun ilk firma qatarı olan Bakı–Ağstafa qatarı sərnişinlərin istifadəsinə verildi.
4 mart 1998–ci ildə Bakı–Xankəndi firma sərnişin qatarını istismara buraxıldı.
1996–cı ildən başlayan yeniləşmə prosesi sonrakı illərdə də davam etdirildi. 1999–cu ildə Bakı–Gəncə istiqamətində “Ekspres” tipli firma sərnişin qatarı sərnişinlərin istifadəsinə verilmişdir.
16 may 2001–ci ildə Azərbaycan Dəmir Yolu Sərnişin Daşıma İstehsalat Birliyi sərnişinlərə göstərilən xidmət sahəsini genişləndirərək bu günlərdə Naxçıvan–Şərur istiqamətində yeni növ sərnişin qatarını xəttə buraxmışdır.
7 mart
2002–ci ildə “Mingəçevir–Bakı” “Ekspres” tipli firma sərnişin
qatarı istimara verildi.
7 aprel
2003–cü ildə Bakı–Dərbənd (indi
Bakı–Mahaçqala)”Ekspres” qatarı sərnişinlərin
istifadəsinə verildi.
Müxtəlif
istiqamətlərə hərəkət edən sərnişin
qatarlarının sayının artması ilə əlaqədar
sərnişinlərə bilet satışının tezləşdirilməsi,
əl əməyinin yüngülləşdirilməsi,
mövcud narazılıqların aradan qaldırılması məqsədilə
1997–ci il sentyabrın 1–dən etibarən
Bakı vağzalında bilet satışı tam kompyüterləşdirilmişdir.
1999–cu ilin dekabrında bu sistem daha da təkmilləşdirilmiş
və eyni zamanda Gəncə vağzalında da tətbiq
edilmişdir.
1998–ci ildən başlayaraq Bakı lokomotiv deposunda
elektrovozlvarın və elektrik qatarlarının əsaslı
və II həcmli (qaldırma) təmiri texnologiyası təcrübəyə
tətbiq edildi.
1998–ci ildən
etibarən Biləcəri və İmişli lokomotiv
depolarında manevr teplovozlarının III həcmli cari təmirinə
başlanılmış, 1998–ci və 1999–cu illər ərzində
3 ədəd teplovoz əsaslı, 24 ədəd teplovoz isə
cari təmir edilərək istismara yararlı hala
salınmışdır.
1998–1999–cu
illərdə və 2000–ci ilin birinci rübündə 17804
vaqon depo təmirindən, 1588 vaqon əsaslı təmirdən,
35695 yük vaqonu isə cari təmirdən
buraxılmışdır.
Vaqonların keyfiyyətli təmirinə görə
Bakı vaqon təmiri zavodu kollektivinin əməyi 1996–ci ildə
Meksikanın təsis etdiyi Beynəlxalq Brilliant Keyfiyyət
Ulduzu və 1998–ci ildə isə İspaniyanın Madrid şəhərində
“Nəqliyyat üzrə Beynəlxalq Priz” nişanı kimi
yüksək mükafatlarla qiymətləndirilmişdir.
7 mart 2003–cü ildə Avropa Birliyinin qrantı
hesabına alınan 102 çən vaqonu Azərbaycan dəmiryolçuların
ixtiyarına verilmişdir.
5 aprel
1999–cu ildə Yolun Qərb istiqamətində yerləşən
Baş–Mingəçevir və Mingəçevir–şəhər
stansiyaları arasındakı 16 kilometr uzunluğu olan əsas
dəmir yolu xətti tam təmir edilmişdir.
Təhlükəli
kilometrlərin təmiri üçün 20 kilometr rels, 12,5 min
ədəd dəmir–beton və 27,5 min ədəd ağac
şpal, 41 ədəd krestovin və digər lazımi
materiallar alındı. Həmin materialların hesabına 35,5 kilometr yol əsaslı və orta təmir
edildi. Həmin dövrdə eyni zamanda 10 böyük körpü,
3 orta körpü və 2 viaduk (gediş–gəliş
körpüsü) təmir edilmiş, Moskva prospektindəki
böyük körpünün tac tikililəri dəyişdirilmişdir.
1998–1999–cu
illər ərzində yolun sağlamlaşdırılması
prosesi davam etdi və təmir olunmuş körpülərin
sayı 29–a çatdı və yolların orta bal
qiyməti 75 bal yaxşılaşdı.
1998–ci ildə “Azərdəmiryoltikintiservis” İstehsalat
Birliyinin kollektivi Bakı Lokomotiv Deposunda elektrik
maşınlarının təmiri sexinin tikintisinə
başlamış və qısa zamanda istifadəyə
verilmişdir.
1996–1997–ci
illər ərzində rabitə və işarəvermə
qurğularının təftişi keçirilmiş,
Böyük Kəsik–Ağstafa sahəsində 12 kanallı
rabitə sistemi quraşdırılmış,
Bakı–Aşqabad, Bakı–Kiyev teleqraf rabitə sistemi istifadəyə
verilmişdir. Təhlükəsizliyin təmin
olunmasını gücləndirmək məqsədi ilə
Qaradağ–Səngəçal və Şəmkir–Dəllər
sahələri avtomatlaşdırılmış qurğularla
təchiz olunmuşdur. Üç rabitə
distansiyasında rabitə xətləri tamamilə tənzimlənmişdir.
Horadiz stansiyası bərpa edilərkən qatar
dispetçeri ilə əlaqə yaratmaq üçün
birkanallı sistem və 12 elektrik xətti, Hacılı–Horadiz
arasında radioqatar və stansiyalararası rabitə sistemi
yaradılmışdır.
15 oktyabr 2001–ci ildən etibarən “TASİS” proqramı
üzrə dəmir yolunun Bakı –Böyük Kəsik istiqamətində
503 kilometr uzunluğunda fibrooptik kabelin çəkilişinə
və müasir rabitə sisteminin qurulmasına
başlanılmış və qısa zamanda başa
çatdırılmışdır.
4 yanvar 1998–ci ildə Dübəndi terminalının və
stansiyasının açılış mərasimi
keçirilmişdir. Həmin mərasimdə ümummilli lider Heydər Əliyev
iştirak etmiş, burada görülən işləri, dəmir
yolunun fəaliyyətini yüksək qiymətləndirmişdir:
“Mən bu gün burada verilən məlumatları
çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan
Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri
artıq aradan qaldırır və öz işinin keyfiyyətini
yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr
eldə edir. Bu çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan
iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə
yaratmışıq, onun maddi–texniki bazasını qurmuşuq.
Təəssüflər olsun ki, 1990–cı ildən
başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da
çox şeylər dağılıbdır, itirilibdir.
Yaxşı ki, indi bunların qarşısı
alınır. Mən indi Azərbaycan Dövlət Dəmir
Yolunda inkişafı hiss edirəm”.
Ulu öndər Heydər Əliyev 6 dekabr 1998–ci ildə dəmiryolçular
tərəfindən hazırlanmış, çadır şəhərciklərində
məskunlaşmış qaçqınlar və məcburi
köçkünlər üçün konteynerlərdən
hazırlanmış evlərə, səhiyyə, məişət
xidməti obyektlərinə, sinif otaqlarına baxmaq
üçün Keşlə stansiyasına gəlmişdir. O, dəmiryolçular qarşısında
çıxış edərkən demişdir: “Tərcümeyi–halımdan
məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində
böyümüşəm. Hələ
uşaq ikən dəmir yollarının üzərində, nə
qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm
də sevirəm. Dəmir yolu sahəsinin
Azərbaycanda dərin kökləri və böyük ənənələri
var. Dəmiryolçular həmişə çox intizamlı
olublar. Dəmir yolunun özü çox
intizam tələb edir. Keçmişdə
belə bir ənənə var idi ki, saatları həmişə
dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən
artıq dəqiq işləyən saat idi”.
18 iyul 1999–cu ildə Şirvan stansiyasında Heydər Əliyevin
respublikanın siyasi rəhbərliyinə gəlişinin 30
illiyi şərəfinə yeni məktəb binası inşa
edilmişdir.
27 oktyabr
1999–cu ildə “Azərdəmiryoltikintiservis” İstehsalat
Birliyində məcburi köçkünlər
üçün irihəcmli konteynerlərdən
hazırlanmış yaşayış evlərinin daha 20 ədədi
Biləsuvar rayonundakı 5 saylı çadır şəhərciyinə
gətirilmiş və burada yerli hakimiyyət nümayəndələrinə
təhvil verilmişdir.
Ucar rayonunun Qazıqumlaq kəndində Prezident Heydər Əliyevin
75 illik yubileyi münasibətilə yeni məktəb
binasının tikintisini başa
çatdırmışdır. 7 may 1998–ci ildə 784 şagirdin təhsil
alacağı bu müasir məktəb binasının təntənəli
açılış mərasimi keçirilmişdir.
1999–cu ildə isə Şirvan stansiyasında 645 yerlik
yeni məktəb binası tikilib istifadəyə
verilmişdir.
1999–cu ildə Bakı dəmir yolu xəstəxanasının
cərrahiyyə və terapiya şöbələri əsaslı
təmir olunaraq müasir avadanlıqlarla təchiz
edilmişdir.
Culfa stansiyasındakı xəstəxana
üçün 60 milyon manat, Naxçıvan
stansiyasındakı xəstəxana üçün 10 milyon
manat vəsait ayrılmışdır. Mövcud
çətinliklərə baxmayaraq Ağstafa stansiyasında
30 çarpayılıq xəstəxananın inşası
başa çatdırılmışdır. Eyni zamanda Gəncə, Ağstafa və İmişli
dəmir yolu qovşaqlarındakı xəstəxanalara ikinci
ehtiyat elektrik xətləri çəkilmişdir. 3 noyabr 2000–ci ildə Bakı dəmir yolu xəstəxanasının
baş korpusu əsaslı təmirdən sonra istifadəyə
verilmişdir.
2001–ci ilin fevral ayında Ucar rayonunun Quləbənd kəndi
ərazisində yeni dəmir yolu keçidi tikilərək
istifadəyə verilmişdir.
1996–cı
ildən etibarən elektrik təchizatı sahəsində bir
sıra uğurlu islahatlar aparıldı Ötən dövr ərzində
Puta stansiyasında kontakt şəbəkəsi tamamilə
yenidən qurulmuş, transformatorlar quraşdırmaq
hesabına 123 işarəvermə nöqtəsi, Znoyni (indiki
Xıdırlı) stansiyasında yarımstansiya bərpa
edilmişdir. Horadiz stansiyasında 2, 5 kilometr
uzunluğunda hava enerji təchizatı xətti bərpa
edilmiş və 250 KVA–lıq transformatorlar quraşdırılmışdır.
Enerji təchizatı qurğularının
etibarlı işləməsi üçün Keşlə
stansiyasında ikinci qida mənbəyi 400 KVA–lıq transformator
quraşdırılmış, Gəncə vaqon deposu
üçün yeni 10 KV gücündə enerji təchizatı
xətti çəkilmişdir. Azərbaycan
Dövlət Dəmir Yolunda istismar olunan yolların 62 faizi, yəni
12278 kilometri elektrikləşdirilmişdir. Əsas iş
sahələri olan Bakı–Böyük Kəsik, Bakı–Yalama,
Bakı–Osmanlı xətləri tam elektrikləşdirilmişdir.
1996–cı ildən etibarən Azərbaycan dəmir yolu
tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində
iştirak etməyə başladı. Lakin əsas
daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan
Böyük–Kəsik stansiyasına (Gürcüstanın
dövlət sərhədlərinə) qədər məsafəni
və daha sonra üçüncü dövlətlərə
çıxışı əhatə edir. Sonralar bu nəqliyyat
dəhlizi Qədim İpək Yolundan TRASEKA–dək yol
keçdi (əslinə qalsa, nəqliyyat dəhlizlərinin fəaliyyətinin
bərpa olunması işi 1994–cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə
başlanmışdır).
1998–ci il sentyabrın 7–9–də Böyük İpək
Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq
konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Bakı şəhərində keçirilmişdi. Bu mötəbər tədbirdə 13 dövlətin
və 32 beynəlxalq təşkilatın nümayəndələri
iştirak etmişdir. İki gün davam edən
konfransda Bakı bəyannaməsi qəbul edildi. Qəbul
edilən sənədlər sırasında beynəlxalq tranzit
daşınmaları haqqında Əsas Çoxtərəfli
Razılıq, həmçinin beş
texniki Əsasnamə, o cümlədən, dəmir yolu
daşımaları sahəsində əməkdaşlıq
barədə müqavilə də vardır.
Böyük öndərin qayğısı ilə bu
dövr ərzində fədakarlıq göstərən dəmiryolçuların
əməyinin qiymətləndirilməsi istiqamətində də
bir sıra işlər görülmüşdür. Belə ki, 1970–ci ildən
1988–ci ilədək üç nəfər —dəmiryolçu–maşinist
Qəzənfər Əliyev, qazançı Qənbər
Balayev və qatar tərtibatçısı Danil Bondaryov
Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada
layiq görülmüş, 21 nəfər Lenin ordeni, 241 nəfər
“Qırmızı Əmək Bayrağı”, 302 nəfər
“Şərəf Nişanı”, 27 nəfər “Xalqlar
Dostluğu”, 24 nəfər “Oktyabr İnqilabı” ordeni ilə
təltif olunmuşdur. Cəmi 843 dəmiryolçu
ordenlərlə, 380 nəfər isə medallarla təltif
olunmuşdu. Respublikanın polad magistralının
yüzlərlə işçisi SSRİ Yollar Nazirliyinin ən
ali mükafatı olan “Fəxri dəmiryolçu”
döş nişanı ilə
mükafatlandırılmışdır.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən
təməli qoyulan və möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
müasir dövrün iqtisadi islahatları respublikamıza
böyük uğurlar gətirmiş, ölkə
iqtisadiyyatının sürətli inkişafına səbəb
olmuşdur.
Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış
nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi
prosesi Prezident İlham Əliyev tərəfindən daha
intensiv şəkildə aparılır, ölkəmiz
“Bakı–Tbilisi–Qars” və “Şimal–Cənub” beynəlxalq və
regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində
aktiv iştirak edir.
Ölkə nəqliyyat sektorunun tərkib hissəsi olan
Azərbaycan Dəmir Yolu bir çox beynəlxalq təşkilatların
həqiqi üzvünə çevrildi. Belə ki, 1992–ci ildən
MDB və Baltikyanı dövlətlərin Dəmir Yolları
Nəqliyyatı Şurasının, 1993–cü ildən Dəmir
Yolları Əməkdaşlığı Təşkilatının,
1995–ci ildən Beynəlxalq Dəmir Yolları
İttifaqının üzvü olmaqla bu qurumların işində
aktiv iştirak etməyə başladı. 1997–ci ildən
başlayaraq Bakıda dəmiryolçuların bir çox
beynəlxalq forumları: MDB və Baltikyanı Dövlətlərin
Dəmir Yolu Nəqliyyatı Şurasının
yığıncağı, Tarif Konfransı, DYƏT–in Nazirlər
Müşavirəsinin Sessiyası, İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin dəmir
yolu rəhbərlərinin müşavirəsi və başqa
tədbirlər keçirilmişdir.
6 iyul
2010–cu ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010–2014–cü illərdə inkişafına dair
Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında sərəncam imzaladı. Proqramda Azərbaycan polad magistralının sürətli
inkişafını təmin edən bütün məqamlar nəzərə
alınıb. Vaqon və lokomotiv parkının yeniləşdirilməsi,
yol, elektrik təchizatı, işarəvermə, rabitə və
s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan
dəyişən cərəyana keçid, texniki vasitələrin
modernləşdirilməsi və digər mühüm vəzifələr
Dövlət Proqramının icrası üçün Tədbirlər
Planında öz əksini tapıb. Hazırda
Dövlət Proqramı sürətlə icra olunur.
Ulu öndər Heydər Əliyevin alternativi olmayan siyasəti
bu gün də davam etdirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər
Əliyev siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin
demokratik imicinin möhkəmlənməsini təmin edir.
Arif ƏSGƏROV,
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyətinin
sədri
Respublika.- 2013.- 12 may.- S. 2.