Hüquqi islahatların müəllifi

 

Azərbaycanda gedən proseslər, əldə olunmuş ictimaisiyasi sabitlik, cinayətkarlığın qarşısının sürətlə alınması–bunlar hamısı bizim böyük nailiyyətlərimizdir və bu nailiyyətlərin əldə edilməsində də hüquq–mühafizə orqanlarının hamısının, o cümlədən Azərbaycan Prokurorluğunun xidmətləri böyükdür.

Heydər Əliyev.

Prokuror” ifadəsi öz mənbəyini latın sözü olanprokurore” sözündən götürmüşdür və mənası “qayğı göstərən” deməkdir. Geniş mütaliəyə, hərtərəfli biliyə malik olan dahi rəhbərimiz Heydər Əliyev bütün fəaliyyəti boyu prokurorluğun, onun işçilərinin bu ada uyğun işləmələrinə, onun mahiyyətini doğrultmalarına çalışmış və buna yüksək səviyyədə nail olmuşdur.

Əbəs yerə deyil ki, bütün tarixi dövrlərdə Azərbaycanda cinayətkar dəstələr tərəfindən güclə, silah yolu ilə dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında, cinayətkarların yaxalanmasında, törədilmiş cinayətlərin açılmasında, cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında, ümumilikdə cinayətkarlığın qarşısının alınmasında prokurorluğun xidmətləri böyükdür.

Ümummilli lider Heydər Əliyev dəfələrlə vurğulamışdır ki, prokurorluq hüquq–mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Çünki prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaqqanun əsasında təqsirləndirilən şəxsin cinayətkar olduğunu sübut etmək üçün, yaxud da törədilmiş cinayətin məzmununu aşkar etmək üçün əsas vasitədir. Heydər Əliyev prokurorluq peşəsini hörmətli, şərəfli peşə hesab etmişdir.

Azərbaycan müstəqil dövlət kimi formalaşmağa başlayanda ölkəmiz özünün keçmiş tarixindən, ənənələrindən istifadə edərək yeni dövlət quruculuğu prosesini həyata keçirərkən müstəqil Azərbaycanın prokurorluğu da yaranırdı və inkişaf edirdi. Ümummilli liderin dediyi kimi, o ərəfələrdə bu orqanın inkişaf etməsinə xidmət göstərən hər bir Azərbaycan vətəndaşı şərəfli görürdü.

Heydər Əliyevin Azərbaycan Prokurorluğunun yaranması, inkişaf etməsi və böyük nailiyyətlər əldə etməsində əməyi danılmazdır. Bütün həyatını doğma xalqına həsr edən və ömrü boyu ona xidmət göstərən, Azərbaycan xalqını və dövlətini taleyin kəşməkəşli yollarından xətərsiz keçirərək, inkişaf müstəvisinə çatdıran, müstəqilliyimizi qoruyub saxlayaraq onu əbədi, dönməz və sarsılmaz edən, ölkəmizin gücünü və qüdrətini heyrətləndirici səviyyədə yüksəlişə çatdıran, əhalinin rifah halının yüksələn xətt boyunca inkişaf etməsinin əsasını qoyan və reallığa çevrilməsini təmin edən bu böyük insan bu gün aramızda olmasa da, fəaliyyətin hər bir sahəsində xalqımız onun əbədiləşmiş əməllərindən bəhrələnir. Dahi rəhbərimiz Heydər Əliyevin 1998–ci il noyabrın 28–də “Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluq orqanlarına verdiyi yüksək qiymətin təzahürü olan: “Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamları hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur.

2000–ci il aprelin 26–də respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündə isə ümummilli liderimizin qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrimizi əks etdirən: “Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə–işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir” tövsiyəsi hər bir prokuror işçisinin insanlarla qarşılıqlı münasibətləri və davranış üçün zəruri olan keyfiyyətləri ifadə edir. Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən böyük nemət yoxdur. Əgər azad insan müstəqil dövlətdə yaşayırsa, bu, dəyəri ölçüyəgəlməz bir xoşbəxtlikdir. Xalqımız üçün Azərbaycanda xoşbəxtliyin belə yüksək zirvəsinin fəthi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərimiz Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı xalqın, dövlətin mənafeyinə xidmət etmiş və müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı, xalqımızın rifahının yaxşılaşması, demokratiyanın inkişafı, ölkənin beynəlxalq nüfuzunun daha da yüksəlməsi üçün mümkün ola bilən hər şeyi etmişdir.

Heydər Əliyev tövsiyələrinin layiqincə yerinə yetirilməsi, işin uğurla davam etdirilməsi üçün dahi rəhbərimizin gördüyü işləri, verdiyi məsləhətləri, sadəcə olaraq, təsvir etməklə bitmir. Xatırlamaq lazımdır ki, idrakın məqsədi gözlə görünəni, müşahidə olunanı seyr edərək sadalamaq deyil, həqiqətən, mövcud olanı aşkar etmək, onun bütün xüsusiyyətlərini araşdırmaq, insanların rifahı və cəmiyyətin inkişafı naminə onlardan tam istifadə etməkdir. Obyektiv gerçəkliyin ümumidən xüsusiyə, xüsusidən təkcəyə doğru dərk edilməsinin biliklərin daha konkretliyinə, daha aydınlığına, daha hərtərəfliliyinə nail olunmasına imkan verməsini nəzərə alaraq, qeyd edək ki, prokurorluğun formalaşmasında, inkişafın bugünkü səviyyəsinə çatmasında Heydər Əliyevin rolu danılmaz bir həqiqətdir. Əsas vəzifəmiz Heydər Əliyevin fəaliyyətinin mahiyyətinə varmaq, prokurorluğun möhkəmlənməsi və nüfuzunun artması, fəaliyyətinin dünya standartları səviyyəsinə çatdırılması, kadrlarının saflaşdırılması istiqamətində gördüyü işlərin məğzini müqayisəli təhlillə cəmiyyət üzvlərinə çatdırmaqdır.

1969–1982–ci illərdə Azərbaycanın rəhbəri işləmiş Heydər Əliyev ona həvalə olunmuş yüksək səlahiyyətlərdən xalqımızın mənafeyi naminə böyük dahiyanəliklə istifadə edərək, xalq təsərrüfatının bütün sahələrində Azərbaycanı yüksəltdi. Artıq Azərbaycan və azərbaycanlılar geridə qalmış bir ölkə və millət kimi deyil, mədəniyyəti və mədəniyyət xadimləri, yüksək intellektə malik ziyalıları ilə, inkişaf etmiş sənaye və kənd təsərrüfatı ilə tanınmağa başladı. Prokurorluq həmin dövrdə totalitar rejimə xidmət etsə də, dövlət orqanları sistemində xüsusi nüfuza malik bir qurum olub. Dövlət quruculuğu, iqtisadi yüksəliş, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində Heydər Əliyev tərəfindən aparılan qlobal işlər nəticəsində ötən əsrin 70–ci illərində işçilərinin əksəriyyəti dərin nəzəri biliyə və yüksək peşəkarlıq səviyyəsinə, saf mənəviyyata malik insanlar kimi formalaşmışdı. Lakin təəssüflər olsun ki, Moskvada baş verən siyasi proseslər nəticəsində Azərbaycanda rəhbərliyə səriştəsiz adamların gəlməsi, həm ölkə başçılarının, həm də prokurorluğun teztez dəyişən rəhbərliyinin düzgün olmayan mövqeləri prokurorluq işçilərinin xeyli hissəsinin mənəviyyatca və həm də nəzəri bilik və peşəkarlıq səviyyəsi baxımından bu orqana yadlaşmasını şərtləndirdi. Getdikcə vüsət alan həmin xoşagəlməz proseslər prokurorluq orqanlarının fəaliyyətinə, onlara həvalə olunmuş funksiyaların yerinə yetirilmə keyfiyyətinə və işçilərin peşəkarlıq səviyyəsinə, tapşırılan işə məsuliyyət hissəsinə əhəmiyyətli dərəcədə mənfi təsirini göstərməyə bilməzdi. Prokurorluq orqanlarının fəaliyyətində neqativ halların cəmiyyətin tələbatı ilə uzlaşmayan yeni təzahürləri meydana çıxır, vəzifədən sui–istifadə halları getdikcə çoxalır və bu, gündəlik davranış normasına çevrilirdi.

İctimai münasibətlərdə baş verən keyfiyyət dəyişikliklərinin fəaliyyətdə çevikcəsinə nəzərə alınması reallıqla uzlaşmanın nəticəsi olmaqla, siyasiiqtisadi və sosial–mədəni həyatın bütün sahələrində müvəffəqiyyətə rəvac verir. Bu baxımdan, 1995–ci il noyabrın 12–də keçirilən referendumla müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul edilməsi dahi rəhbərimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindəndir. Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu Konstitusiyada prokurorluğa ayrıca müddəa həsr olunması prokurorluğa verilən qiymətin, onun dövlət orqanları sistemində xüsusi yer tutmasının təzahürü idi.

Ən demokratik dövlətlərin konstitusiyalarından səviyyəcə heçgeri qalmayan Azərbaycan Respublikasının Konstitusiyasında prokurorluğun fəaliyyəti, təşkili, strukturu, səlahiyyət həddi birmənalı formada öz əksini tapmışdır ki, bu da dövlət quruculuğunda, dövlətçiliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan strukturlarla əlaqədar ictimai münasibətlərin konstitusion nizamlanmasının zəruriliyi baxımından müsbət hal kimi qiymətləndirilir.

Beləliklə, digər dövlətlərdən fərqli olaraq, respublikamızda unudulmaz liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiyaya prokurorluğun fəaliyyətini, təşkilini, strukturunu və səlahiyyətlərini müəyyən edən normanın daxil edilməsi, cinayət törətmiş hakimin (“Məhkəmə və hakimlər haqqında” Qanun) Konstitusiya Məhkəməsi hakiminin (“Konstitusiya Məhkəməsi haqqında” Qanun) ancaq Azərbaycan Respublikası Baş Prokurorunun qərarına əsasən cinayət məsuliyyətinə cəlb olunması və həbs edilməsi qaydasının Konstitusiya səviyyəsində, habelə beynəlxalq ekspertlər tərəfindən dünya standartlarına uyğun hesab olunan “Məhkəmə və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” qanunlarda normalaşdırılması dahi rəhbərimiz Heydər Əliyevin böyük qayğısının təzahürüdür.

            

 

         Eynulla Qasımov,

Kürdəmir rayon prokurorunun

müavini, ədliyyə müşaviri.

 

Respublika.-2013.-14 may.-S.9.