“Azərpoçt” MMC–də məktəblilərin 42-ci beynəlxalq epistolyar inşa müsabiqəsi keçirilmişdir

 

Bu günlərdə “Azərpoçt” MMC və Təhsil Nazirliyi Ümumdünya Poçt İttifaqının xətti ilə 2012–2013–cü illər üzrə ölkəmizin məktəbliləri arasında 42–ci beynəlxalq epistolyar inşa müsabiqəsi təşkil etmişdir. Müsabiqəyə ÜPİ, “Azərpoçt” MMC və Təhsil Nazirliyi tərəfindən hər biri 1 mövzu olmaqla 3 mövzu təklif edilmişdir:

1. Kiməsə məktub yaz və izah et ki, nəyə görə su qiymətli həyat mənbəyidir (15 yaşa qədər olan məktəblilər);

2. Ana dilimiz Azərbaycan xalqının ən böyük milli sərvətidir (ulu öndər Heydər Əliyev);

3. Vətən qəhrəmanları ilə tanınır.

Müsabiqədə 40057 ədəd inşa yazısı iştirak etmişdir. Daxil olmuş bütün inşa yazıları müsabiqənin şərtlərinə görə “Azərpoçt” MMC–nin Poçt filiallarına göndərilmiş, yerli təhsil idarələrinin müəllimləri tərəfindən yoxlanılmış, hər bir mövzu üzrə 2 qalib olmaqla hər PF–dən 6 qalib inşa yazısı “Azərpoçt” MMC–yə təqdim edilmişdir. Həmin inşa yazıları Bakı Baş Təhsil İdarəsi tərəfindən bir daha yoxlanılaraq “yaxşıların yaxşısı” seçilmiş və 30 nəfər qalib müəyyən edilmişdir. ÜPİ–nin təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndərilmişdir.

Birinci yerin qaliblərinin hər birinə 100 manat məbləğində pul, fəxri fərman və kompyuter dəsti hədiyyə edilmişdir.

Cəbrayılova Çeyla Elçin qızı—”Araz” ekologiya liseyi, 291 saylı məktəbin VIII sinif şagirdi (I mövzu üzrə inşası ÜPİ–yə göndərilmiş olan qalib)

Abbaszadə Aytac Abbas qızıl—Abşeron rayonu, 2 saylı orta məktəbin VIIIb sinif şagirdi

Vaqifzadə Bəxtiyar Bəhruz oğlu—Qax şəhəri, 2 saylı tam orta məktəb liseyin XI sinif şagirdi.

Bundan başqa, II yerin qalibləri 80 manat pul mükafatı və hədiyyələr, III yerin qalibləri 60 manat, IV yerin qalibləri 40 manat məbləğində pul mükafatı, qiymətli hədiyyə və fəxri fərmanlarla təltif olunmuşlar.

 

 

Əli Sadıqov

 

Respublika.- 2013.- 12 may.- S. 8.