İqtisadi uğurlar
möhkəm təməllərə söykənir
Rəhbərlık
etdiyim zavod Azərbaycan
sənayesinin qocaman neft
maşınqayırma müəssisələrindən
sayılır. Hələ ötən əsrin 90–cı illərinin
əvvəllərində müəssisə iflic
vəziyyətində idi, işləmirdi.
Böyük bir sənaye nəhəngi səriştəsizlik
üzündən istehsal fəaliyyətini
xeyli zəiflətmiş, böhranlı bir vəziyyətə düşmüşdü.
Ancaq ulu öndər
Heydər Əliyevin yenidən xalqın təkidilə hakimiyyətə
qayıdışı bütün sahələrdə
olduğu kimi, sənaye
müəssisələrinin işinə də canlanma
gətirdi. Qəbul olunan qərarlar, sərəncamlar
və Dövlət proqramları ölkənin neft
maşınqayırma kompleksinin
inkişafında mühüm rol oynadı.
Ulu öndər Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafına daim qayğı göstərmiş, Azərbaycanımızın qüdrətli, möhtəşəm bir dövlətə cevrilməsi naminə çox müdrik qərarlar qəbul etmişdir.
Məhz ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hələ ötən əsrin 70–80–ci illərində respublikada sənaye məhsulları istehsalı xeyli artmış, sosial inkişaf sahələrində olduqca böyük nailiyyətlər əldə edilmişdir.
Həmin dövrdə milli gəlir 2,5 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır ki, bu da əvvəlki 30 ildə istehsal olunan məhsulun həcmindən xeyli cox idi.
1994–cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasıyla Azərbaycanın inkişafında yeni bir mərhələnin əsası qoyuldu. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yeni neft strategiyası həyata kecirilməyə başladı. Heydər Əliyev istər ötən əsrin 70–80–ci illərində, istərsə də müstəqil Azərbaycan dövlətinin prezidenti olduğu dövrdə öz xalqının taleyini şəxsi taleyi hesab etmiş, xalqın qəlbində həmişə əvəzolunmaz lider kimi uca zirvədə dayanmışdır. Müasir Azərbaycan tarixini ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 30 ildən artıq bir dövründə qazandığı bütün nailiyyətlərin fövqündə məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai–siyasi, iqtisadi və mənəvi tərəqqisinə, xalqımızın birliyinə nail olub.
Cəmi bir neçə ildə respublikamızda yeni tipli sənaye müəssisələri, istehsal sahələri istifadəyə verilib, on minlərlə yeni iş yerləri yaradılıb, sənayenin ixrac potensialı artıb, istehsalın maddi–texniki səviyyəsi yüksəlib. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə 70–80–ci illərdə respublikamızın həyatının bütün sahə və istiqamətlərində nəhəng işlər görülüb və möhtəşəm nailiyyətlər əldə olunub.
İnsanların yaşayış şəraitinin yaxşılaşdırılması ulu öndərimizin daim diqqət mərkəzində olmuşdur. Yeni yaşayış massivlərinin, kənd və qəsəbələrin salınması, mənzil tikintisinin geniş vüsət alması həmin illərin sürətli inkişaf dinamikasını şərtləndirən əsas amillərdəndir.
Heydər Əliyevin rəhbərliyi altında respublikamızın dinamik inkişati üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və tükənməz enerji istər ötən əsrin 70–80–ci illəri, istərsə də 1993–cü ildən sonrakı dövrü xarakterizə edən başlıca amillərdir. Qəti əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, günbəgün sistemli şəkildə artan xarici–iqtisadi əlaqələri, Avropaya, Qərb strukturlarına geniş inteqrasiyası hələ 1970–1985–ci illərdə təməli qoyulmuş güclü potensiala söykənir.
Heydər Əliyev zamanın fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Ulu öndərimizin ən böyük xidmətlərindən biri də odur ki, Azərbaycanın tarixi keçmişini bərpa edib, milli–mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət–ənənələri yaşadıb.
Bu gün biz, sənaye işçiləri, ulu öndərin tövsiyələrini, onun parlaq ideyalarını dönmədən həyata keçiririk.
Rəhbərlik etdiyim müəssisədə son illər ərzində çox ciddi yenidənqurma işləri həyata keçirilib. Keyfiyyət göstəriciləri yaxşılaşıb. Məlumdur ki, Bakı şəhərinin Baş planının tələblərinin yerinə yetirilməsi şəhərin mərkəzi hissəsindəki ərazinin ekoloji vəziyyətinin daha da sağlamlaşdırılması, habelə neft maşınqayırma kompleksinə daxil olan müəssələrin idarə edilməsinin bu günün tələblərinə uyğunlaşdırılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 aprel 2009–cu il tarixli 60 s nömrəli sərəncamına əsasən 1894–cü ildən fəaliyyətdə olan “Səttarxan adına Maşınqayırma Zavodu” TASC, 1890–cı ildən fəaliyyətdə olan “Bakı Neft–Mədən Maşınqayırma zavodu” TASC və 1897–ci ildən fəaliyyətdə olan “Bakı Maşınqayırma Zavodu” TASC birləşərək “Bakı Neft Maşınqayırma Zavodu” TASC yaradılmışdır.
Zavod əsasən neft və qaz quyularının dənizdə və quruda qazılması, istismarı, eyni zamanda əsaslı təmiri üçün neft–mədən avadanlıqları hazırlayır. Bunlar üçün işçi təzyiqi 21 Mpa, 35 Mpa, 70 Mpa və 105 Mpa, kecid diametri 50 mm; 65 mm; 80 mm və 100 mm olan siyirtmələr, göstərilən keçid diametrinə və işçi təzyiqə uyğun fontan armaturları; 124 növ müxtəlif ölçüdə və 21 Mpa, 35 Mpa, 70 Mpa, təzyiqdə kəmər başlıqlar, atqiya qarşı avadanlıqlar, plaşkalı və universal preventorlar; yükqaldırma qabiliyyəti 50, 80, 170 və 250 ton olan qazma fırlanğıcları; qazma rotorlar; manifoldlar, quyuların qazılması və təmiri üçün kompleks avadanlıqlar və müxtəlif neft avadanlıqları hazırlayır.
“Bakı Neft Maşınqayırma zavodu” TASC–də istehsal olunan neft avadanlıqlarının keyfiyyətli, konstruksiyası, təzyiqə davamlılığı, birləşmə ölçüləri və s. parametrləri dünya standartları tələblərinə uyğun olduğundan APİ–6 A, İSO–9001 Amerika sertifikatının və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “uyğunluq sertifikatının”, eyni zamanda Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ–mədən Nəzarəti Dövlət Agentliyinin “Texniki təhlükəsizlik” sertifikatı almışdır. İstehsal olunan neft avadanlıqları Azərbaycan, Rusiya, Ukrayna, Özbəkistan, Türkmənistan, Qazaxıstan və s. ölkələrin neftçilərinə göndərilir. Ötən il istehsal olunan neft–maşınqayırma avadanlıqlarının 30 faizi xarici ölkələrə göndərilib. Bu il isə bu rəqəmi 40 faizə qaldırmaq əzmilə çalışırıq.
İstehsal olunan neft avadanlıqlarının dünya standartlarına uyğunluğu və yüksək keyfiyyətini təmin etmək üçün zavodda tam yenidənqurma və bütün sahələrlə əsaslı təmir işləri aparılmışdır. Əlavə üç yüksək gərginlikli xətt çəkilmişdir. Zavoddaxili elektrik xətləri və avadanlıqları (transformatorlar, yarımstansiyalar) təzəsi ilə əvəz edilmişdir. Yeni kanalizasiya, su və qaz xətləri istifadəyə verilmişdir.
Zavodun həyətyanı sahəsini abadlaşdırmaq üçün yaşıllıq işləri aparmış, 600 ədəd gilənar ağacı, 5000 ədəd gül kolu əkilmiş, qalan sahələrə isə asfalt örtük döşənmişdir.
Sexlərin təmir işləri ilə yanaşı, metalkəsən dəzgahlar, poladəridən sobalar, döymə çəkicləri, preslər, qayçılar və s. avadanlıqlar əsaslı təmir edilərək texnoloji dəqiqliyi yoxlanaraq işə buraxılmışdır.
Mexaniki emal sexində 630 metalkəsən dəzgah, poladtökmə sexində üç ədəd poladəritmə sobası, dörd ədəd mexaniki üsulla torpaq formaların vurulması üçün maşın, altı ədəd formaları qurutma peçi, bir ədəd mexaniki emal peçi, qumu qurutma peçi və s. əlavə maşın–mexanizimlər quraşdırılmışdır. Cənubi Koreyadan 15 ədəd dəzgah alınıb. Bu il həmin ölkədən daha 50 müasir dəzgah alınacaq. Bu da yeni iş yerlərinin açılmasına 40 nəfəri işə qəbul etməyə imkan verəcək.
Bütün bu gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər ona görə mümkün olmuşdur ki, ölkəmizdə bütün sahələr kimi sənayeləşməyə böyük önəm verilir. İri sənaye müəssisələrinin işə düşməsinə, köhnələrinin yenidən qurulmasına, modernləşməsinə, rəqabət qabiliyyətli, ixracyönümlü məhsul istehsalına geniş imkanlar yaranıb.
Uzun illərdir ki, sənaye sahəsində çalışan bir mütəxəssis, mühəndis kimi bu qənaətdəyəm ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət xətti Azərbaycanı inkişafa, tərəqqiyə aparır və bu xəttin alternativi yoxdur. Bu gün bu siyasət ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü irimiqyaslı işlər öz bəhrəsini verir. Ölkədə beynəlxalq standartlar səviyyəsində, ixracyönümlü məhsul istehsal edən müəssisələr, şirkətlər fəaliyyət göstərir. Bütün bu uğurlar isə ulu öndər Heydər Əliyevin müdrik ideyalarına əsaslanır. Daim yaşayan və qalib gələn ideyalara.
Eldar Vəliyev,
“Bakı Neft Maşınqayırma
Zavodu”
TASC–nin İdarə Heyətinin sədri.
Respublika.-2013.-14 may.-S.10.