Ümummilli liderimizin ideyaları daim yaşayacaqdır

 

Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti tariximizdə müstəsna yer tutur. Heydər Əliyevin dövləti idarəetmə məktəbi, Azərbaycanın hərtərəfli və dinamik inkişafı üçün gördüyü möhtəşəm işlər, dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübut edən ən dəyərli nümunədir. Azərbaycan tarixinin Heydər Əliyev siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası naminə atılan qətiyyətli addımlar, tənəzzüldən sürətli inkişafa nail olunması ümummilli liderimizin möhtəşəm tarixi xidmətlərindəndir. Ulu öndərin rəhbərliyinin birinci dövrü tariximizə quruculuq salnaməsinin ən parlaq səhifələri kimi daxil olub. Tam əminliklə demək olar ki, respublikamızın dövlət suverenliyiiqtisadi müstəqilliyi hələ 70–80–ci illərdə təməli qoyulmuş güclü potensiala söykənir. Həmin illərdə ölkəmizin bugünü və gələcəyi üçün mühüm addımlar atılıb.

1993– ilin iyununda Azərbaycanda cərəyan edən hadisələr dövlətçiliyimizi və müstəqilliyimizi təhlükə qarşısında qoymuşdu. Ağır siyasiiqtisadi böhranla üzləşmiş ölkəmizdə vəziyyət son dərəcə çıxılmaz idi. Azərbaycan özünün ən çətin, böhranlı dövrünü yaşayırdı. Respublikamızın bir dövlət kimi mövcudluğu təhlükə qarşısında idi. Ölkəmizdə hakimiyyətsizlik, anarxiya, xaos baş alıb gedirdi. Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Xalqımız üzünü dahi oğlu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevə tutdu. Xalq yaxşı bilirdi ki, onu bu problemlərdən yalnız Heydər Əliyev dühası, şəxsiyyəti xilas edə bilər. Respublikada özbaşınalıqdan cana yığılan xalq ayağa qalxdı, əldən getməkdə olan müstəqilliyini qorumaq üçün onu təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Öz xalqının səsinə həmişə səs verən ulu öndər 1993– il iyunun 9–da ölkə paytaxtına gəldi və iyunun 15–də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tarixinin ikinci dövrü başladı. Hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Vətəndaş müharibəsinin, özbaşınalığın qarşısı alındı, qeyriqanuni fəaliyyət göstərən silahlı dəstələr birdəfəlik zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublikada ictimaisiyasi sabitlik bərqərar oldu. Qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin dinamik inkişafını təmin edəcək islahatlar həyata keçirməyə başladı.

1994– il sentyabrın 20–də dünyanın aparıcı iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. 1993–1995–ci illər müasir Azərbaycan tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması, dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi yazılmışdır. 1995–ci il noyabrın 12–də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız ölkəmizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının dövlətin ən ali məqsədi olduğunu təsbit etdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi baza yaratdı. Konstitusiyanın qəbulundan sonra ölkədə çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı və digər demokratik təsisatların yaradılması demokratik inkişaf yolunda qazanılmış ən böyük nailiyyətlərdəndir. Aparılan demokratik islahatlar ölkənin müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edirdi. Heydər Əliyev dövlət müstəqilliyinin qorunub saxlanmasını özünün fəaliyyətinin ən əsas məqsədi olduğunu vurğulayaraq demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursaolsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm, Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.

Bu gün Azərbaycanın müstəqil dövlət kimi yaşaması, bütün dünyada siyasiiqtisadi cəhətdən qüdrətli bir dövlət kimi tanınması və hörmət qazanması üçün məhz ulu öndərimizə borcluyuq. Heydər Əliyev xalqımıza möhkəm təməllər üzərində qurulmuş Azərbaycanı bəxş etdi. Onun uğurla həyata keçirdiyi islahatlar respublikamızın hərtərəfli inkişafına təkan verdi, müstəqilliyimizi əbədi və dönməz etdi.

Ümummilli liderimiz bütün sahələrdə olduğu kimi, respublikanın rabitə sahəsinin inkişaf etdirilməsi üçün böyük işlər görmüş, bu sektorun sürətli tərəqqisini təmin edən islahatlar aparmışdır. Ulu öndər yaxşı bilirdi ki, müstəqil rabitəsi olmayan hər hansı bir dövlətin iqtisadi inkişafından söhbət belə gedə bilməz. O, uzaqgörənliklə qeyd edirdi: “Müstəqil dövlətin müstəqil rabitəsi olmalıdır”. Heydər Əliyev Azərbaycanın rabitə sisteminin beynəlxalq rabitə sisteminə inteqrasiyasını təmin etmək məqsədilə 2003– ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya (İKT) üzrə (2003–2012–ci illər) Milli Strategiya” respublikanın rabitə sistemində sürətli, dinamik inkişafa səbəb oldu. Uzaqgörənliklə hazırlanmış bu mühüm sənədin ölkəmizdə geniş tətbiqi sahəsində 10 ilə yaxın bir müddətdə müasir informasiya texnologiyalarının prioritet istiqamətləri müəyyənləşdirilmiş, qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik idarəetməni təmin edəcək “elektron hökumət”in yaradılması ön plana çəkilmişdir.

Bu gün təməli Heydər Əliyev tərəfindən qoyulmuş rabitə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illər ölkə başçısı bu sahənin sürətli inkişafını təmin edən fərman və sərəncamlar imzalamış, yeni Dövlət Proqramı qəbul edilmişdir. Bunun nəticəsidir ki, Azərbaycanın rabitə sistemi dünya rabitə sisteminə uğurla inteqrasiya edib, öz inkişaf səviyyəsinə görə öncül sırada dayanır. Artıq respublikamız kosmik sənayeyə malik ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu ilin fevral ayında “Azərspace–1″ peykimizin orbitə buraxılması böyük tarixi hadisədir, dövlətimizin, onun Prezidentinin bu sahəyə göstərdiyi diqqətin məntiqi nəticəsidir ki, hər bir Azərbaycan vətəndaşı bununla qürur duyur. Təsadüfi deyil ki, cənab İlham Əliyev bütün bunları nəzərə alaraq 2013– ili Azərbaycanda “İnformasiyakommunikasiya texnologiyaları ilielan etmişdir.

Ümummilli liderimizin öz xalqı qarşısında tarixi xidmətlərindən biri milli inkişaf kursunu uğurla davam etdirə biləcək siyasi varis yetişdirməsidir. 2003– ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün ulu öndər tərəfindən deyilən bu müdrik kəlamlar özünü doğrultmuş, ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, iqtisadi artım tempinə görə dünyada lider mövqedə dayanır, dünya birliyində layiqli yer tutub. Aparılan xarici siyasi kursun nəticəsidir ki, ölkəmiz BMT–nin Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilib.

Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin ideyaları yaşayır və uğurla həyata keçirilir. Ölkə Prezidentinin sərəncamı ilə Heydər Əliyevin 90 illik yubileyinin respublikamızda böyük təntənə ilə qeyd olunması da Azərbaycan dövlətinin və xalqının əbədiyaşar böyük rəhbərə olan dərin sevgisinin, onun öz xalqı qarşısında gördüyü möhtəşəm işlərə verdikləri qiymətin, dərin hörmətin əyani təzahürüdür. Ulu öndərimizin zəngin dövlətçilik irsi, parlaq ideyaları xalqımızın yoluna daim işıq salacaqonun şah əsəri olan müstəqil, müasir Azərbaycan dövləti əbədi yaşayacaqdır.

 

 

Arif MAQSUDOV,

“Azərpoçt” MMC 2 saylı

poçt filialının rəisi.

 

Respublika.-2013.-14 may.-S.10.