İnsana diqqət və qayğı

 

Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində insan amili, ölkənin hər bir vətəndaşına diqqət və qayğı başlıca yer tuturdu.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin də bu istiqamətdə gördüyü çoxsaylı işlər, müxtəlif fərman və sərəncamların verilməsi öz xalqına, onun rifah halının daha da yüksəldilməsinə yönələn əvəzsiz töhfədir.

Şabran Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Orxan Xəlilov başçılıq etdiyi mərkəzin cari ilin ötən üç ayı ərzində fəaliyyəti ilə bağlı bizimlə söhbətinə belə başlayaraq bildirdi ki, aztəminatlı və yoxsul ailələrin problemlərinin həlli sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 7 fevral 2006–cı il tarixli sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununa əsasən 1865 nəfər sosial müavinət alana aylıq məbləği 92811,00 manat olmaqla 274434,0 manat vəsait xərcləmişdir.

Ünvanlı sosial yardım alan 790 ailəyə, ailə üzvlərinin sayı 3485 nəfərə aylıq məbləği 100485,00 manat olmaqla 301456,00 manat vəsait xərclənmişdir.

Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar radiasiya qəzasının ləğvində iştirak etmiş, həmin qəza nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətlər ödənilir.

Hesabat dövründə 14 nəfər Çernobıl əlilinin hər birinə bidəfəlik 176,00 manat olmaqla cari ilin 3 ayı ərzində 2464,00 manat birdəfəlik müavinət ödənilmişdir.

Qarabağ müharibəsi iştirakçılarına isə 22530,00 manat vəsait xərclənmişdir.

Hesabat dövründə təzə doğulan uşaqlara verilən birdəfəlik müavinətin məbləği 229 nəfərə birdəfəlik müavinət 18940,00 manat olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008–ci il tarixli 823 saylı fərmanında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə cəbhədə və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə sağlamlıqlarını itirərək əlil olan şəxslərin mərdlik və şücaətləri qeyd edilərək onların sosial müdafiəsini gücləndirmək və onlara qayğını artırmaq məqsədilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. 2013– ilin 3 ayı ərzində 85 nəfər müharibə əlilinə 21990,00 manat Prezident təqaüdü ödənilmişdir.

Rayonumuzdakı iki Milli Qəhrəman ailəsinə 3600,00 manat Prezident təqaüdü, 76 şəhid ailəsinə 14190,00 manat vəsait verilmişdir.

Sosial məişət xidməti sektorunda 31 nəfər tək, kimsəsiz, ahıl vətəndaşlarımız vardır ki, 24 nəfəri şəhər ərazisində, 7 nəfəri isə kənddə yaşayanlardır. Onların gündəlik qayğıları da diqqət mərkəzindədir.

İnsana diqqət, insana qayğı — dövlətimizin başçısı hər bir məmurdan bunu tələb edirbizim prinsipimizin əsasında elə bu durur.

 

 

Aydın TAĞIYEV

 

Respublika.-2013.-14 may.-S.11.