VƏZİFƏLƏR VƏ TÖVSİYƏLƏR UĞURLA YERİNƏ YETİRİLİR

 

Samuxda cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş yığıncaqda ölkəmizdə əldə olunmuş böyük müvəffəqiyyətlərə rayon sakinlərinin verdiyi töhfələr qeyd edilmiş, hesabat dövründə qazanılmış nailiyyətlər geniş təhlil olunmuş və qarşıda duran vəzifələr barədə ətraflı söhbət getmiş, işgüzar müzakirələr aparılmışdır.

Yığıncaqda hesabat məruzəsi ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013– ilin birinci rübünün sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən rüb ərzində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş təhlil olunmaqla ölkənin hər bir bölgəsinin sosialiqtisadi və mədəni inkişafı ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Respublikamızda sosialiqtisadi sahədə əldə edilmiş nailiyyətlərdə Samux rayonunun özünə məxsus payı olduğunu qeyd edən natiq demişdir ki, rüb ərzində bütün sahələrdə müsbət nəticələr əldə olunmuşdur. 2013– ilin birinci rübünün yekunlarının əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir. Belə ki, birinci rübdə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 15,8 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 1,2 faiz çoxdur. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalı 13,6 faiz artaraq 2,1 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 28,7 faiz artaraq 6,5 milyon manat, ticarət dövriyyəsi 33,3 faiz artaraq 6,2 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 32,1 faiz, əhalinin gəlirləri 5,4 faiz, orta aylıq əmək haqqı 4,1 faiz artmışdır.

“Azərbaycan Respublikası regionlarının 2009–2013– illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı”nda rayonda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən rayonun elektrik şəbəkələrinin yenidən qurulması, mədəniyyət və səhiyyə obyektlərinin tikintisi və əsaslı təmiri üzrə işlər istisna olmaqla digər sahələrdə işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonda aparılan geniş tikintiquruculuq və abadlıq işləri birinci rübdə də uğurla həyata keçirilmişdir. İlk növbədə qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında ötən ilin sonunda başlanmış yenidənqurma işləri yüksək sürətlə həyata keçirilmiş və hazırda son tamamlama işləri aparılır. Rüb ərzində parkda ümumi sahəsi 1400 kvadratmetr olan Heydər Əliyev mərkəzinin tikintisi tam başa çatmışdır. Mərkəzin tikintisində müasir memarlıq üslubundan və elementlərindən istifadə edilmişdir. Binanın fasadı qranit və yüksək keyfiyyətli aqlay daşları ilə işlənmişdir. Mərkəz ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponat zalından, 3D formatlı filmlərin nümayişi və digər tədbirlər üçün nəzərdə tutulmuş zaldan və xidməti otaqlardan ibarətdir. Mərkəzdə eyni zamanda rəsm qalereyası, dil öyrənmə kursu və rəqs dərnəyi fəaliyyət göstərəcəkdir. Heydər Əliyev parkında sakinlərin rahat istirahəti üçün bütün şərait yaradılmışdır. Burada kafe, çay evi, uşaqlar üçün oyun zalı, 7 ədəd istirahət köşkü inşa edilmişdir.

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda, cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2013– ilin məhsulu üçün 9540 hektar sahədə isə payızlıq səpinlər aparılmışdır. Aparılmış səpinin 5210 hektarı buğda, 3889 hektarı dən üçün arpa, 441 hektarı isə xəsil məqsədi ilə əkilmişdir. 1345 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Onlardan 179 hektarı kartof, 313 hektarı tərəvəz, 470 hektar sahədə günəbaxan, 261 hektarı çoxillik otlar, 50 hektar şəkər çuğundurus. olmuşdur. 2013–cü ilin 01 aprel tarixinə iribuynuzlu mal–qaranın sayı 20659 baş olmuşdur. Bundan ana inək camışların sayı 9998 baş, qoyun keçilərin sayı 165960 baş təşkil edir. Birinci rübdə 1103 ton diri çəkidə ət, 4635 ton süd, 2170 min ədəd yumurta istehsal olunmuşdur.

Nazirlər KabinetininBuğda istehsalçılarının maddi marağının artırılması buğda istehsalının stimullaşdırılmasına dairmüvafiq qərarına əsasən 1636 nəfər buğda istehsalçısına 193083 manat məbləğində yardım Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilmişdir. Məhsul istehsalçılarına rayon “Aqroservisfilialı tərəfindən güzəştli şərtlərlə 85 ton gübrə verilmişdir.

Əkin sahələrinin suvarma suyu ilə tam təmin olunması məqsədi ilə rüb ərzində 92 ədəd nasos, 15 ədəd elektrik avadanlıqları, 9 ədəd quyuda isə transformatorlar təmir edilmişdir. Suvarmaya xidmət göstərən subartezian quyuları tam işlək vəziyyətdə saxlanılmış nəzərdə tutulmuş işlər bütövlükdə yerinə yetirilmişdir.

Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün hesabat dövründə 13 ədəd müxtəlif güclü 10/04 kvluq transformator əsaslı, 18 ədədi isə cari təmir edilərək istismara verilmişdir. 10/04 kvluq elektrik xətlərində cari təmir işləri aparılmışdır. Fərdi abonentlərə 118 ədəd sayğac dəsti quraşdırılmış, təbii fəlakətlə bağlı Poylu şəbəkəsində yaranmış problemlər yerində aradan qaldırılmışdır.

Rüb ərzində əhali təbii qazla fasiləsiz olaraq təmin olunmuşdur. Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir–bərpa işləri aparılmışdır. Şəhərin 28 mayM.P.Vaqif küçələrində, Qarayeri qəsəbəsinin Əlikəndi yaşayış massivində, Qaraarx qəsəbəsində ehtiyac olan yerlərdə yeni qaz xətti çəkilmişdir. Hesabat dövründə 153 abonent qeydiyyata alınmış və hər bir abonent məişət qaz sayğacları və təbii qazla təmin edilmişdir. Ümumilikdə rüb ərzində 745 abonentə qaz sayğacı quraşdırılmışdır.

Məruzə ətrafında müzakirələrdə rayon maliyyə şöbəsinin müdiri Taryel Allahverdiyev, rayon elektrik şəbəkəsinin rəisi Razim Qasımov, rayon suvarma sistemləri idarəsinin rəisi Gülağa Bağırov, rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov və başqaları çıxış etmişlər.

 

 

Y.TANRIVERDİYEV

 

Respublika.-2013.-16 may.-S.5.