Keyfiyyətli suvarma məhsuldarlığı
artırır
Respublikanın hər yerində olduğu kimi, Beyləqan bölgəsi də daim inkişaf edir, insanlar gələcək firavan illərə doğru addımlayırlar. Rayonun sakinləri həmişə olduğu kimi, 2013–cü ildə də yeni qüvvə və ruh yüksəkliyi ilə yaşayır və işləyirlər. Burada kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində iri layihələr həyata keçirilir. Bu gün hər bir beyləqanlı halal əməyin və çörəyin qədrini bilən qurucu insandır. Onların sırasında torpaqları cana gətirən suvarma işçiləri də az deyil.
Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramında aqrar sahənin daha güclü inkişafını əhatə edən tədbirlər silsiləsində torpaqların meliorasiya cəhətdən yaxşılaşdırılmasına, təsərrüfatların suya olan ehtiyaclarının daha dolğun ödənilməsinə dair bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ərazilərdə yeni kollektor–drenaj şəbəkələri tikilib istifadəyə verilmiş, mövcud şəbəkələr və suvarma kanalları lildən təmizlənmiş, hidrotexniki qurğular əsaslı təmir olunmuşdur. Yuxarı Mil kanalı ilə Xan qızı kanalları arasındakı ərazidə, Şərq, Türklər, Sarısu ərazilərində, Hərami düzündə minlərlə hektarda kompleks meliorasiya tədbirləri görülmüş, həmin sahələrdən keçən kollektor–drenaj şəbəkəsi təmizlənmişdir. Hidrotexniki qurğuların böyük bir qismi təmir edilmişdir. Yeni kollektor–drenaj şəbəkəsi tikilib istifadəyə verilmiş, kanalların və şəbəkələrin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmirinə dair nəzərdə tutulmuş tapşırıqlar vaxtında icra edilmişdir. Əkinlərin suvarılmasını təşkil etmək sahəsində xeyli iş görülmüşdür. Suvarma suyunun kifayət qədər verilməsinə xüsusi diqqət yetirilmiş, su itkiyə yol verilmədən sahələrə çatdırılmışdır.
Bu tədbirlər sayəsində rayonda aqrar bölmə sürətlə inkişaf edir, xüsusilə ərzaqlıq məhsul istehsalının artımında inkişaf templəri yüksəkdir.
Beyləqan Suvarma Sistemləri İdarəsinin kollektivi bu sahədə öz işlərini yeni tələblər səviyyəsində qurmağa çalışır. İdarənin rəisi Ələmşah Məmmədquluyevlə görüşüb söhbət etdik. O dedi:
—Beyləqanlılar 2009–2013–cü illərə aid regional proqramın həyata keçirilməsində əzmlə çalışırlar. “2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən su təsərrüfatlarının inkişaf etdirilməsinə yönəldilmiş tədbirlər suçuların əmək əhval–ruhiyyəsini daha da artırmışdır.
Biz, əsasən torpaqların suvarılması ilə məşğul oluruq, yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə köməyimizi heç zaman əsirgəmirik. Gördüyümüz işlər son nəticə etibarilə kənd təsərrüfatı məhsulları istehsalının yüksəldilməsinə xidmət edir. Bu tədbirlər sayəsində rayonda aqrar bölmə sürətlə inkişaf edir, xüsusilə bitkiçilik məhsulları istehsalının artımında inkişaf templəri yüksəkdir. Həmin məhsulların istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bütün məhsul istehsalı göstəriciləri üzrə əvvəlki ilin müvafiq dövründəkinə nisbətən artım vardır.
Kollektivimiz qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə layiqli kömək göstərməyə çalışır. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin Beyləqanda səfərdə olarkən verdiyi tapşırıqlar sırasında meliorasiya sistemini inkişaf etdirmək məsələsi də mühüm yer tutur.
İdarəmizin qüvvəsi ilə cari ildə 50497 hektar ərazidə suvarma aparılması nəzərdə tutulmuşdur. 19416 hektar taxıl, 25603 hektar yoncalıq, 1368 hektar pambıq, 2112 hektar bostan–tərəvəz, 847 hektar üzümlük, 200 hektar şəkər çuğunduru və 58 hektar qarğıdalı sahəsi yüksək keyfiyyətlə suvarılmalıdır. Ayrıclar vasitəsilə sahələrə 218338 min kubmetr su verilməsi nəzərdə tutulmuşdur. İndiyə kimi əkinlərə təqribən 35350 min kubmetr su verilmişdir.
Ötən il 3 nasos stansiyasında təmir işləri görülüb, bu il isə daha 2 stansiyada əsaslı təmir aparılacıq. Yaxın vaxtlarda Əlləcəli kəndinin ərazisindəki Teymurarxda irihəcmli bərpa işlərinə başlanılacıq.
Suvarma kanallarında ilboyu lildəntəmizləmə
işləri aparılır. Bu sırada təsərrüfatdaxili kanallar da
mühüm yer tutur. Hazırda bütün su xətləri və
hidrotexniki qurğular saz və işlək vəziyyətdədir.
Əkin sahələrinin su ilə təminatı əsasən
öz axını ilə həyata keçirilir ki, bu da texniki
cəhətdən, enerjiyə və yanacağa qənaət
sarıdan yüksək səmərə verir.
Ə.Məmmədquluyev
qeyd etdi ki, bütün bu işləri görmək texniki
vasitələr, güclü nasoslar, maşın və
mexanizmlər olmadan qeyri–mümkündür. Buna görə də,
hər şeydən əvvəl, maşın–texnika
parkının komplektləşdirilməsinə diqqət
gücləndirilir. Hazırda idarənin balansında 6 işlək
ekskavator, bir neçə buldozer, maşın və mexanizmlər,
kifayət qədər digər texniki vasitələr
vardır. Sahələrdə çalışan
işçilər mobil rabitə vasitələri ilə təmin
olunmuşlar.
Mövcud
su ehtiyatlarının idarə olunması və onlardan maksimum
səmərə ilə istifadə edilməsi, torpaqların
münbitliyinin artırılması tədbirləri əlaqədar
qurumlarla birgə fəaliyyətdə daha yaxşı nəticə
verir. Rayondakı 17 sudan istifadə birliyi ilə əlaqələr
son vaxtlar daha da gücləndirilmişdir. Bağlanılan
müqavilələrdə qoyulan şərtlərə
dürüst əməl edilir, ona görə də hamı
bir–birindən razıdır.
Əlbəttə,
görülən işlər heç də asanlıqla
başa gəlmir. Meliorasiya işləri mürəkkəb
relyef şəraitində aparılır. Eyni zamanda mövcud
meliorasiya və irriqasiya, habelə suvarma texnikası və
texnologiyalarının tətbiqində xeyli yeniliklər etmək
lazım gəlir. Problemlərə baxmayaraq, suvarma
işçiləri üzərlərinə düşən vəzifələri
layiqincə həyata keçirməkdən ötrü gecə–gündüz
səylə çalışır, var qüvvələrini sərf
edirlər.
Ələmşah
müəllim sözlərini belə yekunlaşdırdı:
—Sular bizim
milli sərvətimiz, böyük xəzinəmiz, qüdrətimizin
mənbəyidir. Unutmayaq ki, əcdadlarımız ən
çətin anlarda suya and içmişlər, ona pənah gətirmiş,
ondan qüvvət almışlar. Gərək heç zaman
onların haqqını itirməyəsən, hər damcı
suyun qədrini biləsən, ondan vicdanla, səmərəli
istifadə edəsən. Onu nə qədər sevsən,
çörəyin o qədər bol olar, firavan yaşayarsan.
Süfrən dolu olanda isə dost sevinir, düşmən xar
olur.
Vaxtilə
ulu öndərimiz Heydər Əliyev bu fikirləri tez–tez təkrar
edərdi, açığını deyim ki, onun meliorasiya və
suvarma sahəsində gördüyü işlər indi də
bizim köməyimizə çatır. Biz suçular o
böyük insandan çox şey öyrənmişik.
Yaxşı başa düşürük ki,
görülmüş işlər son hədd deyildir, möhtərəm
Prezidentimizin qarşıya qoyduğu məsul vəzifələrin,
rayon rəhbərliyinin hazırladığı planların
yerinə yetirilməsində səylərimizi ardıcıl
olaraq davam etdirməliyik. Suvarma şəbəkəsinin daha
yüksək səviyyədə sahmana salınması, təsərrüfatların
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması üçün hələ
xeyli əmək sərf etmək lazımdır.
Tədbirlərin
yüksək səviyyədə və kənd zəhmətkeşlərinin
arzusuna müvafiq həyata keçirilməsində rayon icra
hakimiyyətinin başçısı Vaqif Abdullayevin,
Meliorasiya və Su Təsərrüfatı ASC–nin sədri Əhməd
Əhmədzadənin kollektivimizə göstərdikləri
daimi köməyi yüksək qiymətləndiririk.
Bahar fəsli
suvarma işçilərinin qayğılarını daha da
artırmışdır, onların boş vaxtı, demək
olar ki, yoxdur, suvarmanı yüksək səviyyədə təşkil
etməkdən ötrü mühüm işlər
görürlər. Bu yüksək fəallığa əsaslanaraq
qəti əminliklə deyə bilərik ki, kollektivin üzvləri
üzərlərinə düşən vəzifələri
uğurla həyata keçirəcək, sosial–iqtisadi
inkişafa dair Dövlət Proqramının yerinə yetirilməsinə
layiqli töhfələr verəcək, bütün meliorativ tədbirləri
daha yüksək səviyyədə aparacaqlar.
Sabir MUSTAFAYEV
Respublika.-2013.-16
may.-S.5.