DÜŞÜNÜLMÜŞ İNVESTİSİYA SİYASƏTİ HƏRTƏRƏFLİ İNKİŞAFIN MÜHÜM ŞƏRTLƏRİNDƏNDİR

 

Azərbaycan dövlətinin investisiya siyasəti ölkədə bütün təsərrüfat subyektlərinə əlverişli şəraitin yaradılması istiqamətində məqsədyönlü kompleks tədbirlərdən ibarətdir. İqtisadiyyatın çoxşaxəli və hərtərəfli inkişafına, investisiya aktivliyininistehsal prosesi effektivliyinin artırılmasına, sosial məsələlərinin həllinə yönəlib. Bu siyasi kursun əsas məqsədi – Azərbaycanın davamlı iqtisadisosial inkişafı strateji planının həyata keçirilməsini, ölkə iqtisadiyyatının dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxarılmasını, rəqabətə davamlılığı təmin etməkdir.

Şübhəsiz, respublika iqtisadiyyatının hazırkı yüksək inkişaf dinamikasını qorumaqmümkün qədər gücləndirmək məqsədilə, ölkəmizdə yaradılmış investisiyayönümlü iqtisadi mühiti daha da möhkəmləndirmək zəruridir. Çünki məhz investisiyaların cəlb edilməsi istehsalın miqyasının genişləndirilməsinə və iqtisadiyyatın yeni, keyfiyyətcə daha yüksək sosialiqtisadi inkişaf səviyyəsinə çıxarılmasına imkan verir. Əgər müstəqilliyimizin ilk illərində Azərbaycan iqtisadiyyatına əsasən xarici investisiyalar yatırılırdısa, hazırda ölkəmiz nəinki daxili investisiya qoyuluşunu (istər büdcə, istərsə də şəxsi beznesin maddi resursları hesabına) həyata keçirir, həm də qonşu ölkələrdə müxtəlif irimiqyaslı layihələrdə əsas investor və etibarlı tərəfdaş kimi çıxış edir.

Bu böyük uğurun arxasında investisiya siyasətinin həyata keçirilməsinin konkret və dəqiq işlənmiş icra mexanizmi dayanır. Belə ki, investisiyaların maliyyələşdirilməsində etibarlı mənbələrdən və metodlardan düzgün istifadə edilməsi, investisiya siyasətinin hər bir istiqamətinə cavabdeh olan qurumların dəqiq seçilməsi, investisiya bazarının fəaliyyəti üçün zəruri olan hüquqinormativ bazasının yaradılması və ən vacibi – iqtisadiyyatımıza investisiyaların cəlb edilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən həm siyasi, həm də sosialiqtisadi baxımdan əlverişli şəraitin yaradılması həlledici rol oynayır.

İnvestisiya siyasətinin maraqlı və olduqca incə bir məqamına diqqət yetirək. Sirr deyil ki, xarici transmilli kompaniyalar istənilən ölkənin iqtisadiyyatına maliyyə yatırımları etdikdə, yalnız bir məqsəd üçünmümkün qədər yüksək gəlir əldə etməyə çalışırlar. Bu gəlirin böyük hissəsi yenidən ölkənin iqtisadiyyatına investisiya formasında cəlb edilmir, həmin transmilli kompaniyaların gəliri kimi onların vətəninə, yəni xaricə axır. Nəticədə ölkə iqtisadiyyatında investisiya resursları artmır, xarici kapital isə bazardan yerli istehsalçıları sıxışdıraraq, iqtisadiyyatın bir sahəsini bütövlükdə özünə tabe edir və həmin sahə artıq xarici kapitaldan birbaşa asılı vəziyyətə düşür. Məsələn, neft sektoruna yatırılmış xarici investisiyalar bir müddət keçdikdən sonra milli iqtisadiyyatın investisiya resurslarını inhisarlaşdırır. Neftqaz sektoru, daha çox maliyyə resursları tələb edən sahə olduğundan, burada əmək resurslarına bir o qədər də tələbat yüksək deyilçox gəlirli sahə olsa da, insanların işlə təmin edilməsi baxımından iqtisadiyyatın digər sahələrindən xeyli geridə qalır. Belə vəziyyətdə işsizliyin artması, əməkhaqlarının düşməsi, yoxsulluğun artması qaçılmaz olur. Bu isə istər sosialiqtisadi, istərsə də siyasi cəhətdən çox təhlükəlidir və birbaşa ölkənin milli maraqlarına ziddir. İnvestisiya siyasətində qabaqlayıcı mexanizmlər olmalıdır ki, bu təhlükələrin qarşısı alınsın. Ölkə başçısı bu təhlükəni çox məharətlə uzaqlaşdırıb. Respublikada əhalinin sosialiqtisadi durumunu əks etdirən bir neçə rəqəmlərə diqqət yetirəndə aydın olur ki, Prezident İlham Əliyev hər bir incəliyi öncədən görür.

Nə qədər qəribə olsa da, ölkənin neft və təbii qaz kimi qiymətli karbohidrogen sərvətlərə sahib olması, hələ güclü iqtisadiyyata sahib olması demək deyil. Sirr deyil ki, həm Azərbaycanda, həm də istənilən digər neftqaz ölkəsində investorlar (o cümlədən də xarici investorlar) bir ildə neftqaz hasilatından əldə etdikləri mənfəəti iqtisadiyyatın heç bir başqa sahəsində əldə edə bilməzlər.

Ona görə də iqtisadiyyatın digər sahələrinə investisiya qoyuluşunda xarici investorlar o qədər də yüksək fəallıq nümayiş etdirmirlər. Naftqaz sektorundan fərqli olaraq, digər sahələrə qoyulan maliyyə vəsaitlərindən mənfəətin daha gec əldə edilməsi də bu məsələdə böyük rol oynayır.

Qeyd edilənləri nəzərə alaraq deməliyik ki, Azərbaycan dövlətinin iqtisadiyyatın neftdən asılılığını azaltmaq istiqamətində gördüyü böyük işlərin içərisində, ölkə iqtisadiyyatını qoruyan, onun hərtərəfli, şaxələndirilmiş inkişafını təmin edən, təkcə neftqaz sektoru deyil, həm də iqtisadiyyatın digər sahələrini investorlar üçün cəlbedici edən investisiya siyasəti mühüm yer tutur. Məhz bu sahədə dövlətin düzgün siyasəti nəticəsində Azərbayanda iqtisadiyyatın bütün sahələrinin balanslaşdırılmış inkişafına nail olmaq mümkün olmuşdur.

Ölkədə yerli investorların formalaşmasında xırda və orta biznesin inkişaf etdirilməsinin, ölkədə ixracyönümlü məhsulların istehsalının stimullaşdırılması və dünya bazarında yerli məhsulların rəqabətədavamlılığının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də xüsusi qeyd olunmalıdır. Bütün bu məqsədyönlü və kompleks tədbirlər Azərbaycanda investisiya proseslərini dövlətimizin milli maraqlarına cavab verən istiqamətə yönəltməyə imkan vermişdir. Ölkə iqtisadiyyatına yerli (dövlət və şəxsi) və xarici investisiyaların qoyuluşunda tarazlığın saxlanılması da çox vacibdir. Bu haqda ölkə başçısı cənab İlham Əliyev demişdir: “…Dövlət investisiyaları kifayət qədər böyükdür, bu il də belə olacaqdır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir. Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa onu edirlər”.

Digər çox vacib məqam da bundan ibarətdir ki, xariciyerli investisiyaların cəlb edilməsi strategiyası ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prinsipi üzərində qurulub. Bu da Azərbaycan üçün istər siyasi, istərsə də iqtisadi cəhətdən çox önəmlidir. Ona görə də Azərbaycanın dövlət investisiya siyasəti dünyada baş verən qlobal iqtisadi proseslərə adekvat olaraq daim təkmilləşir. Ölkə başçısı demişdir: “…Həyat yerində durmur, yeni məsələlər ortaya çıxır, yeni layihələr icra edilməyə başlayır və biz təbii ki, daim dəqiqləşdirmə aparırıq…”.

Ölkəmiz hazırda özünün daxili investisiya potensialını gücləndirmək üçün geosiyasigeoiqtisadi imkanlarından geniş istifadə edir. İqtisadiyyatımız innovasiyayönümlü iqtisadiyyata çevrilir, neft gəlirləri rəqabətədavamlı, çoxşaxəli və ölkənin tələbatını bütün sahələrdə təmin edə biləcək iqtisadiyyatın gücləndirilməsinə yönəldilir, yenimüasir texnologiyalar, ən müasir istehsalat vasitələri tətbiq edilir. Gələcəkdə milli iqtisadiyyatımızı daha da böyük və irimiqyaslı investisiya layihələri gözləyir. Azərbaycan dövləti və Azərbaycan sahibkarları öz maliyyə imkanları ilə ölkəmizin gələcəyini təmin etməyə hazırdır.

 

 

Emin QASIMOV

 

Respublika.-2013.-16 may.-S.1;6.