Xalqa həsr olunmuş ömür

 

Tarixi şəxsiyyətin dahiliyi onun Vətənə—doğma torpağaxalqa bağlılığı ilə ölçülür.

Müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycanı bir dövlət kimi tarixin çətin sınaqlarından böyük məharətlə çıxaran ümummilli liderimiz Heydər Əliyev fenomeninin əzəmətini dərk etmək üçün onun keçdiyi mənalı ömür yoluna, gördüyü möhtəşəm işlərə təkrar–təkrar nəzər salmaq, bu fövqəl irsi öyrənmək və təbliğ etmək vacibdir.

Heydər Əliyev ucalığını, bu şəxsiyyətin dahiliyinin sirrini ulu öndərimizin iştirakçısı və qurucusu olduğu Azərbaycanın dünəni və bugün ilə müqayisəli tarixində axtarmaq lazımdır. Ulu öndərimizin 1969–cu ildə Azərbaycanda rəhbərliyə gəlişi müasir tariximizdə, xalqımızın taleyində dönüş mərhələsinin təməlini qoydu. Ötən əsrin 60–cı illərində Azərbaycan İttifaq respublikaları içərisində axırıncı yerlərdən birini tuturdusa, 70–80–ci illərdə artıq öncül sıralarda idi. Azərbaycanın dinamik inkişafı üçün kompleks proqramlarının işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70–80–ci illərin bariz əlamətlərinə çevrildi.

Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycana mərkəzi fondlardan böyük həcmdə vəsait ayrılırdı, yeni zavodlar, fabriklər, emal müəssisələri tikilirdi. Əgər o illərdə Azərbaycanda iri sənaye infrastrukturu, xüsusən də neft sektorunda neft emalı sahəsində nəhəng qurğular yaradılmasaydı, bu gün Azərbaycanın iqtisadi potensialı belə güclü ola bilməzdi.

Qəti əminliklə söyləməliyik ki, Azərbaycanın dövlət suverenliyiiqtisadi müstəqilliyi, milli neft strategiyamızın uğurlu təməli hələ 70–80–ci illərdə güclü potensiala söykənir. Məhz həmin dövrdə keçmiş İttifaqda yeganə müəssisə sayılan Dərin Dəniz Özülləri Zavodu inşa edildi. Həyati əhəmiyyətli infrastrukturlar istifadəyə verildi ki, bütün bunlar da milli neft strategiyamızın uğurla reallaşmasına, Azərbaycanın nəhəng neftqaz ixrac edən ölkəyə çevrilməsinə imkan yaradan baza rolunu oynadı. İndi bu müəssisələr Azərbaycanın iqtisadi və sənaye potensialına güclü dəstəkdir.

Ulu öndərimiz müdrikcəsinə, böyük uzaqgörənliklə hələ 30–35 il bundan əvvəl Azərbaycanın inkişafı və tərəqqisi, insanların firavan yaşaması üçünmümkün idisə hamısını etmişdi. O, hansı vəzifə və şəraitdə işləməsindən asılı olmayaraq həmişə öz xalqı ilə birlikdə idi, onun qayğısı ilə yaşayırdı. Azərbaycan yenicə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üzləşərkən Heydər Əliyev çox mühüm bir tarixi missiyanı – müstəqilliyimizi qoruyub saxlamaq, dövlət idarəçiliyi sistemini qurmaq, Azərbaycanı qüdrətli ölkəyə çevirmək kimi çox çətin, lakin şərəfli missiyanı da uğurla yerinə yetirdi.

Bu, ulu öndərin Vətəni və xalqı qarşısında ən böyük xidmətlərindəndir. Heydər Əliyev müstəqilliyimizi xalqımızın ən böyük sərvəti hesab edirdi. Bəxtimiz onda gətirdi ki, bu tarixi şansı reallaşdıra biləcək dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidi və xahişi ilə 1993– ilin kəşməkəşli iyun günlərində Azərbaycanda hakimiyyətə qayıtdı. Bu böyük qayıdış müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi əbədi daxil oldu və xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edərək onu qorudu. O, ən çətin günlərdə xalqın və vətənin taleyinə biganə qalmadı. Azərbaycanı məhv olmaq, parçalanmaq təhlükəsindən qurtardı. Vətəndaş müharibəsinin qarşısını aldı və xalqa nicat yolunu göstərdi. Odur ki, müstəqilliyimizin həqiqi tarixi dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə xalqın və vətəninin taleyi üçün məhsuliyyəti öz üzərinə götürdüyü vaxtdan başlanır.

Heydər Əliyevin ölkəmizin zəfərlərinin sonrakı onilliklərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasının bəhrələrinin gələcək nəsilər üçün daha da əlamətdar olması naminə fədakarlıqla çalışdığını xüsusi olaraq önə çəkmək vacibdir.

Azərbaycanda həyata keçirilən siyasi, sosialiqtisadi, mədəni və mənəvi islahatların uğurlu nəticələri ölkəmizin inkişaf strategiyasının müəyyənləşdirilməsində əvəzsiz rolu olan müdrik şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərini bir daha təsdiqləyir. Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə öz ölkəsinin və xalqının daim sabahını, gələcəyini düşünmüş əməli fəaliyyətinidə bu prinsiplər əsasında qurmuşdur. Heydər Əliyev xalqımızın qəlbində özünə əbədiyaşarlıq simvolu qazanmışdır. Ulu tarix isə bu dahi şəxsiyyəti zamanın fövqünə yüksəldib. Heydər Əliyevin adı nəinki Azərbaycanda, bütün türk dünyasında əbədiləşib.

Müstəqil Azərbaycan dövlətinin bugünkü möhtəşəm uğurlarının arxasında da məhz Heydər Əliyev siyasi kursu, onun zərgər dəqiqliyi ilə işləyib hazırladığı milli neft strategiyası dayanır. 1994– ildə imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft erası başlanıb. Ötən zaman kəsiyində reallaşan Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri layihələri Azərbaycanın siyasiiqtisadi müstəqilliyinin təməl daşına çevrilərək azad, iqtisadi mexanizmlərin tətbiq edilməsi və respublikamızın dünya iqtisadiyyatına geniş inteqrasiyasını təmin edib.

Hazırda ümummilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasi kursu uğurla davam etdirir. Azərbaycan öz inkişafının daha yüksək mərhələsini yaşayır. Ölkəmiz iqtisadi artım tempinə görə dünyada ön sıralardadır. Siyasiiqtisadi qüdrətimiz daim artır. Azərbaycan dünya birliyi ailəsində öz layiqli yerini tutub.

Şirkətimiz tərəfindən bugünə kimi reallaşan çoxlu sayda layihələrdən—Heydər Əliyev Beynəlxalq Aeroportunda kompleks yenidənqurma işləri, Bakı şəhər yollarının tikintisi və təmiri, Şəmkir–Qazax avtomobil yolunun yenidən qurulması və təkmilləşdirilməsi, Gəncə Hava limanının yenidənqurulması, Lənkəran–Zaqatala və Qəbələ Hava limanlarının tikintisi, “Azalhelikopter” Aviaşirkətinin uçuş meydançalarının tikintisi və yenidənqurulması, Böyük Şor Dairəsi–Heydər Əliyev Beynəxalq Hava Limanı, Heydər Əliyev Beynəxalq Hava Limanı–Mərdəkan–Bilgəh, Bilgəh–Nardaran avtomobil yollarının yenidənqurulması və təkmilləşdirilməsi, Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 2–4 kilometr hissəsinin (Dövlət Bayrağı Meydanına gedən yol) əsaslı təmiri, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş–enmə zolağının tikintisi, Qəbələ–Ağdaş yolunun yenidən qurulması və başqalarını göstərə bilərik.

Hazırda “Bilgəh–Novxanı–Sumqayıt avtomobil yolunun və Buzovna–Mərdəkan–Qala avtomobil yolunun yenidən qurulması”, Bakı şəhəri, Heydər Əliyev Hava Limanında Yeni Aerovağzal Kompleksinin, Hava Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidən qurulması”, “Qala–Pirallahı avtomobil yolunun yenidən qurulması” işləri, habelə Serbiya Respublikasında “11–ci Koridor avtomagistral yolunun LyiqPrelina sahəsinin tikintisi” “AzVirt” MMC tərəfindən davam etdirilir. Yaxın gələcəkdə də daha böyük layihələrdə fəaliyyətimizi davam etdirmək əzmindəyik.

Rəhbərin diqqət və qayğısı sayəsində ölkəmizdə yol–nəqliyyat kompleksi tamamilə modernləşmiş, həyata keçirilən böyük infrastruktur layihələri bu sahəni dünya standartları səviyyəsinə yüksəltmişdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə bəyan edib ki, o, ümummilli liderimizin siyasi kursunu davam etdirəcəkdir, çünki məhz bu siyasət müstəqil Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxarıb. Xalqımız ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini böyük qürur hissi və təntənə ilə qeyd edir.

Azərbaycan xalqı ulu öndərimiz Heydər Əliyevin xatirəsini yad etməklə zəmanəmizin bu nadir tarixi şəxsiyyətinin ölməz ideyalarına sonsuz sədaqətini bir daha ifadə edir. Nə qədər müstəqil Azərbaycan dövləti və xalqı yaşayacaq, Heydər Əliyev də daima bizimlə olacaqdır.

 

 

Kamil ƏLİYEV,

AzVirt” MMC–nin direktoru,

əməkdar mühəndis.

 

Respublika.-2013.-16 may.-S.7.