Heydər Əliyevin müstəqil Azərbaycanda islamşünaslıq elminin inkişafına həlledici təsiri

 

“…Azərbaycanda islamşünaslıq sahəsində XX əsr, demək olar, tamam itirilmişdir. Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elmini inkişaf etdirmək lazımdır. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti və elmi–tədqiqat institutları… xüsusi təşkilatlar, orqanlarelmi mərkəzlər yaratmalıdırlar. Belə təşəbbüslər olsa, mən onları dəstəkləyəcəyəm, bunlar üçün şərait də yaradacam. Buna arxayın olun”.

 

Heydər Əliyev.

 

 

Müstəqil Azərbaycanda islamşünaslıq elminin yaranmasında və inkişaf etdirilməsində Heydər Əliyev böyük işlər görmüşdür. Ulu öndər 1998–ci ildə ölkəmizdə—Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazdamövzusunda beynəlxalq simpoziumda sözügedən çox dərin məna, məzmun və mündərəcə kəsb edən həmin tarixi nitqindən yuxarıda gətirilən sitatda ehtiva olunan fikirlə vətənimizdə müasir dövrdə islamşünaslıq elmini inkişaf etdirmək üçün qarşıya çox mühüm vəzifələr qoymuşdur.

Sözügedən sahədə respublikamızın elm və təhsil ocaqlarının qarşısına qoyulan bu məsul vəzifələr tələb edir ki, sonuncu monoteist dünya dini olan islam dini elmilik, obyektivlik, məntiqilik və dünyəvilik baxımından tədris, tədqiq və təbliğ olunsun. Həmin sahə ilə bilavasitə əsasən ictimai, humanitarsosial elmlərdən sayılan islamşünaslıq elmi məşğul olur. Bu elm islamın mənşəyini, mahiyyətini, yəni onun genezisini, fəlsəfəsini, sosiologiyasını, psixologiyasını və fenomologiyasını, daha doğrusu, bu dinin qeyriadiliyini elmilik, obyektivlik, məntiqilik və dünyəvilik müstəvisində, kontekstində oyrənir, şərh edir, izahlayır. Bu nöqteyi–nəzərdən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin din, o cümlədən xüsusilə islam dinionun əsasını təşkil edən müqəddəs Quran haqqında dediyi, söylədiyi hikmətamiz, aforizm mahiyyətli, xarakterli aşağıdakı kəlamlar diqqəti xüsusi cəlb edir.

“İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini məcburiyyətdən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir”.

İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir”.

“Qurani–Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir”.

Biz azərbaycanlılar—bu, sonradan gələcək üçün bütün nəsillərə də tövsiyə olunurheç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaqbu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq”.

“Qurani–Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar, insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”.

“Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra xalqımızın mənəvi dəyərləri çoxalıb bərpa edilmişdir”.

Əlbəttə din, islam, Quran haqqında ulu öndər Heydər Əliyevin bu qəbildən olan kəlamları çoxdur.

Bütün bunlara rəğmən qarşıya çox haqlı və təbii bir sual çıxır. Görəsən İslam dini Azərbaycana nə kimi töhfələr vermişdir? Bu suala cavabla əlaqədar olaraq aşağıdakıları bildirmək istərdik.

İslam şüuru əsasən VIII əsrdən sonra xalqımızın qədim və zəngin mifoloji, bədii–estetik, əxlaqi–mənəvi, fəlsəfi, hüquqi, iqtisadi, habelə hərbi şüuru ilə təşəkkül taparaq formalaşıb inkişaf etmişdır.

İslam şüuru yuxarıda göstərilən zamandan etibarən xalqımızın tarixi yaddaşının bərpa olunmasında mühüm rol oynamış və oynamaqdadır.

İslam şüuru yuxarıda qeyd olunan dövrdən etibarən xalqımızın milli mənlik şüurunun pozitiv istiqamətdə aparıcı istiqamətlərdən birini təşkil edir.

İslam şüuru xalqımızın milli mentalitetinin zənginləşməsində müstəqil dərəcədə xüsusi əhəmiyyətə malikdir.

Müstəqil Azərbaycan 1991–ci ildə ikinci dəfə milli müstəqillik əldə etdikdən sonra və həmin ildə İslam Konfransı Təşkilatına (indi bu beynəlxalq qurum İslam Əməkdaşlıq Təşkilatı adlanır—Ə.Q.) üzv olduqdan sonra ölkəmizin beynəlxalq nüfuzunun artmasında islam amili çox böyük və mühüm rol oynamağa başlamışdır.

Müstəqil ölkəmizdə dünyəvi, hüquqi, demokratik dövlət, humanist, sivilizasiyalı və vətəndaş həmrəyliyi cəmiyyət quruculuğunda məmləkətimizdə hüquqi əsaslarla fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav İcması, Yəhudi Sinaqoqu, Azərbaycan vətəndaşları olan dinislam ardıcılları çox fəal iştirak edirlər.

Əlbəttə, bu qəbildən olan mülahizə və real faktların sayını artırmaq da olardı.

İslam dininə və onun əsasını təşkil edən müqəddəs Qurana elmilik, obyektivlik, məntiqilik və dünyəvilik baxımından aşağıdakı tərifləri vermək istərdik.

İslam dini ümumbəşəri mənəvi dəyərlərin mühüm tərkib hissələrindən biri olan, Şərqdə sivilizasiyanın inkişafının, insan təfəkkürü və onun təkamülünün konkret bir tarixi mərhələsində meydana gələn, planetar miqyaslı sosial, tarixi hadisə və fenomendir.

Quran təkcə müsəlmanların deyil, o bütövlükdə bəşər övladının müqəddəs stolüstü kitabıdır.

…Həyat tərzi kimi səciyyələnən islam dini sülh dinidir, mehribanlıq dinidir, dözümlülük (tolerantlıq) dinidir. Təsadüfi deyildir ki, ulu öndərimiz Heydər Əliyev 1993– ildə başda məşhur “91–lər” olmaqla xalqımızın çoxsaylı, təkidli xahişi ilə Naxçıvandan Bakıya ali rəhbərliyə qayıtdıqdan sonra dinə, islama, Qurana, dinislam ardıcıllarına münasibətdə doğru, düzgün, sağlamobyektiv mövqe tutmuşdur. Bunu 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə təsdiq olunmuş Konstitusiyamızın 7, 18, 48 və 71–ci maddələrində qanunçuluqla təsbit olunmuş müddəalar da bir daha təsdiq edir. Məsələn, bu münasibətlə Konstitusiyamızın 18–ci maddəsində deyilir:

“I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır.

Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldanya insanpərvərlik prinsipinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”.

Göründüyü kimi, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan Heydər Əliyevin dövlət din münasibətlərinə aid müdrik və uzaqgörən siyasəti inkişaf etmiş ölkələrin sözügedən məsələ haqqında mütərəqqi təcrübəsinə əsaslanmışdır. Həmin siyasət bu gün müstəqil Azərbaycanda ölkəmizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu münasibətlə konkret misallar da gətirmək olar.

Təqdirəlayiq haldır ki, müstəqil Azərbaycan dini milli tolerantlıq sahəsində bütün dünyaya nümunə, örnək sayılır. Bunu son zamanlar ölkəmizdə keçirilən mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası beynəlxalq simpoziumlarda, konfranslarda, forumlarda, “dəyirmi masalarda iştirak edən xarici ölkələrin görkəmli din xadimləri də öz çıxışlarında dönə–dönə təkrar edirlər.

2009–cu ildə İSESKO–nun xüsusi qərarı ilə Bakının “İslam mədəniyyəti paytaxtı” elan olunması, şəhərimizdə islamın hər iki cərəyanına—şiəliyə və sünnüliyə xidmət edən “Təzə Pir” və “Əjdər bəy” (Göy məscid) məscidlərinin, xristian kilsəsinin, kirxanın bərpası, daha doğrusu, yenidən qurulması, tikilməsi, onların ətrafında aparılan geniş abadlıq işləri də dövlətimizin düzgün din siyasəti apardığına parlaq misallar ola bilər.

Ölkəmizdə din–dövlət, dövlət–din münasibətləri sahəsində aparılan uğurlu siyasətin həyata keçirilməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son zamanlardakı fəaliyyəti təqdirəlayiqdir.

Onu da ayrıca qeyd etmək istərdik ki, bu komitə də bilavasitə ulu öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə yaradılmışdır. Komitə müstəqil Azərbaycanda islamşünaslıq elminin banisi Heydər Əliyevin, Azərbaycan dindarlarının hamisi olan Prezident İlham Əliyevin din–dövlət siyasətinin ölkəmizdə uğurla aparılması sahəsində çox faydalı və səmərəli işlər görür. Komitənin sədri müntəzəm olaraq dövlət–din münasibətlərinə aid Bakıda və respublikanın rayonlarında təşkil olunan tədbirlərdə yüksək ixtisaslı bir mütəxəssis kimi çıxışlar edərək, dinin, o cümlədən xüsusi olaraq islam dininin, onun əsasını özündə ehtiva edən müqəddəs Quranın maarifçilik yolu ilə geniş təbliğ edilməsi istiqamətində özünün qiymətli elmi–nəzəri və əməli tövsiyələrini verib.

Dini İşlər üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə aprel ayının 12–də Şamaxı rayonunda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin toplantısı keçirilmişdir. Burada respublikamızın Şirvan zonasına daxil olan rayonlarında fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların, eləcə də fəal dinislam ardıcıllarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Dövlət–din münasibətləri və maarifləndirmə” mövzusunda ikigünlük regional konfrans keçirilmişdir. Həmin tədbirdə dövlət–din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, din, islam və müqəddəs Qurandan irəli gələn maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların Azərbaycan cəmiyyətində radikalizm, ayrı–seçkilik, terrorçuluq, mövhumat, xurafats. bu kimi mənfi halların qarşısının alınması, habelə sosial problemlərin həlli proseslərinə cəlb olunmaları məqsədilə keçirilən regional konfransda Milli Məclisin üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Şirvan bölgəsi üzrə rayonların icra strukturlarının, Qafqaz Müsəlmanları İdarəsinin, ölkə ictimaiyyətinin, dini dairələrin nümayəndələri, habelə elm adamları iştirak etmişlər.

Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirin ölkəmizdə dövlət–din münasibətlərinə müsbət təsirini diqqətə çatdırmışdır. O həmçinin qeyd etmişdir ki, ölkəmiz 1991–ci ildə ikinci dəfə milli müstəqillik əldə etdikdən sonra xalqımızın milli–mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətlənməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bilavasitə sıx bağlıdır.

Natiq sözügedən istiqamətdə ümummilli liderin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ulu öndərin həmin sahədəki müdrik və uzaqgörən siyasətinin layiqli davamçıları, ölkəmizin başçısı Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın milli–mənəvi dəyərlərimizin, dövlət–din münasibətlərinin inkişafına göstərdikləri qayğıdan, həyata keçirdikləri irimiqyaslı işlərdən danışmış, konkret inandırıcı, real faktlar gətirmişdir.

Hazırda ölkəmizdə milli və ümumbəşəri mənəvi dəyərlərin təbliği ilə məşğul olan məscidlər, kilsələr, sinaqoqlar, kirxalar, tarixi, mədəni abidələr bərpa edilir, eyni zamanda, yeniləri də tikilərək dinislam ardıcıllarının istifadəsinə verilir. Eyni zamanda hazırda respublikamızda dinşünaslığa, islamşünaslığa aid ədəbiyyatın nəşri sahəsində uğurlu işlər aparılır. Bu yaxınlarda Qafqaz Müsəlmanları İdarəsi axundimamlar üçün xütbə vəsaitləri toplusunu nəşr etmişdir. Həmin topluda dinin—islamın ayrı–ayrı problemlərinə həsr olunmuş yazılarla yanaşı, “Heydər Əliyev və milli–mənəvi dəyərlərimiz”, “Dövlətimizin milli–mənəvi dəyərlərimizə qayğısı”, “Ulu öndər Heydər Əliyevin Qafqazda İslam sivilizasiyası” adlı nitqi, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əjdərbəy məscidinin yenidənqurma və əsaslı təmirdən sonra açılış mərasimində çıxışı” və s. mövzularda yazılar da dərc olunmuşdur.

 

 

Əsədulla Qurbanov,

BDU–nun İslamşünaslıq Elmi–Tədqiqat

Mərkəzinin rəhbəri,

fəlsəfə elmləri doktoru,

professor.

 

Respublika.-2013.-17 may.-S.5.