Düşünülmüş
və məqsədyönlü siyasətin bəhrəsi
Müsahibimiz “Azneft” İstehsalat
Birliyinin baş direktoru Daşqın İskəndərovdur
—Daşqın müəllim, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, Türk dünyası ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qarşıladı. İstehsalat kollektivləri bayram ərəfəsində öz uğurları barədə hesabat verdilər. Ötənilki və bu ilin birinci rübündəki uğurlarınız barədə nə deyə bilərsiniz?
—Öncə qeyd edim ki, Azərbaycan bu gün dinamik bir ölkə kimi özünü təqdim edir. Həyatımızın hər sahəsində bu dinamika özünü göstərməkdədir. Həyat dəyişdikcə qarşıya yeni vəzifələr qoyulmaqla yanaşı, insanlarda yeni–yeni istəklər yaranır. Müstəqilliyimizin ilk illərində yaşanan durumu yada salaq. O zaman insanların ən böyük istəyi ölkədə sabitliyin, əmin–amanlığın yaradılması idi. 1993–cü ildə Azərbaycan xalqının qürur mənbəyi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xalqın sabaha ümidləri artdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin edildi, əlverişli iqtisadi mühit formalaşdı.
O zaman insanlarda Azərbaycanı daha qüdrətli, zəngin ölkə kimi görmək istəyi yarandı. Uğurlu addımlar, həyata keçirilən tədbirlər bu istəyi də reallığa çevirdi. Bunları ümumiləşdirərək deyə bilərik ki, 20 il bundan öncə Azərbaycan xalqı yeni, müstəqil Azərbaycan uğrunda mübarizə aparırdısa, artıq sonrakı illərdə qüdrətli dövlət, yüksək rifah hər bir ölkə vətəndaşının əsas arzusuna, istəyinə çevrildi. Dövlətin uğurlu siyasəti hər bir məqsədə yüksək səviyyədə nail olmağa, yeni hədəflərin ortaya qoyulmasına stimul verir. Bu gün isə müasirləşən, yeniləşən, modernləşən Azərbaycan böyük uğurları ilə dünyanın diqqətindədir.
Bugünün əsas hədəfi isə Azərbaycanı qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün bütün əsaslar mövcuddur. Bu uğurları, xalqın hər bir istəyini mövcud iqtidarın həyata keçirdiyi siyasət təmin edib. Bu gün insanlar dövlətin siyasətini dəstəkləyir, gələcəyə böyük inamla baxırlar.
Heç şübhəsiz, bu uğurların əldə olunmasında “Azneft” İstehsalat Birliyinin də öz payı vardır.
2013–cü ilin yanvar–mart aylarında “Azneft” İstehsalat Birliyi üzrə 1665000 ton əvəzinə 1694597,00 ton neft hasil edilərək plan tapşırığına 101,8 faiz əməl olunmuşdur.
İstehsalat Birliyi üzrə ilin əvvəlindən neftin satışı planı da artıqlaması ilə yerinə yetirilmiş, 1657045 ton əvəzinə 1688056,519 ton neft satılmışdır. Bu da neft satışı planının 101,9 faiz yerinə yetirilməsi deməkdir.
Qaz hasilatı tapşırığına 102,5 faiz əməl olunaraq plan üzrə 1541700 min kubmetr olduğu halda, faktiki 1580736 min kubmetr qaz hasil edilmişdir.
Qazın satışı üzrə plan 104,8 faiz yerinə yetirilmişdir. Yəni plan üzrə 1385700 min kubmetr olduğu halda, faktiki 1452521,212 min kubmetr qaz təhvil verilmişdir.
İlin əvvəlindən qazmadan İstehsalat
Birliyi üzrə 11 quyu əvəzinə fakt 10 quyu istismara
verilmişdir. Qazmadan
daxil olan 10 quyudan 5786 ton əvəzinə 10342 ton neft
alınıb, bu da plandan 4556 ton çoxdur.
2013–cü
ilin 3 ayı ərzində fəaliyyətsiz fonddan 13 quyu plana
qarşı 27 quyu bərpa edilib istismara daxil edilmişdur, nəticədə
826 ton əvəzinə 5022 ton neft alınmışdır.
İlin əvvəlindən
112 geoloji tədbirə qarşı 211 geoloji tədbir həyata
keçirilmiş və bunun hesabına 25304 ton neft (plandan
17392 ton çox) hasil olunmuşdur.
Hesabat
dövründə 724 texniki tədbirə qarşı 1018
texniki tədbir həyata keçirilmiş və nəticədə
15239,2 ton neft (plandan 4031 ton çox) hasil olunmuşdur.
Məlumdur
ki, hələ ötən əsrin 90–cı illərində
müstəqillik əldə etdikdən sonra ölkəmiz bir
sıra problemlərlə üzləşdi. O illərdə
ölkədə yaranmış qeyri–sabitlik iqtisadiyyatın bir
çox sahəsi kimi, neft–qaz sənayesini də iflic vəziyyətinə
gətirib çıxarmışdı.
Lakin ulu
öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra digər sahələrdə
olduğu kimi, neft–qaz sənayesinin inkişafında da yeni bir mərhələnin
əsası qoyuldu.
“Dünya
təcrübəsi göstərir ki, heç bir ölkə
beynəlxalq əməkdaşlıq, təcrübə
mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən
təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz”
bildirən ümummilli lider Heydər Əliyev iri xarici neft
şirkətlərinin Azərbaycana dəvət
olunmasının vacibliyini önə çəkdi. 1994–cü
ilin 20 sentyabrında dünyanın 8 ölkəsindən 11 iri
neft şirkətinin iştirakı ilə Xəzər dənizınin
Azərbaycan sektorunda “Azəri–Çıraq–Günəşli”
(AÇG) yataqlarının birgə işlənməsi və
hasilatın pay bölgüsü haqqında sazişın
imzalanması həyata keçirildi. Tarixə “Əsrin
müqaviləsi” kimi daxil olan bu sazişin imzalanması ilə
Azərbaycan MDB məkanında ilk dövlət olaraq, Xəzər
dənizində beynəlxalq əməkdaşlığın
bünövrəsini qoydu.
—Qeyd
etdiyiniz bu gərgin vəziyyətdən yalnız ulu öndər
Heydər Əliyev hakimiyyətə gələndən, neft sənayesinə
xüsusi diqqət və qayğı göstərəndən
sonra çıxmaq mümkün oldu.
—Qarşıda
duran ali məqsədlərə nail olmaq üçün, ilk
növbədə ölkə daxilində iqtisadi sabitliyin təmin
olunması vacibdir. 1992–ci ildən başlayan inflyasiya
iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin
maddi və sosial vəziyyətini getdikcə
ağırlaşdırırdı.
Birmənalı
şəkildə aydın idi ki, bu vəziyyətdən
ölkəni hərtərəfli sabitliyin bərqərar
olması ilə çıxarmaq mümkün idi. Bunun
üçün xalqın inandığı və etibar etdiyi
lider lazım idi. Xalq bu inamı və etibarı Heydər Əliyevin
timsalında gördü və onu da hakimiyyətə gətirdi.
Yalnız bundan sonra ölkə iqtisadiyyatında bazar prinsiplərinin
bərqərar olması və onun
liberallaşdırılması istiqamətində qətiyyətli
addımlar atıldı. Xüsusilə neft və qaz sənayesi
inkişafına diqqətlə yanaşmaq bu sahədə
dirçəlişə şərait yaratmaqla yanaşı,
Azərbaycanın dünya birliyində nüfuzunun bərqərar
olmasına təməl yaratdı.
—”Əsrin
müqaviləsi”nin imzalanması ilə isə neft sənayesində
yeni bir era başlandı.
—Düz
19 il bundan əvvəl, 1994–cü il sentyabrın 20–də
Bakıda, Gülüstan sarayında “Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli”
yataqlarının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında” Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ilə dünyanın 11
tanınmış neft şirkəti arasında saziş
imzalandı və həmin sənəd sonradan tariximizə “Əsrin
müqaviləsi” kimi əbədilik həkk olundu.
Bu, Azərbaycan
Respublikasının imza atdığı ilk beynəlxalq neft
anlaşması idi və ilk gündən tarixi mahiyyətinə
görə müstəqillik salnaməmizdə öz layiqli
yerini tutdu.
Saziş
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın
nurlu sabahına işıq saçan neft strategiyasının əzəmətli
təntənəsinin başlanğıc nöqtəsi oldu.
“Əsrin
müqaviləsi”ni uğurla başlayan Azərbaycan dövləti
bir çox Qərb dövlətlərinin, ilk növbədə
isə ABŞ–in Azərbaycanda iqtisadi maraqlarını
yaratmaqla onların diqqətini öz problemlərinə cəlb
edə bildi. Göründüyü kimi, Qərb dövlətləri
içərisində ən mühüm pay “Əsrin
müqaviləsində” ABŞ şirkətlərinə
ayrılmışdır. ABŞ–in “Yunokal”, “Amoko”, “Mak Dermott”,
“Ekson” kimi 5 şirkətinə üst–üstə 50% investisiya
payı ayrılmışdır ki, bu da təqribən 5 mlrd.
ABŞ dollarına bərabər idi.
“Əsrin
müqaviləsi”nin imzalanması mərasimində
çıxış edən ulu öndər Heydər Əliyev
təbrik nitqində vurğulamışdı: “Biz ötən
dövrlərdə nə qədər çox neft
çıxarsaq da, nə qədər böyük nailiyyətlər
əldə etsək də, bir həqiqəti nəzərə
çatdırmalıyıq ki, son vaxtlaradək, yəni Azərbaycanın
müstəqilliyi əldə olunan dövrədək
xalqımız heç vaxt öz təbii sərvətlərinin
şahidi olmamışdır. İndi isə biz yeni bir mərhələdə
yaşayırıq. Azərbaycan xalqı öz təbii sərvətinin
sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini
xalqımızın özü sərbəst surətdə
müəyyənləşdirir”.
Azərbaycan
neftinin dünya bazarlarına çıxarılması
üçün 1996–cı ildə Bakı–Novorossiysk, 1999–cu
ildə isə Bakı–Supsa ixrac neft kəmərlərinin
istismara verilməsinə və Bakı–Tbilisi–Ceyhan əsas
ixrac neft kəmərinin inşası ilə bağlı
sazişin imzalanmasına, beləliklə də ixrac
marşrutlarının diversifikasiyasına nail olundu. Neft–qaz
sektoru iqtisadiyyatın digər sahələrinin inkişafinda
lokomotiv rolunu oynadı.
Düşünülmüş
iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə
nail olundu və davamlı iqtisadi artımın əsası
qoyuldu, iqtisadiyyatın bütün sahələrində
islahatlara başlandı, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atıldı.
—Bu
gün “Azneft” İB–nin kollektivi ulu öndər Heydər Əliyevin
ölkənin neft və qaz sənayesi qarşısında
qoyduğu məsul və şərəfli vəzifələrin
icrasında öz missiyasını necə yerinə yetirir?
—Son illər
Prezident cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində Dövlət Neft Şirkəti
modern bir quruma çevrilmiş, neft sənayesinin maddi–texniki
bazası gücləndirilmiş, mütərəqqi
texnologiyaların tətbiqinə diqqət xeyli
artırılmışdır.
Ulu
öndər Heydər Əliyevin neft strategiyasının
icrası bu gün Azərbaycanın dövlət
başçısı, möhtərəm cənab Prezident
İlham Əliyevin rəhbərliyi altında uğurla davam
etdirilir.
Ötən
müddət ərzində görülmüş işlər,
aparılmış təhlillər, iqtisadi islahatlar
imkanlarımızı qat–qat artırmışdır.
Ümummilli liderin gərgin səyləri nəticəsində
imzalanan, “Əsrin müqaviləsi” çərçivəsində
həyata keçirilən “Azəri–Çıraq–Günəşli”,
“Şahdəniz” layihələri, regional miqyaslı
Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum neft və qaz kəmərlərinin
işə düşməsi Azərbaycanın iqtisadi
inkişafında mühüm rol oynayır.
Artıq
Azərbaycan Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyində
mühüm rol oynayır, müstəqil dövlətimizin
siyası nüfuzu ilbəil daha da möhkəmlənir.
—Problemlər,
perspektivlər, gözlənilən nəticələr barədə
də, yəqin ki, mülahizələriniz var?
—Artıq
“Azneft” İstehsalat Birliyi üzrə 2013–2015–ci illərdə
neft hasilatının stabilləşdirilməsi və
artırılması ilə bağlı Tədbirlər
Planının icrasına start verilib. Belə ki, bu müddətdə
“Günəşli” yatağında qazlift kompressor
stansiyasının tikintisi, 20 istismar quyusunun qazılması
üçün 7 saylı DDÖ–nün tikintisi, yataqdakı
6, 8, 10, 11, 13 və 14 saylı DDÖ–lərdən əlavə
yeni quyuların qazılması üçün yenidənqurma,
özüllərin qazlift istismarı üçün
abadlaşdırılması, “Darvin bankası” yatağında
8 istismar quyusunun qazılması üçün 740 saylı və
16 istismar quyusunun qazılması üçün 700 saylı
SDÖ–lərin tikintisi, “Günəşli” yatağında 20 ədəd
istismar quyusunun qazılması üçün 17 saylı
DDÖ–nün tikintisi planlaşdırılır.
“Neft
Daşları” NQÇİ–də illik neft hasilatının
artırılması məqsədi ilə bir sıra işlərin
yerinə yetirilməsi davam etdirilir. Belə ki, “Neft
Daşları” yatağında 12 istismar quyusunun
qazılması üçün 2585 saylı SDÖ–nün
tikintisi başa çatdırılıb. Hazırda 2602
saylı quyuda mənimsəmə işləri aparılır
və 2547 saylı quyuda isə qazıma işləri davam
edir. Yataqdakı 1887 saylı SDÖ–dən əlavə 4
istismar quyusunun qazılması, yenidənqurma işləri
aparılır. Bu məqsədlə 2677 saylı quyuda
qazıma işləri davam edir. Yataqda 12 istismar quyusunun
qazılması üçün 2150 saylı SDÖ–nün və
14 istismar quyusunun qazılması üçün 418 A
saylı estakadayanı meydançanın tikintisi davam etdirilir.
Bununla yanaşı, 14 istismar quyusunun qazılması
üçün 602 A və 10 istismar quyusunun qazılması
üçün 1637 A saylı SDÖ–lərin, həmçinin
8 quyunun qazılması üçün 620 A saylı
SDÖ–nün tikintisi nəzərdə tutulur.
Bütün
qüvvələrimizi səfərbər edərək
çalışacağıq ki, qarşıda duran vəzifələrin
öhdəsindən layiqincə gələk.
Müsahibəni apardı: T.ƏBDÜLƏZİZOĞLU
Respublika.-2013.-17
may.-S.7.