“Gülüstan”
sarayında üçüncü
“Bakı ürək günləri” Beynəlxalq konqresi
Dünyanın 38
ölkəsindən 100–ə yaxın kardioloq
və kardiocərrah Azərbaycanın paytaxtında
toplaşmışdır
Mayın 17–də Bakının füsunkar guşəsində yerləşən “Gülüstan” sarayında ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 3–cü “Bakı ürək günləri” Beynəlxalq konqresi öz işinə başladı.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin toplantı iştirakçılarına təbriki oxundu.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Kamran Musayev çıxış edərək vurğuladı ki, konfransda 38 ölkədən 100–dən çox kardioloq və kardiocərrah iştirak edir. Həmçinin konfransa Azərbaycandan 600 nəfər nümayəndə dəvət olunmuşdu. Bakıda ənənəvi ürək günlərinin keçirilməsi ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda ilk dəfə açıq ürək əməliyyatı 1971–ci ildə həyata keçirilmişdir. Azərbaycan o dövrdə Rusiyadan sonra bu əməliyyatı reallaşdıran ikinci ölkə olmuşdur.
K.Musayev həmçinin qeyd etdi ki, bu gün keçirilən konqresin əsas məqsədi ölkəmizdə kardiologiyanın və ürək–damar cərrahiyyəsinin inkişafına töhfə vermək, Azərbaycan həkimlərinin qazandıqları uğurları dünyaya göstərmək və xarici mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaqdır.
Konqresdə azərbaycanlı həkimlər xarici ölkələrin tanınmış mütəxəssisləri ilə kardiologiya sahəsindəki problemlər və ən son nailiyyətləri müzakirə edəcəklər. Konqresin ilk iş günündə keçiriləcək 16 sessiyada yerli və xarici mütəxəssislərin 50–yə yaxın məruzəsi dinləniləcəkdir.
“Bakı ürək günləri” 3–cü Beynəlxalq konqresində ilk müsahibimiz Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi, professor Sabir Əliyev oldu. O, bir elm adamı kimi Bakıda belə bir mötəbər konqresin keçirilməsindən məmnun qaldığını bildirdi. Vurğuladı ki, ölkəmizdə ulu öndərimiz Heydər Əliyev tərəfindən aparılan səhiyyə islahatı bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Fərəhli haldır ki, keçirilən tədbirdə dünyanın tanınmış kardioloqları və kardiocərrahları iştirak edirlər. Şübhəsiz ki, 3 gün davam edəcək konqres kardiologiyanın inkişafına təkan verəcəkdir. Fürsətdən istifadə edərək Azərbaycan Ürək–Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərini yüksək dəyərləndirirəm.
Konqresdə Topçubaşov adına Elmi–Tədqiqat Cərrahiyyə İnstitutunun direktoru akademik Böyükkişi Ağayev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Akçurin Renat Süleymanoğlu, türkiyəli həkim, professor Ali Gürbüz çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Bakı ürək günləri” 3–cü Beynəlxalq konqresinin Bakıda keçirilməsindən məmnun qaldıqlarını bildirdilər.
ABŞ–ın Mayo Klinikasının cərrahi direktoru Riçard Dali bildirmişdir ki, artıq ənənəyə çevrilmiş və bu dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş belə yüksək səviyyəli konqresdə iştirak etdiyimə görə çox şadam.
ABŞ–ın Mayo Klinikası və Azərbaycanın Mərkəzi Klinik Xəstəxanası arasında təcrübə mübadiləsi məqsədilə əməkdaşlıq əlaqələri yaradılmışdır.
İki il bundan əvvəl Bakıda səfərdə olmuş direktor bu müddətdə şəhərimizin daha da gözəlləşdiyini və inkişaf etdiyini xüsusi vurğulamışdır.
Biz nahar fasiləsində olarkən KİV nümayəndələrinin əhatəsində olan və dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan mütəxəssislərlə görüşüb söhbət etdik. Onların ürək sözlərini qələmə aldıq.
Dəniz Seçgin Türkiyə, İstanbul
şəhəri
—İlk öncə türk dünyasının sevimlisi
Heydər Əliyevin belə bir fikrini xatırlamaq istərdim: “Bir
dövlət, iki millət”. Bu gün keçirilən
konqresdə Azərbaycan və türk
xalqlarının monolit birliyini
görür və yaxından hiss edirəm. Bakı, nəğməli Xəzər
sahilləri nə qədər gözəldir, paytaxt
başdan–başa
gül–çiçəyə qərq olmuşdur.
Bunu görən insanların ürəyi
necə sevinməsin? Konqresin bir nümayəndəsi kimi
ürək damar cərrahiyyəsi ilə
bağlı Bakıda keçirilən tədbir, şübhəsiz
ki, ürək–damar xəstəliklərinin
profilaktikasında mühüm rol oynayacaqdır.
Vani Aker
Hindistan,
Kardioloq
—Azərbaycanla
Hindistanın musiqi, mədəniyyət və digər sahələrdə
milli adət–ənənələrində oxşarlıq
mövcuddur. Mən bir həkim kimi Azərbaycan musiqisini, xüsusilə muğamını
çox sevirəm. Cəsarətlə deyə bilərdim ki, ürəkdən əziyyət çəkən
çox insanlar Bakıya, Xəzər sahillərinə qonaq gəlsələr, buradakı
ab–hava, insanların mehribanlığı ürəklərinə
məlhəm gətirər.
Ürək–ürəkdir, gərək onu
qoruyasan, onu mənəvi qida ilə zənginləşdirəsən.
Mən Bakıda ürək günləri tədbirindən
xoş təəssüratla
ayrılacağam.
Bu ənənəvi tədbir
neçə–neçə insanın
sağlamlığının bərpasında müstəsna
rol oynayacaqdır. Ulu Tanrı Bakıya yenidən dönməyi mənə qismət etsin, bir sözlə,
ürəyimi Bakıda
qoyub gedirəm…
—Bakı Avropanın
ən gözəl şəhərlərindən birinə
çevrilmişdir. Abadlıq, quruculuq
işləri yüksək
səviyyədədir. Azərbaycan səhiyyəsi yüksək
səviyyədədir. Xüsusilə ölkədə yeni–yeni səhiyyə ocaqlarının inşasını,
kadr potensialının
güclənməsini yüksək
dəyərləndirirəm. “Bakı ürək
günləri” Beynəlxalq
konqresi çox yüksək səviyyədə
təşkil olunmuş,
nümayəndələr üçün
hər cür şərait yaradılmışdır.
3–cü “Bakı ürək
günləri” Beynəlxalq
konqresi öz işini davam etdirir.
Qədir ASLAN,
əməkdar jurnalist.
Respublika.-2013.-18 may.-S.5.