Ümumxalq məhəbbəti qazanmış böyük insan

 

Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyev liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının zirvəsində duran nəhəng şəxsiyyət idi. Heydər Əliyev təkcə öz ömrünün müdriklik zirvəsinə yox, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsinə ucalmışdı. Bu zirvədən yalnız bu nəhəng insanın yaşadığı illər deyil, xalqın dünəni, bugünü və sabahı görünür. Ona görə də bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi son əlli illik Azərbaycan tarixinin mərhələləri ilə üst–üstə düşür. Odur ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Ümumiyyətlə, böyük şəxsiyyətləri tarix, zaman özü yetişdirironlar öz əməlləri ilə tarixi yaradır, zənginləşdirir və dəyişdirirlər.

Dünya siyasəti meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz–tükənməz enerjisi xalqı daim yaradıcılıq uğurlarına ruhlandırmışdır.

1969–cu ildə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlişi Azərbaycan dövlətçiliyi və tarixi üçün böyük rol oynadı. Bununla xalqımızın həyati problemlərinə, taleyüklü məsələlərinə yeni ideoloji, konseptual və fəlsəfi yanaşmaların əsası qoyuldu. Ölkədə olduqca mühüm proseslər başlandı. Əslində, Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəruri olan əsasları ictimaisiyasi, sosialiqtisadi, mədəni–mənəvi potensial yaradılmış, milli kadr problemləri həll edildi.

Azərbaycanda milli şüurunmilli özünüdərkin bütün formalarının yüksək vüsət almasına imkan verən sürətli inkişaf strategiyasının seçilməsi, uğurla həyata keçirilməsi də dahi Heydər Əliyevin adı ilə bağlıdır. İstehsal, elm, mədəniyyət, Azərbaycan dilinin inkişafı sahəsində əldə edilmiş tərəqqi milli ruhun yüksəlməsinə, milli özünüdərkin və milli qürurun inkişafına, gələcəkdə müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edən uzaqgörən planın tərkib hissələri olmuşdur. Buna hazırlıq mərhələsi 70–80–ci illəri əhatə etmişdir. Həmin mərhələnin əsas məqsədi Azərbaycanda hərtərəfli iqtisadi, siyasi, sosial–mədəni inkişaf zəminində xalqın mübarizlik ruhunu və əzmini gücləndirmək, onu gələcək çətinliklərə hazırlamaq idi.

Təəssüf ki, bu proses müntəzəm, fasiləsiz xarakter ala bilməmiş və respublikamız üçün olduqca məsuliyyətli, taleyüklü bir məqamda Azərbaycan rəhbərliyində sözün tam mənasında güclü şəxsiyyətin, ümummilli liderin olmaması ölkəmiz və xalqımız üçün olduqca ağır nəticələrə gətirib çıxarmışdır.

Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, respublikanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, ölkə əhalisinin rifahının və təhlükəsizliyinin təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar düşünülmüş, ardıcıl, məqsədyönlü daxilixarici siyasətin həyata keçirilməsini, bu məqsədlə ölkənin intellektualsosialiqtisadi potensialından, ictimaisiyasi qüvvələrındən səmərəli istifadə olunmasını tələb edirdi.

Lakin ölkənin siyasi həyatında cərəyan edən hadisələr, hakimiyyət uğrunda silahlı mübarizə, hakimiyyətlərin birbirini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə və onun sonrakı taleyinə çox ağır zərbələr vurdu. Azərbaycanın bu gün də həllinə nail ola bilmədiyi ən ağrılı problemlərimiz məhz həmin çoxhakimiyyətlilik və ondan sonrakı hakimiyyət çəkişmələri dövründə yaranmışdır,

Azərbaycanda müstəqil dövlət quruculuğu ardıcıl və məqsədyönlü proses olaraq, əslində 1993– ildə ulu öndərimizin hakimiyyətə qayıdışından sonra, xüsusilə oktyabr ayından başlanmışdır. Həmin tarixdən başlayaraq Azərbaycanda əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərilmişdir. Dövlətçilik üçün ciddi təhlükə törədən silahlı birləşmələr ləğv edildikdən və dövlət orqanlarında müəyyən idarəçilik təcrübəsinə maiik olan adamların bilik və qabiliyyətindən optimal surətdə istifadə olunduqdan sonra daxili sabitlik dövrü başlandı ki, bu da quruculuq işləri üçün ilkin zəruri şərait yaratdı.

Gənc, müstəqil dövlətin keçdiyi inkişaf yolunun zaman baxımından mərhələləri ilə dövlət quruculuğunun istiqamətləri arasında sıx dialektik əlaqə vardır. Təbii ki, dövlət quruculuğu heç də sadəcə dövlət idarəçilik orqanlarının formalaşması ilə başa çatmır. Sözün geniş mənasında müstəqil dövlətin qərarlaşması onun öz maraqlarına və beynəlxalq siyasi reallıqlara uyğun müstəqil xaricidaxili siyasət xəttinin formalaşmasını, uzunmüddətli proqnoz əsasında müəyyənləşmiş inkişaf strategiyasının yaradılmasını və həyata keçirilməsini nəzərdə tutur.

Azərbaycanda demokratikləşmə, hüquqi dövlət quruculuğu öz xüsusiyyətləri ilə fərqlənir desək, səhv etmərik. Ölkəmizdə aparılan hüquqi islahatlar ciddi konsepsiyaya söykənir və onun əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, eyni zamanda Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanır. Hüquqi islahatların konsepsiyası azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüqüq və azadlıqlarının müdafiəsinə təminat yaratmışdır.

1995–ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətin hüquqi əsaslarını müəyyən etdi, hüquqi dövlətə, vətəndaş cəmiyyətinə doğru cəsarətli və qətiyyətli addım oldu. Konstitusiyamızı tamamilə haqlı olaraq insan hüquqları manifesti adlandırmaq olar. Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, 10 minlərlə insanı əhatə edən amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması Azərbaycanın böyük nailiyyətidir.

Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin müqəddəs ideyaları artıq neçə illərdir ki, bu siyasi kursun ən layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Prezidentin amalı, əqidəsi və ən başlıca məqsədi xalqa, dövlətə sədaqətlə xidmət etmək, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına nail olmaqdır. Dövlətimizin sosialiqtisadi, ictimaisiyasi, mədəni həyatında misilsiz dəyişikliklər baş vermişdir. Bundan ötrü Azərbaycan regionlarının 2004–2008–ci illərdə sosialiqtisadi inkişafına dair Dövlət Proqramının həyata keçirilməsinin yekunlarına diqqət yetirmək kifayətdir. Bu illər ərzində iqtisadiyyatın inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni yerlərinin yaradılması, şəhər və kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində möhtəşəm nailiyyətlər qazanılmışdır.

2009–2013 – illər əhatə edən II regional inkişaf Dövlət Proqramı da əvvəlki təməl üzərində sürətli irəliləyişi təmin edən tarixi sənəddir. Burada əsas diqqət dinamik inkişafın davam etdirilməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, abadlıq və yenidənqurma işlərinə daha geniş vüsət verilməsinə, yoxsulluğun aradan qaldırılmasına, təhsilin, səhiyyənin, mədəniyyətin tərəqqisinə yönəldilmişdir. Cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, qeyrineft sektorunun inkişaf etdirilməsi qarşıdakı illərdə prioritet olacaq, əhalinin sosial rifah halının yüksəldilməsi davamlı şəkildə aparılan islahatların əsas mahiyyətini təşkil edəcəkdir. İndi ən ucqar yaşayış məntəqələrində yeni Dövlət Proqramının müddəalarının yerinə yetirilməsinə başlanılmışdır. Elə bunu rəhbərlik etdiyim idarənin timsalında da görmək mümkündür. Hələ 1933– ildə yaradılmış Ağdaş rayonunun Kürqırağı ərazisi kəndlərinə xidmət göstərən Pirəzə Mexaniki Suvarma İdarəsi ulu öndərin hakimiyyətə gəldiyi 70–80–cı illərdə tamamilə yenidən qurulmuş, idarənin madditexniki bazası möhkəmləndirilmişdir.

9650 hektar əraziyə, 11 kəndə xidmət göstərən idarəmizin melioratorlarının səyi nəticəsində, rayonda ərzaq bolluğunun yaradılması yolunda xeyli işlər həyata keçirilir. Son illərin ən uğurlu tədbirlərindən biri kimi rayonun Kotavan–Xınaxlı kəndlərinin əkin sahələrinin suvarılması üçün Türyançay çayından 11 kilometrlik suvarma kanalının çəkilməsi xüsusi qeyd olunmalıdır. Həmçinin Meliorasiyasu Təsərrüfatı ASC–nin gündəlik qayğısı ilə 4 ədəd üzən nasos stansiyası tam təmir edilmiş, Kür çayı boyunca yerləşən kəndlərin su təminatını daha da yaxşılaşdırmaq məqsədilə 2 pilləli nasos stansiyalarının quraşdırılmasına başlanılmışdır.

Bütün bu və digər uğurları məhz ulu öndərimizin düzgün siyasətinin sayəsində əldə etmək mümkün olmuşdur.

Əminliklə söyləmək olar ki, vətənimizin tərəqqisi yolunda keyfiyyətcə yeni mərhələ də uğurla keçiləcək, müstəqil dövlətimiz çiçəklənəcəkdir.

 

 

İlham Əliyev,

Ağdaş rayon Pirəzə Mexaniki

Suvarma Sistemləri İdarəsinin rəisi.

 

Respublika.-2013.-18 may.-S.7.