Bakı metropoliteni: Dünəni,
bugünü, sabahı
Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi günlərində onun gördüyü böyük, əzəmətli işlər minnətdarlıq hissi ilə xatırlanır, yada salınır, anılır. Şəhərimizin arteriya damarı olan, böyük strateji əhəmiyyət daşıyan Bakı Fotometropoliteninin tikintisi, inkişafı, perspektivi də Heydər Əliyevin gördüyü nəhəng, əzəmətli işlər cərgəsindədir. “Metro Bakı üçün böyük bir nemətdir, böyük bir sərvətdir”—deyən ulu öndərin Bakı metropoliteninin bugünkü səviyyəyə çatmasında müstəsna xidmətləri olmuşdur. Onun rəhbərliyi dövründə metropoliteninin 14 stansiyası tikilib istifadəyə verilmişdir. Milyonlarla insanın rahatlığı üçün görülən bu işlər bu gün minnətdarlıq, şükranlıq hissi ilə yad edilir, şəhər əhalisinin bir çoxu hörmət, ehtiram, minnətdarlıq əlaməti olaraq ulu öndərdən yadigar qalan Bakı metropoliteninə Heydər Əliyevin adının verilməsini arzu edirlər.
Heydər
Əliyev adına Bakı metropoilteni. Düşünürük ki, inkişaf edən,
böyüyən, sabahlara addımlayan doğma Bakı
metropolitenimiz həm də ulu öndərin arzularını
sabahlara aparacaq.
Tarixi insanlar yazır. Gəlin, biz də real
gerçəkliyə söykənən tariximizi gerçəkcəsinə
yazaq, halal haqqı olana halal haqqını verək.
Bakı metropoliteninə Heydər Əliyevin
adının verilməsi arzusu da bu halal arzudan, halal haqdan
doğur.
Ötən əsrin əvvəllərində fantastik əsərləri
ilə dünyada şöhrət tapmış Herbert Uels
İngiltərədə “Zamanın maşını”
romanını çap etdirdi. Böyük oxucu
auditoriyası qazanmış bu əsər öz müəllifinə
şöhrət gətirməklə yanaşı,
böyük mübahisələrə səbəb oldu. Müasirləri tərəfindən zülmət
dolu antiutopiya adlandırılan bu fantastik roman gələcək
üçün həm də çox dəqiq futuroloji proqnoz
verə bilmişdi.
Təəccüb doğursa da, Uels çox dəqiqliklə
bildirmişdir ki, bəşəriyyət inkişaf etdikcə,
insan yerin dərin qatlarına baş vuracaq, Günəş
işığı düşməyən sehrli bir dünya
yaradacaqdır.
Romanda yazıldığı kimi, min illərdən
sonra yox, bir neçə onilliklərdən sonra böyük
yazıçının arzuları həqiqətə
çevrildi. Onun özünün
sağlığında dünyanın bütün iri şəhərlərində
insanlar öz imkanları daxilində yer altında yeni dünya
qurdular, xəyalları həqiqətə çevirdilər.
İkinci Dünya müharibəsində gecə–gündüz
işləyən yeraltı hərbi zavodlar heç kəsin təəccübünə
səbəb olmadı. Neft anbarları,
yeraltı rabitə mərkəzləri, gizli laboratoriyalar,
maşın dayanacaqları, yeraltı kinoteatrlar, dövlət
əhəmiyyətli çoxlu sayda məxfi mərkəzlər—bütün
bunlar günümüzün reallıqlarıdır.
Amma metro
qədər şəhərlərin gündəlik həyatına
daxil olan, az qala simvola çevrilən
ikinci nəqliyyat vasitəsi, demək olar ki, yoxdur.
Bircə anlığa gəlib–gedənlərlə birgə
4 milyonluq şəhərimizi metropolitensiz təsəvvür
edək.
Yollarda yaranmış tıxaclar, keçidlərdə insan dənizi,
baş verən yol qəzaları, məktəblərə, xəstəxanalara,
bağçalara, elm–təhsil ocaqlarına tələsən
yüz minlərlə insanların əzab–əziyyətləri,
sarsıntıları, yaşantıları…
Bəs böyük şəhərlərin arteriya
damarları olan metropolitenin tarixi hardan başlayır?
XIX əsrin ikinci yarısında dünyanın ən
qabaqcıl sənaye və texniki tərəqqi şəhəri
olan Londonun darısqal küçələrində hərəkətin
çətinlik törətməsi bir çoxları kimi vəkil
Çarlz Pirsonu da düşündürürdü. Məhz onun təklifi
ilə şəhər yeraltı dəmir yolu tikintisinin
inşası ideyası minlərlə insan tərəfindən
müdafiə olundu və o zaman üçün qısa
müddət sayılan dörd ilə yaxın bir vaxtda
uğurla başa çatdırıldı.
Beləliklə, layihəsi 1853–cü ildə İngiltərə
parlamenti tərəfindən təsdiq olunmuş,
inşasına 1860–cı ildə başlanılmış
London metrosu 1863–cü ildə istifadəyə verildi. Buxar gücü ilə
işləyən qatar 3,6 kilometr
uzunluğunda çəkilmiş yeraltı yolu qət etdi.
Dünyanın ilk metropoliteninin iş ahəngi beləcə
başladı.
Londonda
ilk metropolitenin işə düşməsindən düz 104 il sonra, 1967–ci il noyabrın 6–da
respublikamızın paytaxtı Bakı şəhərində
insanların çoxdan həsrətlə gözlədikləri
Bakı metropoliteni işə salındı. Sual
yarana bilər, bəs niyə bu qədər gec? Əslində Bakıda metropoliten inşası
ideyası hələ ötən əsrin 30–cu illərində
yaranmışdı. O illər Bakının yenidən
qurulması baş planında metropoliten tikintisi nəzərdə
tutulmuşdu. Amma mərkəzdən olan ciddi təzyiqlər,
qadağalar imkan vermədi ki, Moskva ilə bərabər eyni
vaxtda Bakıda da metropoliten inşa edilsin.
İkinci Dünya müharibəsinin başlanması isə
bütün planları alt–üst etdi. Azərbaycan xalqı
bu müharibədə 300 minə yaxın ən yaxşı
oğul və qızlarını itirdi. Müharibə
başa çatandan təxminən iki il
sonra Sov. İKP MK Azərbaycanın paytaxtı
Bakı şəhərində metropoliten tikilməsi
üçün qərar çıxartdı.
Metro tikintisinin layihə–axtarış işləri 1947–ci
ildə başlandı. 1949–cu ilin axırında Bakı
Baştunelmetrotikinti İdarəsi yaradıldı. Bu idarə Bakı metropoliteni tikintisinin baş
podratçısı vəzifəsini öz üzərinə
götürdü. Eyni vaxtda “Metroqiprotrans”
Layihə–tədqiqat İnstitutunun filialı olan
“Bakımetrolayihə” İnstitutu yaradıldı.
Təzəcə başa çatmış müharibədən
sonra Bakıda metro tikintisi qeyri–adi hadisə idi. İnşaatçılar
sonsuz bir həvəslə, sevgilə, can yanğısıyla
üç növbədə işləyir, işin ahənginin
aşağı düşməməsi üçün gecələr
də yatmırdılar.
Birinci keçidin sevincini inşaatçılar 13
sentyabr 1952–ci ildə, indiki “28 May” —”Xətai” stansiyası
arasında yaşadılar.
Ancaq inşaatçıların bu sevinci uzun sürmədi. SSRİ Nazirlər Sovetinin
20 sentyabr 1953–cü il tarixli qərarı
ilə Bakı metropoliteninin tikintisi dayandırıldı. Hazır obyektlərin işi donduruldu. Yarım əsrdən
çox bir vaxt keçəndən sonra düşünməyə
bilmirsən: bu qəfil aksiyanın arxasında hansı gözəgörünməz
qara qüvvələr dayanmışdı? Başda
“Kreml təlxəyi” daşnak Anastas İvanoviç Mikoyan
olmaqla Məkrəzi Komitəyə soxulmuş, gecə–gündüz
yatmayan türk qanına susamış dişi qanlı məkrli
ermənilər Moskvadan, Leninqraddan sonra Bakıda metropolitenin
açılmasına dözə bilməzdilər. Hətta maliyyə məsələsinə
bağlayıb metropoliten tikintisinin tamamilə ləğv
olunmasını ortaya atanlar da oldu. 1960–cı
ildə Bakı Metropolitenində tikinti işləri təzədən
bərpa olundu. Öz işindən
ayrılmış adamlar bir yerə cəm oldular. Tikintinin ahəngi təzədən sürətlənməyə
başladı. 1966–1967–cı ildə
görülən işlərin həcmi ən yüksək həddə
çatdı. Təkcə 1966–cı ildə
çəkilən tunelin uzunluğu 1961–1963–cü illər ərzində
çəkilən tunelin uzunluğundan artıq idi.
1967–ci il metropolitenin tikintisinə sərf edilən kapital
qoyuluşunun həcmi isə həmin 3 ildəkindən 4,2 dəfə artıq idi. Metro
tikintisində ən yüksək göstəriciyə və
sürətə də inşaatçılar məhz
1966–cı ildə nail oldular. Onlar 1 ay ərzində 114,7 metr tunel işi görmüşdülər.
Metropolitenin çəkilişi xüsusi hidrogeoloji şəraitdə,
yeraltı suların güclü təzyiqi altında çətin,
gərgin zəhmət hesabına başa gəlmişdi.
Bakı metropoliteni işə düşməzdən əvvəl
çox ciddi sınaq yoxlamasından keçmişdi. 1967–ci il
16 oktyabr gecəsi elektrik deposunun növbətçisi vəzifəsini
yerinə yetirmiş Rafael Minulinlə olan söhbəti
xatırlayıram. O, həyəcanla danışırdı:
“Bakı metrosu üçün 16 oktyabr tarixi bir
gündür. Həmin gün səhər saat
4–51 dəqiqədə metronun ilk sınaq vaqonu yola
çıxdı. Belə hesab edirəm
ki, metromuzun yaşı bu tarixdən hesablanmalıdır.
Həmin gün ilk dəfə kontakt relsinə gərginlik
verilmiş, yeraltı xətlərin və qatarların
sınaq yoxlaması başlanmışdır. Bakı metropoliteni və “Bakıtuneltikinti” kimi
böyük kollektivlər Azərbaycan xalqına inamla məlumat
verə bildilər ki, respublika paytaxtı Bakının metro
kimi müasir, rahat şəhər nəqliyyatı var.
Metronun işə salınmasının
iştirakçılarından biri kimi, o gün mənim qismətimə
elektrik deposunun növbətçisi vəzifəsini yerinə
yetirmək şərəfi düşmüşdü.
1967–ci il oktyabrın 15–dən 16–na keçən gecə,
növbəyə gələndə mənə metropoliten xətlərinin
sınaq yoxlamasından ötrü üç vaqonlu qatar tərtib
etmək tapşırığı verilmişdi. Oktyabrın
15–də təxminən 21–30–da depo növbətçisinin
köməkçisi Artur Həsənovun, maşinistlər
Nağı Nağıyevin, Georgi Viktoroviç Semyonovun, Moskva
metrosunun təlimatçı maşinisti Boris Abramoviç
Şternin daxil olduğu manevretmə briqadası tərəfindən
3524–3528–3526 nömrəli qatar tərtib
edildi və motovozun köməyi ilə park yoluna gətirildi.
İlk qatarın idarə olunması Şternin
müşayiəti ilə Nağı Nağıyevə və
Georgi Semyonova həvalə edildi.
Sınaq və buraxılış qərargahının
sədri, metropolitenin baş mühəndisi Cəbrayıl
Hacıyevdən yüksək gərginliyin verilməsindən
ötrü cərəyan açarlarının
qoşulması barədə telefonla şifahi əmr aldım. Ucadanışan
radiorabitəsi vasitəsilə “ehtiyatlı olun, bütün
depo yolları, yüksək gərginlik altındadır!”—xəbərdarlığı
depo yollarından portala qədər bütün ərazini
bürüdü. Saat 4–51 dəqiqədə gərginlik
verildi. Starta hazırlanmış sınaq
qatarının qatı zülməti yaran işıqları
görünən kimi “ura” sədaları göyə
ucaldı. Hamı sevincdən uşaq kimi
bir–birini qucaqlayıb öpür, təbrik edirdi”.
1967–ci il
noyabrın 6–da işə salınan, noyabrın 25–dən
qatarların müntəzəm hərəkəti başlayan
Bakı metropoliteninin istismara verilmiş 9,2 kilometrlik məsafəsi
boyu yerləşən “Bakı Soveti” (indiki “İçərişəhər”),
“26 Bakı komissarı” (indiki “Sahil”), “28 Aprel” (indiki “28 may”),
“Gənclik”, “Nərimanov” stansiyaları ətrafında
yaşayan insanların o zamanlar yaşadıqları hisslər,
duyğular, həyəcanlar bəlkə də bu gün
çoxlarına qəribə gələ bilər. Bakı metropoliteninin işə düşməsilə,
sanki, şəhərimizin həyatına bir qaynarlıq,
coşqu, dinamika gəldi.
Metropolitenin sürətli tikintisi, inkişafı, tərəqqisi,
təntənəsi heç şübhəsiz birbaşa ulu
öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır. Onun rəhbərliyi dövründə
metropolitenin 14 stansiyası tikilib istifadəyə
verilmişdir.
Heydər Əliyev Bakı şəhərində metro
tikintisinin necə çətinliklər hesabına başa gəldiyini
yaxşı bilirdi. O, hər stansiyada gedən tikinti prosesini izləyirdi.
Xüsusilə “28 may”, “Nizami” sahəsində tunellərin
qazılması zamanı böyük çətinliklər
yaranmışdı. Sulu, ağır axıntılı
süxurlar ciddi əngəllər törədirdi və
qazıntıların aparılması texnologiyasını dəfələrlə
dəyişdirmək lüzumu ortaya
çıxmışdı.
Bu zaman tunellərdə işi gesson üsulu, suyun səviyyəsinin
azaldılmasının və qruntların sementlənməsinin
tətbiqi yolu ilə, sipər üsulu ilə
aparırdılar.
Tunellər şəhərin ən çox əhali
yaşayan rayonundakı birmərtəbəli və çoxmərtəbəli
binaların altından keçirdi. Burda çoxlu köhnə
quyular var idi. Tunellər həmin sahədən
keçdikdə sıxılmış hava bu quyulardan
çıxırdı. Bu kimi halların
qarşısını almaqdan ötrü ayrı–ayrı sahələrdə
binaların zirzəmi divarları betonlanırdı. Zirzəmilərin özləri isə sement məhlulu
ilə doldurulurdu. 82 köhnə quyunun ləğv
edilməsindən ötrü 800 kubmetr beton və butbeton
salınmış, 1900 kubmetr sement məhlulu vurulmuşdu.
Bakı metropoliteni tikintisinin unikallığı bir də
onda idi ki, hələ 1963–1964–cü illərdə onun
inşasında həlqəvi qovuşuqları olan unifikasiya
edilmiş yığma dəmir–beton hörmələrdən
istifadə edilirdi. Həmin konstruksiya yüksək qənaətçilliyinə
və sadəliyinə görə xüsusi diploma layiq
görülmüşdü.
Bakı metropoliteninin ayrı–ayrı stansiyalarında gedən
işlər barədə hər gün Heydər Əliyevə
məlumat verilirdi. Ulu öndər təkcə tikintinin
gedişi ilə deyil, eyni zamanda hər bir stansiyanın
arxitekturası, bədii tərtibatı ilə maraqlanır,
göstərişlər, məsləhətlər verirdi.
Hər stansiyanın inşasında milli ornamentlərdən,
klassik cizgilərdən, materiallardan istifadə etməyi
tövsiyə edirdi və stansiyanın
açılışında bu uğurları xüsusi qeyd
edirdi.
Öz memarlıq həlli ilə ən çox diqqəti
çəkən “Nizami” stansiyasının zalındakı
panno–təsvirlər haqqında o, razılıqla
danışmışdı. Buradakı 18 mozaik
pannonun bədii tərtibat müəllifi SSRİ xalq rəssamı
Mikayıl Abdullayev idi.
Ulu öndər metropolitenin tikintisində çalışan
hər kəsin əməyini yüksək qiymətləndirir,
onların fədakarlığını xüsusi qeyd edirdi.
“Metronun
tikilməsi və bu səviyyəyə gətirilməsi
çox çətin iş idi… İnşaatçılar
böyük fədakarlıqlar göstərməsəydilər,
metronu bu cür tikmək mümkün deyildi. Mənim xatirimdədir, 1976–cı ildə “Nizami”
stansiyası hazır olmuşdu. Oranı
neçə dəfə su basdı. Bir dəfə
səhər işə gələndə xəbər verdilər
ki, tunel tamamilə su ilə dolubdur. Onu
oradan çıxarmaq nə qədər çətin idi.
Yaxud tunelləri qazanda hər dəfə su
çıxırdı. Bilməlisiniz ki, Bakının yeraltı
geoloji strukturu çox mürəkkəbdir. Bakıda keçmişdə su olmadığına
görə quyular qazırdılar. Təxminən 100 il bundan öncə Bakıda ancaq quyu suyundan
istifadə edirdilər. Əgər indi o quyular
qapanıbsa da, onların alt hissəsi qalır.
Bizim metro inşaatçıları dəfələrlə
belə quyulara rast gəliblər, oradan su
çıxıbdır. Bəzən insanlar da orada ağır vəziyyətə
düşüblər. Amma öz işlərindən
əl çəkməyiblər”.
Ulu öndərimiz Heydər Əliyev Bakıda yaşayan
sadə zəhmət adamı üçün, ziyalı
üçün, işə, məktəbə tələsən
insanlar üçün metronun nə olduğunu gözəl
bilirdi. Onun xəyallarında, arzularında, şəhərimizin
ən ucqar nöqtəsinə belə yeni xətlərin
çəkilməsi planı var idi. Yetmişinci illəri
yada salan ulu öndər gördüyü böyük işlərdən
qürur hissi keçirir, doğma xalqına, onun xoşbəxtliyinə
sərf etdiyi ömrün hədər getmədiyini dönə–dönə
xatırladırdı:
“…Artıq
siz bilirsiniz ki, bizim bu dayandığımız yer də hələ
Bakının son sərhədi deyildir.
Burada o illər, 1970–ci ildən başlayaraq bizim
tikdiyimiz, qurduğumuz, yaratdığımız yaşayış
binaları, nəqliyyat vasitələri, bağlar,
bağçalar, ağaclar, güllər, çiçəklər,
insanların yaşaması üçün imkanlar yaratdı. Mən hələ
o vaxt burda inşaat işlərini genişləndirərək
eyni zamanda nəqliyyat xidmətinin təşkil edilməsi ilə
də məşğul olurdum. Buraya nə
tramvay, nə də trolleybus gəlirdi. Gələn
avtobuslar da insanların tələbatını ödəmirdi.
Ona görə biz buraya metro xəttinin çəkilməsini
qərara aldıq və ötən illərdə bunu yerinə
yetirdik.
Mənim xatirimdədir, “Əzizbəyov” (indiki
“Koroğlu”) metrostansiyasını — bu rayonun
başlanğıcında yerləşən stansiyanı
tikdik, yaratdıq, metro xəttini oraya qədər gətirdik. Mən onun
açılışında iştirak etmişəm. Ondan sonra bu işi davam etdirdik. “Qara Qarayev”,
“Neftçilər”, sonra “Xalqlar dostluğu”, “Əhmədli”
metrostansiyasının tikilməsi üçün mən nə
qədər tələblər edirdim və o stansiyanı
açanda nə qədər sevinirdim. Ancaq Əhmədli qəsəbəsinin
son nöqtəsinə qədər metro xəttinin çəkilməsi
mənim gözümün qarşısında böyük bir
iş kimi durmuşdu. Həqiqətən, bu çətin və
böyük iş idi, biz buna nail olduq. Bunların
hamısının başında, üstündə mən
dayanmışdım, bunları mən edirdim.
İndi Bakı şəhəri böyük metropolitenə
malik olan bir şəhərdir və bunun böyük bir qolu
da məhz buradan — Nizami rayonundan keçib gedərək Əhmədlidə
qurtarır. Bizim planımız onu ordan Xətai rayonundakı
metro xətti ilə birləşdirməkdir.
Şübhəsiz, biz buna da nail olacağıq.
Bu, Bakı üçün böyük nemətdir,
böyük sərvətdir. Təsəvvür edin, əgər
indi bizim metro kimi nəqliyyat vasitəmiz olmasaydı, buralarda
yaşayan yüz minlərlə insan nə cür hərəkət
edəcəkdi, iş yerlərinə, başqa işlərinə
nə cür gedəcəkdilər!
Azərbaycana
14 il rəhbərlik etdiyim zaman, sonra
beş il də Moskvada Sovetlər İttifaqının rəhbərliyində
olduğum zaman mən Bakıda metropolitenin tikintisi ilə daim
məşğul olmuşam və bu işə nail olmuşam. Buna görə də özümü xoşbəxt
hesab edirəm.
…Mən
şəhərin hər bir daşını, hər bir
küçəsini, binasını özüm
üçün doğma hesab edirəm. Əgər
hər kəs millətini, şəhərini, vətənini,
paytaxtımız olan Bakını sevirsə, belə hissiyatla
yaşamalıdır”.
Bakı metropoliteninə ayrı–ayrı illərdə rəhbərlik
etmiş insanların hamısı Heydər Əliyev məktəbinin
nümayəndələridir. Onların hər biri
ulu öndərin rəhbərliyi altında metropolitenimizin
inkişafına öz layiqli töhfələrini vermişlər.
Bakı
metropoliteninə 1966–cı ilin avqust ayından 1976–cı ilin
may ayınadək Lütfəli Cahangir oğlu Nuriyev,
1976–cı ilin may ayından 1979–cu ilin mart ayına kimi Fikrət
İbrahim oğlu Kəngərli, 1979–cu ilin iyun ayından
1987–ci ilin fevralına qədər İqor Abbas oğlu
Xankişiyev, 1987–ci ilin fevral ayından 1993–cü ilin noyabr
ayınadək Vahid Məmmədrza oğlu Nadirli, 1993–cü
ilin noyabr ayından 1998–ci ilin iyul ayınadək Cəfər
İsa oğlu Yusifov rəhbərlik etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 27 iyul 1998–ci il tarixli sərəncamı ilə Bakı
metropoliteninin yetirməsi Tağı Məhəmməd
oğlu Əhmədov zəngin ənənəsi olan Bakı
metropoliteninin rəisi təyin edilmişdir. Metropolitenin
qayğı və problemlərinə, dünəninə, bu
gününə dərindən bələd olan, daim
axtarışları, yeniliyi sevən Tağı Əhmədov
15 il ərzində Bakı metropoliteni
üçün unikal işlər görmüşdür.
22 yaşından öz taleyini metropolitenə bağlayan
bu işgüzar, qayğıkeş, xalqının, millətinin,
müstəqil dövlətinin sadiq əsgəri olan insan
Bakı metropolitenini öz doğma evi, ocağı sayır. Azərbaycanın
müstəqilliyinin ilk illərində ulu öndər Heydər
Əliyevin Bakı şəhərinin arteriya damarı olan
metropolitenə rəhbərlik etməyi məhz ona həvalə
etməsi böyük etimaddır. Yüksək
intellekti, ziyalılığı, peşəkarlığı
ilə seçilən Tağı Əhmədov öz
işinin mahir bilicisidir. Bakı
metropoliteninin hər bir ağrılı nöqtəsinə bələd
olan Tağı müəllim təyin edildiyi elə ilk
gündən keçmiş İttifaq respublikalarının
metropolitenləri ilə kəsilmiş əlaqələri bərpa
etməyə çalışdı. Moskva, Kiyev, Xarkov,
Leninqrad, Minsk, Tbilisi metropolitenləri ilə
qarşılıqlı əlaqələr, dostluq münasibətləri
öz bəhrəsini verdi. Bu
əlaqələrin geniş vüsət almasında, əlbəttə,
ulu öndər Heydər Əliyevin nüfuzu, hörməti
böyük rol oynadı.
Son 10–15 il ərzində Bakı metropolitenində
görülən möhtəşəm işlərdə,
saysız–hesabsız yeniliklərdə, kadr dəyişikliyində,
yaranmış sağlam, işgüzar atmosferdə
Tağı Əhmədovun müstəsna xidməti vardır.
Ulu öndər Heydər Əliyevin Bakı metropoliteninin
bu günü, gələcəyi haqqında ideyalarını
səbirlə, ardıcıllıqla, əsl vətəndaşlıq
qeyrəti ilə həyata keçirən Tağı Əhmədovun
rəhbərliyi altında metropolitendə son illərdə
görülən işləri göz önünə gətirəndə
heyrətlənməyə bilmirsən. Qürür
hissi keçirirsən ki, şəhərimizin sabahı necə
gözəl, əzəmətli olacaqdır.
Vaqon
parkının tamamilə yeniləşməsi, 161 yeni vaqonun
alınması, hərəkətin təşkilində və
idarə olunmasında yeni elektron texnologiyaların tətbiqi,
bütün stansiyalarda, vaqonlarda, depo ərazisində
videomüşahidə sisteminin qurulması, gediş
haqqının ödənilməsində plastik kart sisteminin həyata
keçirilməsi, hərəkət təhlükəsizliyinin
möhkəmləndirilməsində ən başlıca tədbirlərdən
biri olan sürəti avtomatik tənzimləmə sisteminin tam
proqramının tətbiqi, qatar dispetçer məntəqəsinin
müasir texnologiyalar əsasında yenidən qurulması,
“İçərişəhər”, “Koroğlu”, hazırda isə
“28 May” stansiyasında aparılan yenidənqurma işləri,
“İçərişəhər”, “Azadlıq”, “Dərnəgül”,
“28 May”, “Koroğlu” stansiyalarında yeni tipli ən müasir
alman istehsalı olan eskalatorların
quraşdırılması, “28 May” stansiyasındakı 3 köhnə
eskalatorun demontaj edilərək, 4 yeni, müasir eskalatorla əvəz
edilməsi, MDB məkanında ilk dəfə kadr
hazırlığı məsələsində maşinistlərin
texniki məşğələlərinin keyfiyyətini
yüksəltmək məqsədilə trenajorların tətbiqi,
yeraltı yollarda uzunölçülü relslərin
hazırlanması və tətbiqi, “Həzi Aslanov”, “Nəsimi”,
“Azadlıq”, “Dərnəgül” stansiyaların istifadəyə
verilməsi, “28 May” stansiyasının 2–ci girişinin
açılması, yaxın günlərdə Bakı
metropoliteninin “beyni” olan yeni 9 mərtəbəli texnoloji
korpusun istifadəyə verilməsi və adlarını
çəkmədiyim bir çox möhtəşəm
işlərin həyata keçirilməsi Tağı Əhmədovun
fəaliyyəti haqqında aydın təsəvvür
yaradır.
Texnika
elmləri namizədi, “Fəxri dəmiryolçu”,
“Şöhrət” ordenli, Azərbaycan Respublikasının Əməkdar
mühəndisi, “Qızıl buta”, akademik Yusif Məmmədəliyev
mükafatları laureatı Tağı Məhəmməd
oğlu Əhmədov metropoliteninin zəngin varislik ənənələrini
ləyaqətlə davam etdirir.
“Biz metro
inşaatını davam etdirməliyik… İnşallah,
qarşıdan gələn 3–4 ildə Azərbaycanın gəlirləri
xeyli artacaqdır. Mən sizə bildirmək
istəyirəm ki, bu gəlirlərdən Bakı metrosunun
inşasının davam etdirilməsi üçün mütləq
istifadə etmək lazımdır. Mən
bunu edəcəyəm və güman edirəm ki, məndən
sonra gələn insanlar da bunu mütləq etməlidirlər”,
ulu öndərin sağlığında dediyi bu sözləri
həqiqətə çevirən Heydər Əliyev kursunun
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakı metropoliteninin inkişafı
üçün böyük işlər görür.
Bakı
metropoliteninin rəisi Tağı Əhmədov: “Metropolitenin gələcəyi
barədə ulu öndər Heydər Əliyevin
arzularının gerçəkləşdirilməsi də
möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
apardığı möhtəşəm quruculuq işlərinin
mühüm istiqamətlərindəndir və ictimai nəqliyyatın
bu mühüm sahəsində çalışanların, onun
xidmətindən istifadə edənlərin hər birinin qəlbində
qürur, iftixar və dərin minətdarlıq hissi
doğurur.
Azərbaycanın hazırkı inkişafını irəlicədən
görən Heydər Əliyev dərin inam və əminlik
hissi ilə bildirirdi ki, uğurla həyata keçirilən
iqtisadi layihələrdən dövlətimizin əldə etdiyi
gəlirdən gələcəkdə metropolitenin
inkişafı, genişləndirilməsi və yenidən
qurulmasına pay ayrılacaqdır.
Son 10 il ərzində Azərbaycan
iqtisadiyyatının sürətlə inkişaf etməsi
Bakı metrosunda çox böyük tikinti və quruculuq
işləri aparılmasına geniş imkanlar
açmışdır.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin “Bakı metropoliteninin
perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər
haqqında” 2008–ci il 10 noyabr tarixli sərəncamı ilə sərnişin
nəqliyyatı sistemini təkmilləşdirmək və
şəhər nəqliyyatında hərəkətin gərginliyini
azaltmaq məqsədilə “Bakı metropoliteninin 20 illik
inkişafının Dövlət Proqramı” təsdiq
edilmiş və metropolitenin yeni perspektiv sxemi
hazırlanmış, onun icrasına
başlanmışdır.
Son illər
tikilib istifadəyə verilmiş və müasir üslubda bərpa
edilmiş metro stansiyaları, ulu öndərimizin istəyinə
uyğun olaraq özünün mükəmməl
arxitekturası ilə Bakının memarlıq ənənələrini
daha da zənginləşdirir, əsl mədəniyyət abidəsi
kimi şəhərə yaraşıq verməklə
yanaşı, ilk növbədə, çoxmilyonlu paytaxt sakinlərinin
rahat və təhlükəsiz gediş–gəlişini təmin
edir.
Ulu öndərimizin arzu və tövsiyələrini
bütün sahələrdə dönmədən yerinə
yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev
metropoliten işçilərinin çətin, məsul, şərəfli
əməyini də daim yüksək qiymətləndirir.
Dövlətimizin
başçısının 29 oktyabr 2006–cı il tarixli sərəncamı ilə hər il 8
noyabr metro işçilərinin peşə bayramı
günü kimi qeyd edilir.
Son illərdə
möhtərəm Prezidentin fərmanları ilə Bakı
metropoliteninin bir qrup işçisi yüksək mükafatlara,
“Şöhrət” ordeninə, “Tərəqqi” medalına, bir
sıra fəxri adlara layiq görülmüş, əmək
veteranlarından bir neçəsinə Prezident təqaüdü
təyin edilmiş, metropoliten işçilərinin sosial
müdafiəsini gücləndirmək məqsədilə tədbirlər
görülmüşdür.
Bakı metropolitenindəki yeniliklər, uğur və
nailiyyətlər ulu öndərimizin 90 illik yubileyinə
çox böyük töhfədir. Ən son yenilik vaqon
parkımızın ən müasir vaqonlarla təchiz edilməsi
sahəsində görülən işlərdir. Rusiyanın “Mıtışşi” zavodundan
aldığımız bir heyətlik—5 vaqon texniki təchizatına
görə əvvəlkilərdən xeyli fərqlənir.
Bu vaqonlarda sərnişinlərin nəinki
rahatlığı və təhlükəsizliyi, həm də
sağlamlığı, yoluxucu xəstəliklərdən
qorunması üçün texniki vasitələr
quraşdırılmışdır. Hazırda sınaq
müddəti keçən yeni vaqonlardan daha üç heyət
alıb gətirməyi və gələn il
istifadəyə veriləcək “Avtovağzal”, “Əcəmi–2″
stansiyalarında istismara buraxmağı nəzərdə
tuturuq. Həmin stansiyalarla yanaşı, hərbi
hospitalın qarşısında yerləşəcək
stansiyada da hazırda tikinti işləri aparılır. Oradan isə Heydər Əliyev İdman Konsert
Kompleksinin yaxınlığında inşası
üçün yer müəyyənləşdirilmiş
stansiyaya doğru yeni tunel qazılacaqdır. “H.Aslanov” stansiyasından Yeni Günəşliyə
çəkilən tunelin isə uzağı 2016–cı ildə
başa çatdırılacağını gözləyirik.
Hazırda Bakı metropoliteninin 8 stansiyasında
və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə,
metro tikintisinin ən qızğın vaxtlarında belə
indiki sürət olmamışdır.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin konseptual sxemdə
qarşımıza qoyduğu tələb belədir: 2030–cu ilə
qədər Bakıda əlavə olaraq 50 metro stansiyası
tikilməlidir.
Bu gün görülən əzəmətli işlər
sabahkı arzularımıza gedən uğurlu yolun
başlanğıcıdır. Müstəqil dövlətimizə
şərəflə xidmət etmək, qurub–yaratmaq Bakı
metropoliteni işçilərinin gündəlik
qayğılarıdır”.
Artıq 46–cı ildir ki, ulu öndərimiz Heydər Əliyevin
milli sərvətimiz adlandırdığı Bakı
metropoliteni xalqımıza xidmət edir. Onu qoruyub
yaşadan, inkişaf etdirən, sabahlara aparan
xalqımızın ləyaqətli övladlarıdır.
Onların hər birinin könüllərdə
yeri vardır. Babalarımız nə gözəl deyib:
Bu
qala–bizim qala,
Həmişə bizim qala.
Tikmədim
özüm qalam,
Tikdim ki, izim qala.
Zülfüqar ŞAHSEVƏNLİ
Respublika.-2013.-19 may.-S.6-7.