Nəfis tərtibatlı oxunaqlı jurnal
Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin təsis etdiyi “Naşir” jurnalının ilk iki sayı çapdan çıxmışdır.
Bu, təkcə peşəkar nəşriyyat–mətbəə işçiləri üçün deyil, ümumiyyətlə, milli mətbuat tariximiz və kitabçılıq sahəsi üçün çox xoş hadisədir. Jurnalın yaradıcı kollektivinin məqsədi “Azərbaycanın ümumi inkişafı fonunda kitabın ali nüfuzunun bərpa olunmasına yardım etmək, Fotonəşriyyat–poliqrafiya müəssisələrinin işinin daha da yüksəldilməsinə, ölkədə kitab yayımının artmasına təkan vermək, kitab mədəniyyətinin təbliği və oxucu zövqünün formalaşmasına kömək etməkdir”.
Tanınmış qələm sahiblərinin —kitab sərraflarının təbriki, xeyir–duaları ilə mədəni ictimaiyyətlə ünsiyyəti başlayan jurnalın məramı və bədii–texniki quruluşu peşəkarcasına düşünülmüşdür. “Naşir” ilk sayından Azərbaycan kitab mədəniyyəti tarixində yeni olan mündərəcə, gözəl tərtiblə nəşr ediləcəyinə ümid verir. Başqa sözlə, kitaba xidmət edəcək elmi–bədii, həmçinin də yeni texnoloji söz və onun yüksək poliqrafik icrasına yönələn maraqlı, məsuliyyətli və hərtərəfli işıqlandırılmasına köklənəcəkdir.
Peşəkar kitab redaktorlarının təcrübədən çıxış edərək elmi–plaktik tövsiyəli yazılarının çapı, ümumiyyətlə, jurnalın ixtisas səviyyəsini artırır, həm də ona qəzet–jurnal bolluğu arasında fərqlilik xüsusiyyəti verir.
Jurnalın maraqlı rubrikalar
sistemi var. Ümumiyyətlə,
bütün rubrikalar çevikdir, onların ifadə forması da şablon deyil, poetik yönlüdür,
ilk ümumi informasiya verməklə oxucunu özünə çəkib
saxlaya bilir: “Söz diridir”, “Ümumidən xüsusiyə”,
“Deyincə sənət”,
“Ağ–qara”(redaktəsiz)
və s.
İlk saylarından hiss edilir ki, “Naşir”in kollektivi kitabı ərsəyə gətirən
bütün texnoloji proseslərin yüksək
keyfiyyətlə icrasına
xüsusi diqqət göstərir, müəllif–redaktor–rəssam–poliqrafik
icra–hazır məhsul
istiqamətində gedən
yolun hər “mərhələsinə” kitaba
çəkilən zəhmət
və ona olan hörmət səviyyəsindən yanaşaraq
“oxucu məhəbbəti”ni qazanmağa cəhd edilir.
Jurnalda böyüklər
üçün söhbətlərlə
yanaşı, uşaqların
da yaddan çıxarlımaması çox
müsbət haldır.
Yüksək poliqrafik icrada işıq üzü görən “Naşir”in mövcud potensialı onun təkcə peşəkarlar arasında
deyil, geniş oxucu auditoriyası tərəfindən də
sevgilərlə qarşılanacağına
inam yaradır. Çünki
onun yaradıcıları
üçün kitab
– əlahəzrətdir! Elm və irfan ondan
başlayır əqidəsi
istehsalat prosesində məslək kodeksi kimi dəyərləndirilir.
Nəşrin mövzu dairəsi genişdir. İlk baxışda oxucuya elə gələ bilər ki, məsələn, futbol kralı Pelenin, yaxud da qonşu
Batum şəhərindəki
metaldan hazırlanmış
gözəl “Oğlan
və Qız” heykəlinin bu jurnala nə dəxli var. Amma səbir edib oxuyanda ki, “Mən
— Pele” adlı avtobioqrafik
kitabı sərbəst
mütaliə etmək
üçün yüz
minlərlə savadsız
braziliyalı əlifbanı
öyrənmişdir, ya
da Qurban Səidin məşhur “Əli və Nino” kitabının eşqidir
o nakamları qovuşduran
və s. onda fikriniz dəyişəcəkdir.
İşə belə tələbkar
münasibət jurnalın
içini rəngarəngləşdirir;
son nəticədə isə
uğur qazanan kitab və kitabsevər
olur. Bu tipli
istər iri, istərsə də kiçikhəcmli yazılara
hər sayda rast gəlinir. Hətta reklam məlumatlarının
da profilə uyğun seçilməsi,
bütövlükdə, məmnunluq
hissi yaradır.
Jurnalın bədii və texniki tərtibatı xüsusi qeyd edilməyə layiqdir. Burada müasir
jurnal tərtibatçılığı
elementlərilə nəfis
və keyfiyyətli poliqrafik icra məsuliyyətinin vəhdəti
gözəl zövq ovqatı yaradır. Fotolar məzmunlu və informasiya tutumludur. Rənglər yazının janrına
və ruhuna uyğundur.
Oxucu vaxtına
və əhval–ruhiyyəsinə
uyğun bədii–publisistik
yazı, kiçik xəbər, informasiya–məsləhət
də tapa bilər burda.
Jurnal iki aydanbir işıq üzü görür. Ona görə
də onun hər sayının zaman ölçüsünü
əhatə etməsi
sosial–siyasi mədəniyyət
və operativlik tələb edir. Bu prinsip “Naşir”də
gözlənilir. Qeyd edək
ki, jurnalın bu blokundakı yazılarda forma və üslub müxtəlifliyi
də hiss olunur.
“Naşir” sizin həm oxumalı, həm də baxmalı jurnalınızdır,
kitab həvəskarları.
Elçin VƏLƏDOĞLU
Respublika.-2013.-19 may.-S.8.