Milli dövlətçiliyimizin memarı

 

Azərbaycan xalqı çox qədim və zəngin bir tarixə malikdir. Dövlətçilik ənənələrimizin kökləri zamanın ən qədim qatlarına qədər gedib çıxır. Sərt dönüşlər, qüdrətli imperiyaların yüz illərlə davam edən qanlı hökmranlığı Azərbaycanın varlığını Yer üzündən silə bilməmişdir. Xalqımız özünün dövlətçiliyini və dövlətçilik ənənələrini qoruyub saxlamış, hətta inkişaf etdirə bilmişdir. Milli dövlətçiliyin qorunub saxlanması və inkişafında isə Azərbaycanın tarixi şəxsiyyətlərinin çox böyük rolu olmuşdur. Bu tarixi şəxsiyyətlərimizdən biriulu öndərimiz Heydər Əliyevdir.

Tale XX yüzillikdə Azərbaycana Heydər Əliyev kimi nadir istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş etmişdir. Heydər Əliyevin Azərbaycan tarixində bütün varlığı ilə vətəninə və xalqına könüldən, candan bağlı olan böyük siyasi xadim, dövlət rəhbəri və vətənpərvər şəxsiyyət kimi izi qalmışdır. 90 illik yubileyi tamam olan ulu öndərimiz bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil, demokratik dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir.

Müasir tariximizdə 34 il ərzində Azərbaycanın qazandığı böyük və əzəmətli nailiyyətlər məhz onun adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır.

60–cı illərin ikinci yarısında iqtisadi həyatın bütün sahələrində ən mühüm göstəricilər üzrə Azərbaycan İttifaq miqyasında son yerlərdən birini tuturdu. Ümumi daxili məhsul istehsalının həcmi, artım sürəti, əmək məhsuldarlığı, milli gəlir və orta əmək haqqı hər il aşağı düşürdü. Neftqaz istehsalı ildən–ilə azalırdı. Belə bir gərgin şəraitdə Azərbaycanın yeni təfəkkürlü, möhkəm əqidəli və cəsarətli liderə ehtiyacı vardı. Nəhayət, 46 yaşlı Heydər Əliyev 1969–cu il iyul ayının 14–də Azərbaycana rəhbər təyin olundu. Ulu öndərin yeni təfəkkürlü və prinsipial dövlətçilik fəaliyyəti məşhur avqust plenumu və “Literaturnaya qazetada çap edilən “Qoy ədalət zəfər çalsın” məqaləsi ilə başlandı. Beləliklə, 1969–cu ilin yayından Azərbaycanın ictimai həyatında yeni, prinsipialsağlam mühit yarandı. Bütün səviyyələrdə tapşırılan üçün məsuliyyət gücləndirildi, tələbkarlıq yeni səviyyəyə qaldırıldı və respublikanın iqtisadi, siyasisosial həyatında canlanma başlandı, neft sənayesində tənəzzül dayandırıldı və tərəqqinin əsası qoyuldu. Qısa müddət ərzində Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində ən mühüm göstəricilər üzrə —ümumi məhsul istehsalının, əmək məhsuldarlığının, milli gəlirin sürətli artımı təmin edildi və nəticədə Azərbaycan RusiyaBelorusiya ilə birlikdə dotasiyasız yaşayan respublikaya çevrildi.

1982–ci ildə Heydər Əliyev Moskvaya rəhbər vəzifəyə —SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilir və 1987–ci ilin noyabr ayına qədər Heydər Əliyev bu vəzifədə işləyir. O, bu illərdə Azərbaycana xüsusi diqqət və qayğı göstərir.

Lakin imperiyanın rəhbəri ermənipərəst M.S.Qorbaçov tərəfindən həmişə qısqanclıqla qarşılanan Heydər Əliyev 1987–ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən uzaqlaşdı. Xalqımızın böyük oğlunun vəzifədən getməsindən bir ay keçməmiş ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə əsassız çıxışlar etməyə başladılar. Həmin dövrdə Azərbaycan rəhbərliyinin səriştəsiz və xalqdan uzaq fəaliyyəti Ermənistanın Azərbaycana qarşı əsassız, qəsbkar, elan olunmamış müharibəsi ilə nəticələndi. Öz haqqını tələb edən xalqa qarşı 20 yanvarda güc tətbiq edildi və yüzlərlə mülki şəxsi qətlə yetirdilər. Bu zaman xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Sovet rəhbərliyini kəskin tənqid etməklə bir daha sübut etdi ki, o öz xalqını nə qədər dərin məhəbbətlə sevir. Ulu öndər özünə və ailəsinə qarşı baş verə biləcək hər cür təhlükəyə baxmayaraq, çox böyük cəsarət etdi. Xalqla bir yerdə olduğunu bütün dünyaya bəyan etdi.

Ümummilli lider Moskvadan ata yurdu Naxçıvana qayıtdıqdan sonra xalqın tələbi ilə o dövrdə çox çətinliklərlə üz–üzə qalmış Naxçıvanda Muxtar Respublika Ali Məclisinin sədri seçildi.

1993– ilin iyun ayında baş vermiş Gəncə hadisəsi bir daha sübut etdi ki, Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxlamaq, erməni işğalından qurtarmaq və nəhayət, milli dövlətçiliyimizi inkişaf etdirmək üçün xalqa böyük siyasi təcrübəsi olan lider lazımdır.

Həyat günbəgün sübuta yetirirdi ki, müstəqilliyi şüar və çağırışlardan artıq dərk edə bilməyənlər onu qoruyub saxlamaq kimi çətin vəzifənin ağırlığına tab gətirəcək imkanda deyillər. Məhz elə bunun nəticəsi idi ki, Azərbaycanın milli dövlətçiliyi məhv olmaq həddinə çatmışdı. Xalqımız əsrlərlə arzuladığı və böyük məhrumiyyətlərdən sonra qovuşduğu, lakin yenidən itirilmək təhlükəsi altında olan müstəqilliyinin xilası üçün birmənalı şəkildə ulu öndərimizə üz tutmaq zərurətini real surətdə dərk etdi.

Təsadüfi deyildir ki, 1993– il iyunun 25–də dünyanın ən nüfuzlu qəzetlərindən biri olanNyuYorkTaymsda Azərbaycanda yaranmış vəziyyəti təhlil edən böyük bir məqalə dərc olunmuşdu. Heydər Əliyevi şəxsən heç tanımayan, lakin onun haqqında kifayət qədər məlumatı olan müəllif öz məqaləsində dönə–dönə vurğulayırdı ki, məhz Heydər Əliyevin gəlişi bu gənc və başı bəlalı dövləti süqutdan qurtarar, qurtuluş yoluna çıxarar.

Yaranmış vəziyyətin ağırlığını dərk edən hakimiyyət nümayəndələri xalqın tələbi ilə hesablaşaraq o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular.

Ali Sovetə sədr seçilən Heydər Əliyev Azərbaycanda daxili hərc–mərcliyi, hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsinin qarşısını almaq, ölkədə siyasi sabitlik yaratmaq kimi olduqca mürəkkəb məsələlərin həllini öhdəsinə götürdü. Məhz onun real, praqmatik və uzaqgörən siyasəti nəticəsində 1993– ilin yayında baş verən qiyam yatırıldı, vətəndaş müharibəsinin alovu söndürüldü. Azərbaycan milli dövlətçiliyini və suverenliyini qoruyub saxlaya bildi. Bu mənada 15 iyunun Milli Qurtuluş Günü kimi qeyd olunması xalqımızın ulu öndərimizə olan böyük sevgisinin, tariximizə olan münasibətinin və ulu öndərimizin ideyalarına sahib çıxmasının nəticəsidir.

Sübut etməyə ehtiyac yoxdur ki, qeyrisabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu şəraitdə çox qısa bir vaxtda siyasi sabitliyin yaradılması ulu öndərimizin böyüklüyünə ən gözəl nümunədir. Bu bir daha bizə əsas verir ki, Heydər Əliyev Azərbaycan tarixinə xarizmatik siyasi lider, müstəqilliyimizin xilaskarı və ən nəhayət, milli dövlətçiliyimizin memarı kimi daxil olmuşdur. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, genişlənən separatçılıq və real parçalanmaq təhlükəsindən xilas etdi.

Bu xilaskarlıq missiyasının qısa xronologiyası bunlardır: 1993– il iyun — Gəncə qiyamı nəticəsində ölkədə yaranmış vətəndaş müharibəsi, qardaş qanı axıdılmasının dinc yolla qarşısının alınması; 1993– il avqust — Talış–Muğan Respublikası qondarma qurumu yaratmağa çalışan separatçıların dinc yolla qarşısının alınması; 1994– il 4 oktyabr —Surət Hüseynovun rəhbərliyi ilə dövlət çevrilişi cəhdinin qarşısının dinc yolla alınması; 1995–ci il 12–17 martxüsusi təyinatlı polis dəstəsinin bir hissəsinin dövlət çevrilişi cəhdinin aradan qaldırılması.

Göründüyü kimi, milli dövlət quruculuğu yolunda siyasi sabitlik faktoru çox önəmli yer tutur. Bu mərhələdə xalqımız bir neçə dəfə izdihamlı mitinqlərə gələrək prezidentlə bir yerdə olduğunu nümayiş etdirdi.

Ulu öndər prezident seçildikdən sonra daim məşğul olduğu məsələlərdən ən birincisi Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolu olmuşdur. 1994– il mayın 12–də Ermənistanla Azərbaycan arasında “Atəşkəs haqqında sazişin imzalanması Heydər Əliyevin müstəsna xidmətidir. Məhz davamlı atəşkəs xalqa nəfəsini dərmək və ən başlıcası ordu quruculuğu ilə məşğul olmaq imkanı yaratdı. Atəşkəsin minlərlə gəncin həyatını xilas etməsi baxımından da çox humanist addım olmasından başqa, həm də imkan verdi ki, Azərbaycan diplomatiyası əsl təcavüzkarın üzünü açıb göstərsin.

Milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın təbii ehtiyatlarının və əlverişli coğrafistrateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş siyasətin həyata keçirilməsi də xüsusilə diqqətəlayiqdir. Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri Heydər Əliyevin ölçülübbiçilmiş siyasəti nəticəsində o zamanlar keçmiş Sovet respublikalarının həyata keçirə bilmədiyi məsələ —iri neft müqavilələrinin imzalanması oldu. Ulu öndərimizin dövlətçilik dühası ilə 1994– il sentyabrın 20–də “Əsrin müqaviləsi” imzalandı, dünyanın ən böyük neft ölkələrinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı.

Azərbaycanın neft sənayesinin inkişafı üçün 7,4 milyard dollar sərmayə ayrıldı və beləliklə, Azərbaycan neft siyasəti sahəsində təsirli vasitəyə çevrildi və Azərbaycanın beynəlxalq imici yüksəldi. Beləliklə, Azərbaycan nefti iqtisadi faktordan siyasi amilə çevrildi və ölkənin taleyüklü problemlərinin həllində təsirli xarakter aldı.

1995–ci il noybarın 12–də Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilir. Səciyyəvi haldır ki, ulu öndər sadəcə olaraq bu prosesə rəhbərlik etməklə kifayətlənməmiş, komissiyanın bir üzvü kimi özü də hər maddənin, hər kəlmənin üzərində dönə–dönə, diqqətlə işləmişdir. Xalq tərəfindən referendum yolu ilə qəbul edilən, ölkənin ali Qanunu olan Konstitusiyamız demokratik dəyərlərin reallaşmasına, hakimiyyət bölgüsünün müəyyənləşməsinə, xalqın maddi təminat və rifah halının yaxşılaşması üçün hüquqi bazanın yaradılmasına səbəb oldu. Ulu öndərimizin bilavasitə rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası milli mentalitet və adət–ənənələrdən qaynaqlanaraq dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsində müstəsna rol oynayır. Ali qanunun qəbulundan sonra Heydər Əliyevin başçılığı altında insan hüquq və azadlığının qorunması, humanizm və ədalət prinsiplərinin bərqərar edilməsi, məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində irimiqyaslı hüquqi islahatlar həyata keçirilmişdir. Məhz elə bunların nəticəsi olaraq müstəqil Azərbaycan 2001–ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. Ölkəmiz həmçinin BMT, Aİ, İƏT və digər beynəlxalq təşkilatların işində fəal iştirak etməklə özünün strateji dövlət maraqlarını müdafiə və inkişaf etdirmişdir.

Müasir Azərbaycan milli dövlətçiliyinin inkişafında ulu öndərimizin xidmətləri əvəzsizdir. Ümummilli liderin bilavasitə rəhbərliyi nəticəsində Azərbaycanın milli inkişaf strategiyası müəyyənləşdirilib. Bu strategiyanın əsası isə Azərbaycanın milli dövlətçiliyinə söykənmişdir. Xalqımızın böyük oğlunun cahanşümul fəaliyyəti nəinki xalqımız, eləcə də bütün türk dünyası tərəfindən təqdir olunmuşdur. Ulu öndərimizin “Beynəlxalq Atatürk Sülh” mükafatına layiq görülməsi bu müdrik rəhbərin Türk Dünyası üçünçox böyük şəxsiyyət, siyasi xadim olduğunu bir daha təsdiq etmişdir.

2003– ildə ulu öndərimizin “Mən ona özüm qədər inanıram” deyərək prezidentliyə namizədliyini İlham Əliyevin xeyrinə geri götürməsi onun nə qədər uzaqgörən, xalqımızı sevən bir insan olduğunu bir daha aydın göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev məktəbinin, Heydər Əliyev fəlsəfəsinin, Heydər Əliyev dühasının və siyasi irsinin Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə bəxş etdiyi yeni əsrin, yeni lideridir. Dövlət başçısının rəhbərliyi illərində Heydər Əliyev siyasi irsinə, milli ənənələrə, demokratik inkişafa, dövlətçilik prinsiplərinə sadiqliyini, milli–mənəvi, əxlaqi dəyərlərimizə xüsusi diqqət yetirdiyinin uğurlu fəaliyyəti ilə sübutu Azərbaycanın milli dövlətçiliyinin etibarlı əllərdə olduğunun əyani nümayişidir.

Ölkə rəhbəri Heydər Əliyev siyasi irsini zənginləşdirərək müasir Azərbaycanın inkişafında sivil siyasistrateji siyasət yürütməsi nəinki xalqımız, eləcə də beynəlxalq aləm və böyük dövlətlər tərəfindən də qəbul olunur.

Bu gün İlham Əliyev fenomeni müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Daim təkmilləşən dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən Prezident İlham Əliyev xarizmatik bir şəxsiyyət olduğunu çoxdan beynəlxalq arenada sübut etmişdir. Bu gün ölkə rəhbərinin müdrik siyasi fəaliyyəti nəticəsində Azərbaycanda çox böyük quruculuq işləri həyata keçirilir və xalqımızın maddi rifah halı daim yaxşılaşır. Son illər Azərbaycanın sosialiqtisadi inkişaf tempinə görə dünyada lider mövqedə olması dediklərimizə əyani sübutdur.

Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq imicinin daim yüksəlməsi və diplomatiyamızın çox böyük uğurları nəticəsində 2012–ci ilin oktyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyridaimi üzv seçilmişdir.

Bu gün Azərbaycanın ən problemli məsələsi —Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində İlham Əliyevin səyləri bütün dünyanın diqqət mərkəzindədir. Lakin dövlət başçısı Ermənistan münaqişənin həllində qeyrikonstruktiv mövqe nümayiş etdirdiyi üçün bəyan edir ki, Azərbaycanın səbri tükənməz deyildir. Azərbaycan öz torpaqlarını beynəlxalq hüquqa əsasən lazımi tədbirlər görərək azad etmək əzmindədir. Belə ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı nəticəsində hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən də artıq olmuşdur. Artıq bütün sahələrdə Azərbaycan Ermənistanı üstələmişdir.

Ulu öndərimiz Heydər Əliyevin bizə miras qoyduğu müstəqil Azərbaycanın daha da inkişaf etməsi üçün hər birimiz hörmətli Prezidentimiz İlham Əliyevə hər zaman olduğu kimi dəstək verir və ölkəmizin ən qısa zaman kəsiyində dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatacağına inanır.

 

 

İbrahim BABAYEV.

 

 Respublika.-2013.-21 may.-S.6.