LERİKDƏ KONFRANS KEÇİRİLMİŞDİR

 

Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı partiyanın qabaqcıl və nüfuzlu təşkilatlarından biridir. Təşkilatın sıralarında 3400 nəfərdən çox partiya üzvü birləşmişdir. YAP üzvləri rayonun ictimaisiyasi və mədəni həyatında fəal rol oynayır, aparılan abadlıq, quruculuq işlərinə öz layiqli töhfələrini verirlər.

Bu günlərdə rayon mədəniyyət evində təşkilatın VIII konfransı keşirilmişdir. Tədbir iştirakçıları əvvəl ümummilli liderin Lerik şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsinin önünə gül dəstələri düzmüş, ulu öndərin parlaq xatirəsini ehtiramla yad etmişlər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, ümummilli liderin və dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov konfransı açaraq keçən əsrin 90–cı illərinin əvvəllərində ölkənin ağır sınaqlara məruz qaldığını, YAP–ın tarixi zərurətdən yarandığını, hakim partiya olaraq xalqa, dövlətə sədaqətlə xidmət göstərdiyini bildirmişdir. Rayon təşkilatının sıralarında qadınların və gənclərin böyük əksəriyyət təşkil etdiyini vurğulayan Elxan Qənbərov təşkilatın gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

YAP idarə heyətinin üzvü Kərim Kərimov partiyanın çətin, kəşməkəşli bir yol keçdiyini, xalqın inam və etimadını qazandığını bildirmiş, ümummilli liderlə bağlı xatirələrini söyləmişdir.

Milli Məclisin üzvü İqbal Məmmədov konfransda çıxış etmiş, YAP–ın ümummilli liderin rəhbərliyilə yaradıldığını, qısa vaxtda xalqın ümidlərini doğrultduğunu, partiya üzvlərinin parlamentdə seçiciləri ləyaqətlə təmsil etdiklərini bildirmişdir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov YAP–ın ulu öndərin adı ilə bağlı olduğunu, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən ümummilli liderin siyasi kursunun uğurla davam etdirildiyini, rayonda regionların sosialiqtisadi inkişafı Dövlət Proqramının işgüzarlıqla həyata keçirildiyini bildirmişdir.

Son illər ucqar dağ rayonu olan Lerikdə tikinti, abadlıq, quruculuq işləri geniş vüsət almışdır. Hazırda Lerik şəhərində 17 meqavat gücündə modul tipli elektrik stansiyası tikilir, ən müasir layihə əsasında sukanalizasiya sistemi qurulur, dövlət vəsaiti hesabına Lerik– Qosmalian–Kəlvəz avtomobil yolu əsaslı şəkildə yenidən tikilir, kəndərdə təzə məktəb binaları ucaldılır, təbii qaz xətləri çəkilir. Yaxın günlərdə Piran kəndindəki broyler fabrikində 100–ə yaxın yeni yeri açılacaqdır.

İcra başçısı rayonun iqtisadi inkişafında, sosial problemlərinin həllinin sürətləndirilməsində YAP üzvlərinin fəal mövqe nümayiş etdirdiyini bildirmişdir.

Konfransda YAP–ın V qurultayına nümayəndələr seçilmişdir.

 

 

Əlisəfa Həsənov

 

Respublika.-2013.-21 may.-S.7.